Şahlar həSƏNOĞLU


partiya  üzvü  olmadığını,  şəhərdə  evinin  olmadığını  katib  nə



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə43/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   39   40   41   42   43   44   45   46   ...   65
2016-2403


partiya  üzvü  olmadığını,  şəhərdə  evinin  olmadığını  katib  nə 
bilmişdi,  bu  hələ  də  bir  sirr  kimi  qalırdı.  Katib  indi  tam 
yaxşılaşdıqdan  sonra  da  tez-tez  onun  qəbuluna  gəlir,  səhhəti 
barədə məsləhətlər alırdı. Hər hansı kənar söhbətlərdən Orxan 
özü qaçır, heç bir kəm kəsiri olmadığını katibə söyləyirdi. 
Bütün bunlar ham
ısı  çox  yaxşıydı,  lakin  bu  şöhrətin, 
hörmətin pis tərəfləri də vardı. Ailəsini, anasını sağaldıb həyata 
qaytardığı  bir  müdir  bir  də  görürdün  əlini  cibinə  salıb  bir 
yüzlük, əllilik atdı stolun üstünə. Təşəxxüslə, gərlənə-gərlənə. 
Ya gərək təhqir edib yola salaydı, ya gərək insan kimi bir təhər 
bu  heyvərəni  qandıraydı  deyəydi  bu  onun  borcudu  yerinə 
yetirib,  vətəndaşlıq  borcu,  pulunu  götür  qoy  yenə  həmin  o 
şalvar  cibinə.  Çox  sağ  ol,  hörmətin  artıq  olsun. Mümkün 
olmurdu  bu  heyvərəni  başa  salmaq,  başa  düşmürdü  nə  şeydir 
“vətəndaşlıq borcu” mübahisə, çəkişmə, süpürləşmə başlayırdı. 
Hər belə işdəkdən sonra bir neçə saat özünə gələ bilmirdi. Onun 
pul  götürmədiyini  gördükdə  nəsə  bir  başqa  yaxşılıq  eləmək 
istəyirdilər,  pay  gətirirdilər  evinə,  hədiyyələr  alıb  gətirirdilər. 
Hamısında  da  o  dartışma-çəkişmələr  yenidən  başlayırdı.  Canı 
boğazına yığılmışdı bu adamların əlindən. Bunlar da bir deyil, 
beş deyil, on deyildi. Heç birisinin də ağlına gəlmirdi axı əzab 
verər  bu  hərəkətləri  həkimə,  sinirlərinə  toxunar,  şəxsiyyətini 
alçaldar; 
əksinə fikirləşirdilər yə”qin az verdikləri üçün həkim 
götürmür.  Indi  ikiyüz,  üçyüz,  beşyüz  gətirib  atırdılar  stolun 
üstünə.  Baş  həkimin  bu  dəfə  də  əsəbiləşib  gözləri  kəlləsinə 
çıxınca,  onlar  da  pullarını  götürüb  kor-peşiman  qayıdıb 
gedirdilər. Son nəhayətdə hamı anladı ki, baş həkim pul götürən 
deyil ”nemes”
di.  Adı qaldı”nemes”. Biri o birisinə nişan verib 
üstünə göndərdikdə, qabaqca xəbərdarlıq edirdi “bax ha, birdən 
pul-
zad  təklif  edərsən,  nemesdi,  başa  düşən  deyil  belə  şeyi, 
hirslənib təhqir edər səni”. Elə dil ağız eləməyin bəsdi. Maraqlı 
da  burasıydı  “nemes”  rayon  yerində  həmişə  mənfi  mənada 
işlənmiş sözdü. Deməli ona bu təxəllüsü qoyan da bir mənfilik 


 
222 
kimi, bir nöqsan kimi yapışdırmışdı bu etiketi onun üstünə. Hər 
halda 
Orxan  bu  etiketi  yapışdıranın  kimliyini  bilməsə  də 
ürəyində minnətdardı ona. Bu “nemes” təxəllüsündə elə bil sirr 
varmış,  bundan  sonra  daha  heç  kim  ona  pul  təklif  edib,  pay, 
hədiyyə təklif edib qanını qaraltmadı.  
Rayonda onu qüssələndirib qanını qaraldan bir çox başqa 
şeylər  də  vardı.  Təbabət  işi  olduqca  aşağı  səviyyədə  qurul-
muşdu. Həkimlər mütaliə ilə məşğul olmaqdan çox sənətlərinin 
iqtisadi  bəhrələri  ilə  maraqlanır,  bir-biri  ilə  xəstələri  qəbul 
etmək üstündə, biri digərinin xəstəsinə baxmağı üstündə üz-göz 
olur, savaşırdılar. Xəstəyə bir xüsusi mülkiyyət gözüylə baxır, 
biri o 
birisinin  xəstəsinə  yanında  yıxılıb  ölsə  belə  baxmır, 
xəstələr  üzərində  həkim  məsləhətləşmələri  keçmirdilər.  Bunu 
həmin xəstənin həkimi bir təhqir sayırdı özünə. Biri bilmədiyi 
şeyi o birisindən soruşmazdı, bunu ən böyük ayıb bilərdi özünə. 
Xəstəxanalarda  sanitariya  qaydaları  gözlənilmirdi,  səliqə-
sahman yox idi. 
Poliklinikan
ın ayrı-ayrı həkimləri heç kəslə, hətta rayonun 
vəzifəli şəxsləri ilə hesablaşmaq istəmir, sənətlərindən firavan 
dolanışıq,  gen-bol  yaşayış  şəraiti  yaratmaqçın  maksimum 
istifadə  etməyə  çalışırdılar.  Həkimlər  bir-biri  ilə  tikdirdikləri 
şəxsi evlərinin, qarajlarının, hamamlarının gözəlliyi, yaraşığıy-
la,  arvadlarının  pal-paltarları,  daş-qaşlarıyla,  maşınlarının  gör-
kəmi,  rəngi,  bəzəkləri  ilə  bənsəbənslik  edirdilər.  Apteklərdən 
çox  zaman  lazım  olan  dərmanları  əhali  tapıb  ala  bilmir sonra 
gedib  alverçilərdən  baha  qiymətlərə  almalı  olurdilar.  Hətta 
həkimlərin  bir  çoxu  bu  işdə  alverçilər  və  aptekçilərlə  gizli 
əlaqələrdə idilər. 
İndi  Orxan  hələ  institutda  oxudqları  zaman  tələbələrin 
hansı  ixtisasın  daha  gəlirli  olması  barədəki  mübahisələrinin 
nələrə əsaslanmış olduğunu aydınca  görüb şahidi olmaqdaydı; 
iyrənirdi gördüyü bu mənzərədən Leninqrad mühitindəki elmə 
o elmi-
idman  fanatizmi  yanaşımı  ilə  müqayisədə  rayon 
şəraitinin  bu  digər  qütbdəki  ifratçılığı  ona  olduqca  miskin, 


 
223 
ac
ınacaqlı  görünür,  düşündükcə  ürəyi  ağrıyırdı.  Bu  bəsit 
ifratçılıqdan  düşünüb  baş  sındırmaqla  da  əsla  bir  çıxış  yolu 
tapıb eləmək imkansız işdi. 
Qalan  bütün  cəhətlərdən  rayon  həkimləri  pis  adamlar 
deyillərdi;  dostluğa,  yoldaşlığa,  qohumluğa  olduqca  şirin,  ol-
duqca səmimi, olduqca mehribandırlar. Orxana o qədər dərin-
dən hörmət edir, ona o qədər qulluq göstərirdilər utandığından 
onların bu miskin əqidələrini üzlərinə vura bilmirdi. Özləri öz 
söhbətlərində  əməllərini  boyunlarına  alırdılar  amma.  Bu 
əməllərini  nəinki  bir  çirkinlik  saymır,  əksinə  qoçaqlıq, 
qəhrəmanlıq hesab eləyirdilər. Biri o birinin “fərsizliyini” aşkar 
edib hələ lağa qoyurdular. Orxanın “nemesliyini” di  gəl onlar 
bu  “fərsizliklər”  sırasına  qoymurdular.  Sadəcə,  Orxanı  başa 
düşə  bilmirdilər  və  başa  düşə  bilmədiklərinə  görə  də  bu 
“nemes” adını ona yapışdırmışdılar. Şübhəsiz, həkim yoldaşları 
qoymuşdu bu adı ona. 
Orxan  da  çox  düşünüb  bu  qərara  gəlmişdi  ki,  həkim 
yoldaşlarının  iyrənclik  hesab  etdiyi  bu  işlərinə  göz  yumacaq, 
fikir  verməyəcəkdi.  Guya  o heç   bilmir  bunların  nələr  etdik-
lərini,  başa  düşmür,  heç  nədən  xəbəri  yoxdur.  Öz  xasiyyətinə 
görə  həkim  yoldaşlarına  nifrət  bəsləyib  onlarla  əlaqəni 
kökündən  kəsmək  haqqındakı  ilkin  fikrini  Orxan  rayonda  baş 
həkim işldiyi bu ikinci ildə tamamilə başından çıxarıb atdı. 
 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin