150
***** ****** *****
Orxan yalnız on gün sonra, o da tibb bacılarının
gözlərindən oğurlanıb bir taksiyə minərək həmin tarlaya gəldi.
Gəlib də tamam başqa ləvində gördü tarlanı. Bütün sahənin
pambıq kolları traktorla çıxarılıb orda-burda topa-topa
qoyulmuşdu. Çox hərlənib qala bilmədi tarlada, ürəyinin içi
üşüyürdü, hava soyuq olmasa da xəstəydi hələ, dayana bilmirdi.
Taksiyə minib yenə geri qayıtdı. Bir kəsdən bir şey soruşub
eləmədi. Bir həftə də xəstəxanada yatıb sonra birdən-birə
yüngülləşdi, yaxşılaşdı. Həkimi on beş gün də əlavə bülleten
yazm
aqla onu evlərinə buraxdı. Yaxşı yeyib-içib tamam
sağlamlaşdıqda şəhərə gəlib ordan avtobusla “Sosializm”
kolxozuna yollandı. Idarə binası qabağında avtobusdan düşüb
çayxanaya gəldi. Çayxanada hələ orta məktəbdə oxuyarkən bu
kəndə pambıq yığmağa gəldikləri il tanış olduğu Kərəm adlı
özü yaşda bir mexanizator oğlanla rastlaşdı. Oğlanı bir kənara
çəkib dedi Sürəyya adlı bir qızı axtarır. Bu kənddəndi qız. Söz
soruşmalıdı ondan. Di gəl familiyasını, ata-anasının adını
bilmir. Amma bu çeşnidə qızdı. Kərəm çox fikirləşib Orxan
deyən çeşnidə bir qız xatırlaya bilmədi. Axırda başladılar bütün
Sürəyyalara gedib baxmağa. Hər “Sürəyyanın” darvazaları
arxasında dayanıb, Kərəm o qızı gətirib çıxarınca ürəyinin
tappıltısı başlayırdı. Hər baxıb görüncə ki, bu o Sürəyya deyil
soyuyub buza dönürdü ürəyi. Bu kənddəki Sürəyyalar
qurtaranda kolxoza aid olan o biri kəndə gedirdilər. Üç gün
“Sosializm” kolxozunun əhatə etdiyi kəndlərdəki Sürəyyalara
baxmağa getdi. Sonra buxalteriyaya gəlib bu il kolxoza avral
gəlmiş bütün başqa kolxozlarn adını götürüb indi də həmin
kolxozlara, sovxozlara yola düşdü. Beş kolxoz və sovxozdu
bunlar. Taksi tutub bunları da ələk-vələk elədi. Kənd
sovetlərinə gedib bütün Sürəyyaların siyahısını götürdü. Bir
həftə də bu işə sərf olundu. Axırda başa düşdü ki, tapa
bilməyəcək Sürəyyanı. Elə bil o axşamkı fırtına aparmışdı
151
Sürəyyanı. Yoxdu Sürəyya olmamışdı, olmayacaqdı. Bəlkə bir
xəyalmış Sürəyya? Bir aldanışmış? Sayıqlayırmış, yuxusunda
görürmüş bəlkə Sürəyya əhvalatını? Ya elə qara basırmış onu,
xəstəliyinin başlanma əlaməti kimi bir şeymiş? Xəstəlik önü
gələn titrətmə, qızdırmaymış gördükləri, gerçək Sürəyya
deyilmiş heç?
Çox qəribədir nə Orxan, nə Cəmilə fikirlərinə belə
gətirmirdilər ki, qondarma olarmış ona deyilən ad. Öz adlarının
qondarma olduğunu bildikləri halda nə Orxanın ağlına gəlmirdi
Sürəyya da aldatmış olar onu, adını da, işini də yalan demiş
olar, nə Cəmilə ağlına gətirmirdi Kamal yalan deyə bilər ona.
Bir-
birlərinə bir könüldən min könül vurulduqları kimi, bir-
birlərinə bütün varlıqları ilə inanmışdılar da. Bu inam o qədər
dərin, o qədər güclü idi şübhəyə yer yoxdu onun yanında. Bir
də belə bir psixika da onları şübhələnməyə qoymurdu ki, nə
mexanizator, nə pambıqçı olan oğlan-qız yalan deməz, yalanı
deyənlər, işlədənlər sadə əmək adamları olmazlar, yalan hər
yerdə yuxarıdan gələr, təhsillilərdən, oxumuşlardan gələr.
Özlərini bu oxumuşlardan bilirdilər, özlərinin yalan
demələrində təəccüblü bir cəhət görmürdülər, amma
mexanizatorun, pambıqçının yalan deyə biləcəyinə desən də
inanmazdılar.
Orxan indi öz-
özünə təlqin etməkdəydi: çalışıb
unutmalıdır Sürəyyanı, beynindən, başından çıxarıb atmalıdır
çalışıb. Bununla belə Bakıya yola düşməzdən qabaq bir gün
kəndin aralığında Nüşürü gördükdə nə isə qəlbində bir çalxantı
duydu. Nüşür dil-hüzur eləyib xətrini xoş salırdı.
-
İncimə ey həkim, adamlara sataşmaq şoferin xasiyyətidi.
Indi bir dəfə əvəzini çıxaram.
-
Yox, elə indi çıxsan yaxşıdı.
-
Gedək şəhərə, hansı restorana deyirsən aparım, bu
ölsün!
-
Restoran istəmirəm, məni o pambıq yığdığımız kəndə
apar.
152
-
Gəl otur, gözüm üstə!
Yol boyu Nüşür elə hey lətifələr danışırdı, kimsə bir qızı
tərifləyirdi, nə qədər onu güldürdüyündən danışırdı. Cəmilə adlı
çox-
çox gözəl bir qızmış. Yaman gözəl qızmış ölmüş. Lakin
Orxan anlaya bilmirdi onun dediklərini, qavraya bilmirdi.
Başında dolaşan bir Sürəyya xəyalı qoymurdu dinləyə Nüşürü,
görə nə deyir Nüşür, nə danışır Nüşür, kimdən danışır Nüşür.
Uzaqdan tarlanı görüb ürəyi guppultuyla atdı. Qanı üzünə təpdi,
tərlədi bədəni, alnı. Nüşürü asfalt yolda qoyub artıq suyu
çəkilib, pambığı çıxarılıb bir yabanı düzə çevrilmiş tarla içinə
qaçdı. Guya bıçağını axtaracaqdı orda. Sürəyyanın bir əl
dəyməsindən yıxıldığı həmin yerə gəldi. Traktor onun
ayaqlarının açdığı oyuğu da cızıb doldurmuşdu. Süpürləyib bir
topa pambıq basmışdı ləpirlərinin yerinə. ətrafda bir kimsə
yoxdu, tam yiyəsizlikdi hər tərəf. Bu yer o qədər doğma, o
qədər əziz gəldi ona qayıdıb Nüşürə harayladı çıxıb getsin. O
axşamaca qalıb axtaracaq burda. Sözlərinin axırını deyəndə səsi
çatalla
şdı, bir topa qəm havası gəlib yığıldı boğazına. əlilə də
Nüşürü qandıdı çıxıb getsin, gözləməsin onu. Nüşür getdi.
Təkcə qaldı tarlada. Ləpirlərinə dolmiuş pambıq süprüntüsünü
eşib çıxarıb, torpaqdan, çöplərdən təmizləyib altına qoydu. Lal-
dinməz oturub xəyallara daldı. Bəlkə bir möcüzə baş derdi elə,
bəlkə Sürəyya birdən-birə gəlib çıxdı elə!
Başı üzərində zümrüd göylər göyərirdi, uzaqlarda qaraca-
qaraca ləkələr kimi kiçik kəndlər, obalar görünürdü. Birdən bir
gumultu qalxdı sinəsindən, bir “Sona bülbüllər” gumuldanmağa
başladı. Səsi yoxdu Orxanın, lakin kim vardı burda eşidib gülə
ona? Oxşadırdmı yəni, heç olmasa bu mahnının şirin musiqisini
səsləndirirdimi bu tarlada?
Tarladan durub getməyə ürəyi gəlmirdi. Gedə bilmirdi bu
yerdən. Ta qaranlıq qovuşanacan tək-tənha, ac-susuz tarlada
qaldı. Şər qovuşanda qalxıb arxasına baxmadan yüyürə-yüyürə
asfalta çıxdı, o maşından bu maşına gecə saat onda gəlib
evlərinə çatdı. Yemək yeyib yatağına girərək işığı söndürdü.
153
Gözlərini yumcaq Sürəyyanın bəyaz kürəkləri, kürəyində
qüdrətin qələmilə çəkilmiş narınca-narınca xəttləri, bu xətlərin
ideal gözəllikli naxışı, cığırı gəlib gözləri önündə durdu. Qoşa
hörüklərinin ara yolu, boynu arxasındakı ipək tüklərinin
əsməyişi göründü gözlərinə, qoşa hörüklərin arasını qoxladı,
barmağını uzadıb nar dəyib qaralmış isti kürəyə toxundurdu.
Misilsiz bir sevinc alışdı ürəyində: elə bu da bəsdi ona. Hər
axşam yerinə girib gözlərini yumub elə bu xəyalatıyla qonuşa
bilsə, yaşaya bilsə, elə bunun özü də bəs edər ona. Sürəyyanın
özü itmiş olsa da xəyalı ha itməyibdi, xəyalıyla yaşayacaqdı
Sürəyyanın. Bir daha heç yerdə Sürəyya adı çəkməyəcəkdi,
ürəyinin ən dərin guşələrində, bir də gözüyumulu xəyalatının
qanadlarında saxlayacaqdı Sürəyyanı.
Dostları ilə paylaş: |