****** ******* ******
O
rxan gecə keçənə kimi yata bilmədi, yuxu getmədi
gözünə. Gecə yarısı yatmış yoldaşlarının pufultusundan bezib
bayıra çıxdı. Bərk külək əsirdi, soyumuşdu hava. İri-iri
damcılar düşməkdəydi. Elə bil sinirlərinə əsirdi əsən külək,
əsəblərinə yağırdı yağan yağış. Ürəyini sarsıdıcı bir kədər aldı.
Yağış olsa pambıq olmayacaq sabah, pambıq olmasa Sürəyya
gəlməyəcək tarlaya. Onda gərək bir gün də iki fün də gözləyə
hələ. İntizar içində, üzüntü içində hələ iki-üç gün də çabalaya-
çabalaya qala! Həyətə çıxıb bilmək istədi görsün nə yağışdı bu
yağış. Bir az həyətdə gəzdikdə bütün paltarı islaq oldu. Yağış
seyrək düşürdü, ancaq damalar çox iri-iri tökülürdü. Ara-sıra
göylər xırdalayıb guruldayırdı, tez-tez şimşəklər çaxırdı. Birdən
şıdırğılamağa keçdi yağış. Qaçıb özünü binanın artırması altına
saldı. Yağışın şıdırğılığı taxtapuşun səsindən ap-aydın
duyulmaqdaydı, günügündən şıdırğılayırdı yağış. Bir azdan lap
leysan tökülməyə başladı. Bir ildırım çaxmasından həyətin
işıqları söndü. Yəqin hardasa şalbana çaxmışdı ildırım. İndi hər
şey şimşək işığına görünürdü. İki şimşək oynaşması arası
zülmət bir gecəyə dönürdü gecə. Küləklə, qasırğayla
136
tökülməkdəydi yağış. Həm də getdikcə həm qasırğa güclənirdi,
həm onun gətirdiyi yağış artıb sellənirdi. Axırda gerçəkcə bir
fırtınaya çevrildi yağış: dalğa-dalğa, şalğam-şalğam tökülməyə
başladı. Onca dəqiqə belə davam etsə pambıq olmayacaqdı
sabah, yarımca saat belə davam etsə bu ilki yığımın sonu
olacaqdı. Yağış nə on dəqiqə, nə yarım saat düz bir saat bu
qayda ilə töküldü. Yer-yurd selə-suya döndü. Uşaq bağçasının
həyəti dönüb böyük bir göl oldu. Nərilti-gurultu ötüb sonra da
belə aram-aram, sakit-sakit tökməyə başladı. O qədər həzin, o
qədər dalğın tökülürdü yağış, taxtapuşa dəyən həzinliyindən
artırma altında quruyub qalmış Orxanın sinirlərinə yuxu seli
axıb tökülməyə başladı. Axırda ayaq üstə dayana bilməyib
gəlib elə pallı-paltarlı yerinə yıxıldı...
Səhər yuxusundan onu Adilin dürtməsi ayıltdı:
-
Dur bir bax ey, gör Tanrı neyləyib! Keçdi ta bu ilki
pambıq yığımından. Bu yağışdan sonra qayıdıb gedərik yəqin!
Orxan bir cavab verməyib çil-çil kepkasını başına
qoyaraq eşiyə çıxdı. Yağış narınca-narınca tökülməkdəydi hələ.
Yüyürüb həyətdən çıxdı, asfalta çıxan daş yola düşüb saatına
baxdı: saat 9-a işləyirdi. O yatmağa gələndə saat 5 idi, demək
üç saat yatıbdı, iki gecədə üç saat.
Arxadan bir yük maşını gəlib onu da götürdü.
-
Hara belə qardaş?
- "Sosializm" kolxozuna.
-
Baxtın kəsib, elə mən də ora gedirəm.
Şofer nəsə bir hekayət başladı, ancaq eşitmirdi onun
danışıqlarını, öz içinə qapılmışdı. Olduqca bezdirici bir
narahatlıq qurdalayırdı içini. Gecikibdi, yatıb saat 9-a işləmişə
qalıbdı. Bəlkə Sürəyya gəlib gözləyir onu bu yağışın altında?
Görən heç gələcəkmi Sürəyya? Pambıq yoxdu bu gün,
olmayacaq. Ondan ötrü bir belə yol keçib kəndlərindən bu yerə
bu palçıq içində, bu yağış altında gələcəkmi Sürəyya? Heç
inam yoxdu ürəyində. Asfalta çıxıb bir az getmiş maşın
"Sosializm" kolxozuna dönəcəyə çatanda saxladıb düşdü.
137
-
Ay qağa demirdin kolxoza gedirsən?
-
Yox, fikrimi dəyişdim tay, çox sağ ol!
Şofer sürüb getdi.
Orxan ürəyi titrəyə-titrəyə, gözləri tarla içlərini araşdıra-
araşdıra sahəyə girib topuğuna çatan palçıq içində, dizlərindən
yuxarı aşmış pambıq kollarının suya batırdığı yaşlıq içində o
yerə doğru irəlilədi. Gəlib dünənki yerlərinə çıxdı. Sürəyyanın
uçunub yıxıldığı nöqtəni tapıb ayaqlarından o nöqtəyə sancılı
qaldı.
Bir kimsə yoxdu ətrafda. Pambıq pəmbələri islanıb
ağırlaşmış, görkəmlərini itirərək uzanıyıb qəmgin-qəmgin aşağı
sallanmışdılar. Tarlanın ortasına qoyulmuş cansızca bir oyuq
kimi dim-
dik, tərpənməzcə dayanmışdı Orxan, qol-budağı
quruca bir ağac gövdəsi kimi hərəkətsizcə dayanmışdı.
Bir ucdan da yağış tökürdü elə. Narınca-narınca, həzincə-
həzincə tökülürdü yağış. Sakit-sakit, zulum-zulum, səssiz-
səmirsiz ağlayırdı Orxanın əsəbləri, duyğuları kimi. Gəlmirdi
Sürəyya, gəlməmişdi, gəlməyəcəkdi! Bir saat, iki saat, üç saat
gözlədi. Yağış yenidən bərkitməyə başladı. İndi alt paltarları,
köynəyi, maykası su içindəydi. Bədənindən tüstü kimi buğ
qalxırdı. Ayaqlarını topuqlarınadək içinə sormuş bu yer elə bil
bir qır bataqlığına dönmüşdü, buraxmırdı onu, boşlamırdı çıxıb
bir yerə getsin, qalıb yağış altında, külək altında titrəməsin,
əsməsin belə. Nə də bir ürəyi yanan bəni insan yoxdu gəlib
deyə "a qardaş, dörd-beş saatdı nə durmusan burda dim-dik,
kimi gözləyirsən, nəyi gözləyirsən? Ta gəlmədi, gəlməyəcək,
özünü əsir eləmə burda!" - deyib də bu qır bataqlığındam çəkib
çıxara onu. Bəs niyə gəlməsin Sürəyya? Nə iş var görən
başında? Nə olacaq, sənə sözmü veib gələcək? Görüş təyin edib
yoxsa? Nəyə gəlsin Sürəyya bu battaqda-zığda? Nə bilir sən
gələcəksən, gözləyəcəksən onu burda? Bəc noolacaq gəlməsə?
B
əlkə tələbələr qayıdıb getdilər elə. Hardan tapacaq Sürəyyanı,
itirəcəkmi birdəfəlik? Bu ki, faciədi! Faciə hələ yaxşı şeydi,
təbii fəlakətdi bu, qəfil bir ildırım çaxmasıdı, ilan çalıb
138
öldürməsidi, avtomobil qəzasına düşüb qəfil bir ölməkdi bu!
Mənasız, axmaq bir fəlakətdi bütün faciələrin ən pisi, ən
iyrəncidi bu! Yox, gəlib çıxacaq Sürəyya, harda olsa gəlib
çıxacaqdı! Gəlməz, o gedib axtarar, adınımı bilmir? Kəndinimi
bilmir? Demədimi bu kənddəndir? Kimdən soruşsa, formasını,
boy-
buxununu desə tanıyacaqlar, deyəcəklər. Neçə Sürəyya
olacaq bir kənddə? Lap neçəsi olsa gedib hamısına baxar, tapar
axırda öz Sürəyyasını! Bəlkə elə sınayacaq onu Sürəyya,
yoxlayacaq bu yolla? Deyəcək əgər sevirsə, ürəkdəndisə
məhəbbəti, özü gəlib tapacaq o oğlan məni. Yox, sevgi deyilsə
qəlbindəki, gəlməyəcək, axtarmayacaq, unudacaqdı...
Birdən asfaltın daş yola dönən yerində bir avtobus
dayandı, avtobusdan bir dəstə kişi-qadın-qız tökülüşdü. Ürəyi
şiddətlə döyünməyə başladı: bəlkə Sürəyya da onların içindədi
indicə ayaq saxlayıb onlardan ayrılacaq, gözləyib onlar
gedəndən sonra tarlaya-onun yanına qaçıb gələcək? Gözlərin-
dən yavaş-yavaş yeriyib yolla kəndə doğru gələn kolxoz-
çulardan yapışıqlı qaldı.
Dostları ilə paylaş: |