Şahlar həSƏNOĞLU


*****              ******           *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə45/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   41   42   43   44   45   46   47   48   ...   65
2016-2403

 
*****              ******           ***** 
 
Şan-şöhrət,  vəzifə,  hər  yanın  səni  istəyən,  sevib  təqdir 
eləyən yanımcıl adamlar, dostlar, tanışlar, qohumlar, hər tərəfin 
sənə  tuşlanmış  sevgi,  hörmət  dolu  baxışlar,  yaşamalı,  ömür 
sürməli  ideal  bir  mühit  deyilmi?  Bu  mühit  içində  gördüyün 
ictimai 
xəstəliklər isə sənin işin deyil. Heç bir zəmanədə ictimai 
bəlalar həkim işi olmayıb. Bu bəlaların öz həkimləri var, onlar 
sağaldıb  müalicə  edərlər  bu  bəlaları.  Həkiminki  insan 
fiziolojisindəki xəstəliklərdir,  onları  müalicə  edib  sağaltmalıdı 
həkim.  Bu  işdə  ona  mane  olan  heç  nə  yoxdur.  Raykom 
katibindən  sıravi  fəhləyə,  kolxozçuyadək  kimə  nə  desə  dərhal 
y
erinə  yetirəcəklər.  Hamı  babat  dolanır,  hamının  təminatlı  iş 
yeri, dolanışığı var. Xəstəliklərlə mübarizə üçün hər cür şərait 


 
228 
var. Çoxlu-
çoxlu  həkimlər,  şəfqət  bacıları  var,  hər  tində  bir 
aptek  var.  Apteklərdə  dərman  var.  Apteklərdə  olmayanlar 
alverçil
ərdə  var.  Var  amma,  hansı  dərman  desən  var,  mütləq 
var.  Hər  kəsin  də  o  dərmanları  almağa  pulu  var,  imkanı  var. 
Həkim  üçün  ən  ideal  şərait  deyilmi  bu?  Indi  aclıq,  yoxsulluq 
xəstəliklərinnin  kökü  tamamilə  kəsilmişdir,  indi  toxluq 
xəstəlikləri  geniş  yayılıb.  Hər  beş  adamn  birində  şəkər  var. 
Həddən  artıq  qüvvətli  yemək  yediklərindən  çoxlarının  qanı 
qatılaşıb,  tərkiblərindəki  xolesterin  maddəsinin  faizi  yüksəlib. 
Indi çox yeməkdən, çox içməkdən saxlamaq lazımdı adamları, 
bolluq xəstəliklərindən qorumaq lazımdır. Bütün bunlar könül 
açan, adamı yaşamaya-yaratmaya həvəsləndirəndi. Çirkinliklər 
isə  həmişə  olub,  həmişə  də  olacaq.  Onları  müalicə  edib 
sağaldanlar  qoy  özləri  məşğul  olsunlar  bununla.  Orxan  öz 
həkimliyi  ilə  yaşayacaq,  bir  kimsəyə  pis,  bir  kimsəyə  yaxşı 
dey
in  baxmayacaq.hamıya  eyni  dərəcədə  qulluq  gostərəcək: 
taksi  şoferinə  də,  raykom  katibinə  də,  əlinin  əməyilə  dolanan 
kolxozçuya da, oğru-quldura da. Insandı hamısı, Vətən övladıdı 
ham
ısı!  Insan  sağlamlığı  keşiyində  dayanıb  o  da,  həkim  üçün 
bundan da yüksək bir ideal ola bilməz. 
Qonaql
ıqlarına  da  gedir,  gedəcək  də,  avtomobillərindən 
də  istifadə  edir,  edəcək  də,  dostluq,  yoldaşlıq,  qardaşlıq 
münasibətlərində  də  olur,  olacaq  da.  Üç-dörd  həkim  olub  bir 
meyxoş havalı gündə, bir təmiz park içində çayxanada əyləşib 
söhbət edə-edə, papiros çəkə-çəkə limonlu çay içə-içə zarafat-
ları,  qoca  Muradxanovun  keçmişlərdən  maraqlı.  Söhbətləri, 
Əbülfəz  həkimin  xarici  siyasət  haqqında  ətraflı  məlumatları, 
çayxanaya  hər  gələn  yeni  dəstənin  sizinlə  baş  əyib  hörmətlə 
salamlaşmaları, sonra da pulunuzu verib sizdən xəbərsiz çıxıb 
getmələri heç bir mal ilə, pul ilə, sərvət ilə ələ gətirilən şeylər 
deyildi. Bu Vətən şirinliyidi. Bu Vətən şəfqəti, Vətən simasıdı. 
Belə bir ömrü yüz illər yaşayıb bıqmamaq, bezikməmək olardı. 
Hələ  həkim  yoldaşlarının  ona  qız  seçmək  üstündə 
mübahisələri,  bəzən  lap  savaşmaya  aparıb  çıxaran söz-


 
229 
söhbətləri!  Kim  harda  təzə,  gözəl,  boylu-buxunlu  bir  yeni  qız 
görürdü dərhal bir yerə yığışıb Orxan üçün namizədlər sırasına 
“yazırdılar”.  Bə”zən  bu  söhbətlərdə  adi  dostluq,  yoldaşlıq 
iltifatından  ötəyə  addayan  nöqtələr  də  olurdu.  Bəzən  onun 
də”vət edilib aparıldığı qonaqlıqlarda adi ev sahibi iltifatından, 
iş  yoldaşları  iltifatından  uzağa  gedən  əlamətlər  də  olurdu. 
Baldızlar,  bacılar,  qızlar  olurdu  bəzən  bu  məclislərdə;  çay 
gətirib,  çörək-xörək  düzən,  geyimli,  kecimli,  boylu  buxunlu, 
gözəl-göyçək.  Odlu  baxışlar  olurdu  bə”zən  ona  yönəlikli,  ilıq 
təbəssümlər olurdu. 
Bir gün onun kabinetinə bir “xəstə” qız gəldi. Dedi “Sabir 
həkimin  baldızıyam.  Ürəyimdə  döyüntülər  var-dedi-  həkim 
məsləhət elədi bir sizə göstərim.” Qızı təsvir eləmək mümkün 
deyil. Qızılı gur saçları vardı çiyninə tökülmüş, ala gözləri, incə 
beli, ağ boğazı vardı, bir dünya gözəliydi qız”Təşəkkür edirəm 
Sabir  həkim,  iltifatınız  artıq  olsun.  Təklifiniz  də  çox  gözəldi, 
çəkicidi, ailəniz də, baldızınızın doğulub tərbiyə aldığl ailə də. 
Hamınızı yaxşı tanıyıram. Olduqca da dərin hörmtim var sizə, 
sizin hamınıza. Çox sağ olun!” 
-K
eçin  pərdə  arxasına  soyunun,  xanım  qız,  gəlirəm 
baxam. Q
arşısı alınmaz bir istək doğmuşdu qəlbində: bu dünya 
gözəli  sarışın  qızın  kürəklərinə  baxmaq,  onun  nə  hala 
düşməyinə şahid ilmaq. 
İdeal bir qız  kürəyiydi  kürəkləri,  incə,  lətif,  qüsursuz. 
Koftasını  soyunmağa  utanıb  bircə  qolunu  çıxarmışdı,  sinəsinə 
döşlük  bağlamamışdı,  gül  ətri  səpmişdi  üstünə.  Görmüş  qız 
deyildi,  titrəyib  əsirdi,  ürəyi  döyünürdü.  “amma  bu  döyünmə 
xəstəlik  döyünməsi  deyil  gözəl  qız,  bu  ayrı  döyünmədi. 
Ürəyində  bir  qüsurun  yoxdu  sənin.  Bu  ürəklə  yüz  il  yaşamaq 
ilar. Indi də ciyərinə baxaq”. 
-
Dərindən nəfəs alın. Lap dərindən. Indi bir az yavaş. 
 
“Ciyərin ürəyindən də sağlamdır xanım qız, çiçək kimidi 
ciyərin də. Amma pörtüb tərləmisən. Içindəki odlu duyğularındı 
səni belə tərlədən”.  


 
230 
-
Yaxşı,  di  geyinin  qızlar.  Tam  sağlamsınız  qorxmayın. 
Ürəyinizin  döyüntüsünə  dərman  yazacam  o  da  ötüb  keçəcək. 
Sabir həkimə də salam söylə məndən. 
 
“Səndən  gözəl  həyat  yoldaşı  olar  ala  gözlü  qız.  Yaxşı 
sapsağlam oğul-qız doğub böyüdə bilərsən, gözəl ana, sədaqətli 
həyat  yoldaşı ola bilərsən. Səni belə əsdirib titrətdirən məram 
Larisanın  məramından  deyil.  Larisa  ekzotika  axtarır.  Gözəl 
Qafqazlı,  gözəl  Urallı,  gözəl  Ukraynalı,  Orta  Asiyalı  axtarır, 
hərəsindən bir qisim zövq götürür, şirə çəkir dad alır. Səndə bu 
istək  yoxdur.  Amma  sənin  istəyin  də  xəstə  istəkdir,  geyimin, 
daş-qaşların  kimi,  bu  kabinetə  belə  bəzənib  gəlişin  kimi.  Sən 
vurulduğun  oğlan  pambıq  tarlasında  yatıb  toza-torpağa 
bulanmış yeddi bacılı bir mexanizator deyil, böyük bir rayonun 
şəhər  poliknikasının  baş  həkimidi,  elmlər  namizədidi.  Sən  o 
mexanizator  oğlanın  heç  üzünə  belə  baxmazsan, adam hesab 
eləməzsən onu”. 
-Buyurun q
ızlar, bu da reseptiniz. 
-Sa
ğ olun həkim, minnətdaram. 
 
“Yox,  mən  minnətdar  olmalıyam  sizə  kürəyinizi  açıb 
gözəlliyinə tamaşa etdim. Qayıdıb belə gülümsəmənizi, süzgün 
baxışınızı tutub feyziyab ola bildim. Mən gərək minnətdar olam 
sizə. Fəqət təklifinizi qə”bul edə bilməyəcəyəm gözəl qız. Sizi 
alanın gərək şəhərdə xüsusi çox otaqlı, həyətli, hovuzlu mənzili 
olsun, maşını, qarajı olsun, mənzillərində xarici mebelləri. Bu 
xarici mebellərin gözlərində bahalı-bahalı büllür qabları, əcnəbi 
istehsallı madonna sirvizləri olsun. Sizin qulaqlarınıza taxmağa 
a
lmaz, zümrüd qaşlı sırğaları, barmağınıza keçirməyə üzükləri 
olcun. Bütün bunlar olsun deyə mən özüm də gərək dəyişiləm 
xanım,  mən  özüm  də  gərək  çevrilib  Sabir  həkim  kimi  olum. 
Yox, bunu edə bilməyəcəyəm ala  gözlü dünya  gözəli. Özümə 
gücüm çatmır mənim, özümdən heç özüm baş açmıram mən!” 
Bu  gözəl  qızın  gəlişi  hər  halda  olduqca  dərin  tə”sir  etdi 
Orxana. Uzun-
uzun oturub fikirləşdi. Hər şey haqqında: özü, öz 
cevgisi, bada veri
b  onu  itirməsi  haqqında,  bu  rayon  işdəkləri 


 
231 
haqqında, dünyanın bu indiki gedişatı haqqında fikirləşdi. Qəti 
şəkildə də bir şeyi anladı: bir də heç zaman sevə bilməyəcəkdi, 
sevgidən  coşub  daşa  bilməyəcəkdi.  Keyləşib  kütləşmişdi 
məhəbbəti duyub anlayan ağlı, zəkası, ehtirası. Ümidsiz, bədbin 
bir şəxsi mən bərqərar olmuşdu içində. Bu mənin şəxsi səadətə 
çağıran səsi batmış, dili lal olmuşdu çoxdan. Bu mənin yalnız 
ictimai 
səadətə çağıran səsi arxasınca qoşub sürməliydi. On elə 
gəlirdi  ki,  onun  şəxsi  məninin  yaşantısı  başdan-başa 
faciəvilikdir,  həm  də  faciəviliyin  ən  iyrənc  formalarındandır. 
Bu  faciəvilik  də  səni  irəli  aparan  ömür  karvanının  yolu 
naməlumluqlar,  qeyri-müəyyənliklər  içindən  keçib  getməli 
olur.  Irəlilərdə  səni  nə  gözləməkdədi  əsla  blmirsən.  Sənin  öz 
istədiyin  özü  irəlidədirmi,  var  olandırmı,  gələsi  olandırmı, 
bilmirsən. Bu artıq bir məqsəd ola bilməz insana, məqsəd odur 
bilirsən o var irəlidə, gələ bilər irəlidən. Amma sənin məqsədin 
tam qeyri-
müəyyənlikdir,  bilinməzlikdir,  sənin  həyatın  bir 
həyat  deyil,  sənin  iztirabların  bir  iztirab  deyil,  bir  sürüntüdür, 
çürüntüdür,  ən  iyrənc  bir  faciəvilikdir.  Ildırım  vurması  kimi, 
avariya kimi, dənizdə boğulma kimi mənasız bir faciəvilikdir. 
Amma  bir  ümid  işığı  olsa  irəlidə,  azacıq  bir  əminliyin  olsa 
irəlidə,  dərhal  çıxarsan  sən  bu  faciəvilikdən,  dünyanın  ən 
xoşbəxt insanı olarsan sən. Vay ondadır bu ümidin, ümid işartın 
olmaya. 
İrəlilərdə  sənin  vəslinə  yetmək  istədiyin  idealın 
olmaya, səni zamanın coşqun axını içində irəli dartıb aparmağa 
sürəkləyən eşqin, həvəsin olmaya. 
Qarşıdakı  həyat  idealının  bu  qeyri-müəyyənliyi  onun 
sinirlərini  dağıdğb  çürüdür,  yaşantısını  dözülməz  bir  hala 
salırdı.  Indi  rayondan  da  qaçmağa  hazırlaşırdı.  Bir  halda  ki, 
onun şəxsi məninə səadət ehtimalı görünmür, onda o da yeganə 
qalmış  idealı,  ictimai  məninin  irəlidə  onu  gözləyən  idealı 
yolunda  həyatını  sərf  etməlidir.  Bu  ideal  isə  bütün  insanlığın 
sağlamlığı uğrunda tibb elminin ən  yeni nəaliyyətlərinə doğru 
bir həkim irəliləyişi idi. Bakıya, Moskvaya getməli, doktorluq 


 
232 
dissertasiyası  üzərində  işləməli-ən  başlıcası  da  tibb  elmi 
sahəsində yeni kəşflərə, tapıntılara can atmalıdı. 
Ailədə  ata-anasıyla  münasibətləri  də  fəna  şəkil  almışdı. 
Anası  açlq-aşkar  davaya  qalxırdı.  Toy  eləmək,  gəlin  gətirmək 
davasına  qalxırdı.  Atası  da  birdən  görürdün  bir  uşaq  kimi 
omaxşıdı yanında: 
-Ay o
ğul tay havaxaca özgə küçüyü oynadacayıq, başına 
dönüm. 
Bu özgə küçüyü bacıdının övladlarıydı. Kişinin nəzərincə 
qızının övladları onun özününkü deyildi. “Allah hərənin malını 
özünə  qismət  eləsin  ay  bala.”  –deyib köksünü ötürürdü  kişi. 
Yaxın durmaq istəmirdi balaca Qorxmaza, Gülyaza. 
Anas
ı hətta qız da seçmişdi ona, kolxoz sədrinin müəllimə 
qızını.  Sədrin  arvadını  “xəstələndirib”  Orxanı  üstünə  də 
aparmışdılar. Orxan baxmışdı ki, arvadın bir xəstəliyi  yoxdur. 
Amma ortalıqda fır-fır fırlanan qıvrım saçlı kənd gözəlini görüb 
anlamışdı  məsələni.  Bir  diqqət  yoxdu  müəlliməyə.  Özü  də 
gözəldi,  ailəsi  də,  saldığı  süfrəsi,  bişirdiyi  dadlı  yeməkləri, 
səliqə-sahmanı da. “Orxanın sevən qəlbi yoxdur əfsuslar olsun 
gözəl müəllimə.”-deyə düşünmüşdü. 
Hər halda o ala gözlü baldızın gəlişi kimi, bu gözəl sədr 
qızının  cidd-cəhdi,  sevgi  dolu  baxışları  da  dəydi  ona.  Qızın 
utan
caq baxışları sarsıtdı Orxanı. Əvvəlcə düşündü lap evlənsin 
bu  qızla.  O  da  şəhər  gözəli  kimi  büllürlar,  ziynətlər 
istəməyəcəkdi ondan, bahalı mebellər, madonnalar tətəbində ha 
bulunmayacaqdı. O özü xoşbəxt olmasa da bu izdivacdan, bir 
qız  xoşbəxt  olacaqdı.  Lakin  bu  mümkünmü?-düşündü  sonra.-
birtərəfli səadət, birqapılı xoşbəxtlik mümkünmü? 
Son nəhayətdə qəti qərara gəldi: yox, onun şəxsi məninə 
səadət  olmayacaq!  Dərhal  Bakıya  qayıdıb  yerdə  qalan  bütün 
ömrünü  elmə  həsr  etməlidir.  Bu  fikirlə  də  bir  gün  katibin 
qə”buluna gedib ondan izn almaq gərək idi. Lakin hələ qəbula 
düşməmiş  ev  əşyalarını,  kitablarını  qablaşdırıb  poliklinikanın 
maşınıyla  Bakıya  apardı.  Orada  ev  tutub  şeylərini  yerləşdirdi. 


 
233 
Həm də bütün bunları elə etdi bir kəsin xəbəri olmadı. Yoxsa, 
həkim yoldaşları duyuxsaydılar onun niyyətini, araya salıb, üzə 
salıb, yüz mənölüm, sənölümlə mane olacaqdılar ona. 
Sürəyyanı  itirdiyinin  düz  on  ilidi.  Bir  daha  Sürəyya 
vəslinə qovuşmağa ümid yeri qalmayıbdı. Qəlbində ikinci dəfə 
o cür alışmağa od qalmayıbdı. Bir cavanlıq, gənclik fırtınasıydı 
gördükləri,  duyduqları  da.  Bir  daha  o  fırtınalar  dolub 
daşdırmayacaqdı  qəlbini.  Otuz  üç  yaşı  var  indi.  Ömrünün  tən 
yarısı,  hələ  bəlkə  artığı  ötüb  keçibdi.  Kəmala  yetib  ömür, 
özünün ən dərrakəli, zəkalı bir çağına gəlib çatıbdı. Bu çağda 
məhəbbət  bir  gənclik  əyləncsi,  bir  yüngüllük  kimi  gəlmirmi 
adama? Dərhal Bakıya köçməli, bu yerdən getməlidir Orxan. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin