partlatsalar yer orbitindən çıxıb dünya məhv olar?
-
O da gerçəkdi.
-
Amma mən inanmıram heç birinə! Sözdü hamısı,
yalandı! Atom da, hidrogen də, Xirosima da!
-
Yalan deyil Sürəyya, gerçəkdi hamısı.
-
Mən inanmıram, inanmaq istəmirəm! Yalandı hamısı,
sözdü hamısı! Qoy yalan olsun onlar Kamal! Bir bu yer üzünün
gözəlliyinə bax! Bu yam-yaşıl arpa zəmisinə, buğda zəmisinə,
yoncalığa bax! Tənək bağlarına, topa-topa olmuş kəndlərə-
kəsəklərə bax! Belə gözəl dünyanı məhv eləmək! Yalandı bu,
sözdü bu, yuxudu bu danışırlar! Qoy bir yuxu olsun bu Kamal,
gerçək olmasın. Bir o göydəki buludların ağlığına, bir bu yer
üzündəki havanın təmizliyinə bax! Gözəl dünya, yaşamalı
dünya! Dünyayla nə işiniz Kamal? Qoy var olsun, yaşasın qoy
dünya! Mən qəddarlığa, amansızlığa, şərə inanmıram Kamal,
inanmaq is
təmirəm!.. Qoy söz olsun hamısı!..
"
Yaxşı eləyib də inanmırsan Sürəyya. Lakin hamısı
gerçəkdi onlar. Hələ onlar nədir Sürəyya, indi super atomlar,
super hidrogenlər, super qırğın silahları hazırlanır. Dalğalarla,
radiasiyalarla, mikroblarla yaydırılan super kütləvi ölüm
qaynaqları hazırlanılır. Amma sən inanma onlara, şərdi onlar,
nifrətdi, amansızlıqdı, qəddarlıqdı onlar! Xeyirə, məhəbbətə,
ədalətə, haqqa inan sən Sürəyya! Haqq qalib gələcək, xeyir
qalib gələcək, Allah Şeytana qalib gələcək axırda Sürəyya
382
Şərqin Hörmüzü Əhrimənə qalib gələcək axırda! Sən Hörmüzə
inan!..
- Kamal!
-
Nədi Sürəyya?
-
Mən Qədirin də bir varlıq olduğuna, bir insan olduğuna
inanmıram!
-
Görməmisən televizorda?
-
Nə yaxşı heç görməmişəm də! İstəyirəm bir ruh olsun,
bir nağıl olsun o da!
-
Nağıllıq var onda Sürəyya. Bir toydan ona verəcəkləri
beş min manat əvəzinə, xahiş edir qapıda gördüyü balaca bir
tulanı versinlər. Tulanı elə belə bəxşiş verib pulu da vermək
istəyəndə Qədir nə cavab versə yaxşıdır? “Siz tulanı
bağışlayırsınız mənə, mən də beş min manatı bağışlayıram.
Sizcə bu tula yaxşıdı, yoxsa beşmin manat?” Nə qədər
eləyirlərsə də pula yaxın düşmür!
-
Bay Allah! Nə gözəl! Nə yaxşı!..
İndi Sürəyyanın eynəsi açılıb yenə. Gözləri bir anlığa
güzgü içində Kamalın gözlərilə qarşılaşdı: sonsuzca bir dəniz
dərinliyi duydu Orxan bu gözlər içində, sonsuz bir sevgi,
nəhayətsiz bir istənik gördü, yavuqluq, əzizlik, ərköyünlük
gördü. Baxışları bir də Orxanın şəhərdəki iki otaqlı mənzilinə
girib ona baxdıqlarında qarşılaşdı belə. Bəlkə bu anda Sürəyya
ömründə ilk dəfə onun boynuna sarılmaq istəyirdi? Amma ona
doğru bircə addım atıb yenə o dərin baxışlarının sehrinə saldı
Orxanı:
-
Nə gözəldi Kamal! Hələ divarlarının kağızına bax,
istəyirsən lap yu bunu. Mətbəxinə bax hələ! Yox Kamal,
deyəsən mən burdan heç yerə gedəsi olmadım! Vay, telefon da
var! İşləyir bu?
-
Əlbəttə işləyir.
Sürəyya tələsik bir nömrə yığıb danışmağa başladı:
383
-
Allo, Nərgiz?.. Adımı çəkmə. Burdayam, şəhərdə...
Görüşəndə deyərəm. Tez ol Zauru götür gəl parkın başına, beş
dəqiqəyə mən ordayam.
-
Parkın başında iki dəqiqəyəcə gözləməli oldular.
Qucağında balaca körpəsini tutmuş nazicək bir gəlin maşının
arxa tərəfindən boylana-boylana yaxınlaşdıqda Orxan anladı
Nərgiz olacaq bu. Qayıdıb geri baxdıqda Sürəyya da görüb onu,
düşüb qabaqlarına yüyürdü, Zauru hop götürüb öpməyə başladı.
Gəlib maşında əyləşərək körpəni bağrına basdı:
-
Zaurumnan ötrü ölərəm mən, Zaurumnan ötrü yanaram
mən!
Nərgiz də gəlib onunla yanaşı əyləşdi, lakin utanırdı
Nərgiz, sıxılırdı maşında. Orxan hardasa görmüşdü onu, lap
yəqindi görmüşdü, fəqət anışdıra bilmidi. Düzgün görə bilmirdi
anışdıra, maşının güzgüsündən elə belə ötəricə nəzər sala bilirdi
gəlinə, üzbəüz olsaydılar bəlkə də dərhal tanıyardı onu.
Sürəyya bacılığının ondan utanıb sıxıldığını anlayaraq
pıçıldadı:
-
Kamal, dur yeri oyuncaq al gətir Zaura.
Orxan oyuncaq almağa gedərək onları sərbəst qoydu. O
uzaqlaşıb gedən kimi Nərgiz pıçıldadı:
-
Kamal? Olmaya tapmısan Kamalı?
-
Tapmışam Nərgiz!
-
Demək o xəstəlik-zad da yalandı!
-
Suss! Yalandı Nərgiz!
-
Bəs necə oldu tapışdınız?
-
Elə Yevlaxdan qatara mindik gedək Bakıya, Kamalla bir
kupeyə düşdük. Gecə qaranlıqdı bilmədik. Sabah üz-üzə gəldik.
Məni qınama Nərgiz, o dünyaya gedib qayıtmışam!..
-
O da tanıdımı səni?
-
Necə tanımadı, o məndən pis abıra düşdü, ancaq
boynuna almadı mənə Kamal olduğunu. Heç demə o da dəyişik
deyibmiş adını, Orxan imiş adı. Barı sən günahkar bilmə məni
Nərgiz, başa düş...
384
-
Nə danışırsan Sürəyya! Təki xöşbəxt görüm səni, belə
sevinən gördüm!
-
Ağlama qancıq, gözünün yaşını sil... Zaurumun belə
qadasın allam, Zaurumun belə canını yeyərəm!..
-
Cehizini qaytarmaq istəyirdilər, mən qoymadım, dedim
yaz
ıqdılar, ata-anası hələ bilməsinlər. Qoyun bir qabaqca mən
gedim görüm başa sala bilərəmmi? Həm də qızın özündən bir
xəbər çıxsın, sonra.
-
Rədd elə cehizi-mehizi! Sən çalış qoy evləndirsinlər
qardaşlarını.
-
Evləndiriblər, ondan arxayın ol. Eşidən kimi, burda
gözaltıları vardı, sənnən qabaq, aparıb qoydular qardaşlarının
yanında. Səni mən eləmişdim, Sürəyya. Səki xoşbəxt eləmək
istəyirdim səni, nə biləydim dönüb belə pislik olacaq?
-
Yenə başladın! Pislik niyə olur? Sən tapdımısan mənə
Kamalı Nərgiz sən qaytarıb vermisən təzədən, yoxsa hardan
rastlaşardıq!? Bu ərə getməyim də, yalan deməyimizin
cəzasıydı çəkdik. Vallah!..
-
Kamal bəs ərindən qaçdığına necə baxdı?
-
Eh, Nərgiz! Heç Kamallığını boynuna alırdı? Qaçırdı
məndən. Guya ailə səadətimi pozmaq istəmirmiş. Amma mən
başqa cür anlayırdım, deyirdim ərə getdiyimə görə irgənib
məndən. Nələr çəkmişəm bu iki-üç həftədə Nərgiz Sərsəri kimi
küçələri dolaşmışam. Hələ Kamalın toy dəvətnaməsin mənə
verdiklərində görəydin məni! Heç demə toy yalançı toymuş,
məni aldatmaq üçünmüş, ərimə qayıdım deyin.
-
Bəs axırda necoldu barışdınız?
- Dünyad
a o qədər yaxşı adamlar var Nərgiz. Kamalın bir
tələbə yoldaşı varmış, Natella adlı, göyçək bir gəlin, o düşdü
aramıza, o qovuşdurdu bizi, yoxsa Allah bilir indi hardaydım!..
Zaurumun ayağının altında ölləm, Zaurumun başına dolannam!
Bax, Kamal əmisi indicə ona oyuncaq alıb gətirəcək. Odu bax,
timsah alıb gətirir Kamal əmisi, tısbağa alıb gətirir...
-
Sürəyya olmaya Orxan həkimə deyirsən Kamal?
385
-
Sən hardan tanıyırsan Nərgiz?
-
Vay Allah!.. Bəs arvadları sağaldan o poliklininkanın
baş həkimi, o Leninqradda alim olub gəlmiş ürək həkimi Orxan
həkim deyildimi? Neçə dəfə gəlib bizə. Vay Allah!.. Gör ey!
Bax o zaman pambıqlıqda o dəli olmağa gedəndə məni də
aparsaydın... O vaxt Kamalı mən də görsəydim heç bir belə də
acılar çəkməzdin. Orxan həkimi görüb yüyürərdim səni
muştuluqlamağa.
Orxan maşına yanaşıb oyuncaqları uşağa verəndə Nərgizi
görüb dərhal tanıdı:
-
Anan necədi bacı, vəziyyəti pisləşməyib yenə?
-
Pisləşib həkim. Sizin adresinizi təzəcə öyrənmişdik,
Bakıya sizin yanınıza aparmaq istəyirdik...
-
İndi gedə bilərəkmi ora?
-
Yox, Kamal! Məni görəllər, sabah tezdən gedərsən!
-
Yaxşı, onda siz söhbət eləyin, mən də bir papiros çəkim.
Orxan parka girib orada papiros yandıdı. Qoy iki bacılıq
nə qədər istəyirlər söhbət eləsinlər.
- Za
ur üzümü cırmaqlama, üzüm gicişir! Nərgiz, bax bu
axşam gedirsən anamın yanına, bu on ildə nə gəlib başıma
danışırsan. Mən heç nə deməmişəm arvada. Bax, ustulufca hər
şeyi başa salırsan. Özü də deyirsən o loğman hesab elədiyin
həkimmiş Kamal. Deyirsən kefi göynən gedir qızının, arxayın
ol onnan. Bax, atama da hələ bir söz deyib eləməsin. Qadan
alım Nərgiz, bax, elə elə arvad qəfil sarsılıb eləməsin?
-
Narahat olma, Nərgizin dilinə bələd deyilsən?
-
Zauruma canım qurban, qoyunum, quzum qurban!
-
Ver bəri onu, mən də gedim arvadı muştuluqluyum,
deyim həkimin sabah tezdən yanındadı!
-
Bax ha, Nərgiz, mən haqda hələ bir söz demə!
Zaurumu
n gözlərin yeyərim, dilin yeyərəm, Zaurumun qadasın
alarım! Zaur başımın tükünü çəkmə, başım gicişir!..
Sürəyya Zauru yerə qoyub yeriməsinə tamaşa elədi. Uşaq
anasının qucağında dönüb bir çiçək gülüşlə ona doğru açıldıqda
386
Sürəyyanın sevincinin həddi-hüdudu olmadı. Zaur anasının
çiynində tini burularkən əlilə guya Sürəyyanı vurmaq istəyirdi,
oyuncağıyla qıjanırdı ona tərəf.
Orxan g
əlib maşının sükanı arxasında əyləşdikdə
Sürəyyanı təlaş içində gördü:
-
Kamal, bir o beşmərtəbədəki evimizə sür...
-
Nə var orda Sürəyya?
-
Nəsə canıma gicişmə düşüb. Elə bil taxtabiti gəzib
canımda.
-
Nə danışırsan Sürəyya? Hardan çıxıb taxtabiti?
-
Bəlkə sənin mənzilindəymiş?
-
Qətiyyən! Heç ola bilməz.
-
Vallah alışmışam Kamal.
Sürəyya mənzildə o biri otağa keçib qapını içəridən
bağladı. Görünür soyunub taxtabitini axtarırdı. Az sonra təlaşla
qayıdıb gəldi:
- Taxtabiti-
zad yoxdu, amma bütün bədənim bax belə
səpişikdi! – Sürəyya çırmanmış qolunu ona sarı uzatdı.
Orxan onun qolundakı səpişiyə baxıb danacaq qaldı: bu
allergiyadı, məxmirək kimi bir şeydi nəsə?
-
Nə yemisən sabah-sabah?
-
Heç nə, çay-çörək, kərə yağı.
-
Konfet, şokold necə?
-
Heç nə, heç nə!
-
Bəs nədən olub bu? Məxmirək kimi bir şeydi,
yeməkdən, içməkdən, paltardan olur. ətriyyatdan, lap adi gül
iyisindən ola bilər.
-
Kremdən olmaz görən? Lap siftə üzümdən başladı.
-
Birdən ikiyə olub belə, kremdən?
-
Krem vurmuşam heç?
- Tez ol üz-
gözünü təmiz-təmiz yu. Su var kranda.
Orxan Şifonerin gözündən bir Leninqrad sabunu tapıb
gətirdi. Sürəyya köpüklədib dönə-dönə üzünü yumağa başladı.
Dörd-
beş dəfə sabunladı üzünü. Sonra aşağı düşüb maşına
387
əyləşərək aptekə gəldilər. Orxan dimidrol, kalsixlor duzu, bir də
klaritin alıb gətirdi, aptekçidən stəkan, isti-su şüşəsi alıb gətirdi.
Sürəyya kalsixlor duzunu çox çimçişə-çimçişə qəbul edib,
dimidrol tabletkasını və klaritini üstündən ataraq yarım stəkan
da İsti-su içdi.
Orxan kəndə yola düşüb maşını ağır-ağır sürməyə başladı.
Sürəyya pəncərələri açıb özünü küləyə verirdi. Yamanca
həyəcanlanmışdı.
-
Tez sür Kamal, qoy külək bərk vursun. Vay Allah, bu
nə işdi düşdüm!
İndi Orxan elə pərt olmuşdu, bilmirdi neyləsin. Axı niyə
belə oldu, bu nə mərəzdi tutdu Sürəyyanı? Şad-şalayın
durduqları yerdə, ilk toy gəzintisinə çıxdıqları yerdə. Sabahdan
bəri Sürəyyanın bütün hərəkətləri, danışıqları, həyəcanları
tükənməz bir sevinc, səadət, xoşbəxtlik qaynağıydı onunçun,
dinlədikcə, duyduqca, sinirdikcə ruhu teylənir, qəlbi atlanırdı,
bir bahar ətri çilənirdi sinirlərinə. Nə oldu ona birdən-birə, niyə
belə oldu? Gözlərində göz yaşları şölələnib, ürəyində təlatümlü
duyğular oyanışıb, di gək qəfil oyanmış bu mərəzdən pozulub
damağı, qaralıb qanı, qoymur öz sevinci, öz səadətiylə yaşaya,
öz odlu duyğularını sinirə. Dimidrol, klaritin kəsəcək
kəsməyinə gicişməsini, amma dərhal kəsməyəcək, hələ bir
müddət də narahat edəcək bu mərəz onu.
-
Evə dönmə Kamal, bax, o qoşa yalın başına sür, evdə
atandan-
anandan utanacam, nə qaşına biləcəm, nə özümü
küləyə verə biləcəyəm. Yalın başı yəqin küləklidi, hava vurar
məni orda.
Qoşa yal kəndə dönən yoldan beş-altı kilometr qabaqda,
yolun sol tərəfindədi. Yalların yüzotuz-yüzəlli metr hündürlüyü
var. Orxanın bütün uşaqlığı o yalların başında keçib. Düz
bu
yurur Sürəyya, həm küləklidi yal, həm yiyəsizlikdi.
Dərmanlar öz təsirlərini göstərənədək orada uvanarlar, sonra
yenə evlərinə qaytarar Sürəyyasını. Indi maşının oturacağına
söykənib yumubdu gözlərini, deyəsən bir az da ötüşən kimi
388
olub mərəzi, sakitləşən kimi olub. Gözəlliyinə baxmaq olmur,
incəliyindən doymaq olmur, həyəcanından qurtulmaq olmur.
Maşını lap astaca-astaca sürürdü, qoy çökəkliyə düşüb
yırğalanmasın maşın, paltarı bədəinə sürtülüb qaşındırmasın
Sürəyyanı. Yala doğru qayıdan torpaq yola düşüb iki yalın
arasındakı yamaca qalxdı. Buradan yol aşıb yalın o biri üzünə
addıyırdı. Orxan yoldan çıxıb sol tərəfdəki yal başına dikləndi,
yalın lap başına qalxıb maşını saxladı. Gördü uyuyub Sürəyya,
mışıl-mışıl yatmaqdadı maşında. Özü maşından düşüb yalın
güney döşlərinə enərək bir iri qucaq topal yığıb gətirdi. Quzey
döşlərinə enib bir iri qucaq da yovşan yolub gətirdi. Topalı
ortadan, yovşanı ayaq, baş tərəfdən döşəyib Sürəyyanın boyuna
bir döşək düzəltdi. Yavaşca maşından götürüb bu döşək üstünə
uzatdı. Başının altını alçaq bilib gedib bir qucaq da yovşan
yolub gətirdi. Bu gətirdiyini də başı altına qoydu, açıq ayaqları
üstünə, dizləri üstünə sərdi. Sonra da bir dimidrol tabletkasının
təsirindən belə şip-şirin uyumuş Sürəyyasına dikildi.
Qənirsiz gözəldi Sürəyya, üzündə-gözündə, boyunda-
buxunun
da bir eyib sayılacaq, bir nöqsan tutulacaq cəhəti
yoxd
u. Bəm-bəyaz ayaqları, şüp-şümşəd qolları, göp-göyçək
üzü vardı, up-uzunca kiprikləri, sünbül hörünüşlü yop-yoğun
saçları vardı. Nə uzun deyildi, nə qısa deyildi, nə kök deyildi,
nə arıq deyildi. Yaradan elə bil bir qüdrət qələmiylə çəkmişdi
qaşlarını, gözlərini, cizgilərini. Baxdığınca baxırdı Sürəyyasına
doymaq bilmirdi baxdığınca.
