***** ***** *****
Axşamüstü Adil Sahibovu da götürüb pambıqlarını
çəkdirmək üçün navesə yollandı, qalanları maşına minib
olacaqlarına gəldilər. Orxanın başının kiçicik bir bölməsi
işləyirdi. Qalan bölmələr büsbütün qapalıydı ətraf mühitə. Bu
kiçicik bölmə də bir xaos kimi qavramaqdaydı olub bitənləri,
hər şey ona dalğalı güzgülərdəki kimi görünürdü. Sürəyyanın
bəyaz kürəyi, yoğun saçları, bir barmaq dəyimindən uçulub
yerə çırpılan duruşu, etirafı yadından çıxacaq deyildi. Sabahın
gözlənişi ona aşaması müşkül olan bir uca dağ kimi çətin
görünürdü. Ona elə gəlirdi saatın əqrəbləri öz hızını, sürətini iki
qat, üç qay yavaşıdıbdı, zaman öz sürüşünü qıyıb-qıpıb
azaldıbdı.
Bayaqdan bəri taxta oturacaq üstündə əyləşib Fikrət
Zalovun indi də "Sənsiz"i oxumasını gözləyirdi. Oxumasa
durub gedib sifariş verəcəkdi. İndiki əhvalına "Sənsiz" məlhəm
olaydı bəlkə!
Belə məlul oturmuş ikən Natella xəfif bir bahar yeli kimi
yüngülcə gəlib yanında əyləşdi. Bir müddət heç biri bir söz
deməyib dinməz-söyləməz oturuşdular beləcə. Nə o bir söz
tapıb deyə bildi, nə Natelladan bir səs çıxdı.
Hava yavaş-yavaş qaralırdı. Dağ tərəflərdə şimşəklər
oynaşırdı elə bil. Hava hələ tam qaranlıqlaşmadığından bilmək
olmurdu şimşəkdi bu oynaşan, yoxsa uzaqlardan ötüb keçən
avtomaşınların işığıdı? Amma işıq səmaya çox enli və uca
düşürdü, göylərdəki üfüqlər üstündə qıvırlanmış qara buludları
işıqlandırıb göstərirdi.
Tələbələr öz işləriylə məşğuldular, dəstə-dəstə olub
gəzişən kim, tək-tək, cüt-cüt olub duruşan, söhbətləşən kimdi.
Hərə öz bildiyi kimi vaxt sovuşdururdu.
- Orxan! -
deyə qulağı dibində həzincə bir səs
pıçıldayanda elə bil yuxudan ayıldı: tamamılə unudubmuş
Natellanın yanında əyləşdiyini.
129
-
Nə var?
-
Bilirsən heç, nə fikirləşirəm?
-
Desən bilərəm.
Natella hər iki əlini onun çiyninə qoyub başını öz əlləri
üstünə söykədi. "Bu nəydi belə Natella xanım, bu nə ərmağandı
bəxş etdin mənə? Bu nə mərhəmətdi göstərirsən?"
-
Deyirəm Allahın altında, bax indiki ağlımla bir də o 286
nömrəli arayışı aldığımız yaşıma qayıda biləydim!
-
Yaxşı deyil Natella, başını götür çiynimdən.
Natella
hələ əllərini onun çiynindən çəkib indi başını
onun çiyni üstünə əydi, saçlarının ipək yalayışıyla Orxanı
qıcıqlandırıb yerində qurcalaxlandırdı:
- Qul
aq as Orxan, sən deyəndən sonra o qulaqlı papaq
oğlan gəlib yadıma düşdü. Elə bilirsən onun o baxışları
dəyməmişdi mənə? Öz-özümə deyirdim niyə dəydim onun
qəlbinə, noolar adam pis paltarda olanda? Bəlkə heç yoxlarıdı?
Ya elə qaranlıq kənd adamıdı, başa düşmür geyim nədi, paltar
nədi?
-
Beş ildən sonra o qulaqlı papaq oğlan təşəkkür edir
sənə!
-
Yox, bir də mən o alnı sızaqlı qız ola bilmərəm, qayıda
bilmərəm o vaxtlarıma!
-
Neynərsən də qayıdıb axı?
-
O qulaqlı papaq oğlanın qəlbinə dəyməməkçin qayıtmaq
i
stərdim o vaxta!
-
Çək başını çiynimdən Natella, yaxşı deyil, görürlər axı.
-
Kim görür qoy görsün! Elə onların gözlərini tökmək
üçün axıraca belə oturacam. Yoxsa əksiklik gətirirəm sənə,
adını ləkələyirəm?
-
Səfehləmə Natella, səndə ləkə nə gəzir?
- Yox,
elə düz düşünürsən Orxan, sən göylərdən tökülən
yağmurlar kimi təmizsən, mən quyudan çəkilmiş sular kimi
qarışığam, bulanığam, qorxursan qarışıb sənə səni də bulayam.
130
-
Yox vallah, Adil gəlir bax, görürsən? Adildən ayıbdı
axı! O bizi belə görsə məni kişi hesab eləməz bir də!
- Qoy o da görsün!
-
Yox, yox, məni onun gözündən salma sən Allah!
-
Sən o üç gündü tanış olduğun o qızın canı, tərpənmə
Orxan, qoy Adil də gəlib belə görsün bizi.
-
Qız nədi, Natella, nə danışırsan?
-
Eh, ay Orxan, sevgini oxumağa nə var! Kaş o qızın
yerinə mən olaydım elə.
-
Məni Adilin yanında bir heç eləyəcəksən sən. Başını
götür.
-
Adil heç görməyəcək də bizi.
-
Necə görməyəcək? O düz bura gəlir.
-
Gəlib neyləyəcək axı?
-
Bizi aralayıb aramızda oturacaq. Sonra da başlayacaq
sənə anekdot danışmağa, yəni Orxan lələ sən sürüş burdan.
-
Nə bilirsən?
-
Görərsən indi.
Adil onlarla yanaşdı. Orxan başını qaldırıb onun gözlərinə
baxmaqdan qorxdu, gözlərində parlayacaq o kinli, ikrahlı
nifrətdən qorxdu. Natella isə başını onun çiyninə sıxaraq
maddım-maddım Adilə baxırdı. Natellanın nazlı baxışları bir
G
ünəş kimi Adilin baxışlarındakı kinli, qəzəbli qarları əridib
buxarlandıdı, durulaşdırdı.
-
Mənə yer vermək istəmirsiniz?
-
Niyə, gəl bu böyrümdə də sən əyləş.
-
Mən sizdən ağsaqqalam, gərək ortada oturam.
Natella yana çəkilib ortalıqda ona yer verdi. Adil əyləşən
kimi üzünü Natellaya tutub anekdot danışmağa başladı.
Orxan dinməzcə ayağa qalxan kimi Fikrət Zalovun
coşqun səsi ucaldı:
Zülfün gözəl ayərləri ey sevgili canan...
“Sənsiz”n oxumadı Zalov, onun “Sevgili canan”ını
oxudu. Musiqi əfsanəvi bir röya aləminə apardı Orxanı. Bu
131
əfsanəviliyə belə boyalar qazandıran bir də gecənin öz
əfsanəviliyi idi: uzaq üfüqlərdə tez-tez şimşəklər oynaşırdı. İndi
tam aydın idi, şimşəkdi oynaşan, bütün göy qübbəsinin azı üçdə
bir hissəsini işıqlandırırdı indi şimşəklər.
Fikrət romansı bitirib çalğıçılarla nə haqqındasa uzun bir
müzakirəyə keçincə Orxan da qayıdıb yenə Adillə Natellanın
yanına gəldi. Elə gəldi, heç biri görmədi. Dinməzcə onların
tərsinə oturub qulaq asdı. Bərk söhbətə qarışmışdı onların başı:
-
Cavandı Natella, özünü iyrəndirmə hər şeydən ötrü. İndi
aralaşsanız əksikliyi sənədi, mən məsləhət görürəm barış
onunla, özün deyirsən üç dəfə özü gəlib, minnətçi göndərib
üstünə, barış!
-
Mən barışaram ey Adil, qəlbim barışmır. Onun sizin
üstünüzə gəlməyi mənim yanımdan durquzub aparmağı ayaqlar
altına salınmış bir şəlpə elədin məni. O adam saysaydı məni,
belə hərəkət etməzdi!
-
Qanmır dedim, a Natella, cavandı, varlı-pulludu,
dünyanı yaxşı başa düşmür hələ. Sən qandır, adam elə. Sənin
kimi qızlar ayını, şiri əhilləşdirir, demək o ayıdan, şirdən çətin
olacaq?
-
Elə mənim özümü də əhilləşdirən gərək!
-
Bir də sənə bir məsləhətim var Natella: əyilmə heç kimə,
alçalma; asılı olma heç kimdən. Dünyada qul olmaqdan böyük
dərd yoxdur. Elə apar özünü, həmişə o əyilsin sənə. Bax, indiki
qürurun xoşuma gəlir. Hissə qapılma tez, küçə-müçə
məsələsindən də qurtar. Qoy o ölsün sənin dərdindən, sənin
gözəlliyinə padşahlar baş əyər vallah! Sən özün öz qədir-
qiymətini bil. Orxanla la işin olmasın. Sən mənim canım
Natella, sən o kəsdiyimiz çörək, işin olmasın Orxanla. Başına
dönüm
sənin bacı! O belə bir cür adamdı. Romantikdi,
huşyardı. Heç özü də bilmir neyləyir o...
Orxan yavaşca qalxıb onların yanından aralaşdı. Başları
söhbətə elə qarışıbdı onun da yanlarında olduğunu duymurlar.
132
Qoy heç duymasınlar da, nə qədər söhbət eləyirlər eləsinlər,
boşaltsınlar qoy ürəklərini...
Göylərin üç tərəfində çaxırdı indi şimşəklər. Lakin hələ
çox-
çox uzaqlarda çaxırdılar, bir səs-soraq eşidilmirdi onlardan,
gəlib bu yerlərə çata bilmirdi səsləri. xəfifcə külək qalxmışdı
amma, elə bil getdikcə də xəfiflikdən çıxıb artmaqdaydı küləyin
hızı.
Valideyn avtomobillərinin qabağı açılmışdı. Həyətin
qabağında onlarla müxtəlif markada avtomobillər dayandırıl-
mışdı. Analar, bacılar, əmilər, dayılar gəlirdi, qucaqlaşıb öpüş-
mələr, dolu cçamadanlar doluşurdu həyətə...
Dostları ilə paylaş: |