**** ***** ****
Sürəyyanin təsəllisi son dərəcə səliqə-səhmanla yazıb
doldurduğu öz xatirat dəftərçəsiydi. O hələ Cəmilə olanda
dəftərçəsini Sürəyya adından yazırdı. Cəmilə adından üz
döndərib yaş kağızında, pasportunda, bütün sənədlərində adını
dəyişdirib Sürəyya adını mənimsədikdən sonra indi o dönüb
gerçəkli Sürəyya olmuşdu. Bir aydan artıq çalışmışdı bundan
ötəri. Kamalın xatirəsi onda bütün ömrü boyu qalsın deyə adını
Sürəyya adı ilə dəyişdirtmişdi. Əlbəttə, ərizəsində başqa cürə
yazmışdı: Familiyası Kərimovadı, pambıqçı qadın, Sosialist
Əməyi Qəhrəmanı Sürəyya Kərimovanı özünə bir obraz kimi
götürmək, onu özü üçün bir örnək seçmək niyyətiylə adının da
Sürəyya olmasını arzu etdiyini yazırdı. Elə bu da kömək etdi
ona. Son ucu razılaşıb qəbul etdilər ərizəsini. Hələ xoşları da
gəldi ondan.
İndi öz sevdiyi Sürəyyası adından keçirdiyi o sonsuz
intizar, hicran haqqında, qəmli-kədərli yaşamalar haqqında,
düşüncələr haqqında yazıb səliqəylə doldurmaqdaydı
dəftərçəsini.
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq:
İntizarın caynağında gecə-gündüz qalmısanmı, ey bacım?
Boğazına mənimki tək acı qəhər tıxcanıbmı, dolubmu?
Gül bənizin içindəki bu qəhərdən saralıbmı, solubmu?
Solubdusa bacımsan!
Pəncərənin qabağında saatlarla durmusanmı, ey bacım?
Həyatından bezikib də can boğaza yığıldığın olubmu?
Bu g
ünündə qulağına həzin-həzin mərhəm bir səs gəlibmi?
Gəlibdisə bacımsan!
175
Gözlərini yumub bəzən bu həyatdan uçmusanmı, ey bacım?
Ala-
yaşıl bir dünyada ürəyinə xoş duyğular dolubmu?
Orda sənin uca boylu, qələm qaşlı, gözəl yarın olubmu?
Olubdusa bacımsan!
Çox sevdiyin bu aləmdə üçcə günmü, ya çox qaldın, ey bacım?
Ürəyində tüğyan edən duyğuların o oğlana dəydimi?
Bax, sən onu sevdiyin tək, o da səni bəyəndimi, sevdimi?
Sevibdisə bacımsan!
İtirdim mən o oğlanı! O gün, bu gün öldüyümdü, ey bacım!
Yoxsa elə bir nəs gündə bu iş sənin öz başına gəlibmi?
Bir gün sənə var olan yar, yox olub da bir gün səndən itibmi?
İtibdisə bacımsan!
Sürəyyanın gördüyü miyanə bir yuxuda oxuduğu həzin
mahnı:
Heyran gözün xumarı,
Baxıb oldum tumarı.
Bilmədim uduzaram
Niyoynadım bu qumarı?
Heyran gözə saç düşə,
Kiprik qalxa y
aş düşə,
Bir qız yardan olunca
Başına bir daş düşə!
Heyran gözlər salışdı
Fikirlərim qarışdı,
Belə baxma sən Allah,
Ürək-öfkəm alışdı.
176
Heyran gözlər arası,
Çatma qaşın qarası,
Heyran gözüm qəlbimdə
Açıb illər yarası!
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq:
"Bu gün oktyabrın 22-dir. Kamalı itirdiyimin iki ili
tamam olub, üçüncü ilə ayaq basır. Dərsdə hiss elədim ki,
havayı yerə oturmuşam burda, ağlıma heç nə batmır. Ürəyim
bərk darıxır, qulaqlarımda guvultu başlayıb. Tənəffüsdə bir
kəsə bir söz demədən institutdan çıxıb metroya sarı yönəldim.
Evə gəlib yenə dəftərlə, kitabla əylənərdim, pəncərə önündə
dayanıb balacaların oyanmasına tamaşa edərdim. Yenə keçən il
bu günki gündə tarladaydım, ayrı bir rayonda, ayrı bir tarlada
olsaq da nə fərqi varmış, tarla elə tarladı. Qaçıb təklənmişdim
yenə, nəsə belə bir duyğu vardı məndə: bəlkə bir sirr var bu
tarixdə, birdən görərəm budur bir böyürdən çıxıb gəlməkdədi
Kamal.
Gəlmədi. Ağladım çoxlu. Kamalın səsi gəldi qulağıma,
qoxusu gəldi burnuma. Dinlədim, qoxladım. Bu il heç pambığa
da getmədik. 22 Oktyabr da budur dözülməz bir ağrı kimi gəlib
çıxıb. Bağrı çatlayır adamın auditoriyada. Elə lap küçədə, yolda
evdə də, pəncərə qabağında da. Bulana-bulana metroya girib
esk
alatorla aşağı enirdim. Metroda həmişə gözlərim adamlarda
olardı, mənə elə gələrdi bu adamları ona görə belə düzüblər
eskalatora mənim işim asan olsun, baxıb onlara seçə bilim,
tanıya bilim, tapa bilim öz axtardığımı. Dəhşətə gələrdim bəzən
belə vaxtlarda. Gör işə bax, bir belə adamlar düzülə
eskalatorlara, küçələrə, yollara, tərpənmək olmaya adam
əlindən institutda, kino-teatrlarda, qatarlarda amma sənin
axtardığın o bircə adam heç vaxt olmaya bunların içində!
Vallah fikirləşəndə az qalır dəli ola adam! 22 Oktyabr günü isə
fikrim özümdə deyildi, heç adamlara da baxmırdım. Onu
axtarmağı düşünmürdüm də heç, fərağına yanırdım elə. Birdən
yanımdan bir 5 qəpiklik ötüb keçəndə ixtiyarsız qayıdıb geri
177
baxdım, baxınca da ürəyim qopdu yerindən: Kamal!
Eskalatorun la
p başında dönüb özündən geriki qarakül
dərisindən dimdikli papaq qoymuş boynu qısıq adama nəsə
deməkdədi: "Kamal"!- deyə dəli kimi necə qışqırdımsa hamı
dönüb mənə baxdı. Kamal elə bil heç yoxmuş, görünmədi
Kamal. Eskalator onları elə həmin anda bayıra çıxardı. Görən
eşitmədilərmi səsimi? Görən doğrudan da Kamalmıydı
gördüyüm? Bizim eskalator hələ də aşağı düşməkdəydi. Mən
özüm atılıb pilləkənləri düşmək istəyirdim yerə, tez çatım
deyin. Di gəl, cüt-cüt, qoşa-qoşa dayanmışdı bəxtəvərlərin
hamısı. Aşağı düşəndə də bir rota saldat kəsdi qabağımı.
Yüzəcən olardı saldatlar. Elə bil tale özü kəsirdi yolumu, elə bil
gedişat özü belə-belə maneələr çıxarıb qarşıma özü qoymurdu
çatam istəyimə, yetişəm muradıma! Gedib qalxan eskalatora
düşüncə elə bildim il keçdi. o qədər doluydu eskalator adamla,
elə bil gücü də çatmırdı eskalatorun dartıb onları yuxarı
çıxarmağa. Ürəyim içimdə şiddətlə döyünürdü, boğulurdum
sevincimdən. Ay Allah neyləyəcəyik biz tapışsaq o küçədə,
necə olacayıq biz! Eskalator elə bil görkəzmə bir aləmə aparırdı
məni, qaranlıq dünyadan çıxarıb işıqlığa, işıqlı dünyaya aparırdı
eskalator məni. Elə bil nağıl aləmindəydim, elə bil Zümrüd
quşuna minib işıqlı dünyaya uçmadaydım. Səadətimə
çatacaqdım orda, Kamalıma yetişəcəkdim. Görən eşitmədimi
Kamal məni? Bəlkə elə yuxarıda dayanıb gözləyir məni? Ya
bəlkə o da yenidən geri qayıtmaqdaydı? Yox qayıtmış olsaydı
indi görmüşdü məni, ya mən onu.
Eskalator başa çatıb topa-topa duruşmuş cavanlara sarı
qaçdım, nə bu topada tapdım, nə o biri topada görə bildim
Kamalı. Ürəyim az qalırdı ağzımdan çıxa. Ay qardaşlar
bilmədiniz necoldu Kamal, ay şişman xala, ay gözətçi qadın sən
Allah bilmədim necoldu Kamal? Yüyürüb küçəyə çıxdım, o
tinə boylandım, bu tinə göz gəzdirdim, yoxdu Kamal, qeybə
çıxmışdı Kamal! Fikirləşdim yəqin səhv görmüşəm, qara
basıbmış məni, aldadırmış gözlərim məni. Elə kor peşman bir
178
də geri qayıdırdım bir də belə baxıb o qarakül dərili dimdikli
papaq adamı trolleybusa minmək istəyən gördüm. Dəli kimi
yüyürdüm ora tərəf:
- Ay qar-
qardaş, siz indicə met-metrodan çıxdınız eləmi?
-
İndicə yox, bir az əvvəl.
-
Hə də, olar üç dəqiqə.
-
Yox beş dəqiqə olar.
- Bi-
bir oğ-oğlanla çıxırdınız, eləmi?
-
Bəli necəki?
-
Adı Kamal deyildi o oğlanın?
-
Yox, qızlar, Orxandı adı.
-
Sən Allah düzünü deyin qardaş!
-
Ay bacı, niyə yalan deməliyəm axı?
-
Yalan deyirsən, Kamaldı o!
Məni ağlamaq tutdu burda. Qaragül papaqlı oğlan acıdı
deyəsən bu halıma, ya məni dəli-dülü bildi. Trolleybus
tərpənəndə mənə görə gedib minmədi trolleybusa. Qaldı görsün
kiməm mən, nəyəm mən, nə axtarıram mən?
-
Vallah Orxandı oğlanın adı bacı, Tibb institutunu altı il
bir oxuyub qurtarmışıq.
-
Mexanizasiya texnikumunda oxumayıb?
-
Ay bacı, texnikum nədi, mexanizasiya nədi, aspiran-
turaya hazırlaşır gedə?
-
Bəs indi hara gedirdi qardaş, bilmədin?
- Bir
professor var onun yanına tələsirdi, taksi tutub ora
getdi.
-
Bağışlayın, qar-qardaş, onda mən səhv salmışam,
əziyyət verdim sizə.
-
Gözəl qızların qulluğunda olmaq Sahibovun ən fəxrli
vəzifəsidi xanım qız, xoşdu mənə...
Papağını çıxarıb reverans elədi qarşımda. Amma mən indi
nifrətlə baxırdım ona. Guya elə yoldan ötən bir adamı Kamala
oxşatmağımda, bu adamın da Kamal deyil bir başqası olma-
ğında bu yazıqmış müqəssir. O da yəqin baxışımdakı bu nifrəti
179
hiss eləyib büzüşdü, bir az da qaralaşdı, üzünü çevirib yönü o
yana dayandı.
Qayıdıb yenə eskalatorla aşağı düşməyə başladım. İndi
elə bil eskalator məni yerin təkinə, yerin təkindəki o qaranlıq
dünyaya aparırdı. Məlikməmmədin atılıb mindiyi bir qara
qoyundu guya eskalator, cəhənnəmlərə götürüb atacaqdı məni!
İndi mən tamamilə əlimi üzmüşəm Kamaldan. Tale bizi
qovuşmağa qoymaqacaq. Hər halda Orxan adlı bir həkimi bir
Kamal sifətinə salıb göstərməklə tale bu gün böyük bir ərmağan
bağışladı mənə. Özü də necə bir gündə! Sabahdan artıq üçüncü
il başlayacaq. Görək bu üçüncü il nə gətirəcək mənə!
Dostları ilə paylaş: |