Şahlar həSƏNOĞLU


  ****           *****            ****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə32/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   28   29   30   31   32   33   34   35   ...   65
2016-2403

 


 
166 
****           *****            **** 
 
Orxan günlərin necə gəlib keçdiyini, vaxtın zamanın necə 
ötüşdüyünü  dərk  edib  qavraya  bilmirdi,  zaman  axımını,  çağ 
ötüşümünü  duymaq  qabiliyyətini  çoxdan  itirmişdi.  Günorta 
mədəsi  gicişib  sahibindən  yemək  tələb  eləyəndə  kitabların 
üstündən  durub  yeməkxanaya  qaçır,  uzun  növbəyə  dayanıb 
sonra  da  ürəyində  təəssüflər  edirdi:  gör  nə  qədər  vaxt  itirdi. 
Bəlkə beş-on varaq da oxumuşdu bu vaxta. "Gələcəyin yeməyi 
belə uzun vaxt aparmamalıdır-deyə düşünürdü. Yemək işini də 
avtomatlaşdırmaq gərəkdir. Yaxud, heç avtomatlaşdırmaq nəyə 
lazım, yeməyin özünə münasibət dəyişilməli, yeməklərin özləri 
başdan-başa  dəyişdirilməlidir.  Ən  birinci,  yemək  bir  həzz 
mənbəi  olmaqdan  çıxarılmalı,  avtomobilə  benzin  tökülməsi 
kimi texniki bir əməliyyata çevirdilməlidir. Yeməklər maye və 
po
roşok  halında  istehsal  edilməli,  onlara  bədənin  tələb 
etdiyincə normal miqdarda zülal, yağlar, nişasta, şəkər və sairə 
qatışdırılmalıdı.  İnsana,  həm  də  müəyyən  bir  istehsalat 
sahəsində çalışan konkret insana nə qədər kolori gərəkdirsə bu 
bir stəkan maye, yaxud bir şokolad yapıntısı halına salınıb həb 
kimi, dərman kimi ona qəbul etdirilməlidir. Onda insan da iş-
gücündən  ayrılmadan  bu  həbi  içib,  atıb  vaxt  itkisinə  yol 
vermədən yenə öz işini davam etdirə bilərdi. Belə olduqda da iş 
saatları  müddətində  insan  avtomat  qurğular  kimi  aramsız 
işləyər,  istirahət  saatlarında  isə  musiqi  dinləyər,  idmanla 
məşğul olardı. Əgər fiziki imkanı yol verərsə evdə də iş zamanı 
yerinə  yetirə  bilmədiyi  bəzi  istehsalat  tapşırıqlarıyla  məşğul 
olar,  yaxud  mütaliyə  edib  biliyini,  dünyagörüşünü  inkişaf 
etdirərdi. 
Əsl mükəmməl cəmiyyət də məhz o zaman qurula bilərdi. 
İndiyənədək qurulmuş belə cəmiyyətlərdə haqq, ədalət uğrunda 
bunca  mübarizə  aparılıb  dövlətin  ictimayi  əsaişi  qoruyan 
orqanların,  geniş  ictimaiyyətin  birgə  fəaliyyətindən  bunca 
maksimum 
şəkildə  istifadə  edildiyi  halda  haqsızlıq,  əliəyrilik, 


 
167 
tamahkarlıq, ədalətsizlik də elə davam edib getməkdə, bir sözlə, 
öz  işində  olmuşdur.  Nədir  bunun  səbəbi?  Səbəb:  yeməyə,  iç-
məyə, geyinməyə, yaşamağa olan insan zövq-səfa duyğularının 
var ol
mağındadı.  Avtomat  oluşluğunadək  yüksəlmiş,  bu 
duyğularından  təmizləndirilmiş  insan  isə  gör  necə  olardı: 
alçaqlıq, hiyləgərlik, tamahkarlıq, əliəyrilik, mənəmmənəmçilik 
kimi  bütün  mənfi  insan xüsusiyyətlərindən  arınıb  xilas  olardı. 
Bəs  onda  müsbət  insan  duyğuları  necə?  Axı  avtomat  bilməz 
mənfi  insan  duyğusu  nədir,  müsbət  insan  keyfiyətləri  nədir, 
avtomat onların hamısandan axı arındırılıdır? İnsan varlığından 
dostluq, qardaşlıq, məhəbbət, böyüklərə-kiçiklərə qayğı, Vətən, 
yurd  sevgisi  kimi  müsbət  duyğular  da  silinib  gedəcək, 
atılacaqdır.  Təəssüflənməli  deyilmi?  Heç  də  yox,  -  deyə  - 
Orxan baş sındıra sındıra düşünürdü, - heç də yox. Məyər bütün 
ictimayi ədalətsizliklərin bəlkə tən yarısının kökü məhz elə bu 

stət  hesab  etdiyimiz  duyğularda  deyilmi? Dostluq deyirik, 
dost  olmayanlar  ayrılır,  qardaşlıq  deyirik,  qardaş  olmayanlar 
ayrılır,  məhəbbət  deyirik,  sevmədiklərimiz  ayrılır,  Vətən 
deyirik, V
ətən  olmayanlar  ayrılır.  Dost,  qardaş  dediyimizə 
bizdən qabaq dost, qardaş demək istəyənlər ola bilər, Məhəbbət 
bəslədiyimizə  bizdən  qabaq  məhəbbət  yetirmək  istəyənlər  ola 
bilər,  Vətən  dediyimizə  bizdən  qabaq  Vətən  demək  istəyənlər 
ola  bilər.  Bu  müsbət  dediyimiz  duyğular  insanları  beləcə  iki 
qismə  ayırıb  onlar  arasında  ixtilaf,  uçurum  yaratmırmı?  Yox, 
yalnız üstün avtomat kişiliyi, yüksək avtomat heysiyyəti bütün 
bu söylədiklərimizdən arındırılmışdır, yalnız avtomat xislətində 
qovğaya,  ixtilafa,  ayrı-seçkiliyə  aparacaq  səbəblər  yoxdur! 
Beləliklə  də  hamının  vəcdlə  danışdığı  ümumbəşəri  müsbət 
duyğular:  dostluq,  qardaşlıq,  məhəbbət,  böyüklərə-kiçiklərə 
qayğı, hətda vətənpərvərlik kimi hisslər özləri də, bir zəyiflik, 
iradəsizlik  əlməti  kimi,  hələ  ondan  da  qabaq  bir  siyasi 
ziyankarlıq  əyləmləri  kimi  bir  kənara  atılmalıdır.  Avtomatın 
insandan əl çatmaz üstünlüyü də məhz bundadır. Avtomat üçün 
bu hisslər təmamiylə anlaşılmaz və yaddır. Avtomat bilməz əmi 


 
168 
kimdi, dayı kimdi, qardaşoğlu, bacıoğlu kimdir, qohum-qardaş, 
el-oba kimdir, V
ətən-yurd  sevgisi  nə  deyilən  şeydir.  Avtomat 
üçün  bütün  insanlar  ideal  şəkildə,  mütləq  şəkildə  bərabərdir. 
Əsl qeyri-irqi varlıq da elə yalnız avtomat ola bilər. Onda hər 
cür irqi, milli, dini zülmlərin də kökü kəsilər, hər hansı ictimayi 
konfliktlərin  baş  verməsinə  bir  səbəb  qalmaz.  Varlanmağa, 
kapitalist olmağa, millionlar, milyardlar sahibi olmağa, qüdrətli 
hakimiyyət  sahibi  olmağa,  dünyanı  tutub  bütün  dünyanın 
şəriksiz ağası olmağa stimul, maraq da qalmaz. Deməli bütün 
haqsızlıqların,  deməli  müharibələrin  özlərinin  də  kökü  elə 
birinci növbədə bu yeməyə, içməyə, geyinməyə olan zövq-səfa, 
həzz  münasibətlərinin  özündədir.  Aradan  götürülməli  olan  da 
məhz  elə  bunlar  olmalıdır.  O  zaman,  məhz  o  zaman  mütləq 
dostluq, mütləq qardaşlıq, mütləq bərabərlik qurulmuş olacaqdı. 
Bu  dostluğa,  qardaşlığa  artıq  zəyif,  melodramatik  insan 
duyğuları  qarışmayacaqdı.  Sırf  tər-təmiz  avtomat  yüksəkliyi, 
üstün avtomat kişiliyi, qərəzsiz avtomat iradəsi hakim olacaqdı 
bütün yer üzü insanlarının ruhuna, əqidəsinə, kişiliyinə." 
Bu 
düşüncələr 
Orxanın 
istirahət 
vaxtlarının 
məşğuliyyətiydi və onun artıq bu səviyyədə, bu "yüksəklikdə" 
day
anan  nəzəri  təfəkkürü  üçün  bir  Sürəyya  dərdi,  bir  itirilmiş 
məhəbbət  intizarı  yaxına  buraxılması  əqidəsinə,  təfəkkür 
"dərəcəsinə"  böyük  bir  qüsur,  böyük  bir  əksiklik  gətirəcək 
hədəflər sırasındandı. 
Yaz havasının damarlarını qızdırıb, qanını coşdurub onda 
bu "yüksək ağıl" səviyyəsindən anlaşılmayacaq gənclik, zövq-
səfa  duyğuları  oyadanda,  artıq  özünü  məhz  avtomat  insan 
yüksəkliyində fərz etdiyi yerdə hissinə duyğularına belə "zəyif 
insani" xislət gəlib hakim kəsildiyində, özünə qarşı elə bir dəli 
kin, nif
rət  duymağa  başlayırdı,  düşünürdü  ki,  ağlını  itirib  dəli 
olmasa yaxşıdı, psixatriya xəstəxanasına düşməsə yaxşıdı. 
Yaz havasının istiliyi, həraəti ilə qanı coşduğu belə intim 
çağlarında Sürəyya  yadına düşürdü. Onun bəyaz kürəkləri, bu 
kürəklər  üstündə  bitib bir qüdət  qələmi  ilə  çəkilmiş  o  incə,  


 
169 
naxış  xətlər  sırası,  Sürəyyanın  qoşa  hörükləri  arasında  bir 
əfsanəvi  yol  kimi  açılmış  ara  cızı  gəlib  gözləri  önündə  durur, 
gözlərini  avtomat  yüksəkliyinə  ayqırı  olan boz  bir  pərdə  ilə 
qapadırdı. 
Yaz  ötüb,  yayın  isti  nəfəsi  özünü  irəli  verib  yer  üzünü 
buxarladıb  tüstüləndirdikcə,  rütubətdən,  yaşlıqdan  arındıdıqca 
Orxan da quru bir avtomat qətiyyəti ilə bu bahar-yaz acizliyini 
özündən uzaqlaşdırıb yenə öz əvvəlki "yüksəkliyinə" qayıdırdı. 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin