Şahlar həSƏNOĞLU


*****        ******          ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   20   21   22   23   24   25   26   27   ...   65
2016-2403

 
*****        ******          ****** 
 
Cəmilə  gecə  göz  yumub  çimir  eləyə  bilmədi.  Saat  6 
olacaq geyin
ib  qardaşını  zor-güclə  yerindən  durquzdu,  dedi 
maşını xoddasın. Anasını oyadıb yır-yığış edib yola hazırlaşdı. 
A
rvad  əl  çəkməyib  çay  qaynatmağa  başladı,  qız  çay  içib,  bir 
tikə  çörək  yeyib  sonra  yola  düşsün.  Bu  da  gəlib  oldu  saat  7. 
Çamadanını  götürüb  həyətə  düşəndə  gördü  ki,  maşın  yoxdu 
qapıda.  Benzin  tökdürməyə  gedib  qaraja.  Hirsindən  titrəyib 
əsməyə  başladı.  “Cəhənnəm  olsun  benzin,  nə  çoxdu  yolda 
benzin, pul verib alardılar”. Yox, nəsə bir fəlakətdi bu başıma 
gəlir,  gələcək  hələ!  Yola  çıxıb  avtobusla  getmək  istədi, 
beyməzləyib  anası-atası  qoymadılar,  axırda  kişi  özü  tərpəndi 
Zakirin  dalınca.  O  da  məcbur  olub  oturub  gözlədi.  Saat  9-a 


 
139 
işləmiş  Zakir  gəlib  çıxdı.  Cəmilə  sakitləşib  qanı  gəldi  üzünə. 
Elə çamadanı maşına qoyub, özü də əyləşib yola düşürdülər, bir 
Moskviç-
412  gəlib  darvazaları  önündə  siqnalladı,  atası 
darvazanı açınca da içəri girdi. 
Nərgizlə  atasıydı  gələnlər.  “Nəyə  gəlib  görən  Nərgiz? 
Yoxsa  məni  gəlib  axtaran  varmış  orda?  Yoxsa  Kamalmış 
axtaran?” 
Nərgiz maşından düşüb gülə-gülə gəldi: 
-
Hara belə ay qız? 
-
Hara nədi, pambığa! 
-
Pambıq yoxdu tay, iş yoxdu, urraa! 

Necə yoxdu? Yağışa görə? 

Yağışa görə, yağışa görə! 

Pambıq yoxdu, məktəb ki, ordadı! 

Məktəb də yoxdu, bu sabah saat 5-dən avtobuslar gəlib, 
hamı avtobuslara doluşub Bakıya getdilər! Üç gün sonra dərsdi! 
Mən də qaldım ki, səninlə gedəm!.. 
Nitqi  batdı  Cəmilənin,  bənizi  avazıdı,  bir  pencər 
sıxmasına döndü ürəyi. Zakir maşını söndürüb, çamadanı yerə 
qoyub  işə  getdi.  Qolu-qanadı  sınmış  evlərinəcə  güclə  yeriyib 
gəldi. Bir də özünə gəlib ayılanda gördü Nərgizgil də qayıdıb 
gedib.  Atası-anası  nə  qədər  elyib  dayanmayıblar.  Halbu  ki, 
Nərgizi  bir  tərəfə  çəkib,  məsələni  açıb,  yalvarıb-yaxarb bir 
bəhanə  ilə  onlarla  geri  qayıda  bilərdi.  Nərgizlə  maşına, 
avtobusa minib gizli-
aşkar o yerə gedə bilərdi. 
Bezikdirici, darıxdırıcı bir gün başladı. Öldürücü bir gün 
başladı  Cəmiləyə.  Sarsıntısının  çoxluğundan  düşünüb  bir  çarə 
də tapa bilmədi, kütləşib, yayqınlaşdı beyni, doldu başı, elə bil 
iflic vurmuşdu beynini, key-key baxırdı, sönük-sönük, axmaq-
axmaq baxırdı. Nə içəridə dura bilirdi, nə eyvanda səbri-qərarı 
gəlib dayanırdı, nə qapıda-bacada bənd alırdı, ağlını gerçəkdən-
gerçəyə  itirən  kimi  olmuşdu.  Axırda  anası  əllərinin  bihuşdar 
sığalıyla yatırtdı qızını. 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin