Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə20/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   16   17   18   19   20   21   22   23   ...   65
2016-2403

 
 
******              ******             ****** 
 
Hələ  Kamalın  yanından  qaçıb  uzaqlaşa-uzaqlaşa  Cəmilə 
düşünürdü:  nahaqdır  bu  qaçmağı,  Kamalı  belə  aldadıb  yanlış 
salmaqçın  kolxozçulara  sarı  qaçmağı.  Gərək  elə  Kamalın 
yanından  düz  çəkilliklərə  doğru  qaçaydı,  o  da  görəydi  hara 
qaçır qız, hansı dəstəyə  yanaşır. Amma  yox, bəlkə elə Kamal 
lap indi gedib soruşdu, öyrəndi tələbələrdi orda yığan, aldadıbdı 
Cəmilə onu? Yalanı üzə çıxdı. O da cavandı, ürəyi sındı ondan, 
könlü  dolandı?  Demək  hələ  də  aldatmaqdadır  mexanizator 
oğlanı, hələ də kələk gəlməkdədir ona! Ürəklə oynayır Cəmilə, 
könüllə oynayır, yaxşı iş tapıb özünə! Çox pis iş tutur əlbəttə. 
Ancaq bütün bunları hələ bir ağıllı-başlı düşünmək gərək. Bir 
özünə gəlib soyuq başla fikirləşmək gərək. Onsuz da bu tutuş 
elə tutmayıb axır bir gün örtülü qalıb açılmaya sirri. Özü açıb 
deyəcək Kamala. Hələlik belə yaxşıdı... 
Kolxozçulara çata-
çatda  yavaşıyıb  yüyürmədi:  bəlkə  biri 
soruşdu kimsən, hardan gəlirsən, niyə yüyürürsən, kimdi qovan 
səni?  Yeriyə-yeriyə  hər  yerdə  adamlardan  bir  az  aralı 
kolxozçuları  keçib  medtexnikum  tələbələrinin  tuşunda  sağa 
burularaq  artezian  üstünə  gəldi.  Üz-gözünə  su  çırpıb  sərinədi, 
sonra  durub  üzünü  mehə  qurulatmaq  istəyəndə  gördü  Nüşür 
dayısı budu yenə durub burda. 

Yenə burdasan dayı? 

Yox bala, dünən üç addım oyandaydım. 

Bəs maşının hanı dayı? 


 
124 

Maşınım yoxdu bacıqızı. 

Bəs dünənki QAZ-51 kimindi? 
- Dedim kolxozundu. 
- Vay
! Yadımdan çıxıb, bəs hanı o maşın? 

Odu ey, növbəyə durub. O iki lapetin arxasındadı. 

Dayı məni yenə apararsanmı tələbələrin yanına? 

Yerini də hazırlamışam bacıqızı, elə ürəyimə dammışdı 
gələcəksən. 

Çox sağ ol dayıcan! 
Nüşür  dayısı  yenə  Cəmilənin  kefini  açıb  güldürmüşdü, 
hər  sözünə  şaqqıldayıb  gülürdü  qız,  istər  gülməli  olsun,  istər 
heç olmasın, təki, bu söz Nüşür dayısının ağzından çıxsın! 
Gəlib maşına əyləşdilər. Cəmilənin canına elə bil dəcəllik 
mikrobları doluşmuşdu, kabinə içində nə görürdüsə dartışdırır, 
burur,çəkib yerindən çıxarmaq istəyirdi. Bir belə şeyi də özünə 
tərəf dartanda maşın başladı partıldamağa. 

Onu  bas  yerinə  bacıqızı,  gördün  necə  asqıraq  tutdu 
maşını? 

Qəribə maşındı dayı sənin maşının. 

Bir bu yazını da oxu görüm, bacıqızı. 

A l l a h, M ə h ə m m ə d, ya  Ə l i. 

Əhsən bacıqızı, indi yola düşə bilərik.  

Nüşür dayı heç sənin də qızın varmı? 

Yox  bala,  qırılmış  hamısı  oğlandı.  Yeddi  gədəm  var 
bacıqızı.  Hamısı  da  bir-birindən  bic,  dələduz.  Qorxuram 
yekələndə  kəndi  köçürələr  yerindən,  ya  elə  kənd  qaçıb  dağıla 
əllərindən. 

Məktəbə getmirlər bəs dayı? 

Məktəbi iki dəfə köçürüblər yerindən. Direktorun pişiyin 
tutub o balacam, qu
yruğuna salyarkalı keçə bağlayıb, yandırıb 
buraxıb. Kişinin evi oddanıb yanmışdı qızım, güclə keçirtmişik. 
Milisi görən kimi uşağı götürdüm tulladım qabağına, dedim tut 
apar sal qoduqluğa, bu eləyib. Uşaq da heç məktəbə də getmir, 
beş yaşı var! 


 
125 

Nüşür dayı, bəs özün niyə öyüd vermirsən onlara? 

Elə mənim öyüdüm dəyil bunları pozan? Axır bu qərara 
gəlmişik: bir qızımız olmasa bizim özümüzü də köçürəcək bu 
çatlaqlar. 
Arvadı aparmışam molla yanına bir dua yazsın, bəlkə 
bir qızımız ola. Bu da tay həkimlik iş dəyil ha, bacıqızı, Allah 
verir oğlu-qızı, Allahın da yaxın adamları mollalardı. Bir kağızı 
üçkünc büküb verib arvada deyib apar sal suya, ərinə ver içsin, 
özün  də  iç.  Dedim  arvad  mən  su  içən  deyiləm,  soruşaydın 
arağın içinə salıb içsə olmaz? Arvad dedi yox, a kişi, günahdı 
bu. Elə arvad duanı suya salmaq istəyəndə böyük gədə əl atıb 
duanı  qapdı,  açıb  başladı  oxumağa,  bicliyindən  molla  olmaq 
istəyir  gədə,  gedib  gizlicə  mollalardan  dərs  alır.  Deyirmiş 
yoldaşlarına  ki,  baxıb  görürəm  indiki  əyyamda  ən  asan 
dol
anışıq  mollalardadı.  Gədə  başladı  oxumağa:  Bismillah 
ərrəhman irrəhim, ələm, nəsrə, ləkə, sədrəkə, və zəənnə, innə, 
rəbbikə hərdəçivə, keçi piyi, göy cındır, döyək qoyaq bu dilək 
diləyən arvadın başının altına, suyunu verin bu arvadda, əridə 
içsin,  oğulları  olacaq,  pəryezidi  qiyamət,  mərdimazara  beş 
nəhlət".  Dedim  a  bala  sən  o  balaca  gədənin  canına  orda  belə 
yazılıb? Dedi Mırdının canına belə yazılıb, inanmırsan, ver ayrı 
molla oxusun. 
"A  köpək  qızı,  sən  nə  qayırmısan?  Oğlan 
istəyirik  biz?  Oğlan  azlığıdı?  Yeddisi  var  qorxuram  kəndi 
köçürələr,səkkizi olsa rayonu dağıdar köpəyuşağı? Dur tərpən o 
mollanın  yanına  beş  manatını  al  ver  bir  arağa  gətir  içim,  heç 
səkkizinci bic-bəzzat da bizə lazım deyil". Hə indi düşə bilərsən 
bacıqızı gəldik çatdıq. 
Cəmilənin  gülməkdən  gözlərindən  yaş  şora  verib 
axmaqdaydı.  Nüşür  dayısına  bir  sağ  ol  da  deyə  bilmədi  barı. 
"Sağ ol"u elə bu xoş gülüşüydü Nüşür dayısına.  
Ta  Əhməd  müəllimi  görüncə  gülüşü  qurtarıb  kəsmək 
bilmədi.  Əhməd  müəllimi  görüb  özünü  ələ  aldı.  Bəs  Nərgiz 
hanı? Yüz dəfə küsdüsə də Nərgizi, qız elə yenə də onu axtarır. 
Odur bax, bulana-
bulana  tək-tənha  qalıb  ortalıqda.  Cəmilənin 
xiffətin eləyir. Şəhər uşağıdı Nərgiz, ərköyün böyüyübdü. Atası 


 
126 
mağaza  müdiridi,  varlı-hallı  yaşayışları  var,  şəhərin  ortasında 
yaxşı evləri, həyətləri, maşınları var. Elə ilk gündən bənd olub 
Cəmiləyə, əl çəkmir ondan. Heç Cəmilə özü də dayana bilmir 
Nərgizsiz.  İndi gedib könlün gərək ala, barışıb sarışa Nərgizlə. 
Qız hələ də görmür onu. Yavaşcadan yaxınlaşıb qəfil iki əliylə 
gözlərini tutdu Nərgizin. 

Kimsən? Burax gözümü!  
- ... 

Nəcibədi? Arzudu? Lalədi? Bəs kimdi? 
- ... 

Cəmilə? 
Cəmilə  əllərini  açıb  onun  boynunu  qucaqladı,  üzündən-
gözündən  öpməyə  başladı.  Nərgiz  pırtlayıb  çıxmaq  istəyirdi 
qucağından, çıxa bilmirdi, çox zəifdi, nazikdi Nərgiz, lap çirpək 
kimidi,  nə  güc  var  Nərgizdə?  Nərgizin  qaş-qabağı  açılıb 
gülümsünəndə Cəmilə də boşladı onu.  

Dəlisən vallah! 

Yox Nərgiz, dəli deyildim, indi dəli olmuşam deyəsən! 

Nə oleb e-e, sənə? Üç gündü baş götürüb bilmirəm hara 
gedirsən? 

Dəli olmağa gedirəm Nərgiz. Elə bir yer var burda, ora 
ağıllı gedən dəli qayıdıb gəlir! 

Sən Allah? Haradı ora ay qız? 

Sabah apararam səni də. 

Deynən atamcanı? 

Yox,  deyə  bilmərəm,  qoy  hələ  yaxşı-yaxşı  fikirləşim, 
sonra! 

Sən fikirləşincə biz qayıdıb gedəcəyik. İnstitutdan xəbər 
gəlib:  iki-üç künəcə qayıdırıq məktəbə. 

Qayıdırıq? Ola bilməz! 

Papa canı! Avtobusları hazırlayırlar. 
Cəmilə  ayaq  üstə  dayana  bilməyib  yerə  çökdü.  Nəfəsi 
tutulub boğulmağa başladı. Elə bil buludların üstündə gəzirdi, 
qəfil  ordan  yıxılıb,  gəlib  qara  torparların  üstünə  düşdü.    Bəs 


 
127 
Kamal  necə  olacaq?  Bir  daha  görməyəcəkmi  Kamalı?  Yeddi 
bacısını, ata-anasını burda qoyub Bakıyamı gedəcəkdi Kamal? 
Nədi, nədi onunla tez-tez görüşüb danışmaq üçün! 

Nooldu sənə ay qız? 
-  Azar oldu ca
nıma!  Əl  çək  məndən!  Əgər  bu  sabahkı 
kimi dalaşmağımızı istəmirsənsə, tək burax məni. 

Axı niyə ey? 

Sənə demirəm dəli olub gəlmişəm ordan? Ağlım azıb? 
Nə bilim niyə? Çəkil gözümdən! İtil sənə deyirəm! 
Nərgiz küsüb getdi. Cəmilə hələ bir müddət də düşdüyü 
quru yer üstündə oturub öz düşüncələriylə qaldı. Sonra Əhməd 
müəllimin bəri gəldiyini görüb ayağa qalxaraq od kimi pambıq 
yığmağa  başladı.  Başındakı  düşüncələrini  bir  yerə  yığıb 
yığışdırmaq  mümkün  deyildi.  Yayqın,  tozanaq  kimi  dağılqın, 
key  düşüncələrdi  başındakı.  Düzünə  qalsa  işləmirdi  başı. 
Əlləriydi  işləyən,  bir  avtomata  dönüb  ağ-ağ  pambıq 
pəmbələrini  elə  hızla,  elə  iti-iti  fartuğuna  doldururdu,  hər  on 
dəqiqədən  bir  yerə  tökməli  olurdu  dolmuş  fartuğunu.  Bir  də 
axşamüstü ayılıb tayaladığı pambıq topasının başı üzərindən o 
yana  bu  yana  baxaraq  Vahidlə  Rəşidi  axtaranda  gördü  yenə 
ətraf doludu "günəbaxanlarla". Ən yaxındakına üz tutub: 

Artıq  bardan  olmaz  sizdə?  -  deyə  soruşunca  oğlan 
sevincək cavab verdi: 

Var, bu dəqiqə gedim gətirim. 
Oğlan  iki  nəfər  də  başqa  "günəbaxan"la  qayıdıb  gəldi. 
Cəmilənin  pambığını  gətirdikləri  bardana  basıb  tapdaladılar, 
ağzını bağlayıb götürüb yol qırağına apardılar. Bu "əhvalat" hər 
halda  bütün  başqa  "günəbaxan"ların  gözləri  önündə  baş  verdi 
və  onların  ümumi  sevincinə  səbəb  oldu.  Onlar  gördülər  qız 
saymaz dayanıb, belə də baxmır üç cavanın birinə, gülümsün-
mür  də,  bir  xoş  söz  deyib  razılığını  bildirməyi  də  artıq  hesab 
edir. Guya  general qızıydı qız, marşal qızıydı, bu üç nəfər də 
atasının  saldatlarıydı  belə,  ona  kömək  eləyirdilər!  Borclarıqdı 
kömək eləmək! 


 
128 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin