Şahlar həSƏNOĞLU


*****             *****            *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə30/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   26   27   28   29   30   31   32   33   ...   65
2016-2403

 
*****             *****            ***** 
 
Hər  halda  məhəbbətinin  itirilməsi  indiki  zəmanəmizdə 
gənc bir oğlan üçün hələ heç də hər şeyin, hər idealın, hər cür 
gələcək  xəyallarının  itirilməsi  demək  deyil.  O  da  ali  təhsilli, 
düşüncəli,  zəkalı  bir  gənc  olmuş  ola.  Məhəbbət  belə  bir  gənc 
üçün  həyatı,  yaşantımızı  məntiqə  mindirən,  mənaya  gətirən 
dürlü-
dürlü  ideallardan  ancaq  birisidi.  Və  hələ  heç  də  ən 
başlıcası  da  deyil.  Gənc  bir  oğlanın  düşüncəsini  qaplayıb, 
zehniyyətini,  hissiyatını  məşğul  edən  çox-çox amaclar, 
aşamalar var hələ.  
Orxan  ali  məktəbə  oxumağa  gələndə  də  bu  idealla 
gəlməmişdi ki, orada o qıza rast gələcək, o qızla dadlı söhbətlər 
edəcək, gözəl-gözə günlər, həftələr, aylar keçirəcək. Düzdü, bu 
ümid  də  yanırdı  qəlbində,  bu  amac  da  gəl-gəl  deməkdəydi 
düşüncələrinə, arzularına. Lakin onu gələcəyə səsləyən başlıca 
hədəf həkim olmaq idealıydı. Insanlığın sağlamlığı, xoşbəxtliyi 
keşiyində  durmaq,  birinci  növbədə  öz  kəndlərinin  bilikli, 
bacarıqlı  həkimi  olub  camaatın  hörmətini,  etibarını 


 
154 
qazanmaqdı.  Kəndlərində  həkim  yoxdu,  xəstəxana  da  yoxdu. 
Hələ  bir  nəfər  həmkəndlisi  Tibb institutuna  gedib  girə 
bilməmişdi, ya elə heç getməmişdi. Bir qoca, uşaq xəstələnəndə 
maşın tapıb şəhərə qaçırıdılar. Çox vaxt heç maşın da tapmayıb 
kənddə  veterinar  mal  həkimi  işləyən  texnikum  qurtarmış 
Allahverdi həkimin üstünə yüyrüşürdülər. Onun da başı nədən 
çıxırdı  yazığın?  Elə  nə  xəstəlik  olsa  antibiotiklərlə  “müalicə” 
edirdi.  Orxanın  uşaq  ağlı  həkim  olmaq  arzusuyla  yanmağa 
başladı. Yaşa dolub püxtələşdikcə anladı ki, bir kənd tələbatıyla 
qapanmaq  məhdudluq,  bir  mənəvi  kasıblıqmış  demə,  kəndini  
dünya 
hesab  eləyən  qaranlıq  bir  uşaq  ağlının  duyduqlarıymış 
demə.  Doğma  xalqının  dürlü-dürlü  problemləri  varmış  demə! 
Bu  problemlərdən  bir  xətt  də  onun  tibb  sahəsindəki 
problemləri,  tələbatıydı.  Indi  kənd  obrazı,  xalq  obrazı  ilə 
unutdurulmuşdu.  Yaxşı  həkim  olmaq  arzusundaydı  Orxan. 
İnanırdı  da  olacaq.  Hər  şeyi  yerli-yerində  anlayıb  dərhal 
mənimsəyən  ağlının  dərketmə  qabiliyyəti  inam  gətirirdi  ona. 
Düzdü  bütün  fənlərdən  heç  də  həmişə  “əla”  qiymətlər 
almamışdı, bir çox fənlərdən “yaxşı”ydı qiyməti, fəqət bir dəfə 
d
ə  olsun  “kafi”  qiymət  almamışdı.  “Yaxşı”ları  da  başqa 
səbəbdəndi,  kitablarda  yazılanları  bir  büt  kimi  əzbərləyib 
demirdi, müəllimlərlə yerli-yersiz mübahisələrə girişirdi, bir də 
heç  vaxt  “əla”  qiymət  almağa  can  atmırdı.  Mübahisələrində 
müəyyən  bir  ağlabatan  cəhət  olsa  da  çox  zaman  onların  bir 
məsəlini  əhatəli,  dərindən  bilmədiyindən,  nəyi  isə  nəzərə 
almadığından  doğduğu  aşkar  olurdu.  Həm  də  Adil  demişkən 
huşyar  kimiydi,  romantik  duyğularla  yaşayırdı,  səbatsız  idi, 
elmi  marağı  ardınca  tam  ciddiyəti  ilə  düşə  bilmirdi.  Gəncliyi, 
ürəyində  gizlin-gizlin  coş  verən  bir  məhəbbət  xülyası 
kitabxanalardan  qaldırıb  institua,  küçəyə,  kino-teatrlara  atırdı 
onu. Elə bil nəsə axtarırdı, nəsə çatışmırdı ona. 
Axtardığını tapdı axırda özü də institutda, küçədə, parkda 
deyil,  kino-
teatrlarda,  qonaqlıqlarda  deyil,  pambıq  tarlasında 
tapdı.  Tapan  kimi  də  itirdi.  Soyudu,  bədbinləşdi,  dərin-dərin 


 
155 
fikir iztirablarına düşdü, nəhayət özünə gəlib ayıldı. Indi bütün 
varlığıyla  elmə    qapıldı,  artıq  onu  öz  ilkin  həvəsindən,  yaxşı 
həkim  olmaq  amacından  heş  bir  qüvvə  ayıra  bilməyəcəkdi 
qəlbinin heç bir arzusu onu kitabxanalardan, oxucu zallarından 
durquzub küçələrə ata bilməyəcəkdi. Rəngli çay, qara kofe olan 
yerdə heç bir yuxu, bədən lincliyi onun beynini kütləşdirib can 
atmaq istədiyi zirvəyə qalxmaqda ona mane ola bilməyəcəkdi. 
İnstituta  qayıdıb  gəldiyindən  üç  ay  sonra  indi  çox  vaxt 
müəllimlər  onun  mübahisələri  ilə  razılaşmalı  olur,  bəziləri  də 
ehtiyat etməyə başlayırdılar onunla mübahisəyə girişməyə. Rus 
ingilis  dilləri  üzrə  gecə  günüz  öz-özünə  məşğələlər  keçirirdi. 
Fəlsəfəylə  maraqlanmağa  başlamışdı,  qədim  Yunan, Roma 
filosoflarını, orta əsr Avropa fəlsəfəsini oxuyurdu. Kanta bənd 
olmuşdu.  Çexovun,  Cəlil  Məmmədquluzadənin  kiçik 
hekayələrini,  felyetonlarını  ləzzətlə  oxuyurdu.  Beşinci  kursun 
sonlarında  artıq  müəllimlər  hər  yerdə  dünənki  əlaçıları,  adlı 
təqaüdlə oxuyanları deyil Orxanı tərifləməyə başlamışdılar. Bu 
təriflərin  ona  heç  bir  təsiri  olmasa  da  əməyinin  belə 
qiymətləndirilməsini  görüncə  içində  coşğun,  fırtınalı  duyğular 
alışırdı. Mənəvi qüvvəsinin, əzminin, iradə gücünün müəllimlər 
tərəfindən belə öyünclərlə təsbit edilməsi özünün özünə inamını 
daha da artırırdı. 
İndi  yoldaşları,  dostları  da  çox  şeydə,  nəinki  elmi 
mübahisələrdə,  hətta  gündəlik  həyat  məsələlərinə  aid  söz-

hbətlərdə  də  hesablaşmağa  başlamışdılar  onunla.  Bununla 
belə  yoldaşları, dostlarıyla münasibəti bir qədər soyuqlamışdı. 
Bu da onun yoldaşlarının müəyyən həyat məsələlərinə, xüsusilə 
öz  gələcəklərinin  necə  təsəvvür  edilməsi  işinə  münasibətləri 
kimi  hamını  düşündürən  məsələyə  onların  yanaşımından  irəli 
gəlirdi.  Bəzən  baxırdın  iki  gələcək  həkim  arasında  mübahisə 
başlayıb,  özü  də  nəyin  üstünd:  hansı  ixtisas  indi  qazanclıdı? 
Biri  deyir  farmaseptlik,  biri  deyir  diş  həkimliyi,  biri  deyir 
cərrahiyyə... Tələbələr iki üç qrupa bölünürlər, kimi birincinin, 
kimi  ikincinin  tərəfində  dayanır,  kimi  də  onların  heç  biriylə 


 
156 
razılaşmayıb üçncü fikrə tərəfdar  çıxır. Belə mübahisələr hələ 
onlar  ikinci,  üçüncü,  dördüncü  kurslarda  oxuduqları  vaxtlarda 
da baş verərdi. O zaman Orxan maddım-maddım onlara qulaq 
asıb  bir  məna  görməzdi  bu  danışıqlarda.  Amma  indi  içindən 
titrəyirdi belə mübdhisələr düşəndə, dəli kimi olurdu, bəzən ən 
ağır sözlər deyirdi dostlarına yoldaşlarına. Soyuqluq da onun bu 
xasiyyətiylə yaranmışdı. Orxan gələcək sənətlərinin belə hərrac 
bazarına qoyulmasına dözə bilmirdi. Demək gələcək həkimlər 
indidən  özlərinə  necə  işləmək  haqqında  aydınca  plan 
götürmüşdülər. Harda işləmək, necə işləmək ki, ən çox qazanc 
çıxan yer olsun. Qazanclı işlər, yerlər sadalanırdı, o işlərə necə 
girmək  yolları  təsnif  edilirdi.  Dərin  mənəvi  yaralar  açırdı  bu 
danışıqlar  Orxanın  xəstələnmiş  ruhunda.  Ən  yaxın  dostları, 
yoldaşlarıyla belə mübahisələr üstündə pisləşib aranı qırır, uzun 
müddət onlarla görüşüb salamlaşmırdı. Sonra baxıb görürdü bir 
insan kimi, 
dost, qoldaş kimi onlar heç də pis adamlar deyillər, 
əclaf,  satqın,  xəyanətkar  deyillər,  qayıdıb  təzədən  yodaşlıq, 
dostluq  etməyə  başlayırdı  onlarla.  Onların  təbabətə 
yanaşmalarındakı bu təfəkkür özü əclafdı, həm də onların heç 
də  öz  şəxsi  təfəkkürləri  də  deyildi  bu.  Nə  təhərsə  zəhərli 
viruslar  kimi  mühitə  çöksümüş  başdan  başa,  beyindən  beyinə 
yoluxan iyrənc bir  epidemiyasıdı bu. Çoxlarının başında  yuva 
salıb  qərarlaşmış  bu  təfəkkür  yalnız  gələcək  həkimlik 
praktikası, sərt həyat təcrübələriylə dağılıb gedəcək, yaxud kök 
salıb hələ bir az da möhkəmlənəcəkdi onların başında. Lakin bu 
təfəkkürlə  mübarizə  bir  ideal  da  deyildi  Orxana.  Adillə, 
Sahibovla, Zahi
dlə,  Musayla  çoxillik  dostluq,  qardaşlıq 
duyğularını  belə-belə  şeylər  üstündə  qırıb  atmayacaqdı  ha? 
Xəyalı  göylərdə  gəzib  gerçək  həyat  həqiqətlərindən  uzaq 
düşmüş cəfəng bir düşüncə sahibi, boş bir müqəvva ha deyildi? 
Sərt gerçəklik, onun məntiqə yatan, yatmayan törətmələri, son 
ucu  xəstə  bir  əks-səda  doğurmurdu  artıq  zəkasında, 
duyğusunda. 


