Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə391/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   387   388   389   390   391   392   393   394   ...   532
«151. (Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”» (əl-Əraf: 151).

Harun bu çirkin işi onlara qəti qadağan etmiş, qətiyyətlə çəkindirmişdi. Uca Allah buyurur: «90. Harun isə bundan əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz...» Yəni Uca Allahın bu buzov heykəlinə böyürmək ixtiyarı verməsi sizin üçün bir imtahandır. «Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır.» bu buzov deyil. «Mənə tabe olub» sözümü dinləyib «əmrimə itaət edin! 91. Onlar: “Musa (Tur dağından) qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!” – deyə cavab vermişdilər.» (Taha: 90-91). Uca Allah Harun üçün şahidlik edir ki, o qövmünə qadağan qoymuş və bu işdən çəkindirmişdi. Amma onlar itaət etməmiş, sözünü dinləməmişdilər.

Sonra Musa Samiriyə tərəf getdi və dedi: «95. “Ey Samiri! Sənin məqsədin nə idi?”» Bu işi nə üçün görmüsən? «96. (Samiri) belə cavab verdi: “Mən (İsrail oğularının) görmədiklərini gördüm.» Cəbrailin at üzərində olduğunu gördüm. «Mən o Rəsulun ləpirindən» Cəbrailin atının ayağı dəydiyi yerdən «bir ovuc torpaq götürdüm» Bəziləri deyirlər ki, o, Cəbraili görmüşdü. O, ayağını hara qoyurdusa həmin yerdə dərhal yaşıl otlar bitirdi. Samiri də onun ayağının dəydiyi yerdən torpaq götürmüşdü. Qızıldan heykəl düzəldilmiş buzovun üzərinə həmin torpaqdan atdıqda buzov böyürdü. Uca Allah buyurur: «və onu atdım. Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. 97. (Musa) dedi: “Çıx get burdan. Həyatın boyu (cəza olaraq): “Bir kəs mənə toxunmasın!326” – deməli olacaqsan.» Bu onun heç kəsə toxuna bilməməsi üçün edilən bəd dua idi. Özünə aid olmayan bir işə toxunduğu üçün bu cəzaya məhkum edilmişdi. Bu onun dünyadakı cəzası idi. Sonra onun axirətdəki cəzasını bildirdi və dedi: «Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə (Qiyamət günü) gözləyir. İndi tapınıb durduğun ilahına (bütünə) bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!» (Taha: 97). Deyilənə görə Musa buzovu yandırır. Qatadə və başqa alimlər deyirlər ki, onu odda yandırdı. Digərləri isə deyirlər ki, onu əyələmişdi327. Bunu Əli ibn Əbu Talib, İbn Abbas və başqaları deyiblər. Kitab əhli328 də eyni fikiri söyləyiblər. Bundan sonra Musa onu dənizə sovurdu. Uca Allah Musanın belə dediyini buyurur: «98. Sizin ilahınız ancaq O Allahdır ki, Ondan başqa heç bir haqq ilah yoxdur. O, Öz əzəli elmi ilə hər şeyi ehtiva etmişdir!”» (Taha: 98).

Uca Allah buyurur: «152. Şübhəsiz ki, buzovu (ilah) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!» (əl-Əraf: 152). Bu belə də oldu. Bəzi sələflər «Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!» – ayəsəni Qiyamətə qədər hər bir bidət sahibi üçün də eyni bir cəzanın olduğunu deyirlər.

Sonra Uca Allah məxluqatına olan mərhəmətindən dolayı bildirir ki, onlardan kim tövbə edərsə O da onun tövbəsini qəbul edər. Ayədə deyilir: «153. Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) Bağışlayandır, Rəhm edəndir!» (əl-Əraf: 153). Lakin Uca Allah buzova ibadət edənlərin tövbəsini yalnız qətl ilə qəbul etdi. Uca Allah buyurur: «54. O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də Yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün! Belə etməniz Yaradanınızın yanında sizin üçün xeyirlidir! “- demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, Bağışlayandır.» (əl-Bəqərə: 54).

Sonra Uca Allah buyurur: «154. Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” – (deyə yazılmışdı) (əl-Əraf: 154). Bəziləri ayədəki «Onların birində:» ifadəsinin lövhələrin qırılmasına dəlalət etdiyini iddia edirlər. Amma bu tutarlı fikir deyil. Çünki ayədə heç bir söz lövhələrin sınmasına dəlalət etmir. Daha doğrusunu bilən Allahdır.

İbn Abbasın  qarşıda xatırladacağımız "Fitnələr" hədisində deyilir ki, onların buzova ibadət etmələri dənizdən çıxandan az müddət sonra baş vermişdi. Çünki onlar dənizdən çıxandan sonra belə demişdilər: «“Ey Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!”» (əl-Əraf: 138). Kitab əhlinin məlumatlarında da belə deyilir. Onların buzova ibadət etmələri Beytülmüqəddəs torpaqlarına gəlmədən öncə baş vermişdi.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin