Şahlar həSƏNOĞLU


*****          *****           *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   18   19   20   21   22   23   24   25   ...   65
2016-2403

*****          *****           ***** 
 
Cəmilə  bəy  evinin  balkonuna  kürsü  qoyub  çənəsinə 
söykənərək  iydə  ağaclarının  seyrək  yarpaqları  arasından 
görünən çöllərə, tarlalara, topa-topa kəndlərə, kəndlərdən çox-
çox  o  tərəflərdə  başları  tor  kimi  görünən  dağ  zirvələrinə 
baxırdı.  Onun  bu  maddım  baxışları  önündə  axşam  düşüb  şər 
qovuşurdu.  əvvəlcə  dağlar  görünməz  oldu,  sonra  topa-topa 
kəndlər görünmədi, lap axırda iydə ağaclarından o tərəflərdəki 
çöllər,  tarlalar  görünməz  oldu.  Təkcə  elektrik  işığıyla 
işıqlanmış  həyət  içi,  həyət  içində  olub  bitənlər  görünən  qaldı. 
Uşaqlar  tappa-turup  aşağı  düşüb  iclasa  gedirdilər,  iclasdan 
sonra  hind  kinosu  olacaqdı.  Başı  ağrıdığını  bəhanə  edib  o  nə 
iclasa, nə kinoya getmədi. Cəmilənin öz aləmi o kinodakından 
zəngin,  ondan  qarışıq  deyildimi?  Min  dəfə  o  kinodakından 
mənalı,  füsunkar  bir  aləm  aparmışdı  Cəmiləni.  İndi  artıq  tam 
qərara  gəlmişdi;  sabah  açılan  kimi  həmin  tarlaya  qaçacaqdı, 
Kamalı  tapıb  hər  şeyi  açıb  ona  deyəcəkdi.  Deyəcəkdi  ki, 
indiyənəcən aldadıb onu. Təsadüfi bir görüş hesab eləyib yalan 
danışıbdı,  bilməyib  belə  tutacaq  bu  görüş  onu,  belə  hakim 
olacaq  qəlbinə.  Sürəyya  deyil  o,  Cəmilədi,  kolxozçu  deyil 


 
133 
tələbədi,  APİ-nin dil-ədəbiyyat  fakültəsinin  birinci  kurs 
tələbəsidi.  Bu  kənddən  deyil,  başqa  kənddəndi,  ata-anası,  beş 
qardaşı  var.  Beş  qardaşın  bir  bacısıdı  Cəmilə.  Pasportunu  da 
aparacaq,  tələbə  biletini  də  aparacaq,  Bakıda  yaşadığı  evin 
ünvanını da verəcək.  Deyəcək biz gedəndən sonra məktub yaz 
mənə,  utanma,  çəkinmə,  mexanizator  olmağına  da  heç  vaxt 
sıxılma.  Sən  neyləyəsən,  yeddi  bacını  atıb  gedib  oxuya 
bilməzsən  axı?  Özü  də  bil  ki,  ölsəm  qara  torpağın,  qalsam 
səninəm, yüz ali savadlı gələ, yüz şanlı-şöhrətli cavanlar yığıla 
səni qoyub bir adama yönümü tutmaram! Ürəyim burda, sənin 
yanında qalıb, özüm gedəcəm burdan! 
Göylərdə  indi  üç  tərəfdən  şimşəklər  oynaşırdı.  Ön 
tərəfdəki  dağlarda  şimşək  göyün  bir  parçasını  ağardırdı,  sağ 
tərəfdə  lap  uzaqlardakı  dağlarda  şimşəklər  çəpinə,  o  birisinə 
dolayı  düşəcək  yöndə  alışıb,  göylərin  sağ  parçasını 
işıqlandırırdı.  O  şimşək  də  sönüncə  indi  də  sol  tərəfdəki 
şimşəklərin oynaşdığı dağ başları görünürdü. Beləcə şimşəklər 
gündoğandan  günbatanadək  bütün  göy  üzündə  çalıb 
oynaşmaqda,  sayrışıb  sönməkdə,  yanmaqda  idilər.  Qəribə  bir 
mənzərə  rəqs  etməkdəydi  göylərdə.  Alışan  şimşəklər  altında 
ağlı qaralı pərvaz buludlar görünürdü. 
Birdən  kimsə  otağa  girib  “Cəmilə”-deyə  çağırdı.  Səs 
deyəsən  Nərgizin  səsiydi.  Neylər  görən  Nərgiz  onu?  Niyə 
ot
urub kinosuna baxmır yenə? Hay-harayla gəldi Nərgiz: 
-
Muştuluğumu ver ay qız, atan gəlib! 
-
Nəyə gəlib ay qız, bilmirsən? 
-
Axmaqsan  vallah,  nəyə  gələr  adamın  atası?  Səni  iki 
günlüyə aparmağa gəlib! 
Elə bil ilan çaldı Cəmiləni. “Bu nə iş idi ay Allah? Bu kişi 
də  vaxt  tapdı  gəlməyə!  İndi  əl  çəkməyəcək  ki,  gərək  aparam 
səni. Ölsəm də getməyəcəyəm!” 