 
157 
Yeni  idealı-insan iradəsinin  gücünə  olan  və  onda  yeni 
əmələ  gəlmiş  dərin  inamı  idi.  Bu  inam  da  onu  gün-gündən 
yetginləşdirir, kişiləşdirir, müdrikləşdirirdi. 
Bu  ideal  Sürəyyanı  da  unutdururdu  ona.  Həftələrlə, 
aylarla  hafizəsindən,  düşüncəsindən  yox  olub  gedirdi  Sürəyya 
qəribliyi. Bəzən intim ruhi vəziyyətlərə düşüb yadına salsa belə 
bu yeni idealı üzünə sillələr vurub ayıldırdı onu. əsil kişi üçün, 
mütəxəssis həkim olmaq istəyən iyirmi üç- iyirmi dörd yaşlı bir 
cavan üçün itirilmiş məhəbbət itirilmiş həyatmı demək olacaq? 
Həyat nəşəsi, zövq-səfa duyğuları əsil kişinin, əsil mütəxəssisin 
nəyinə  gərək?  Iradəli  bir  kişi,  bir  mütəxəssis  üçün  əsil 
məhəbbət  onun  öz  amalına,  öz  sənətinə  bağlılığı,  öz  amalı 
yolunda  zirvədən-zirvəyə  bir  yüksəlişi  deyildirmi?  Bu  təlqin 
onun  beynində  elə  möhkəmlənib  qranitləşmişdi  hər  hansı  bir 
titrəyişdən, zəlzələdən onun uçub dağılması mümkünsüz işdi. 
Lakin Orxan Sürəyyanı büsbütün də unutmamışdı. Insan 
beyni  görünür  mövcudiyyətin  ən  mükəmməl  maşınıdı. 
Beyininin  harasındasa  daima  Sürəyya  üçün  işləyən  bir  gizlinc 
nöqtə  vardı.  Bu  nöqtə  hər  yerdə,  küçədə,  yolda,  qatarda, 
avtobusda  onun  gözlərinə  bir  arama,  axtarma  görəvi 
yerləşdirmişdi.  Hətta  Sürəyya  fikri  heç  huşunda,  başında 
olmayanda belə, işləyirdi bu nöqtə, arayıb axtarırdı Sürəyyanı. 
Bir gün küçədən keçərkən Natellaya rast gəlcək yenə bu 
nöqtə işləməyə başladı başında. 

Niyə təkcəsən Natella? 
- Elxan rayona gedib. 

Necədi indi, incitmir səni? 

Mum  kimi  olub  Orxan.  Elə  bil  Adilin  o  güləşməsinə 
bənd imiş! Odu budu, öl düsəm ölər, qal desəm qalar! 

Bəlkə  sənin  gözlərində  o  zamankı  nifrəti  görüb  belə 
olubdu? 

Bəs  sən  nə  bilirsən?  Demək  mən  o  şir  əhliləşdiricilə-
rindən əksiyəm? 

Artıqsan hələ! 


 
158 

Vallah artığam Orxan! Bedahat insan  yanında şir nədi, 
ayı nədi! 

İndi de görüm desəm mənimlə bir yerə getməzsən? 

Ə-ə, yenə məni işə salma, haradı o yer? 

Radio verilişləri idarəsinə. 

Nədən ötrü ə-ə? 

Bir mahnı sifariş verək. 

Hansı mahnı? 

“Sona bülbüllər!” 

Nə  yaxşı  olar?  Hardan  gəlib  ə-ə  ağlına  bu?  Hə,  axı 
deyirlər  indi  də  bir  fasona  düşmüsən  sən,  belə  filosoflar  kimi 
danışırsan? 

Yenə başlama Natella. Qruppamız ayrılıb, deyəsən orda 
sataşmağa bir adam yoxdu, Orxan yoxdu orda. 

Özün yeri ver sifarişi ay Orxan, ta mən nə gedim? 

Yox  ey  Natella,  bu  bir  az  dolaşıq  işdi,  sən  yenə  dilli-
hüzürlüsən, bəlkə sənə görə götürələr sifarişi. 

Nədi ə-ə, o heylə? 

Söz  versən  namusum  haqqı  bir  kəsə  demərəm, 
danışaram sənə. 

Anamın  goru  haqqı  heç  kəsə  demərəm  ə-ə,  nə 
danışırsan! 
Avtobusun  gəlib  çıxmasını  gözləyə-gözləyə  Orxan 
Sürəyya  ilə  olan  macərasını  belə  quru,  hissiz,  duyğusuz  bir 
tərzdə,  özləri  haqqında  guya  yad,  özgə  adamlar  haqqında 
danışırmış  kimi  ehtirassız,  həyəcansız  Natellaya  söylədi.  Elə 
söyləyirdi  guya  lap  əhəmiyyətsiz,  elə-belə  adicə  bir  işmiş  bu, 
Natellaya  da  elə  belə  sözgəlişi  danışırmış.  Natella  isə 
doluxsunub  gözləri  yaşaran  kimi  olmuşdu.  Həyəcanından 
gözləri böyümüşdü Natellanın: 

Sən Allah düz danışırsan Orxan? 

Yalan niyə deyim axı? 

Bəs necə dözürsən ə-ə, bu dərdə? 

Qadın deyiləm ki? 


 
159 

Kişi olanda nə olar ə-ə, kişi adam deyil? Daşdı? 
- Ney
ləyim axı? Əlimdən nə gələr? Səhvlik özümdə olub. 

Elə  bil  lap  sifariş  verdik  “Sona  bülbülləri”,  axı  sən 
Kamal deyilsən, Orxansan, lap eşitsə nə biləcək qız? 

Yox  ey  Natella,  mən  belə  düşünmüşəm:  öz  ad-famili-
yam
la  sifariş  verim,  ancaq  pambıq  tarlasında  rast  gəlib 
dostlaşdığım  mexanizator  Kamal  və  pambıqçı  qız  Sürəyyanı 
təbrik etmək üçün! 

Hə  vallah!  Kəlləsən  ə-ə  lap  sən,  avtobus  nədi  ə-ə,  gəl 
bəri taksidə oturaq. 
Onlar  taksiyə  əyləşib  radio  və  televiziya  verilişləri 
idarəsinə  gəldilər.  Sifarişlər  qəbul  olunan  otağı  tapıb  içəri 
girdilər. Otaqda iki cavan qadın və bir keçəlləşmiş kişi əyləş-
mişdi.  Natella  nə  məqsədlə  gəldiklərini  söylədikdə  qarayanız, 
boyalı-sürməli qadın onlara irad tutdu: 
-
“Sona  bülbülləri”  niyə  sifariş  verirsiniz?  Ali  savadlı 
həkim adam da “Sona bülbülləri” sifariş versin, kolxozçular da? 
Ondan ötrü o qədər bizə məktublar gəlir, heç yığıb-yığışdırmaq 
da  olmur.  Hamısı  da  sadə  əmək  adamları:  pambıqçılar, 
üzümçülər, çayçılar... Biz onları qoyub sizdən ötrü bu mahnını 
sifariş verə bilmərik. Bax, siz sifariş verin Çaykovskidən, Qara 
Qarayevdən,  Xaçaturyandan,  sifarişinizi  bu  dəqiqə  qəbul 
eləyək. 

Ay bacı biz özümüz üçün sifariş vermirik ey, başa düşün 
bizi,  pambıq  tarlasında  dostlaşdığımız  Mexanizator  Kamalı, 
pambıqçı  Sürəyyanı  bu  musiqi  ilə  salamlamaq  üçün  sifariş 
veririk! 

Demək onların özləri yazıb göndərə bilmirlər bizə? 

Göndərə  bilərlər,  ancaq  biz  salamlamaq  istəyirik  bu 
mahnıyla onları. 

Belə  də  şey  olar  heç?  Salamlamaq  istəyirsiniz,  bir 
atkrıtka alın, üstünü yazıb göndərin onlara. 

Biz  atkrıtka  ilə  yox,  mahnıyla  salamlamaq  istəyirik 
onları! 


 
160 
Hər üç əməkdaş uğunub getdilər gülməkdən: 

Bu da təzə çıxdı ey! 

Heç belə şey olar? 

Niyə olmur axı? 

Bizim praktikamızda belə şey olmayıb bacım. 
Natella uzun mübahisəyə girişdisə də redaksiyadakılar öz 
dediklərini  deyib  durdular.  Axırda  Natellanın  davaya 
durduğunu görən qarayanız sürməli qız qalxıb müdirin yanına 
keçdi. Kabinetə hirsli, qaşqabaqlı girib, oradan qalib kimi, gülər 
üzlə çıxdı: 

Müdir deyir belə şey olmaz, bu barədə instruksiyamızda 
maddə yoxduq. Biz edə bilmərik bunu. 

İnstruksiya nədi, maddə nədi? 
Natella  hirslə  yeriyib  döyüb  eləmədən  üdirin  kabinetini 
açıb içəri girdi. 15 dəqiqədən artıq orda qalıb Natella da gülə-
gülə çıxdı: 

Deyir  ərizənizi  yazın,  sifarişinizi  yazın,  neyləyək, 
həkimlərin sözlərini yerə salmayacayıq ha! 
O
rxan  ərizə  yazdı.  Efirə  buraxılmalı  olan  mətni  dırnaq 
içində xüsusi qara xətlə, çox aydın şəkildə yazdı. ərizəni, mətni 
boyalı qadına verib redaksiyadan çıxdılar. Natella elə vüqarla, 
elə gərlənə-gərlənə yeriyirdi, elə bil fəlsəfə imtahanından indicə 
“əla”  qiymət  alıb  çıxırdı.  Yol  boyu  Orxana  ümidlə  deyirdi 
tapılacaq Sürəyya, bu sifarişdən sonra mütləq tapılacaq! 
...İki  həftədən  sonra  bir  axşam  sifarişlər  konsertində 
diktor  belə  bir  mətn  oxudu:  “Tibb  institutunun 5-ci kurs 
tələbəsi Orxan Eyvazov,  Leninneftin beşinci mədəninin buruq 
ustası...  Kürdəmir  rayonunun...  kolxozunun  pambıqçıları... 
Bərdə  rayon  xəstəxanasının  həkimləri...  Ağdam  rayonundakı 
“Sosializm”  kolxozunun  mexanizatoru  Kamal,  pambıqçısı 
Sürəyya...  və  bir  çox  başqalarının  xahişiylə  “Sona  bülbüllər” 
xalq mahnısını Qədir Rüstəmovun ifasında dinləyə bilərsiniz” 
Natella  sonralar  and  içib  deyirdi  o  gecə  sabahadək  yata 
biməyib, hirsindən hönkürüb ağlayıbdı sabahaca. Bunu Orxana 


 
161 
söyləyəndə  də  gözləri  yaşarmışdı  Natellanın,  boğula-boğula 
danışırdı qız. Hirsindəndimi, yandığındandımı, ya elə Orxanın 
bəxtini belə görüb acıdığındandı elə? 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin