RüSTƏM İbrahiMBƏyov ultimatum iki hissəli ölüm dastanı Başlıca iştirakçılar: O, bir də Onun üç Məni



Yüklə 310,52 Kb.
səhifə36/59
tarix04.01.2022
ölçüsü310,52 Kb.
#55533
1   ...   32   33   34   35   36   37   38   39   ...   59
Birinci Mən. Sən haçansa buna görə peşman olacaqsan.

O. Heç vaxt.

Birinci Mən. Bəs bu birisi ilə necə olacaq... bu, səni öz nişanlısı sayanı deyirəm?

O. Qurtar bu söhbəti.

Birinci Mən. Sənin onunla davranışın, insanlıq qanunları baxımından alçaqlıq sayılır.

İkinci Mən. Sən hansı insanlıq qanunlarından danışırsan, yaxşısı hansı sinifin qanunlarına əsaslandığından danış? İnsan özlüyündə mücərrəd anlayışdır. Bizim sinfin qanunlarına görə, bu nişanlı qız sinfi düşməndir, onun küyünə getmək isə bizə yaraşmaz. Burada nə var ki, sən hansı alçaqlıqdan danışırsan? Bəli, o qız özünü nişanlı sayır, ürəkdən sevdiyinə inanır. Ancaq bir neçə gündən sonra, o onsuz da ümid elədiyi evliliyin baş tutmayacağını biləcəkdir. O, nişanlısının kim olduğunu bilsə, elə birinci özü evlənməkdən boyun qaçıracaqdır. İnqilabçı onun nəyinə gərəkdir? O qız, öz sinifinə mənsub olan, uğurlu bir işgüzar adamı “sevdiyini” düşünür, özü də bu bacarıqlı və varlı adam onun milyoner atası ilə əməkdaşlıq eləyir. O, həqiqəti bilən kimi, onun bu “sevgisi” də bir anın içində buxarlanıb yox olacaqdır, axı bu burjuaların duyğuları da öz qayda-qanunlarına çox möhkəm bağlı olur.

Üçüncü Mən. Mənə elə gəlir, o, həqiqəti biləndə bundan çox bərk sarsılacaqdır.


Yüklə 310,52 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin