Şahlar həSƏNOĞLU


*****             ******         ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə27/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   23   24   25   26   27   28   29   30   ...   65
2016-2403

*****             ******         ****** 
 
Orxan gözünü açıb özünü xəstəxana kimi bir yerdə gördü: 
yox, gerçəkdən xəstəxanaydı bura. Otaqda dörd çarpayı vardı, 
ikisi boşdu, üçüncüsündə də xəstəxana paltarı geyinmiş kök bir 
oğlan alma yeyirdi. 

Qardaş, haradı bura? 

Ayıldın  eləmi?  Şəhər  xəstəxanasıdı.  Ay  həkim,  ay 
həkim!  –oğlan  qapını  açıb  koridora  çıxaraq  sevinə-sevinə 
qışqırdı-Xəstə ayıldı deynən, ay həkim! 
Oğlanın  harayına  tibb  bacıları,  həkimlər  axışıb  gəldilər. 
Atası Köçəri kişi gözünün yaşını silə-silə gəlib çıxdı. 


 
145 

Bu nə işdi ay oğul, dinimiz, imanımız qaçdı axı? 

Ağlama,  Köçəri  kişi,  sevin,  oğlun  özünə  gəldi,  böhran 
ötüb keçdi demək! Bundan sonra qorxu yoxdu ona! 

Başına  dönüm  ay  həkim!  Vurum,  tutum  elə  budu!  –
Yenə omaxşıdı kişi, yüyürüm arvada, qıza xəbər verim! 
Anası, bacısı gəlib çıxdılar. Qəribədi ağlaşırdı hamısı. Axı 
noolmuşdu  ona,  niyə  ağlayır  bunlar?  Amma  hiss  eləyəndə  ki, 
gözlərində  nəsə  rəngbərəng  işıqlar  oynaşmaqdadı,  heyi  yoxdu 
dirçəlib    durmağa,  anladı  səbəbini;  yuxu  kimi  bir  aləmdə 
qavradığı  uzun  döyüşlər,  qızarıb  alışmış  dovşanlarla,  tülkü, 
canavarlarla  çalışıb  çarpışması  adi  yuxu  deyilmiş,  qızdırma 
halətiymiş! 
Həkimlər  valideynlərini  bayıra  çıxararaq  yenə  bayaqkı 
alma yeyən oğlanla qoydular onu.  

Üç gündü ayılmırsan qardaş üç gündü ağlaşma-şıvəndi 
burda.  Qızdırman  41-dən  addamışdı.  Həkimlər  təəccüb 
qalmışdılar ürəyinin bu qızdırmaya necə dözdüyünə. Hər gecə 
biri  qalıb  yanında  keşik  çəkirdilər  səhərəcə.  sayıqlayırdın 
yaman! Sürəyya nəyindi qardaş?.. 
Sürəyya adı eşitcək yenə bir qaranlıq çöksüdü gözlərinə... 
Beşinci gün özünü babat hiss edib xəstəxanadan qaçmaq 
istədi,  lakin  başı  hərlənib  yıxıldı,  tibb  bacısı  tutub  danlaya-
danlaya palataya qaytardı. Vəziyyəti aydındı özünə: sətəlcəmin 
ən  ağır  formasını  keçirirdi.  Çox  adam  tab  gətirməyib  ölür  bu 
vəziyyətdə.  O  ölməyibsə  olduqca  möhkəmdi  demək  ürəyi, 
olduqca  sağlamdı  demək  ciyəri,  böyrəyi!  İndi  yaxşı  yeməklər 
yeyib qüvvə toplamalıydı özünə. Yoxsa vərəmə çevrilə bilərdi 
xəstəliyi.  Bir  həkim  kimi  də  dünyada  ən  qorxduğu  xəstəlik 
v
ərəm  idi.  Düzdü  müalicəsi  asandı  indi,  bu  xəstəlikdən  ölüm 
yoxdu adama. Ancaq bir dəfəlik qurtaran da deyil, bütün ömrün 
boyu d
avam edəcəkdi səndə. Adı da pis çıxıb: keçici xəstəlik! 
Hələlik  özündə  bir  qüvvə  hiss  edib  taksiyə  oturmağa,  o 
tarlaya, o kəndə getməyə ürək eləmirdi Orxan. 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin