342
***** ***** *****
Sürəyya qatardan düşüb gördü gecə azacıq yağış yağıb,
yer yaşdı burda. Relslərin arasındakı tirlərin üstüylə irəlilədi ki,
asfalt döşəməli yola çıxsın. Çamadanın Bakıda saxlama
kamerasına qoyduğundan bir yükü yoxdu. Bir əlində çanta, bir
əlində maqnitafon tutmuşdu. Göz altınca ətrafı yoxlayırdı həm
də: bəlkə bir tanıyıb eləyən olar burda, görən olar.
Xoşbəxtlikdən bir tanış adam gözünə dəymədi. Tez bir taksi
tutmalı, girib maşında əyləşməlidi ki, bir kəs görə bilməsin.
Şoferlərin gözləri adamların üzündədi. Bir ağbaşlı qoca da
şirin-şirin ona baxır, guya lap tanıyır onu:
-
Burdan gəl qızım, ayaqqabın bulaşmasın, bura
döyənəkdi.
-
Şofersən əmi?
-
Şoferəm qızım, maşınım da bax lap bu bərikidi. Hara
gedəcəksən qızım?
-
Kəndə gedəcəyəm əmi.
Sürəyya kişinin ardınca düşüb özünü qocanın arxasında
gizlədə-gizlədə taksiyə doğru yeridi. Qapını açıb oturmaq
istəyəndə qoca gül-güllü bir döşək atdı oturacaq üstünə:
-
Döşək üstündə əyləş qızım, toz olmasın üstün, taksidi
hər cür pinti-minti adamlar otururlar burda.
"Çox sağ ol Kamal, bu nə nəzakətdi göstərirsən mənə?
Yoxsa eşidib tutmusan səsimi, payız yarpaqlarının pıçıltıları
söy
lədi yoxsa ürəyimdən keçirdiklərimi sənə? Axı ruhumuz
oxşardı bizim, pıçıltılarımız qəmdi bizim, hüzndü? Nə tez
çatdırdılar sənə Kamal, nə tez öyrənib hal bildin ürəyimdən?
Nə əziyyətdi salırsan özünü, nə qayğıdı çəkirsən mənə?"
-
Orxan həkimin toyunamı gedirsən qızım?
Bu gözlənilməz sorğudan sinəsi atlandı Sürəyyanın, səsi
açılıb bir müddət cavab verə bilmədi qocaya. "Hardan bilir
qoca, bəlkə elə doğrudan da Kamal göndərib onu qatar
ayağına?"
343
-
Nə bildiniz əmi?
-
Həkim özü göndərib məni qızım. Nişanlarınızı deyib
göndəribdi. Hələ onu da bir azca yanlış deyibdi: bir yaşıl donlu
qız olacaq dedi həkim, amma siz qara donlusunuz. Qalan
nişanlarınız düz gəldi deyə bildim dediyi qız sizsiniz. Qırx ildi
taksi şoferiyəm qızım, tay öyrəşmişəm adamları bircə nişanıyla
tanımağa. Bu taksi şoferləri hamısı belədi qızım.
-
Əmi siz Allah deyin, pul da veribmi həkim sizə?
-
Vallah mən heç götürmək istəmirdim qızım. Həkim o
qədər yaxşı adamdı, ves Azərbaycanda o savadda, o bilikdə
inanın həkim yoxdu. Qənimətdi rayonumuza qızım. Zorunan
basdı cibimə pulu. Tay xətrinə dəymədim. Yaman inciyir belə
şeylərdən...
-
On manat deyildi, əmi?
- Düzdü. Anca
q məsələ onluqda-beşlikdə deyil qızım,
məsələ adamlıqdadı. Bax bu döşəyi də həkim tapşırdı, maşının
oturacağına atım üstünüz bulanmasın. Kim edər bunu, qızım,
kimin
yadına düşər bu? Gör ondakı qanacağa, mərifətə...
"Eşitmirəm səni şofer əmi, havayı yerə boğazını yorma,
incitmə özünü. Batıbdı qulaqlarım əmi, kar olubdu dünya.
Buracan bildiklərim yetər mənə. Düz olacaq hamısı, nıtqıma nə
gəlibsə düz olacaq. Lap o qəbristanlığa qədər əmi, lap o
çiçəklərə qədər..." Sən də sağ ol taleim mənim. Nıtqıma gələni
ge
rçək eləyib uğruma çıxardığına görə, məni istəyimə
qovuşdurub bəxtiyar elədiyinə görə! İstək istəkdi, nə fərqi var,
yaşıl olsun, qara olsun? Yaşıl istəyimi yerinə yetirmədin,
baxtım yaşıl olmadığına görə, qara istəyimi yerinə yetirirsən,
baxtım qara olduğuna görə!.."
-
Fikrə getmişdin qızım, eşitmədin, deyirəm sən də
həkimsən?
-
Yox əmi, xanəndəyəm, həkimin toyunda bir mahnı
oxumağa gedirəm... Amma sən hələ məni o kəndə aparma, sən
maşını bax bu gedən yola sür, düz "sosializm" kolxozuna gedən
yolun dönəcəyinə.
344
-
Axı həkim mənə belə tapşırmayıb qızım.
-
Sən əvvəlcə mənim dediyimi elə əmi, sonra saat 12-də
gəlib məni harda düşürmüsən ordan götürüb apararsan
həkimgilin kəndinə.
Şofer maşını döndərib bir də geri qayıtdı. Qəmgincə bir
hüzn
dolmuşdu Sürəyyanın sinəsinə, daşıb-daşıb həçqırığıyla,
hö
nkürtüsüylə qarışıq açılmaq, tökülmək istəyirdi, taksi içinə.
Kaş bircə bu taksi şoferi olmayaydı burda. Hər şey bax elə
beləcə olaydı, taksi içi olaydı, taksi pəncərəsi önündən geri-geri
qaçışan ağaclar, kollar olaydı, ürəyində bu coşub daşmaq
istəyən hüzn qarışıq hıçqırtı düyünçəsi olaydı, taksi də avtomat
qurğular kimi öz-özünə sürüşüb beləcə sürətlə axaydı yollarda,
nağıllardakı kimi öz-özünə uçaydı, uçan sandıqlar kimi,
xalçalar kimi, açaydı o da sinəsinin bəndini, axıb töküləydi
sinəsinə dolmuş yığıntıları, xilas olaydı ürəyi, ciyərləri bu
narahat həlməşik əlindən. Hönkürüb ağlaya biləydi,
qaqqıldayıb gülə biləydi. Dəli deməyəydilər ona, bir kəs
olmayaydı baxıb dəli deməyə yınmış, çıldırmış deməyə.
Ta tarlaya çatıncayadək için-için dalğalanıb çalxalandı
sinəsinin yığıntıları, ruhunun, varlığının qrunt silarıyla sızıntılar
alıb hələ bir az da çoxlaşdı, bir qədər də artdı. Şofer dediyi yerə
çatıb maşını saxlayanda pul vermək istədi qocaya, gəlib bu
yerdən onu aparmağının pulunu. Neylədi, götürmədi qoca.
-
Həkimdən ayıbdı qızım, pul nədi? Amma bəs saat
onikiyəcə sən neyləyəcəksən burda?
-
Pambıq tarlasında olmaq istəyirəm əmi, deyirəm ayağım
heç olmasa dəysin tarlaya. Bəlkə bir mahnı da bəstələdim bir
kolxozçu qız haqqında, bir mexanizator oğlan haqqında. Olmaz
əmi?
-
Olar ey, qızım, ancaq mən deyən kimi olmaz. Tarladan
bir şey yazmaq istəyən gərək o tarlada o kolxozçu qız kimi, o
mexanizator oğlan kimi işləmiş ola. Amma gözlə şehə batassan
qızım. Al, bu qaloşu geyin ayağına, təzəcə almışam. Gör beş
nömrə olacaqmı ayağına?
345
-
Çox sağ ol əmi, elə düz nömrəmdi. O döşəyi də versən
lap yaxşı olar əmi.
Sürəyya döşəyi götürüb, qaloşu geyinib duflisini əlinə
alaraq tarlaya girdi. Qoca taksi şoferi hələ bir müddət də onun
ardınca baxıb sonra maşını döndərib geri qayıtdı. Bu qaloş da
bir dərd oldu Sürəyyaya. İşə bax, taleyə bax, qayğıya bax!
Ölüm qabağındakı qulluğa bənzəmirmi bütün bunlar? Bilirlər,
öləcək xəstə, bu günlük, sabahlıqdır yaşamağı, qulluq
göstərirlər, qayğı göstərirlər, nazıyla oynayırlar. Qışın qış
günündə qarpız tapıb gətirirlər ona, yayın yay günündə buz
tapıb gətirirlər!..
Lakin belə də xəstəmi olar, belə də ölməkmi olar? Belə
bir tarla içində, belə gözəl bir dünya içində, belə gənc bir gəlin
çağında xəstələnməkmi olar, ölməkmi olar? Qarşında əfsanəvi
bir dünya açıla, ilk eşqinin, ilk məhəbbətinin şahidi yerlər ola
ayaqlarının altında, səni qanadlarına götürüb uçuran, göylərdə,
buludlarda gəzdirən bir mənzərə açıla gözlərin önündə, mərhəm
çəkilliklər sırası uzanıb gedə sağında, göyçək kəpənəklər uçuşa
yolunda, sənə sataşmaq istəyib bir fırlancağa dönə kəpənəklər
sağında solunda, bir tarla içinə girmiş olasan, sənə bu yaşıl
duruşuyla bir qəmli nəğmə oxuyan tarla içinə - ölməkmi olar bu
yerdə, solmaqmı olar? Nə deyilən şeydi ölüm, nə olan şeydi?
Güclüdümü ölüm gənclikdən, onatlıdımı ölüm sevgidən,
qüvvətlidimi ölüm yaşamaya, yaratmaya umudlu bir gənclik
çağırışından?
Bəs ayrılıq? Ölüm kimi bir nakəslik deyilmi o da, bəzən
hələ ölümdən betər bir pislik, bir qısıntılıq deyilmi? Görmə-
misənmi onu, duymamısanmı, ağrısına üzüntüsünə illərcə
dözüb bıqmamısanmı ondan, tanımırsanmı onu? Bu ayrılıq o
ayrılıqdan olmayacaq, onda yenə bir ümid saraltısı vardı
önündə, bir zəif şam işığı vardı. Indi onlar da olmayacaq. Indi
sərt, boz bir gerçəkik olacaq önündə, pis üzlü, kötü simalı bir
eybəcərlik olacaq...
346
Tarlaya bax hələ! Kollarını çıxarıb əkə-əkə gəlib onun
xatiratıyla bağlı yerə çatacaq deyəndə dayanıblar, pambıq
kollarını çıxarmayıb, əkməyib dayanıblar ortada. Bu da bir
qulluq deyi
ldimi ona, bu da bir xidmət deyildimi? Nazını
çəkirlər onun, qayğısına qalırlar, ölümqabağı... Təzədən yarpaq
açıb, çiçəkləyib kollar, yaşıllaşıb tarla. Elə bil heç son baharda
deyil tarla, qarşılarından bir qış ölümü gəlmir heç. Necə də
xoşbəxtdi kəpənəklər, necə də sevinclə, nəşəylə uçuşurlar!
Birdən ağlına gələn bir qərib oxşarlıqdan sümükləri
üşüdü: bu yarpaq gətirib yenidən yaşıllaşan tarlayla, çiçək açıb
cana gələn pambıq kollarıyla, bu qanad açıb yellənişən alaca-
alaca kəpənəklərlə uçub keçmiş, bir xatiratlarda qalmış
sevgisiylə xəyalən qovuşmaqçın bu şahid tarlaya gəlmiş
Sürəyya arasında necə də həmahəngdi, necə də uyğundu bu
oxşarlıq. Bəlkə elə doğrudan bir qəmli son bahar keçirir
Sürəyya da? Bu tarla kimi bu yellənişən kəpənəklər kimi onun
da önünd
ən qarlı-çovğunlu bir zimistan gəlməkdədi, ölüm
gəlməkdədi? Bu heç nədən xəbəri olmayan yaşıllaşmış kollar
kimi müvəqqətidir, solmaq, saralmaq qarşısındadır Sürəyya da?
Ölümü seçərsən, yoxsa ayrılığı Sürəyya?
Ölümü seçərdim, sevgilimə qovuşmuş olsaydım, kamıma
çatmış olsaydım?
Ölümü seçərsən, yoxsa ayrılığı Sürəyya?
Ölümü seçərdim, nakam məhəbbətim qalmasaydı
arxamda! Ölümüm sevgilimin qolları arasında gəlsəydi!
Ayrılığın pis üzü var, çox çəkmişəm, çox doyunmuşam
ondan, bezmişəm, baqmışam ondan. İstəmirəm daha, döz-
mürəm daha. Qurban olum sənə tarla, ölüb tozuna-tirpağına qa-
rışım tarla, eşit məni, dinlə məni, qurtar məni ayrılıq əzabından,
nakam bir məhəbbət cəfasından. Rədd elə gözümdən o ayrılıq
dediyini, ayrılıq cəhənnəmini?
Ölümü seç onda!
Seçərdim ölümü, bilsəydim cismimdir ölən, ruhum deyil,
məhəbbətim deyil. Bilsəydim ağlayacaqlar məni! Atam-anam-
347
qardaşlarım deyil, sevgilim ağlayacaq! Bilsəydim məndən
sonra vüsal olmayacaq, sevgi olmayacaq ona.
Ölərdim vallah
onda, seçərdim ölümü, çəkinmədən, qıypınmadan seçərdim,
gülə-gülə gedərdim ölümə. Sevə-sevə gedərdim ölümə onda
tarlam, çəkillərim, kəpənəklərim! Sevə-sevə gedərdim ölümə
Kamal, bilsəydim sevirsən məni, anırsan məni, yanırsan,
qovrulursan məndən yana, yalandı bilsəm bu elədiyin toy,
göndərdiyin bu taksi şoferi, bu dəvətnamə!
Niyə döndün məndən Kamal, niyə üz çevirdin məndən,
neyləmişdim mən sənə? Niyə vəfasız oldun Kamal?
Ağlamaq istəyirəm Kamal. Amma dəhşətlərə bax, onu da
bacarmıram. O da sənin kimi üz çevirib məndən, dönüb
məndən. O da sənin kimi bir köz olub sinəmə yapışıb yandırır
sinəmi, alışdırır sinəmi. Nə çıxıb getmirsiniz ordan, nə gəlib su
atmırsınız üstünə. Oxuya da bilmirəm. Qəlbimə gəlib tıncıxmış
bir mahnım var. Oxuya bilsəm o mahnını, ovunaram, sakitlə-
şərəm, arıtlanaram bir az. Amma oxumaq da gəlmir sinəmdən.
Elə bil bir tutulu bənddi sinəm, nə gəlirsə bu bənd içinə düşüb
keçmir bəri, yığılıb arxasındakı yığıntılar içində, dəryalar
içində.
Qoy bu ərmağan qutu oxusun Kamal. Barmağımla beləcə
düyməsini basım bir nağıl aləminə aparsın məni. Astaca-astaca,
dərdlicə-dərdlicə bir mahnı oxusun, bizim öz mahnımızı –
“Sona bülbüllər”i oxusun, mən də yumub gözlərimi o mahnının
qanadlarında uçum. İçib-içib o mahnını məst olum səsindən, bir
fırtınaya düşüm. Fırtınam göylərə qaldırsın məni, buludlar
peşincə gəzdirib sonra da on il keçmişlərin eygili bir gününə
qaytarsın.
Başı gicəllənməyə başladı Sürəyyanın. Aclıqdan bildi.
Hər nəsə yeriyə bilmirdi, əyləşib döşəyi altına qoydu. Ancaq
başı yenə durmurdu üstündə. Çantasından bağlanacağını çıxarıb
p
ambıqçı qız libasını geyindi, fartuğunu kürəyinin altına sərib
başını döşəkçə üstünə yıxıb gözlərini göylərə zillədi.
Ma
qnitafonu söndürüb bezar olduğu bir qız səsindən qurtuldu.
348
Göylər sakitləşdirirdi deyəsən ürəyini. Dərinlərə getdikcə,
sonsuzluğa dikildikcə ovundururdu onu göylər.
Göylərin zümrüd dərinliyində bir nöqtə göründü.
Getdikcə iriləşməyə, yaxınlaşmağa başladı nöqtə. Irilib-irilib
seçiləndə ürəyi şiddətlə döyünməyə başladı: bir mexanizator
oğlana dönmüşdü nöqtə, uça-uça yaxınlaşıb gələn bir Kamal
olmuşdu nöqtə!
Üç addımlığında dayanmışdı Kamal. Qəribə bir sirrdi bu.
Hardaydı onlar nə yerdə dayanmışdılar? Yerdimi dayandıqları,
ayaqüstəmi dayanmışdılar, başı üstəmi durmuşdular, nəydi bu
belə? Havadaydılar deyəsən, çəkisizlikdəydilər, uçurdular
deyəsən. Guya Kamal da onun kimi arxası üstə uzanıb göylərə
baxmaqdaydı, amma necəsə üz-üzəydilər, nə təhərsə üz-üzə
dayanmışdılar.
-
“Niyə gəldin Kamal? Niyə qaşqabaqlısan belə? Elə bil
nigaransan
kimdənsə? Bəlkə fikir eləyirsən, harda qaldı, niyə
gəlib çıxmadı Sürəyya? Qəmlənirsənmi bundan Kamal, dilxor
olursanmı, qaşqabağın da onunçunmu tökülü belə? Sən Allah
Sürəyyanın gəlməməyindənmi bu hala düşübsən, belə
qəmginsən Kamal? Mənimmi fikrimi çəkirsən, məndən yanamı
qəm yeyirsən? Niyə dillənmirsən Kamal? Bax, əl uzatsam çatar
sənə, uzatmıram, deyirəm çəkilərsən, aralaşarsan birdən.
Çirkliyəm axı mən, ləkəliyəm axı, qara var axı ağ adımda.
Ləkələnməyindən, qaralanmağından qorxarsan yoxsa Kamal,
əlimin sənə dəyməyindən yoxsa ürpəşərsən!
Cavab ver mənə Kamal, partlayıram axı, deşilir axı sinəm,
titrəşir axı ruhum! Gec gəlməyim ondandır ki, səni belə
qəmlərə salım, dərdimi-fikrimi çəkəsən. Bir beş-altı saat daha
başında-beynində hərlənim. Qüssələnəsən, nigarançılığıma
yanans
an. Axı bu son qüssəndi, son üzüntündü çəkəcəyin.
Sonra unudacaqsan məni, xatirələrindən, yaddaşlarından silib
atacaqsan məni. Sən məni düşündüyün halında heç olmasa
xəyalən qoşalaşırıq, birgələşirik, vəslə yetişirik. Qaşqabağını
neçin açmırsan Kamal, niyə cavab vermirsən mənə? Hə, yoxsa
349
bu bir x
əyalınmış önümdəki, özün deyilmiş! Yəni Sürəyyanın
gəlməməyindənmi üzüldüyün, qüssələndiyin? Deyirsən yəqin
unudubdu Sürəyya, gəlməyəcək Sürəyya. Sən Allah yer
eləyirmi sənə Kamal, heç ağrıdırmı bu səni? Bax, bircə baş
tərpədib hə de mənə, bir quş olum o saat, bir xəyal olum, uçub-
uçub yanına gəlim o saat. Əl uzadıb əlindən tutuşum, vəslinə
yetişim o saat. Vay, yoxsa qaralayaram əlini, ləkələyərəm
adını? Üzr istəyirəm Kamal, unutdum özümü, bir anlıq
yadımdan çıxardım ağ olmadığımı... İncimə məndən Kamal,
va
llah elə dolmuşam, elə dolmuşam bu saat, elə sarsılmışam,
heç özüm də bilmirəm nə danışıram, nə sayıqlayıram. Bilmirəm
heç hardayam, nə yerdəyəm. Yerin altındayam, üstündəyəm.
Gerçək bir dünyadayam, yoxsa qaranlıq bir qəbr içindəyəm. Bu
çiçəklər pambıq kollarındamı bitib ağarışıllar belə, ya qəbrim
üstündə əkdiyin çiçəklərdi cücərib tumurcuq veriblər belə? Bir
röya içindəmiyəm, nağılmıyam danışılıram?
Yaxın gəl Kamal, çirkinmə məndən, ürpənmə məndən.
Bir düzün de Kamal, heç ürəyindən keçibmi öpmək məni? Ya
elə keçərmi bax indicə, xəyalən də olsa? Axı görmürsən necə
gözələm mən, necə füsunkaram mən. Bədən gözəlliyimə nə
sözün Kamal? Bax yumuram gözlərimi, əgər istər isən istəyinə
çat, arzuna yetiş. Məni də yetişdir arzuma. Çoxmu gözləyəcəm
Kamal, di necoldun
axı, niyə duymayıram təmasını,
dodaqlarının istisini? Sən Allah yaxın gəl Kamal, məni bu
qeyri-
müəyyən dünya içində vəslə yetişdir Kamal!... Arzumu
gözümdə qoyma! Qorxma qaralmağından, ləkələnməyindən.
Yalvarıram Kamal, barı bu xəyalınla vəslə yetişdi məni, barı bu
xıyalınla toxun mənə. Qoy xəyalən də olsa yarıma qovuşum,
əhdimə çatım. Nə olar, heç istəmə sən, soyu sən, usan, yorul
sən, bezik məndən. Mən ki, soyumamışam mən ki, usanma-
mışam, bezikməmişəm Kamal! Sən o pambıqçı qızın canı, sən
o mexanizator o
ğlanın canı gəl Kamal, vəslə yetişdir məni...
Dalğa-dalğa, karvan-karvan gəlirdi hüzn, dolum-dolum,
ilçim-
ilçim gəlirdi qüssə, nisgil, yanaqları aşağı süzülən mirvari
350
damcılar da elə bil görünüşü, şəkliydi, axışı, gəlişiydi qəmli,
hüzünlü, nisgilli duyğularının. Yeni bir dalğa doluşanda içinə
yeni damlalar qoşalaşır, iriləşir, şişib-şişib sonra da yanaqları
üstüncə axışırdılar altdan aşağı. Bu dalğa ötüşüb keçir, o biri
dalğa gəlib yetişirdi, bu damla axışıb tökülür, o biri damlalar
yetişib süzələnirdi... Hönkürə bilmirdi ancaq!
Bir də ayılıb gördü saat 12-nin yarısıdı. Durub paltarını
dəyişmək, axar su üstünə gedib üz-gözünü yumaq, təmizlən-
mək, durulmaq gərək idi. Yağışnı, yağmurunu töküb zümrüd-
ləşən göylər kimi, ənginliklər kimi açılmaq, ayazımaq gərək idi.
Qoca taksi şoferini şübhələrə salmamaqçın, qəlbini dolan-
dırmağa yol verməməkçin dəyişib başqalaşmaq, qəmdən-
kədərdən silkinib çıxmaq gərək idi.
Dostları ilə paylaş: |