Şahlar həSƏNOĞLU


******                   ******                    ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə19/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   15   16   17   18   19   20   21   22   ...   65
2016-2403

 
******                   ******                    ****** 
 
Orxan  bardanı  bu  dəfə  bir  ZİL  maşınla  apardı.  Bardanı 
cıxıb  kuzadan  yerə  atanda  ordan  boylanıb  gördü  yenə  hamı 
gedib günorta yeməyinə, tarlada üç-dörd belə, kampaniya qalıb, 
Sahibovunku  da  o  cümlədən.  Amma  bu  dəfə  kampaniya  lap 
aralıda  qurulubdu.  ZİL-i  yola  salıb  başı  gicəllənə-gicəllənə 
kampaniyaya  doğru  yönəldi.  Yenə  hər  şey,  hamı  yerli-
yerindəydi.  Nə  istəsən  də  vardı  süfrədə,  o  cümlədən  də 
şampanski. Oğlanlar ortalığa pul qoyub veriblər Sahibova, o da 
çalıb  çapıb  nə  desən  tapıb  hazır  eləyib  süfrədə.  Öz  zövqünə 
görə  o  qırmızı  şampan  şərabı,  bir  də  "şipuçi"  alır.  Lakin 
dünənki  kefi  köklük  yoxdu  məclisdə.  Natellanın  gizlətmək 
istədiyi  qəmginliyi  üzünün  ap-ağlığından  çıxıb  qaraldıbdı 
hamının  qanını.  Adil  də  heç  özündə  deyildi.  Qaşları  dartılıb 
yuxarı çəkilmişdi nəsə, belə müdrik, ruhanı bir görkəm almışdı 
Adil. 
Orxan  gəlib  əyləşən  kimi  Sahibov  stəkanı  köpükləndirib 
ona uzatdı:  

Buyurursan,  yoxsa  gözləyək  köpüyü  yatsın,  ağzınaca 
qızardım dünənki kimi? 

Yox, belə yaxşıdı. 

Qərdəş canna içməmişik, səni gözləyirik. Maşallah, bu 
günkü  bardanın  da  yaxşıdı.  Dünən  hamımız  qatıb  bir  yerə 


 
119 
çəkdik,  hərəmizə  25  kq  düşdü.  Bu  gün  də  düşəcək  elə.  Mən 
ölüm, hi-hi-hi!  
Zahidə  nə  var,  nə  vaxt  istəsə,  harda  istəsə  gülə  bilər, 
istəyir  lap  küll  aləm  yasa  batıb  ağlasın,  ancaq  Zahid  güləcək 
elə! 

A  Zahid,  bir  saxla  söz  demək  istəyirəm.  -  Adil  ruhanı 
qaşlarını  bir  az  da  dartıb  stəkanı  əlinə  götürərək  Sahibova  üz 
tutdu: 

Buyruq  olmasın  Sahibov,  yeri  o  şeylərimizin  yanına, 
orda  fartuğun  içinə  bir  araq  qoyub  arxın  içində  gizlətmişəm, 
onu tap gətir. 
Sahibov araq adı eşitcək qalxıb getdi.  

İndi də dəlilik mənim payıma düşüb uşaqlar, bir dəlilik 
də  mən  eləmək  istəyirəm.  Bax,  Fəridə  yaxşı  qulaq  as,  gör  nə 
deyirəm.  Natella  olduqca  yaxşı  qızdı,  gözəl  qızdı,  sevməli 
qızdı. Orxan dünən bir az axmaq danışdı, ancaq o əslində çox 
haqlıdı, Natellanı sevməmək mümkün deyil, Orxanı qınamıram 
da  heç.  Mən  Natellanı  sizə  necə  deyim,  bir  doğma  bacı  kimi 
sevirəm. Natellanın xatirinə dəyməsin, istəmərəm mənim bacım 
da onun kimi bəzən yelbeyinlik eləsin, ancaq istərəm öz bacım 
da onun kimi saf, təmiz, açıq ürəkli olsun... 
Hamı  udquna-udquna  Adilə  baxırdı.  Natella  pörtüb 
qızarmışdı,  Zərifənin  ağzı  açıla  qalmışdı,  İradə  diqqətlə 
dinləyirdi. "Vallah, nəsə söz var Adildə" - fikirləşirdi Orxan. 
-
... hiylə, məkr, paxıllıq nə şeydi, bilməz Natella. Pislik nə 
şeydi,  bilməz.  Hamını  özünə  dost  sayıb  qardaş-bacı  bilir. 
Birisinə  də  uydu,  dəli  olsun,  ağıllı  olsun,  onu  tullayıb  atan 
deyil. Yüz dili yoxdu, bir dili var. Yüz tərəfə baxmır, bir tərəfə 
baxır. 
Yaman  uzadır  Adil,  ancaq  darıxdırmır  adamı.  Sözünün 
nəsə canı var. Hamı sözünün bu canını gözləyir Adilin. 

Əlbəttə,  Natella  lap  birinci  gündən  səhv  elədi.  İncimə 
bacım,  mən  ölüm  incimə.  Kim  sevmir  axı?  Siz  deyirsiniz  elə 
Adil dinməz-söyləməz, sakit, fağır adamdı, Adil sevmir? Adil 


 
120 
kişi  deyil?  Amma  bir  deyin  görüm,  bilirsinizmi  kimi  sevir 
Adil? Deyə bilərsənmi sən Fəridə?  
Zərifəyə  nə  oldu  belə?  Qəfil  tər  sıçrantıları  göründü 
üzündə,  alnında?  Bəlkə  daxili  həyəcandandı  bu?  Axı,  qızara 
bilmir qız, qarayanızdı, qırmızılıq qara rəngdə üzə çıxmır axı? 
Dodaqları səyriyir, gözləri şölələnib, başı axıb gedir qızın. 

Özü  də  beş  ildi  sevirəm  mən.  Özünə  bir  kəlmə 
deməmişəm,  amma  bilir  o  da.  Bilir  ki,  Adil  bütün  varlığıyla 
sevir onu, evlənəcək axırda da. Ancaq hələ bizi üzbəüz dayanıb 
ikilikdə  söhbət  edən,  danışan  görməyiblər.  Qalan  dostlar 
inciməsin, institutda mənim ən ürək sirdaşım bu Orxan olubdu, 
amma o da bilmir bu sirrimi!.. 

Bilmirdim düzdü, amma indi bilirəm. 

Bilirsən? Bilirsən söylə! 

Yaxşı düşməz axı... 

Söylə, mən deyirəm söylə!  

Zərifədi! 
Zərifənin  gözlərinə  tor  gəldi.  Fəridə  don  qaldı  yerində, 
Natellanın dodaqları büzülüb gözləri bərəldi. 

Düzdü, Zərifəai. Soruşa bilərsiniz, mən niyə açmamışam 
ona qəlbimi? Küçəbəküçə gəzmirik başqaları kimi? Mən özüm 
istəmirəm  ona  görə:  bəlkə  elə  sabah  bir  qəzaya  düşüb 
öləcəyəm,  qızın  adı  qalacaq  onda  ləkəli?  Bir  də  axı,  mən  öz 
gələcək  həyat  yoldaşıma  küçələrdə  gəzməkmi  öyrədəcəyəm? 
Biz oyun-
oyuncaq ha deyilik? İnsanıq biz. Amma, sənin kimi 
də oyun oynamırıq Fəridə! Birini burda zənd altında saxlayıb, 
birini də o yanda tutmuruq. Ya elə, Natella kimi ol sən də, ya 
bizim kimi ol. Xalxı oyuncaq eləmə əlində. Sənə böyük qardaş 
kimi  öyüd  verirəm,  məkrli  olma,  hiyləgər,  paxıl  olma.  Ən 
böyük biclik, düzlükdü! Heç 
bilirsən Elxanın yanınca hərlənən 
o Ramizdi nədi, bir başı boşun biri, gəlib nələr danışır səndən! 
Qız  hesab  edir  quş  vurur  onunla  dostluq  eləməkdə,  o  da 
təğəlliyə  qoyub  avara-avara  danışır  tələbələrin  içində.  Çəkib 
daldaya  ağzına  bir  şəpələk  vurmuşam  axırda,  kəsib  səsini, 


 
121 
başlayıb quzulanmağa, çox şeylər açıb tökməyə. Hələ dediyin-
dən belə çıxır Elxana bizim dünənki məclisimizi də çatdırıblar, 
onunşün  gəlibmiş  Elxan,  qəsdən  bizi  pərt  eləməyə  gəlibmiş! 
Qan vardı onun gəlişində. Dünən iki adamı ölümdən qurtardım 
mən!  Yoxsa  sən  elə  bilirsən  bir  heylə  adamın  içində  Elxan 
Orxanı  sındırıb  salamat  baş  aparacaqdı  gora?  Orxan  kimi  bir 
cavanı?  Yadından  çıxıb  mənim  fin  bıçağımı  hələ  də  qaytarıb 
qoymayıb cibimə? Təkcə elə Natellanın yanında sınmağı ömrü 
uzunu  sığışdıra  bilməzdi  Orxan.  Elxana  baxma,  güləşçidi  o, 
öyrəşib  yıxıb,  yıxılmağa.  Halbu  ki,  bu  şəraiti  özgəsinə  həsəd 
aparan məkrli, paxıl bir qız başı yaratmışdı!.. 

Niyə  mənim  üzümə  baxırsan  Adil,  məni  nə  hesab 
edirsən? 

Mən nə dediyimi bilirəm Fəridə. Bütün qan işləri axmaq 
bir  qız  fitnəsindən  düşür  çox  vaxt.  Nə  Elxan  Orxandan  yaxşı 
oğlandı, nə Ramiz Sahibovdan. Mən bunların bir dırnağını on-
ların on nəfərinə vermərəm. Sahibov da çox yaxşı oğlandı, tər-
biyəli, təsərrüfatcıl adamdı. Ondan çox yaxşı bir həyat yoldaşı 
olacaq sənə! 
Bu  yerdə  Sahibov  sözləri  boğazında  qaynada-qaynada 
gəlib çıxdı: 

Halal  olsun  Adilə,  sən  öl  lap  pşeniçnidi,  lap  mənim 
sifarişimlədi!  
Sahibov stəkanları doldurub bir-bir hərəsini öz  yiyəsinin 
qarşısına  qoydu.  Qızlara  pepsi-kola töküb verdi. Kim bilir 
hardan  alıb  o  pepsi-kolanı.  Gələn  kimi  əlli  dost-tanış  tapıbdı 
burda.  Sahibov  burada  əyləşənlərin  bir  növ  ərzaq  üzrə  baş 
Nazirləridi.  Pul  yığmaq,  kassa  yaratmaq,  yemək-içmək  təşkil 
etmək elə bil alnına yazılmış doğma işiydi Sahibovun. 
Natella  s
təkanı  irəli  uzadıb  pörtmüş  halda  Sahibova  üz 
tutdu: 

Bura bir az şampan tök ə! 
Adil  çəp-çəp  qıza  baxdı.  Qız  dərhal  duyub  bunu 
gülümsündü: 


 
122 

Adil,  anamın  qıbri  haqqı  hələ  dilimə  içki  dəyməyib, 
amma  indi  sizinlə  içmək  istəyirəm,  içəcəyəm  də!  Az  tök 
Sahibov
,  lap  azca.  Hə,  yaxşıdı.  Qurban  olum  sizə  Adil,  yaxşı 
insanlarsınız  vallah.  Bu  iki-üç  gündən  bəriki  əhvalatlar  sizi 
mənim gözümdə göylərə qaldırıb. Xoşbəxtəm mən, xoşbəxtəm 
ki,  sizin  kimi  dostlarım  var,  dərdimə  qalan,  qayğımı  çəkən 
arxam, köməyim var! Özü də mən bilirəm bax, bu kampaniya 
vallah  özünün  bir  atamanı  sayır  məni.  Kəsdiyim  başa  sorğu-
sual  yoxdu  burda,  nə  eləsəm,  neyləsəm,  bir  nöqsan  tutan,  bir 
sözümün başını qovan yoxdu burda. Nə desəm o da olasıdı. Bir 
sağlığ deyəcəyəm indi, dediyim də yenə qəbul olunacaqdı. Heç 
kimin də duxu yoxdu qəbul eləməyə! 

Kimin nə duxu var! -Zahid coşub qışqırdı.  

İçək  bu  badələri...  özülü  bax  burda,  bu  pambıq 
tarlasındakı  kampaniyamızda  qoyulan  iki  ailənin,  Adillə 
Zərifənin, Sahibovla Fəridənin sağlığına! 

Can  bacım,  dilinə  qurban  olum!  -Zahid  ayağa  qalxıb 
çığırdı -Natella deyən sağlığa! 

Natella deyən sağlığa, ataman deyən sağlığa! -deyə Adil 
stəkanını  havaya  qaldırdı.  Sonra  da  arağı  son  damlasınadək 
başına  çəkdi.  Natella  şampanskidən  bir  qurtum  alınca  çeçədi, 
boğazı tutuldu, Zərifə keçib onun kerəklərinə döyməyə başladı.  

Ə, bu nədi ə belə içirsiniz? Vallah ağlınız yoxdu sizin. 
Mən  də  deyirəm  bir  yönlü  şeydi  bunlar  belə  içməkdə!  Əənə 
eləyin ə bunu!.. 
Natella bunu deyib hirslənərək əlindəki stəkanı var gücü 
ilə yerdəki daşa çırpdı. 

Şüşə sındı, xoşbəxt olacaqlar! - Zahid çapan çaldı. 
Fəridə bayaq Adilin sözlərinə bərk dəyinib ağlayırdı. İndi 
işin  birdən-birə  belə  yaxşılığa  dəyişməsindən  hallanıb 
gülümsünməyə  başladı.  Çox  qəribə  bir  mənzərə  alınmışdı: 
Fəridənin  gözlərində  alaca-alaca  gilələr  oynaşırdı,  yanaqları 
aşağı  damla-damla  yaşlar  süzələnirdi,  di  gəl  gülümsünürdü 
Fəridə.  Orxan  mat-məəttəl  qalmışdı  bu  işə.  Nə  gülümsünməsi 


 
123 
çəkilmirdi  qızın  üzündən,  nə  şora  verib  axan  göz  yaşları 
quruyub  kəsilmək  bilmirdi.  Həm  ağlayırdı  Fəridə,  həm 
gülümsünürdü.  Ö
mründə  ilk  kərəydi  belə  bir  şey  görürdü 
Orxan. "Gəncliyi bahar səmasına buna görə bənzədiblər - deyə 
düşündü. Baxırsan həm gün çıxıb bahar səmasından, həm yağış 
səpələnməkdədi". 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin