Şahlar həSƏNOĞLU


******                 *******           *******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə17/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   13   14   15   16   17   18   19   20   ...   65
2016-2403

******                 *******           ******* 
 
“Könlüm  düşüb?”-  deyə  pambıq  yığdığı  yerdə  dünənki 
fikri  Cəmilənin  gəlib  yadına  düşdü.  Könlüm  düşüb  nədi? 
Deyəsən  axmaqlayıram  mən?  Tanımadığım  yad  bir  adama 
gözümmü düşüb? Düşməyib bəs nədi yenə yönünü tutmusan o 
tərəfə?  O  qədər  də  sürətlə  aralaşırsan  “günəbaxanlar”  ayılıb 
özlərinə gəlincəyədək sən gözdən itib gedəcəksən. Nərgizlə heç 


 
111 
bir  şeyin  üstündə  dalaşıb  qanlı-bıçaq  ayrıldın,  nədən  ötrü? 
Nədi,  nədi  o  sənə  mane  olmasın,  arayıb  axtarmasın  səni, 
dalınca düşməsin! Doğrudanmı belədi? Ay Allah? Nəyi belədi! 
Nə  təhər  belədi  bunu  heç  özüm  də  bilmirəm?  Yox,  belə 
aralaşıram  ona  görəki,  dünən  az  pambıq  qığmışam,  bu  gün 
gərək  əvəzin  çıxam.  Əhməd  müəllimi  təəccübə  gətirəm. 
Bununçun da gərək yiyəsizliyə çəkiləm, heç kəs mane olmaya 
mənə.  Bəs  niyə  bu  sürətlə?  Özü  də  təklənib  naves  tərəfə 
gedirsən? İstəmirsən yolun bu tayından keçib gəldiyini o görə. 
Na
vesin  yanından  qəfil  çıxasan  artezian  üstünə,  kolxozçulara 
qarışıb  onların  yanından  qayıdasan  yenə  həmin  sahəyə.  Elə 
düşündüyü  kimi  də  edirdi.  Yenə  də  medtexnikum  dünənki 
yerlərindəydi,  onlardan  da  irəlidə  bir  dəstə  kolxozçu  yığırdı 
kişili-qadınlı. Kişiləri bir-bir göz altınca yoxladı: bəlkə elə o da 
bunların içində oldu? Belə düşündüyündə qanı təpdi ürəyində. 
Sinəsi  enib-qalxmağa,  tövşüməyə  başladı.  Oğrun-oğrun  bütün 
kişiləri  yoxlaşdırıb  gördü  yox,  Kamal  yoxdu  bunların  içində. 
Ürəyi sakitləşdi. Həmişə görüşdükləri yerə boylandı: bir kimsə 
yoxdu  orda  da.  Narahat  olub  darıxmağa  başladı  indi  də.  Bir 
gözü  elə  dünənki  yerdə,  iki  saat  kolxozçulara  qarışıb  pambıq 
yığdı. Sürətlə yığıb eləmirdi. Necə yığaydı sürətlə: bir gözü elə 
yoldaydı.  Axırda  dözməyib  yığdıqlarını  bardana  basıb  başına 
qaldırdı, üzünü dünənki yerə tutub yenə oraya doğru irəlilədi. O 
gəlməyəcəkdi daha, gəlsə indiyənədək gəlmişdi. 
Yarım saatca yol gedib dünənki yerə gəlib çıxdı. Bardanı 
yerə qoyub sürətlə yığmağa başladı. Gərək düz 150 kq pambıq 
qığa  bu  gün.  Amma  nəsə  elə  bil  qırılıb  düşmüşdü  qəlbində. 
Deməli  yanılırmış  Cəmilə.  Sevgi  deyilmiş  onların  arasındakı, 
ötəri bir hiss imiş! Hər bir oğlanla bir qız arasında hər dəqiqə 
alışa  biləcək  ötərgi  bir  duyğuymuş.  Amma  o  belə  bilmirdi 
bildiyini. Ona elə gəlirdi hələ-hələ bu hallara düşüb belə çılğın 
duyğular  içində  çabalayamaz  insan.  Bəlkə  birtərəfli  olub 
duyğusu?  Kamalın  qəlbində  alışmayıb,  elə  Cəmiləni  odduyub 
yandırıbdı?  Bir  də  mexanizator  nə  bilər  eşq  nədi,  məhəbbət 


 
112 
nədi?  Heyvani  bir  hiss  olur  belələrində;  başamı  düşür  onlar 
sevgini? Bəs necə olub o öz-özünə alışıb belə? Birtərəfli alışıb? 
Axı  deyirlər  tək  kösöv  heç  ocaqda  da  yanmaz,  o  necə  olub 
alışıb?  Bəs  onda  o  mexanizator  oğlanın  gözlərində  gördüyü, 
axıb-axıb  Cəmilənin  qəlbinə  tökülən  o  duyğu  selləri  nəydi 
heylə?  Məyər  o  oğlan  olmadımı  onu  başdan  eləyən,  onun  o 
alovlu baxışları, şirin dili, gözəl boy-buxunu olmadımı? Vallah 
heç boy-
buxunu  da  yox,  ağlı,  dərrakəsi,  mərifəti,  qananlığı 
oldu,  incə  duyğuları  oldu.  Boy-buxuna  qalsa  günəbaxanlar 
içində  ondan  da  suyumlu,  ondan  da  gözəl  oğlanlar  var,  niyə 
birinə də göz qaldırıb belə baxmadı Cəmilə, ürəyindən keçmədi 
baxa, amma elə bunu görən kimi ürəyi təpdi içində, öz-özünə 
alışdı belə! Bir geyimsiz-gecimsiz, bir pis papaqlı mexanizatoru 
görüb alışdı ürəyi. O da namərd olub heç gəlmədi. Gəlməyəcək. 
Alışa-alışa  qalacaq  Cəmilə,  yana-yana  qalacaq.  Bəlkə  də  tab 
gətirməyib ürəyi partlayacaq, başına hava gələcək! Doğrudanmı 
bu  qədər  ürəkdən  bənd  olub  Cəmilə?  Bənd  olmaq  məyər  pis 
işdi? Ayıb işdi? Görən hamı da onun kimi bənd olurmu belə? 
Görən  Nərgiz  də  bənd  olurmu,  o  biri  qızlar,  oğlanlar  da  belə 
bənd olurlarmı? Onlar bənd olurlar, ağılla- başla bənd olurlar, 
bir-
birini  tanıyır,  bilir,  bir-birilə  danışıb  bitişir,  sonra  da 
evlənirlər.  Çoxusu  da  elə  bir-birinin ata-analarına,  ev-eşiklə-
rinə, var-dövlətlərinə bənd olurlar, ad-sanlarına vurulurlar. O da 
mexanizatora bənd olub! Hələ mexanizator da bəyənmir, gəlmir 
çağırışına, demək heç sevmir də onu. Hamını sevirlər-seçirlər, 
bircə  onu  sevmirlər.  Yoxsa  yenə  “Sona  bülbüllər?”  Sona 
bülbüllərmi oxusun? Fitrət var bu mahnıda, sirr var, hikmət var! 
Oxuyan  kimi  qeybdən  çıxacaq  mexanizator,  göydən  düşüb 
gələcək, yerdən çıxıb gələcək! 
Oxusunmu  ay  Allah?  Oxusunmu?  Yox,  yox,  nə  oxuma-
yacaq,  nə  heç  onun  gəlməsini  istəmir  bura.  Bəs  neçin züm-
zümələyir  “Sona  bülbüllər”i,  astaca-astaca  sızıldadır  belə?  Bu 
mahnının  bu  sayaq  həzin  oxunmasına  dayanarmı  heç  ürək, 
dözərmi  heç  sevən  könül?  Yox,  bu  mahnını  gərək  bütün 


 
113 
ciyarınla,  köksünlə  oxuyasan!  Bütün  gücün,  qüdrətin,  bütün 
nəfəsinlə  oxuyasan,  var  gücünlə  cingiyəsən,  zəngulələr 
döyəsən! 
Axı  gətirəcək  mahnı  onu,  gətirib  də  bu  dəfə  səni  lap 
sinənin  ortasından  oxlayacaq,  köksündən  yaralayacaq!  O bu 
gün də gəlib çıxsa dözməyəcəksən axı, dayana bilməyəcəksən 
axı,  sirrini  faş  edib  biabır  olacaqsan  axı?  Ürəyinini  coşqusu 
qalxıb qərq edəcək səni bir sevgi dəryasında, ala bilməyəcəksən 
axı bu fırtınanın qabağını? 
Yox, elə belə astaca-astaca gumuldanmağı yetər. Həm də 
yorulubdu,  iki  saatdır  dayanmadan  yığır.  Bardan  ağzınacan 
qalanıbdı, bir az da dincəlsin qoy. Fəqət, oxuyacaqdı, bardana 
başını  söykəyib,  gözlərini  yumub  əvvəlcə  həzin-həzin,  sonra 
coşub daşa-daşa, çınqıya-çınqıya qaxsıdacaqdı: 
Su atdım yara dəydi, 
Sona bülbüllər! 
Əlim divara dəydi, 
Sona bülbüllər! 
 
Dilim-
ağzım qurusun, 
Sona bülbüllər! 
Nə dedim yara dəydi? 
Saçı sünbüllər! 
 
Elə yar, yar deyirlər, 
Heç məni demirlər, ay sona bülbüllər! 

Sürəyya... 
“Məni  çağırıllar!”  Yox,  qulağına  dolub  bu  səs,  onu 
çağıran  nə  gəzir?  Sürəyyadımı  o  ?  Kamalın  səsidi  qulağına 
dolub, çıxmır qulağından! Çıxmayacaq da heç!.. 
Elə yar, yar deyirlər, 
Heç məni demirlər, ay sona bülbüllər! 

Sürəyya! 


 
114 
“Vallah odur! Onun səsidi! Göylərdənmi düşürüb gətirdi 
“Sona bülbüllər!?” Hövlank ayağa durdu. 
O idi! Hərəkətsizcə quruyub qalmışdı qarşısında, bir daş 
heykəl kimi, bir qurama qurqom kimi, gülümsünə də bilmirdi. 
Qorxusundandımı, hisslərinin coşğunluğundanmı? 

Vay! Sən hardan düşdün? 

Düşmədim, yerdən çıxdım. 

Yerin harasından? 

Təkindən  çıxdım  Sürəyya!  Bax,  o  gördüyün  kalışlıq 
içindən çıxdım, saat 7 olandan gəlmişəm ora. 

Bəs neyləyirdin orda? 

Düşünürdüm. 

Nə düşünürdün bir belə?.. 
-  Dü
şünürdüm  görən Sürəyya  adlı o qız gələcəkmi  yenə 
bu sahəyə? 

Düşününcə niyə durub baxmırdın? 

Qorxurdum görər məni. 

Görüb neyləyəcəkdi? 

Qəzəblənərdi dünənki kimi... 

Demək  bilmirdin  onun  iki  saatdı  burda  pambıq 
yığdığını? 
-
Bilmirdim.  Baxa  bilmirdim.  Dünən  bıçaq  bəhanəsiylə 
gəlmişdim, bu gün nə deyəydim? Bəlkə görəydi elə qız məni? 

Pambıq kolları arasından da baxmadın heç! 

Bu  lap  məşəqqət  olardı  mənimçin.  Biləydim  gəlmisən, 
burdasan
, kol dibinə qısılıb oğru kimi baxa-baxa qalaydım! 

Bəs indi necə çıxdın, qorxmadın? 

Mahnını bəhanə etdim. 

Bəlkə heç oxumayıb çıxıb gedəydim! 

Yox, oxuyacaqdın! 

Nə bildin oxuyacağam mütləq? 

Sevirsənsə oxuyacaqdın Sürəyya! 


 
115 
"Bu nə iş idi mən düşdüm, ay Allah!  Bu nə deyir belə? 
İndi nə deyim mən, nə cavab verim ona mən? Başımı götürüb 
hara qaçım, neyləyim mən?" 

Əgər  sevirdinsə,  yenə  oxuyacaqdın  "Sona  bülbülləri!" 
Axı bizim sevgimiz ondan başlayıb?.. 

Nə danışırsan sən? Sevgi nədi, məhəbbət nədi?!.. 

Yox  Sürəyya,  səni  bilmirəm,  bəlkə  də  səhv  eləyirəm 
səndən  yana.  Ancaq  ölürəm  mən,  dayana  bilmirəm,  gecələr 
gözlərimə  yuxu  getmir,  gözlərimi  yuman  kimi  bir  açıq  qız 
kürəyi gəlib durur gözlərimin qarşısında. Ortası nar zərbəsindən 
qaralmış, incə, mərmər bir kürək. Narınca seyrək tükləri elə bil 
qüdrətin  çəkdiyi  naxışdı  sıralanıb.  Hələ  bu  düzülüşdə  bu 
incəlikdə  gözəllik  görməmişəm  dünyada.  Bihuşedici  bir  qoxu 
gəlir  bu  kürək  arxasına  sallanmış  sünbül  hörünüşlü  saçlardan. 
Mən  hələ    belə  məstedici  qoxu  qoxulamamışam  dünyada.  bir 
qız  gəlib  durur  gözlərim  önündə,  hələ  bu  gözəllikdə,  bu 
misilsizlikdə,  bu  duyğuda  qız  görməmişəm  dünyada!  Ömrüm 
boyu da görə bilməyəcəyəm!.. 
"Neyləyim  mən  pambıq  kolları,  çəkil  ağacları,  asfalt 
yollar, nə deyim mən buna, nə cavab verim? Nə cavab verim 
ala kəpənək, dolu bardan, pambıq çiçəkləri? Ana torpaq, mavi 
səma nə deyim mən, neyləyim mən?!" 

Neyləyim  indi  mən,  mexanizator  oğlan?  Nə  deyirsən, 
deyim sənə? 
- ... 

Yox, indi nə cavab gözləyirsən məndən, nə istəyirsən?.. 

Bilmirəm... 

Bəlkə yenə kürəyimə baxmaq istəyirsən? Gəl bax. Yəqin 
çəkilibdi qarası. 
Yeriyib  oğlanın  qarşısında  dayandı,  üçdüyməli  Bakı 
jaketinin düymələrini açıb arxasını çevirdi oğlana? 

Çək aşağı jaketi, doyunca tamaşa et sevdiyin əşyaya, o 
qoşa hörüklü saçları qoxula! 


 
116 
Qoşa  hörüklər  arasındakı  bəyaz  cığıra,  qızın  boynu 
arxasındakı  ipək  kimi  yumşaq  tüklərin  bir  meh  əsməsilə 
titrəyişinə,  mərmər  bir  kürək  boyunca  bir  qüdrət  qələminin 
çəkdiyi  o  möcüzə  naxışa,  süd  kimi  ağ-appaq  bir  yaradılışın 
əfsanəsinə  baxınca  başı  dumanlandı  Orxanın,  qara  yoğun 
hörüklərin  arasını  iyləyib  bihuş  apardı  onu,  barmağını  uzadıb 
qızın  nar  dəyib  qaralmış  kürəyinə  toxundurunca  elə  bil  yel 
y
ıxdı  qızı,  uçunub  torpaq  üstünə  düşdü  qız,  heç  elə  bil  canı 
cəsədi yoxmuş qızın, bir dayağı, təpəri yoxmuş, dizləri elə-belə 
güclə saxlayırmış qızı. 
"İnsafın  yoxmu  heç  sənin?  Görmürsənmi  ayaq  üstə 
dayana bilmirəm, titrəyib əsirəm mən? Bir elə o  yaxınlığın, o 
qoxulaman, kürəyimə dəyən o isti nəfəsin alıb ağlımı başımdan, 
öldürüb-
itirib  məni,  bəs  bu  toxunmaq  nədi,  əl  vurmaq  nədi? 
Qan yoxmu səndə, insaf yoxmu səndə?" 

Niyə  əl  vurdun  mənə?  Görmürsən  əl  dəyməmiş  ölüb 
getmişəm?! -İnlədi qız. 
Başı  səyəlləkləndi  Orxanın.  Dünya  bir  fırfıraya  dönüb 
hərlənirdi  başına.  Gözləri  qaraldı,  ürəyi  yerindən  qopub 
Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin