***** ***** *****
Orxanın günü iş yerində həkimlər, xəstələr arasında, işdən
sonra kitabxanalarda,
evdə kitablar arasında keçirdi. Bunlar sırf
professional təbabət kitabları idi. Yalnız dincəlib istirahət
etmək istəyəndə bədii kitablar oxuyar, yaxud musiqi dinləyərdi.
Bir gün belə bir istirahət zamanı Kuprinin bir hekayəsini
oxuyurdu. Hekayə olduqca qəmli bir məhəbbət macərası
haqqında olduğu üçün ona dərin təsir etmişdi. Öz qəmi gəlib
yadına düşmüşdü. Birdən ağlına bir fikir gəldi; onun başına
gələn heç bu hekayədəkindən az qəmli deyil. Qələmi əlinə
götürüb yazmağa başladı. Qəlbinin bütün odu, hərarətiylə
yazırdı. Bəzən elə cümlələr işlədirdi yazdıqca özünün gözü
yaşarırdı. Hekayəni bitirib üstündə düzəlişlər apardı, üç gün
arada qoyub dördüncü gün yenə oxuyub yenə düzəlişlər elədi.
Bir ay sərasər hekayə üzərində işləyib, makinada yazdırıb
özüylə iş yerinə, xəstəxanaya apardı: ya bir cavan qadın
həkimə, ya da bir cavan xəstəyə oxutdurub hekayənin ona nə
cür təsir elədiyini yoxlasın. Görsə onlar da bəyəniblər, onda
aparıb ən çox oxunan kütləvi qəzetlərin birində dərc etdirsin.
Başlıq "Sürəyya və Kamal" olduğundan yəqin hardaysa
180
Sürəyyanın da nəzərini cəlb edəcəkdi hekayə. Bir də, adını,
sənətini qıza düzgün söyləmədiyində nə dərəcədə təqsirkar
olduğu barədə oxuculara müraciətlə qurtardığından, bir sorğu
erməklə bitdiyindən, hekayə bəlkə də disput açmalıydı qəzetdə.
Bu da hekayənin Sürəyyaya da çatması üçün bir qarantiya kimi
ön görülmüşdü. Lakin cürət edib hekayəni heç kimə oxumağa
verə bilmədi. Ürəyinin gizlinc sirrinin kimsə başqa bir adam
tərəfindən oxunması nədənsə ağır gəlirdi ona. Bir həftə də
özündə gəzdirib sonra necə oldusa Bakıya da gətirdi. Semaşko
xəstəxanasına bir professor dalınca gedib onu orada tapmayaraq
geri qayıtmaq istəyəndə, ağlına gəldi hekayəni Natellaya versin
oxumağa. Natelladan həssas oxucu heç düşünmək olmazdı.
Əgər Natella bəyənəcəksə aparıb verər redaksiyaya. Natella ağ
xalat geyinmişdi, o qədər gözəl yaraşırdı xalat ona, elə həmişə
bu xalatda gəzə deyərdin Natellanı. Fikrini Natellaya açıb
deyəndə Natella özü də bilmədən yenə qəlbinə dəydi:
-
Ə-ə, vallah başın xarabdı sənin, hələ unutmamısan o
kolxozçu qızı?
-
Natella, sən oxu bunu, sənin rəyini bilmək üçün
gəlmişəm buraya. Ya da oxumaq istəmirsən, ver mənə, nə
deyirəm?
-
Sən çıx qapıda gözlə, mən indicə oxuyub gəlirəm.
Orxan həyətə çıxıb may günəşinin ilıq şüaları altında
gəzindi. Ürəyi elə həyəcanla döyünürdü deyirdi elə adamların
yaxınlığında dayansa eşidib duyuxlanacaqlar onun halından,
həyəcanından. Bir kənara çəkilib kölgəlikdə skamya üstündə
əyləşdi. Bir də belə baxıb gördü Natella gülümsünə-gülümsünə
gəlir, ancaq qəmli bir çalar ar gülümsünməsində. Lap yəqin
hekayədəndi bu. Bunu bilincə hekayəni qızdan alıb üz çevirib
get
mək istəyəndə Natella qolundan tutub saxladı:
-
Bəs niyə soruşmursan, nətəhərdi ə-ə?
-
Üzündən oxuyub bildim.
-
Sənin nə gözəl duyğuların varmış Orxan, vallah böyük
adam olassan sən!
181
-
Demək yaxşıdı hekayə!
-
Yaxşıdı nədi ə-ə? Bir dərd gətirib saldın ürəyimə. Adam
da belə ağır şey yazar ə-ə?
-
Çox sağ ol Natella.
Bunu deyib tələsə tələsə uzaqlaşdı. Darazaya çata-çatda
bir də belə baxdı ki, Natella yüyürə-yüyürə ardınca gəlmək-
dədir. Natella ona çatıb qolundan tutaraq geri qaytardı:
-
Ürəyim acıdı, gəl bir az burda skamyada oturub dincələk
sonra gedərsən.
-
Axı neynirsən məni?
-
Gəl otur Orxan. Partlayıram vallah, ürəyim az qalır çıxa
yerindən.
Gəlib bir dalda skamyada oturub onu da yanında əylə-
şdirdi. Başını əyib pambıqlıqda bir axt etdiyi kimi onun çiyni
üstünə yappadı. O zaman Orxanın qəlbində nələr vardı, indi nə
haldadı. O vaxt Sürəyyanın sabahkı görüşünə hazırlaşırdı,
qəlbində odlu duyğular çağlayırdı. Sabahına umudluydu,
nikbundi o vaxt.
- Orxan.
-
Nə deyirsən Natella.
-
Nə eşitmək istərdin məndən?
-
Xoş söz.
-
Dilimin ucundadı o söz, amma bilmirəm deyim,
deməyim?
-
Xoş söz olacaqsa, söylə Natella. İndi bilirsən mənim nə
halımdı. Mənə bir xoş söz söyləmək indi çox savab işdi Natella.
-
Deyirəm, kaş elə dönüb bircə hovurluğa Sürəyya ola
biləydim!
- Neyl
ərdin onda?
-
Bax qollarımı boynuna dolayıb dodaqlarımla məst
edərdim səni. Sən ki, bu qəlbin yiyəsisən odlu öpüşlərimlə
ovudub sevindirərdim səni!..
-
Sürəyya sevdiyi oğlanı öpə bilməz Natella. O ki, onun
bir barmaq toxundurmasına dözməyib yıxılır, qucaqlamasına,
182
öpməsinə necə dözə bilərdi? Öpüş məhəbbəti ayaqlar altına atıb
tapdalamaqdı Sürəyya üçün, təhqirdi, əskiklikdi!..
-
Bir yana baxanda düz deyirsən elə... Amma bunun səbə-
bi Sürəyya deyil Orxan, sən özünsən. Bax neçə dəfə istəmişəm
sənin bu incə ürəyinə görə boynunu qucaqlayam, bəlkə lap bir
busə də bağışlayam sənə, amma ürək eləməmişəm, utanmışam
səndən. Heç indi də...eləmədim. Halbu ki, bir belə yolu ondan
ötrü qaçıb gəlmişdim.
-
Çox sağ ol Natella. Dünya bağışladın mənə. İndi götür
başını, mən gedim, bir azdan bağlanacaq redaksiyalar.
-
Yox, sən çək çiynini, qoy elə skamyaya çırpılsın başım.
-
Nə deyirəm, onda saxla məni yolumdan.
Orxan çiynini çəkib qımıldanmadı da. İnciyə bilər axı
Natella. Dəliliyi tutub yenə. Sataşır ona. Saçlarını yaxınlaşdırıb
üzünə-gözünə toxundurur. Yoxsa onda bir şəhvət hissi, bir cinsi
şəhvət duyğusu oyandırmaq istəyir? Yox, bu səyriyib titrəyən
incə sifətdə belə fizioloji endirim, belə cismani bir arzu
fitlənənə bilməzdi. Sadəcə xəyala dalmışdı Natella. Bəlkə
gəncliyin lap o ilk bahar çağlarına qayıtmışdı? Bəlkə gözləri
önündə qəlbinə dəyilib künclərə atılmış bir qulaqlıpapaq kəndli
oğlu gəlib dayanmışdı?
-
Sən o alnı sızaqlı, on yeddi yaşlı şəhər qızının canı qoy
gedim Natella.
Natella başını dikəldib mat-mat ona baxdı:
-
Nə bildin o vaxtlarıma qayıtmışam ə-ə?
-
O qədər ağsan Natella, o qədər incədi üzün, baxan kimi
oxuyur adam duyğularını.
Natella sıçrayıb ayağa qalxdı:
- Du
r yeri Orxan, uğur olsun sənə, yolun aydınlıq olsun!
Natella gəldiyi kimi də yüyürə-yüyürə çıxıb getdi. Orxan
da azadlığına qovuşub darazadan çıxaraq bir taksiyə minib
məşhur qəzetlərdən birinin redaksiyasına gəldi. Nəsr şöbəsi
yazılmış qapıdan içəri girərək 50-55 yaşlarında panamalı kişiyə
183
məramını söylədi. Ürəyi yenə guppa-gup atmaqdaydı. Görən
bəyənəcəklərmi hekayəni, görən dərc edəcəklərmi qəzetdə?
-
Yaxşı oğul, oxuyun dinləyirəm.
-
Mən necə oxuyum? Alın siz özünüz oxuyun.
-
Sən özün yazmamısan hekayəni? Özün də oxu də!
Orxan hekayəni əsil bir diktor məharətiylə oxumağa
başladı. Əvvəlcə bir az qısılan kimi idi, bir az keçmiş o da
ötüşdü. Hekayəni oxuduqca orada təsvir olunan aləm çəkib
aparırdı onu. Redaksiyada olduğu da unudulmuşdu. Qarşısında
rahat kreslo
da əyləşib geriyə söykənmiş domba panamalı
yumru sifətli, döyük gözlü, çeşməkli kişi də unudulmuşdu.
Hekayənin lap o dəyimli yerinə çatıb bilmək istədi görsün necə
təsir bağışlayıb hekayə nəsr şöbəsi müdirinə. Üzünə baxan kimi
bil
əcək, bilib də hesabını götürəcəkdi. Ürəkləri oxumağa fitri
bir qabiliyyəti var Orxanın, üzünün təbəssümündən oxuyacaq,
baxışının tərzindən anlayıb başa düşəcək, panamasının
başındakı oturuşundan duyuqsulanacaq, yerində müdirin
qurcalaxlanıb çabalamasından sərf-nəzər edəcək.
Lakin heç bir duyğu işartısı oxuya bilmədi Orxan nəsr şö-
bəsi müdirinin üzündən. Duyğu gerçəkdən gerçəyə yoxdu bu
üzdə, duyğular bir dənizaltı axıntıya dönüb qeybə çəkilmişdilər
kişinin üzündə. Bu yosmaca yumruca bəniz sahibini bom-boş
bir səbət kimi, yumurta karobkası kimi, zibilxanalara atılmış
konserv qutuları kimi, papiros qabları kimi boşca qoyub
g
etmişdilər.
Yatmışdı panamalı kişi! Xurt düşüb yatmışdı!
Orxan kağızları qatlayıb, qovluğuna qoyaraq ayağa durdu.
Dəli bir nifrət oyanıb qəlbində, yumruğuyla bu domba panamalı
kişinin panamasının tən ortasından bir dombuz endirib sonra
getmək keçdi könlündən. Bu ləzzətli istəkdən özünü bir təhər
saxlayıb dalı-dalı qapıdan çıxdı. Qapını yavaşca örtüb sürətlə
pilləkənləri düçərək küçəyə qaçdı. Özünü insan axını içinə
vurub bu binadan mümkün qədər tez uzaqlaşmaq, tez
aralaşmaq, tez qaçmaq ehtiyacı duydu.
184
Və bir daha hər hansı bir redaksiyaya tərəf yönünü belə
tutmadı, bir təhqir, bir əksiklik bildi bunu özünə.
Sürəyyanı tapacağına olan bu ümidi də beləcə puça çıxdı.
Dostları ilə paylaş: |