Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   57   58   59   60   61   62   63   64   65
2016-2403

 
 
******            ******                  ******* 
 
Orxangilin evi kəndin bir kənarında yerləşib geniş həyətli, 
iki  böyük  otaqlı,  aynabəndli,  kürsülü  bir  evdi.  Darvazadan 
evədək  əlli-altmış  metrlik  geniş  yol  gedirdi.  Yolun  sağ  tərəfi 
böyük  bir  bağçaya  açılırdı.  Həyətdə,  bağçada  göz  oxşayan 
səliqə-sahman  dərhal  nəzəri  cəlb  etməkdəydi.  Evin  darvaza 
t
ərəfdən  yanında  uzun  bir  toy  mağarı  tikilmişdi.  Bir  kiçik 
mağar da evin lap dar ağzında, ön tərəfdə tikiliydi. Kənddə adət 
belədi:  içənlər  üçün  bir  böyük  mağar,  içməyən  yaşlı  kişilər 
üçün  də  bir  ayrıca  kiçik  mağar  tikilər.  Ağsaqqal  kişilər 
cavanlarla  bir  mağarda olmağı  özlərinə  sığışdırmazlar.  Həm 
cavanlar onlardan utanıb  yeyib-içəbilməyəcəklərinə görə, həm 
də bir para ağızdan pozuq, başdan yüngül cavanın içib qızışıb 
yanlarında artıq-əksik danışa biləcəkləri sarıdan. Zahirən onlar 
içki içmədiklərinə görə ayrı oturmağı üstün tutarlar.  
 


 
351 
Toy  aşıqlı  olsa  üç  mağar  tikilər.  Üçüncü  çalıb  oynamaq 
üçün. Burada qoca, cavan, qadın, kişi seçilməz, ayrılmaz. Hamı 
bir yerdə şənlik edər, çalıb oynayarlar. 
Həkimin  toyu  çalğısız  toy  olduğundan  qapılarında  iki 
mağar  tikilmişdi.  Darvazadan  ta  böyük  mağarın  yanlarınadək 
yolun  o  tay,  bu  tayında  müxtəlif  maraqlı  minik  maşınları 
saxlanılmışdı.  Darvazanın  lap  çıxacağında  yolun  sol  yanında 
QAZ-
51  maşın  dayanmışdı.  Maşının  yanında  yol  kənarına 
düzülmüş  bidonlar  göstərirdi  ki,  bu  maşından  düşürülüb 
bidonlar, bu maşının şoferi də görünür həkimin ailəsinə kimsə 
yavuq  adamdır,  çay  üçün  belə  təmiz  kəhriz  suyu  gətirib  çay 
yaxşı olsun, yaxşı dəm alsın deyə. Böyük mağarda çox seyrək 
adam vardı. Yeməklər də ən çox evin özünə daşınırdı. Orada, 
şüşəbəndin  sağ  tərəfindəki  qapını  açıb  içəri  girsən  gözəl  bir 
məclis    içinə  düşəcəksən.  Hər  yerdə  otağın  divarları  yanınca 
düzülmüş  stollar  latın  “u”  hərfi  kimi  ağzı  qapıya  sarı 
düzülübdü.  Arada  qoyulmuş  ensiz  bir  stol  üstündə  hazır 
salatlar,  altında  araq,  konyak,  şampan  şüşələri,  mineral  sular, 
limonadlar düzülüdü. 
İki-üç  nəfər  gözəl  geyinmiş  yaraşıqlı 
cavan qonaqlara xidmət etməkdədi. Məclisdəki adamlar çoxusu 
bizə  tanışdı.  Lap  baş  tərəfdə  Adil  əyləşib  tamadalıq 
eləməkdədi. Yanında əyləşən bir qədər  yaşlı adamlar rayonun 
hörmətli, vəzifəli şəxsləridi. Sol tərəfdəki stollar arxasında biz 
İqoru,  Baş  həkimi,  Tanyanı,  Larisanı  tanıyırıq,  sağ  tərəfdəki 
stollar  arxasında  tanışlarımız  daha  çoxdu:  Sahibov,  Zahid, 
Elxan,  Elxandan  bəridə  Natella,  Zərifə,  Fəridə.  Onlardan  da 
b
əridə  Musa.  Məclisdə  otuza  yaxın  adam  əyləşib.  Qadınların 
hamısını  tanıtdıq,  qalan  adamlar  müxtəlif  yaş  səviyyəsində 
kişidilər.  Əksəriyyəti  də  həkimdi  görünür.  Söhbətin  gedişi, 

vzusu  elə  göstərir  ki,  əksəriyyət  həkimdi  burda.  Iki  adam 
naçar vəziyyətdədi: Larisa bilmir yanında əyləşmiş şirindil Baş 
həkimin xidmətlərinə daha çox əyilib meyl salsın, yoxsa onunla 
düz üz-
üzə  oturmrş  pəhlivan  cüssəli  Elxanın  zəhmli  baxışına 
daha çox qar
ışıb axsın. Sahibov da bilmir “Ani” kinyaki içsin 


 
352 
axıraca,  yoxsa burnuna dolub burnunun içini qıcışdıran bu tut 
arağından  da  qarışdısın  arada.  Iki  adam  da  çox  rəsmi  bir 
görkəm  alıb:  Adil  bir  tamada  kimi,  qaşları  gah  müdrikcəsinə 
dartılıb  yuxarı  çəkilir,  gah  da  aşağı  açılıb  alnındakı  qırışlarını 
yoxaldır.  Natella  da  məclisə  bir  rəhbər  kimi,  təşkilatçı  kimi. 
O
taqda  hərlənən  hər  üç  cavan  Natellanın  sərəncamındadılar, 
onun  buyruqlarıyla  hərəkət  edirdilər.  Iki  nəfər  də  tez-tez nida 
söyləyib  hərə  öz  sevdiyi  istilahını  işlədir:  Zahid-“can 
qərdəşüm!” Musa-“tamada deyən sağlığa!”. Bu nidalardan, bir 
də  Natellayla  buyruqçularının  danışıqlarından  başqa  bütün 
danışıqlar  rus  dilində  gedir.  Iqorun  xatirinə.  Raypo  müdirinin 
anasını  onun  necə  ölümdən  qaytardığını  Baş  həkimin,  raypo 
müdirinin  dilindən  məclisdə  əyləşmiş  rayon  həkimləri  hamısı 
eşitmiş  və  onlarda  İqora  qarşı  olduqca  müsbət  duyğular 
oyandırmışdı.  Orxanın  tələbə  yoldaşları  da  İqoru  Orxanın 
tərifləriylə tanıyıb sayırdılar. Bir də İqor qonaqdı. Onun Orxan 
haqqındakı,  müasir  tibb  elmi,sovet  təbabətinin  problemləri 
barəsindəki  söhbətləri  də  İqora  dərin  bir  hörmət  doğurmuşdu. 
Danışan hamı İqora üz tutub danışır, hamı nəsə ona xoş olan bir 
söz demək istəyirdi. Orxan özü isə İqorla Baş həkim arasında 
“gizlənib” gözə görünmürdü. Tez-tez durub bayıra çıxır, sonra 
gəlib yenə öz yerində əyləşərək elə siqaret çəkirdi. 
Tamada yenə ayağa qalxıb Natella üçün yorucu, uzun bir 
söhbət başlamışdı. Natella ha istəyirdi dinləyib görsün nə deyir 
Adil, nə demək istəyir, başına bir şey dolmurdu: 
-
Yoldaşlar, bizim bu süfrəmiz həcmcə kiçik olsa da, bütün 
ittifaqımızı  təmsil  edir.  Biz  çox  maraqla  İqoru  dinlədik,  onun 
xüsusilə  Orxanın  elmi  qabiliyyəti  haqqında  söylədikləri  tərif 
ürəyimizə  yatdı.  Elxan  respublika,  Bakı  təbabətinin  ümumi 
vəziyyəti  haqqında  gözəl  danışdı.  Isrfilov  yoldaş  rayon 
təbabətinin  vəziyyəti  ilə  bizi  tanış  etdi.  Biz  indi  görürük  ki, 
təbabət bizdə necə nəhəng addımlarla irəli.... 
Natellanı  əsnəmək  tutdu,  yerində  qurcalaxlanıb  axırda 
dözə  bilməyərək  ayağa  durdu.  Eşiyə  çıxıb  nəsə  bir  məzə 


 
353 
çıxarmaq  keçdi  könlündən.  Bir  istədi  Məmmədalı  kişinin 
əyləşdiyi ağsaqqallar mağarına gedib onun qəlyanını ala çəkə. 
Sonra aşpazın tınıq burnu yadına düşüb aşpazın hüzuruna getdi. 
Bu çox məzə bir adamdı. Ağzını açıb nə desə gərək güləsən. 
Aşpazın  hüzuruna  çatacaqda  gördü  qara  geyimli,  əlində 
yapon  maqnitofonu  götürmüş  bir  qız  gəlir  ona  tərəf.  Qızın 
gözəlliyi, uyuşuğu,  yaraşığı dərhal dəydi ona, gözlərini yaxın-
laşan  qızdan  çəkə  bilməyib  məzəkar  aşpazı  unudaraq  baxış-
larından  asıla  qaldı  qızdan.  Qızın  başına  hərləyib  bağladığı 
sünbül  hörüşlü  yoğun  saçları,  iri  qara  gözləri,  bəm-bəyaz  əli, 
ayağı, up-uzun kiprikləri yamanca xoş gəldi Natellaya. Qız da 
Natellaya  dikilmişdi.  Zil  qara  gözlərindəki  naməlumluq, 
bilinməzlik  cazibəsi,  mütənasib  boy-buxununun  gözəllik, 
incəlik  çəkişi  dərincə  bir  maraq  oyatdı  Natellada:”Allah 
yarad
anda da bax belə gözəl yarada insanı!”- deyə düşünüb o 
da qıza doğru addım atdı. 
-
Bacı, Orxan həkimin toyu buradı? 
-
Buradı, xoş gəlmisiniz! Hardandı gəlişiniz? 
-
Bakıdan... 
-
Qohumusunuz yəqin həkimin. 
-
Xeyir, tələbə yoldaşıyam. 
-
Tələbə  yoldaşı?    Ola  bilməz!  Mən  altı  il  bir  kursda 
oxumuşam Orxanla, bəs sizi niyə görməmişəm? 
-
Mən APİ-də oxumuşam. 
Gəlin  gedək  yuxarı,  həkimin  Bakıdan,  başqa  yerlərdən 
gələn dost-yoldaşları hamısı orada, otaqda əyləşiblər. Qadınlar 
da  çoxdu,  utanmayın,  gəlin  bəri.  Elə  mən  özümdə  ordaydım, 
indicə darıxıb bir havırlığa çıxmışam. 
-
Bilirsiniz,  belə  ürəyim  sıxılan  kimi  olub,  keçəyin  o 
bağçadakı stola, bir nəfəsim üstümə gəlsin... 
-Ya
xşı, nə deyirəm... 
Əslində lap ürəyindən oldu Natellanın. Içəridə hər şey öz 
qaydasındadı.  Cavanlar  öyrəşiblər  artıq,  yola  verəcəklər 
məclisi. Oradakı o darıxdırıcı uzun nitqlərdən bu qara geyimli 


 
354 
qızın  öyrənişi,  tanışlığı  xoş  olacaq.  Kim  ola  bu  qız?  Qəribə 
adamdı bu Orxan. Elə çalkeçir, atkeçməz işləri var, adam mat-
məəttəl qalır. Axmaqdı amma. Buna bax, mən qadınlığımla az 
qalıram  boynuna  sarılam,  qucaqlayıb  bağrıma  basam  bu  qızı. 
Çiyinlərinin  dikliyinə  bax,  kürəyinin  gözəlliyinə,  belinin 
incəliyinə bax! Hələ kipriklərinin uzunluğu! Amma sirr var bu 
qızda, görəssən indi! 
Gəlib stol arxasında əyləşdilər. Natella üzü mağara tərəf, 
qız üzü bağçanın məftil çəpərinə tərəf. 
-
Təyyarəylə gəlmisiniz yəqin. 
-
Yox,  qatarla  gəlmişəm.  Şəhərdə  bacılığım  var,  onlarda 
ləngidim. 
-
Adınız nədi bacı? 
-
Sürəyyadı. 
-
Nə? Sürəyya?!... Ola bilməz! 
Natella  sıçrayıb  ayağa  qalxdı.  Təəccübdən  gözləri 
böyüyüb hədəqədən çıxmağa, heyrətindən göz bəbəkləri iriləşib 
genişlənməyə  başladı.  Qışqırmaq,  çığırmaq  istədi,  “Tapdım!”- 
deyib  Orxanın  ardınca  yüyürmək  istədi.  Bütün  bu  həyəcanın, 
qabarma-
çəkilmənin  sonuncu  qəfil  kövrəlib  gözləri  doldu, 
ürəyinə  bir  bulantı  seli  axıb  töküldü.  Nəfəsi  tıncıxıb  dili 
topuqladı, güclə iki kəlmə tapıb deyə bildi:  
-
Pambıqçı qız?... 
-
Bəli!... 
Sürəyyanın  hisləri  daha  dərin,  daha  sarsıdıcıydı.  Dar-
vazadan  içəri  girib  Kamalın  toy  mağarını  gördüyündə  elə  bil 
şüşə  ovuntusu  atdılar  gözünə,  gicitkən  duyğular  gəzdi 
sinirlərində. Geri dönüb qayıtmaq radd olub uzaqlaşmaq istədi 
bu  yerdən.  Ürəyi  gəlmədi  qayıda,  ürəyi  çəkib  mağara  doğru 
apardı. Indi də Natellanın bu heyrətini,  həyəcanını görüb, bir 
az  daha  sarsıdı,  kövrəldi.  Demək  danışıb  Orxan  sirrini  bu 
gəlinə,  bilir  onların  sirrini  gəlin.  Sevincindən  bilmir  ağlaya, 
bilmir gülə gəlin. 


 
355 
-
Bəs  indi  necə  elyək?  qorxuram  qəfil  gedib  desəm, 
yazıqdı, partlayıb ölə sevincindən! Bəs siz necə tapmısınız onu 
Sürəyya?  
-
Qatarda rastlaşmışıq. 
-
Demək o da görüb səni! Bəs onda bu toy nədi? 
-
Hesab edir tay mən ərə getmişəm... 
-
Bəs rastlaşanda danışıb eləmədiniz heç? 
-
Ağlımız başımızda oldu danışaq? Heç harda işlədiyini də 
öyrənə  bilmədim.  Nə  yaxşı  yanımızda  qoca  vardı,  ona 
deyibmiş, o qocadan soruşub öyrəndim. 
-
Öyrəndin gəlib, tapaydın! 
-
Gəldim.  Onu  görəndə  hər  şey  yadımdan  çıxdı.  Ağlımı 
itirdim, deyə bilmədim. 
-
Axı niyə? Uşaqsan məyər? 
-
Ərə  getmişdim,  onunçun.  Üç  gündü  gəlin  köçmüşdüm. 
Rayonda  toyumuz  olmuşdu,  bir  gecənin  yol  yoldaşıydı  ərim. 
Heç 
kəbinimiz  də  yoxdu.  Doğru-düzgün  tanımırdım  da  ərimi. 
M
ənə  yaxınlaşan  kimi  sancım  tuturdu.  Demə  Kamalla 
rastlaşacağammışam. 
-
Kamal! Bayy, bayy, sən hələ də Kamal bilirsən onu? 
-
Üçüncü gecə qatarla Bakıya yola düşdük. Biz Yevlaxdan 
mindik  qatara.  Kupedəkilər  ikisi  də  yatmışdılar.  İşığı 
söndürmüşdülər.  Ərim  yandırmaq  istəyəndə  mən  qoymadım. 
Bizimki  alt  yerlərdi.  Mən  əyləşdiyim  yerin  üstündəki  demə 
Kamal imiş. Elə gecəykən səsini eşidib ağlım başımdan çıxdı. 
Istədim durub baxam görəm kimdi. Baxmadım, dedim səs səsə 
oxşayar. Mən onu on il içində unuda bilməmişdim, axtarırdım. 
Indi birdən birə gəlib bu kupeyə çıxması ağlıma batmadı. Heç 
demə  elə  o  imiş!  Sabah  tez  yerimdən  durub  çıxdım  ki,  qoy 
kişilər arxayın geyinsinlər. Xeyli koridorda pəncərə qabağında 
dayandım.  Yenə  sancı  tutmuşdu  məni.  Gördüm  tay  ayaq  üstə 
dayana  bilmirəm,  qayıtdım  girəm  kupeyə.  Elə  qapıda  üz-üzə 
gəldik... 
-
Gör taleyin işinə bax!... 


 
356 
-
Ağlım  başımdan  çıxdı.”Kamal!”-  deyin  qışqırdım. 
Gördüm  onun  da  halı  xarab  oldu.  Amma  tez  düzəltdi  özünü, 
dedi 
“səhv  salmısınız,  xanım  qız,  Orxanam  mən,  Kamal 
deyiləm!”  pasportunu  çıxarıb  verdi.  Baxıb  gördüm  Orxan 
Eyvazov. Ərim bir tərəfdən, o da bir tərəfdən düşdülər üstümə. 
Danladılar  məni.  Sonra  da  çıxdılar  papiros  çəkməyə.  Amma 
mən bildiyimi bilmişdim, necə  yəni, tanımırdım mən Kamalı? 
Qatar dayan
an  kimi  gəlib  portfelini  götürüb  qaçdı.  Sonra 
pəncərəm önündəm keşəndə qayıdıb mənə baxdı. Baxdı ki, həm 
gülürəm,  həm  ağlayıram.  Yel  apardı  elə  bil  onu.  Belə  dəli 
qaçışından anladım o da unutmayıb, o da tanıyıb məni! 

rəyya  bir  sərin  payız  küləyinə  dönmüşdü,  bir  qəmgin 
uğultu  uğuldayırdı,  bir  nisgilli çisgin çisginləyirdi.  Sinəsinin 
bəndi  uçub  dağılmışdı  bu  gözəllər  gözəli  xanımın  heyran 
baxışı,  təəccüblü,  heyrətli,  maraq  dolu  dinləyişi  uçub 
dağıtmışdı sinəsinin bəndini. Bir qəmgin selə dönüb bu pambıq 
xanımın ağ duyğularına tökülürdü. Töküldükcə xanım da dolub 
daşır, xanım da selə-suya dönürdü. 
-
Ərim  işə  gedən  kimi  mən  də  qaçıb  Semaşkoya  gəldim. 
Bir  məktub  da  yazıb  qoydum  ki,  bir  daha  qayıtmayacağam. 
Guya elə bir xəstəliyim var ki, birgə yaşasaq ikimizdən birimiz 
ölməliyik. Heç kəbinimiz də kəsilməmişdi. Təzə qaydaya görə 
kəbin birgə  yaşayışımızın  yalnız bir ayı tamam  olandan sonra 
kəsilə  bilərdi.  Kamal  əvvəlcə  boynuna  almaq  istəmədi  Kamal 
olduğunu.  Sonra  elə  ki,  ayrılmağımızın  səbəbini  öyrənmək 
yerinə  gəldik,  dayana  bilmədi,  aldı  boynuna.  Mən  bilirdim 
evlənmədiyini,  pasportunu  alıb  baxanda  vərəqləyib  yoxla-
mışdım.  Anlayırdım  məni  gözləyib,  məni  axtarıb.  Qorxurdum 
niyə  ərə  getdiyimi  soruşa.  Istəyirdim  o  soruşmamış  hər  şeyi 
özüm  söyləyim.  O  məndən  tez  tərpəndi:  “  niyə  ərə  getdin?” 
D
ünya  hərləndi  başıma.  Durub  qaçdım  yanından.  Tələbə 
yoldaşımın xalası gilə gedib gecəni orda qaldım. Sonra özümü 
toxdadıb  gəldim  cavab  verəm,  dedilər  yoxdu  həkim,  harasa 


 
357 
gedib, cümə günü gələcək. Cümə günü gəldim, bu dəvətnaməni 
verdilər. Bu gün də şənbədi... 
-
Bay, bədbəxtlər! 
-
Elədi bacı. 
 -
Ağıl  ucundan  düşmüsüz  çöllərə!  Bəs  indi  neyləmək 
olar?  
-
Heç nə!...  Daha keçib  ondan bacı. Sizin  yaxşılığınız bu 
olsun  ki,  bu  maqnitofonu  aparıb  ona  verin.  Deyərsiniz 
Sürəyyanın hədiyyəsidir... 
-
“Sona bülbüllər?” 
-
Bəli...İndi  məni  ötürün,  mən  gedim.  Amma  görən  bu 
yandan  yol  yoxdu  çıxmağa,  bir  də  o  mağara  doğru  üzümü 
çöndərməyim, görməyin Kamalın toy mağarını... 
Natella  doluxsundu,  kövrəldi,  sonra  qıcqırıb  daşdı 
Natella: 
-
Dayan görüm, bir belə yol gəlib görüşməyib qayıdassan? 
Ərə  də  deyərəm,  ərbaba  da!  Sən  əyləş  burda,  qoy  gedim  özü 
gəlsin yanına, bəlkə elə bir deməli sözü var. Yoxsa istəmirsən? 
“Necə istəmirəm bacı, bəs nəyə gəlmişəm bura? Hələ bir 
soruşursan da". 
Natella  baxışından  anladı  onu.  Kamalı  göndərməyə 
getdi.Üzülə-üzülə, süzülə-süzülə getdi. Bir qəm dəryası içində 
getdi Natella. Məclisə göz gəzdirib Orxanın baxışlarını tutmaq 
istədi. Gördü başı çiyninə düşüb, yatıb deyəsən Orxan. Dayısı 
oğluna buyurdu oyadıb şüşəbəndə çıxarsın. Özü də şüşəbəndə 
qayıdıb onun gəlməyini gözlədi. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin