****** ****** *****
Cəmilə kolxozçulara çatanda qayıdıb geri baxdı: Kamal
hələ də bardana söykənib onun ardınca baxırdı. Tor kimi güclə
görünürdü Kamal. Kolxozçulardan da ötüb o biri dəstəyə
yanaşdı. Hamısı cavan qızlardı bunlar. Durub ona baxışırdılar.
-
Hansı məktəbdi bu bacı?
- Medtexnikumdu.
Hə, bunlardan nə desən gözləmək olar. Gözləri başları
qaynaşır hamısının. Qoçaq da qızlardı görünür. dolu
fartuklarından görsənir.
-
Bacı suyunuz olar içməyə?
-
Elə biz də gedirik, bizimlə gedək arteziandan iç.
Beş-altı qızın aralığında arteziana doğru yönəldilər. Göz
altınca tarlanın o biri başındakı qaraltını axtardı. Deyəsən
tərpənirdi qaraltı, asfalta doğru gedirdi. "Yaxşı yol sənə!"
Ancaq qəlbində nəsə elə bil qırılıb düşmüşdü, əməlləri heç xoş
98
gəlmirdi özünə. Həm özünü dolaşdırıb dərdlərə salmışdı, həm
tanımadığı kasıb bir mexanizator oğlanı budu iki gündü iş-
gücündən qoymuşdu. Su içəndən sonra da hələ bir belə yolu
geri qayıdaydı gərək, həm də elə qayıdaydı, oğlan görməyəydi
hara getdiyini? Bəlkə oturub orada elə gözləyəcəkdi onu,
izləyəcək, ardınca düşəcəkdi? Nə bilmək olardı, bəlkə Cəmilə
onu azdırmaq istədiyi kimi o da Cəmiləni azdırıb geri qayıtdığı
yerdə qəfil böyürdən çıxacaqdı? Nə deyəcəkdi onda oğlana?
Yol kənarındakı çəkilliyə çatıb, sıra-sıra düzülmüş dop-
dolu bardanlara baxıb, medtexnikum qızlarının qoçaqlığına bir
daha əmin olaraq artezian üstünə gəldi, su içib geri qayıdanda
gördü yolda bir QAZ-
51 maşın dayanıbdı. Bəlkə şoferdən xahiş
eləsin onu tələbələrin yanına aparsın? Oturar kabinada, özü də
navesin o tərəfindən sürdürüb gedərlər, tələbələrə çatan kimi
sıçrayıb üşər maşından. Mexanizator oğlan da lap çəkillikdə
gizlənmiş olsun, bu uzaqlıqdan nə biləcək kimdi gedən
maşında? Heç görməyəcəkdi də, axı, yolun bu biri tərəfi də
çəkillikdi. Şofer yəqin bu göygöz arıq kişi olacaq. Burda ondan
savayı bir kəs də yoxdu düşünəsən bu deyil. Otuz-otuz beş
yaşlarında bu adamın nəsə çox gülməli duruşu, baxışı vardı.
Amma gülmək yeriydimi indi?
-
Bu maşın sizindi?..
Dayı deməyə çəkindi Cəmilə, axı bu heç o qədər də yaşlı
deyil, birdən xatırınə dəydi?
-
Yox, mənim deyil bacıqızı.
"Hə, indi dayı da deyə bilər əmi də!"
-
Bəs onda kimindi, dayı?
-
Kolxozundu bacıqızı.
Cəmiləni gülmək tutdu:
-
Şoferi bəs kimdi dayı?
-
Şoferi mən dayındı bacıqızı: Ziq xayl, ober fürer
şturman, Nüşür Heydərzinyət oğlu Məmmədvəliyev, dədəmin
baba
sı Məmmədi, nənəmim babası Vəli, ordan o yananaı tay
bilmirəm bacıqızı, bilsəm onu da deyərəm! Nüşür bunu deyib
99
dabanlarını cütləyərək hərbi salam verib "farağat"
komandasında dayandı.
Cəmilə daha bərkdən gülməyə başladı, medtexnikumun
qızları su içməyi buraxıb maraqla onlara baxmağa, gülüb
şaqqıldamağa başladılar.
-
Bəs nə iş görürsən burda dayı?
-
Papiros çəkirəm.
-
Yox, ey, ay dayı, deyirəm bəs papiros çəkəndən sonra
neyləyəcəksən?
-
Əlimdəkini atıb birini də yandıracam bacıqızı!
Nüşür özü gülmür, çox ciddi deyir dediklərini, adamı da
güldürən elə onun bu ciddiliyidi: Medtexnikum qızları lap
yaxına gəliblər, Nüşürün hər cavabına bir qaz qaqqıltısı tökürlər
yola.
-
Bəs bu ikincisini qurtarandan sonra neyləyəcəksən dayı?
-
Üçüncüsünü yandıracam!
Yox, tay b
ir belə gülmək olmaz. Bu göygöz kişi məzədi
kimsə, bir az da danışdırsa pərt edəcək onu. Yaxşısı budur
ondan əl çəkib çıxıb getsin. Lakin o elə yönünü çevirib getmək
istəyəndə şofer gülümsündü:
-
Bəlkə mənə bir qulluğun-zadın var bacıqızı, bax
kalxozun bu 55-
60 nömrəli QAZ-51 maşını qurbandı sənə.
- Onda
məni APİ tələbələrini yanına apararsan dayı?
-
Bakıya bacı qızı?
Medtexnikum qızlarının yenə qaqqıltısı töküldü yola.
-
Yox ey, bax, navesin o tərəfindəki tarlaya.
-
Ora apararam qızım, gəl otur, mən də maşına bir az su
verim içsin. Çər dəymişin yaman yanğısı var, gündə bir sənək
su içir.
Nüşür maşının qabağını qaldırıb bütöv bir vedrə su tökdü
maşına, sonra kabinəyə gəlib Cəmilə oturmaq istəyində hələ
qoymad
ı, oturacağı qaldırıb içindən üstünə canavar dərisi
çəkilmiş təmiz bir döşəkcə çıxartdı, qızın oturacağı yerə qoyub
dedi:
100
-
Bu hamı üçün deyil bacıqızı, onunçun da belə
gizləyirəm. Yoxsa o qədər çatlaq adamlar oturur bu kabinədə,
onlardan çölün o ağzı otlu heyvanları yaxşıdı. Amma sizin kimi
qulturnu adamlar
olanda bu döşəyi çıxarıb altına qoyuram,
deyirəm üstü bulanmasın, rahat olsun.
-
Çox sağ ol dayıcan!
Nüşür maşını tərpədib navesin arxa tərəfindən tarlanın
ortasına gedən yola doğru sürə-sürə söhbətindən də qalmadı:
-
O gün bu döşəyi bacıqızı, bizim kənddən bir həkimin də
altına sərmişdim. Qulturnu adam bildim bunu, amma yolda
başladı sarsaqlamağa, şoferlərə lağ eləməyə. Elə bil bu kolxoza
aparmalıydım, aparıb çıxardım iki kolxoz da o yana, düşürüb
dedim bura gəlməliydin di düş. O da yazıq tanımırdı heç haranı.
Bir düzü-
biyabanda düşürüb dedim həkim, eşit bilginən şoferə
lağ eləmək nə şeydi, sən gedəcəyin kolxoz qalıb on kilometr
geridə, indi çıx piyada yeri. Deyib sürdüm maşını. Düzmü
eləmişəm bacıqızı?
-
Lap düz eləmisən dayı. Dilini farağat qoyaydı.
C
əmilə yamanca gülürdü Nüşür dayısının sözlərinə və bu
gülüşü də yamanca xoş gedirdi şoferə. Yəqin də fikirləşirdi
daha nə söyləsin bu gözəl bacısı qızını güldürməyə, gülüşündən
qalmasın, bu gözəl gülüşünə baxıb o da ləzzət alsın. Heyif,
tələbələrin yanına belə tez çatdılar. Nüşür dayısını geri yola
salıb Cəmilə Nərgizi axtardı. Gördü Nərgiz bulana-bulana qalıb
ortalıqda, yəqin Cəmilə üçün darıxdığından dim-dik qalıb.
Cəmilənin gəldiyini görüb yanına yüyürdü:
-
Hardaydın ay qız, hara itirsən iki gündü? Hanı bəs
yığdığın?
-
Şükür elə hələ özümü gətirib çıxarmışam!
-
Nə olub ey sənə? Yoxsa bir iş var başında?
-
Başım var, bir iş ola başımda?
-
Nə olub sən Allah sənə?
101
-
Heç. Nüşür dayım qonaq aparmışdı. Atamın tanışıymış.
Məni görüb tanıdı, apardı evlərinə. İndi yeyib-içib ordan
gəlirəm.
-
Gərək məni də aparaydın, mən də yeyəydim.
-
Mən yediyim... sən yeyə bilməzsən! Sənin xörəyin
deyil. Əl çək məndən, görüm barı axşamacan bir şey yığa
bilərəmmi?
Nərgiz yenə incidi, mısmırığını sallayıb getdi. Getməyi
yaxşıdı elə, dünya qarışıb bu saat başında heç bilmir hara
haradı. Tək qalıb yaxşı-yaxşı fikirləşməlidi indi.
Ağ-ağ pambıq pənbələrini bir avtomat sürətiylə fartuğuna
atdıqca alaşıq-dolaşıq fikirlər çözələnirdi başında, amma heç
birini də bir yerə aparıb çıxara bilmirdi. Bildiyi oyduki,
mexanizator oğlan gözləri önündən çəkilib getmirdi. Bir də
ayılıb görürdü bir saatdı söhbətdədi oğlanla. Gülümsünür öz-
özünə dəli kimi, acıqlanıb əsəbiləşir bəzən də.
Bir də axşamüstü ayılıb ətrafa göz gəzdirəndə gördü
böyür-
başı hamısı yuxarı kursun oğlanlardı, hamısının da başı
günəbaxan başı kimi ona yönəlik. Yaxınlaşıb bir söz deməyə
cürət etmirlər, amma aralıdan aralıya, bir-birindən oğrun-oğrun,
bir-
birinə aşkar-aşkar ona tamaşa etməkdədirlər. Bunu duyub
da başını aşağı salıb pambığını yığa-yığa özünü danlamağa
başladı: "Başına daş ay Cəmilə, buna bax, bir belə institut
tələbəsinin içində ola-ola, bir-birindən gözəl, bir-birindən
yaraşıqlı bir belə cavanların qibləsi ola-ola, Allahın bir
mexanizatoruna vurulmusan! Başına kül sənin, gör kimə gözün
düşüb, ağlını itirmisən vallah, a yazıq!"
Dostları ilə paylaş: |