Təpə başından açılan ana torpağın bu gözçəkən mənzə-
rəsində də bu uyuyb yatmış el gözəli kimi bir qüsur, bir ləkəntə
görünmürdü. Füsunkar bir görüntü, ürək oxşayan bir gözəllik
açılırdı təpədən. Uzaq-uzaq dərələrdə, tarlalarda, çökəkliklərdə
göylüklər, yaşıllıqlar peşində qoyun-quzu sürüləri, mal-qara
naxırları görünməkdəydi. Yovşanlı bir sinədə tərəkəmə
alaç
ıqları qurulmuşdu. Göz işlədikcə uzaqlarda bir kənd-kəsək,
bir oba gözə dəymirdi. Təkcə sol tərəfə baxdığında Orxangilin
öz kəndlərini görmək olardı beş-altı kilometr aralıda. Lakin indi
389
onun
baxışlarını yerlə-göyün bitişgəklərinəcə uzanıb gedən bu
qarşı tərəfin kəndsiz-kəsəksiz, dərəli-talalı dalğa çölləri dartıb
aparırdı. Gözçəkən bir yabanılıq, xamlıq, təbiilik uyumuşdu bu
əyri-üyrü çöllərdə. Göy üzünə ağ-ağ buludlar sərələnmişdi. Bu
ağ buludlar aralığından zümrüd göllü göylər süsənlənirdi,
butalanırdı.
Birdən Orxana elə gəldi ki, adi bir təpə başında deyil bu
dayanmaq, bu tamaşa. Sevincin, səadətin, qüdsiyyətin zirvə-
sindədi bu dayanış, bu duruş- bu yatış. Gözləri önündə bu uza-
nıb gedən yabanı çöllük doğma vətən torpağının bir parçasıdı,
başı üzərində qanad gərmiş bu ağ buludlar doğma Vətən
göylərinin bir süsən bölgəsidi, əcnəbi kremini bədəni götür-
məyib məxmirəyə tutulmuş, bir yabletka dimedrol təsirindən
belə uyuyub yatmış bu Vətən gözəli öz sevgilisidi. Onun başı
altındakı burun uyuşduran bu yastıq yovşan topası da Vətən
torpağının bitirdiyi bir şəfa bitgisidi belə ətrli, belə göm-göy.
Vətən göylərinin əsdirdiyi meyxoş payız küləyi ana torpa-
ğımızın ətrini, rayihəsini bu yovşan qoxusuna qatıb bu uyumuş
Vətən gözəlinə qoxuladacaq, canına-qanına hopuzulub bir şəfa
qaynağına çevriləcək, şəfa tapıb sağalacaqdı bu qoxudan
sevgilisi. O nağıllarda deyildiyi kimi də asqırıb ayılacaq,
qəfilcə gözlərini sap-sağlam açıb pırıl-pırıl tamaşa edəcək,
gülüm
sünəcəkdi; sonsuz bir xoşbəxtliyə, sevincə, səadətə
çatdıracaqdı onu, parlaq bir gələcəyə aparacaqdı. Bu Vətən
torpağında, bu təmiz Vətən göyləri altında qutlu, fərəhli bir
ömür payı yaşayıb, mutlu, xoşbəxt bir dövran sürəcəkdilər.
Sonra da yenə o nağıllarda söylədikləri kimi, yeyib-içib yerə
keçəcəkdilər, Vətən torpağına qarışacaqdılar, müqəddəsliyə,
əbədiyyətə qovuşacaqdılar!..
390
Mündəricat
Ön söz..................................................................... 3
Birinci
hissə.“Sona bülbüllər”.. .......................... 6
İkinci hissə.“Girdim yarın bağçasına”................ 202
EPİLOQ ............................................................................. 374
Dostları ilə paylaş: |