Boy, niyə sevinmirsən ay qız?! 

Getməyəcəyəm  Nərgiz!  Sən  də  kömək  elə  mənə,  nə 
desəm tərəfimi saxla, başına dönüb Nərgiz! 


 
134 
Həmzə kişi oğlunun ZİL maşınıyla gəlmişdi. Çox soyuq 
görüşdü  kişiylə.  Qardaşına  tərəf  heç  baxmadı  da.  Mısmırığını 
töküb durdu.  

Azarlayıb eləməmisən qızım, niyə kefin yoxdu?  

Getməyəcəyəm ata, aparma məni. Müəllimələr, tələbələr 
pis baxırlar icazə alıb gedənlərə. 

Qızım  Əhməd  müəllimin  özündən  iki  günlüyə  icazə 
almışam.  Səni  də  o  qədər  təriflədi.  Müəllim  dedi  çox  qoçaq, 
ağıllı qızdı qızın! Bax, həməşə belə yaxşı sadan gəlsin qızım. 

Aparma məni ata! 

Bəs ananı görmək istəmirsən qızım? Vallah gözü  yaşlı 
qoyub gəlmişəm, istəyirdi o da gələ. 

Gətirəydin!  Gətirməmisən  ki,  məni  aparasan,  mən  də 
getməyəcəyəm!  Sabah  tezdən  mən  bu  uşaqlarla  gedib  pambıq 
y
ığmalıyam, bunlardan artıq deyiləm ha! 

Neynək  onda,  bala,  bu  axşamlıcaq  aparım  səni,  sabah 
lap  obaşdandan  gədə  gətirsin,  yenə  pambığa  get  bu  uşaqlarla, 
ona nə deyirsən? 

Deynən  Fatma  nənəmin  goru  haqqı  sabah  tezdən  səni 
qaytaracam bura? 

Axmaq olma bala, nənəyin gpru haqqı lap tezdən gədəni 
özüm durquzub səni göndərəcəm bura. 
Razılaşdı.  Çamadanına  bəzi  şey-şüylərini  qoyub  gəlib 
oturdu  kabinədə.  Nərgizlə  heç  xudahavizləşmədi  də.  Atası  da 
gəlib  oturub  maşın  yola  düşdü.  Amma  işində  bezdirici  bir 
darıxqanlıq uçunmaqdaydı. Nədənsə ona elə gəldi ki, nəsə bir 
qəza aparır onu, bədbəxt bir tale aparır... 
Kəndlərinə burdan 30-40 km-lik yol vardı. Rayon mərkə-
zinə  çatıb  dağların  ətəyilə  sağa  gedib  kəndlərinə  çatacaqdılar. 
Rayon  mərkəzində  astaca  bir  göy  gurultusu  eşidildi.  Maşının 
qabaq  şüşələrinə  ilk  damcılar  düşdü.  Olduqca  iri  damcılardı. 
Atasının dedikləri elə bil yuxudan ayıltdı qızı: 


 
135 

Bax, görürsən necə tutulub göy? Yağış yağacaq bu gecə, 
bəlkə  lap  fırtına  da  oldu!  Onda  heç  sabah  pambıq  yığmaq 
olmayacaq qızım.  

Qaytar məni ata, qaytar geri!  Tez ol qaytar! 

Niyə, a öləsən səni! 

Sabah heç yığım da olmasa, fırtına da qopsa gərək orda 
olam, hamı da görə ordayam mən. 

Yaxşı ay bala, tezdən gədə gətirər. Sən də elə anan kimi 
tərssən! 
Ürəyinin  xofu  artdı  Cəmilənin,  uçunması  artdı,  ciyəri 
alışıb içində sızladıcı bir göynək göynəməyə başladı... 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin