Şahlar həSƏNOĞLU


*****               ******               ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə59/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   55   56   57   58   59   60   61   62   ...   65
2016-2403

*****               ******               ****** 
 
Toyu olacağı barədə Orxan İqora telefonla danışdı. Tanya 
ilə  Larisanı  da  mütləq  gətirməyi  tapşırdı.  Cavab  teleqramı 
alaraq qonaqları vağzalda özü qarşılayıb kəndə gətirdi. 
Səhərisi  tezdən  darvazaları  qarşısında  bir  qaşıl  "Jiquli" 
siqnalladı. Orxan maraqla “Jiquli”yə sarı tuşlandı. Gələn rayon 
xəstəxanasının  baş  həkimiydi.  İsrafilov  lopa  qara  bığlı,  nəcib 
üzlü, 35-
40  yaşlarında  orta  boy  bir  adam  idi.  Şirin  danışığı, 
maraqlı  söz-söhbətləri  bardı.  Larisa  dərhal  baş  həkimə  diqqət 
saldı. Əlbəttə haqlı idi Larisa, baş həkimdə bir gənc qadına xoş 
gələcək  çox  əlamətlər  vardı.  Bütün  boy-buxunu, sir-sifəti
danışığı tipik bur şərq ekzotikasıydı. “Ş” səsini bir cür fışıltıyla 
deməsi adama ləzzət verirdi. Orxan qonaqları baş həkimlə tanış 


 
337 
etdikdə  o  sanki,  rus  dilini  necə  təmiz  bildiyini  nümayiş 
etdirərək gileyləndi: 
-
Yaxşı,  Orxan,  bəs  qonaqların  gəldiyini  bizə  niyə 
bildirməmisən?  Axı  İqor  haqqında  o  qədər  danışmısan  bizə, 
mən  elə  bilirəm  lap  çoxdan  tanıyıram  onu.  İndi  şəhərə 
gedəcəyik.  Gərək  qonaqlarımızı  bu  yerlərin  mətbəxi  ilə 
yaxından tanış edək. 
Biz etiraz etmirik.- 
deyə Orxan İqora baxıb gülümsündü. 
Indi İqor mənim yanımda otursün, şəhərədək söhbətkeşlik 
eləyək. 
-
Yox,  biz  Orxanla  gələrik,  siz  gözəl  xanımlarla 
söhbətkeşlik edərsiniz. 
-
Lap  yaxşı,  mən  əla  söhbətkeşəm!  –deyə  Larisa  baş 
həkimə  yaxıcı  bir  gülüş  açdı.  Larisanın  bu  təbəssümündən 
Orxan  sıxılan  kimi  oldu.  Bir  zaman  Larisa  ona  da  beləcə 
açılırdı,  belə  işvəli,  ehtiras  doğurucu  bir  duyğuyla  qılıq 
göstərirdi.  Ehtiras  oyandırmaq  ustasıydı  Larisa,  bu  əməldə  ən 
gizli guşələrə, ən çalkeçir yollara bələd idi. Dərhal alışdırmışdı 
baş həkimi, bığları oynaşırdı həkimin. Larisa keçib qabaqda baş 
həkimin  yanında  əyləşdi,  Tanya  da  arxada  oturub  gözlərini 
maşının  pəncərəsindən  açılmış  cənub  ekzotikasına  zillədi. 
Tanya da 
bu  ekzotikaya  vurğundu,  bu  ekzotikanı  sinirməyə 
alışılıydı, istəkliydi. Hərə öz istəyi ardınca qoşmuşdu: İqor da 
Orxanla y
eni bir tibbi araşdırma barəsində söhbət başlayacaqdı. 
Bütün gününü tibbi ədəbiyyatlarla keçirsə də Orxan İqorun belə 
bir s
öhbət  başlamasından  heç  məmnun  olmazdı.  Axı  indi  o 
hardaydı,  Leninqradda  tapıb  oxuya  bildiyi  ədəbiyyatlar  lap 
Bakının özündə belə vardımı? Amma cöhbət əsnasında anladı 
ki,  ürəyindəki  xofu  nahaq  yerəymiş,  İqorun  bildiklərini  o  heç 
İqordan əksik izləməyibmiş ötən üç il ərzində. 
Yerli  mətbəxt  qonaqlara  bir  möcüzə  kimi  gəlirdi.  Larisa 
mat-
məəttəl  qalmışdı,  tez-tez  də  nida  eləyirdi:  “gör  dünyada 
necə gözəl yeməklər,içkilər, meyvələr varmış!” İqor yerli şərabı 
o  qədər  xoşladı  əcnəbi  istehsallı  araqları,  erməni  konyakını, 


 
338 
romu, viskini bəyənməyib axıradək bu şərabdan içib yerlilərin 
çox  böyük  təəccübünə  səbəb  oldu.  Baş  həkim  yerli  şərabı  elə 
be
lə bəzək xatirinə süfrəyə qoymuşdu, heç ağlına da gəlməzdi 
ki,  qonaqlar  belə  bəyənib  içərlər,  belə  tərifləyərlər  onu. 
Larisayla  Tanya  da  yerli  qırmızı  şampana  elə  vuruldular, bir 
ayrı içkiyə belə də baxmadılar. Baş həkimin xoruz pipiyi kimi 
qabıqdan  çıxarıb  onlara  uzatdığı  tumsuz  narı  yeyib  Larisa  ilə 
Tanya  o  dərəcə  məmnun  qaldılar,  bir  başqa  meyvəyə  yön 
tutmadılar. Süfrə də hər şey bir möcüzə kimi gəlirdi qonaqlara. 
Süfrə  yığışılacaq  yerdə  baş  həkimin  qapısında  bir  maşın 
dayandı. Baş həkim darvazadan dilxor qayıdıb gəldi.  
-
Raypo  müdirinin  anası  ağır  vəziyyətdədi,  bəlkə  də  lap 
infarkt vurub. Neyləyək?  
Orxan  təklif  etdi  ki,  xəstəyə  İqor  baxsın.  Baş  həkim 
olduqca  məmnun  qaldı.  Larisa  ilə  Tanya  Sadik  həkimin 
qonaqpərvərliyinə  buraxılıb  hər  üçü  raypo  müdirinin  anasına 
baxmağa  yollandı.  Iqor  xəstəni  müayinədən  keçirib  sonra  da 
yüngülcə massaj elədi, süni nəfəs verdi, iki iynə vurub xəstəni 
özünə gətirdi. Müalicə yazıb müdiri əmin elədi ki, qorxulu bir 
şey  yoxdur,  ancaq  göstərilən  müalicələr  vaxtaşırı  edilməlidir. 
Bir  azdan  arvadın  halı  lap  yaxşılaşanda  müdir  sevincindən 
neyləyəcəyini  bilmirdi,  İqor  əlini  yumaq  istədikdə  məhrəbanı 
özü  tuturdu  əlində,  bilmirdi  öz  təşəkkürünü  necə  bildirsin 
həkimə. Baş həkim də İqorun başarısını görüb ona münasibəti 
dərhal  dəyişdi,  indi  o  da  bilmirdi  neyləyə  ki,  İqorun  xoşuna 
gəlsin.  Küncə  çəkib  müdirə  İqoru  isnad  verir,  tərifləyirdi.  Bu 
künc  söhbətindən  sonra  müdir  lap  bir  dahi  kimi  baxmağa 
başladı İqora. Bütün bunlar Orxana ləzzət verib ürəyini açır, hər 
şeyi  unutdururdu.  Müdir  İqoru  buraxası  olmadı.  Larisayla 
Tanyanı  maşın  göndərib  evinə  gətirtdi.  Orxan  baxdı  ki, 
qonaqlar  burada  lap  İsveçrə  kurortlarındakı  kimi  bir  istirahət 
içinə  düşəcəklər,  ona  görə  də  baş  həkimin  qonaqların  gecə 
müdir  gildə  qalması  təklifinə  o  dəqiqə  razılaşdı.  Orxan  İqorla 
xüdafisləşib baş həkimin “jiqulisini” alaraq kəndə yola düşdü. 


 
339 
Artıq  gecəydi,  göylərdə  titrək-titrək  ulduzlar  yanırdı. 
Yerdəki  ulduzlar  daha  parlaq,  həm  də  elə  bil  göylərdəkindən 
daha  çoxdu.  Şosse  yolunun  sağ  tərəfində  yoldan  üç-dörd 
kilometr 
aralıdan  alçacıq  sıra  dağlar  uzanıb  gedirdi.  Dağların 
döşündəki  kəndlərin  topa-topa  işıqları  yer  ülkərləri  kimi 
görünürdülər. Bu düşüncəsindən dərin bir ürək yarası aldı: axı 
Sürəyya- ülkərin ərəbcəsidi. Göylərin öz Sürəyyası, yerlərin öz 
Sürəyyası var, təkcə onun Sürəyyası yoxdur. Ona qismət deyil 
onun  Sürəyyası.  Sabah  toyudu.  Sürəyyasız  bir  toy,  toydumu 
ona,  şənlikdimi,  sevincdimi?  Birdən  ona  elə  gəldi  ki,  başdan-
başa  saxtaca  bir  şeydi  bunlar  hamısı-göylərdə  parlayan  bu 
ulduz sayrışmaları,  yerlərdə titrəşən bu işıq dənələri, bu çalış-
vuruş, bu  yaşama, ömür sürmə, bu qonaqlıqlar, söz-söhbətlər; 
hər  şeyi,  hər  işdəyi  öz  içinə  qapsayan  bu  əhatəli  dünya  özü. 
Qarşıdan gələn maşınların projektor işıqları, içində cövlan edən 
projektor duyğuları, hər şey. Ata-ana, dayı-əmi, tanış-biliş, baş 
həkim, raypo müdiri, müdirin xəstə anası, Larisa, Tanya, İqor, 
hamısı-hamısı  mənasız-mənasız  boşca-boşca  şeylərdi.  Nə 
elədiyini  bilməyən,  nədən  ötrü  yaradıldığını  anlamayan, 
kosmosda bir çəkisizlik şəraitində olduğu kimi ayaq üstündəmi, 
ya baş üstündəmi dayandığını bilməyən, elə-belə havadan asılı 
qalmış, hava içində nagahan qalmış bir qeyri-müəyyənliklərdi, 
boşdu, puçdu, əfsanədi hamısı. Sonra da bu qarmaşıq duyğusu 
arıtlanıb  içinin    ayarları  çıxdı  üzə,  hər  şey  bir  an  içində 
ayar
landı:  puç  olan  təkcə  onun  öz  ömrü,  öz  taleyidi,  mənasız 
olan  bu  sabah  başlanacaq  toyudu  başlanıb  da  bütün 
iztirablarına,  əzab-əziyyətlərinə  son  verməli  olan  görəvi, 
gözləntisidi bu toyun. Bu toydan gözləyib umsunduqlarıdı puç 
olan, heç olan mənasız olan. 
Dəhşətli bir fikir doğdu başında: bəlkə bircə an içində son 
versin bu heç
liyə-puçluğa? Bir azca sağa bursa rulu bitəcək hər 
şey:  maşın  qarşıdakı  bu  hündür  körpü  üstündən  girdablara 
uçurlanıb  çözəcək  hər  şeyi.  Son  veriləcək  heçlik-puçluq-
mənasızlıq  yaşamına,  oluşuna.  Lakin  bu  düşüncəsi  ardınca 


 
340 
başında doğmuş ikinci fikrin marağı çəkib ardınca apararaq bu 
birinci  düşüncəsini  axıra  çatdırmağa,  yerinə  yetirməyə 
qoymadı:  "görən  nədən  doğdu  bu  intihar  fikri  onun  başında? 
Kökü  nədəydi  bu  fikrin,  hardaydı  görən?  Əlbəttə  yaşamaq 
eşqinin  tükənməsindəndi.  Yox,  deyəsən  hələ  də  qaranlıqdı  bu 
nöqtə. Tükənibmi onun yaşamaq eşqi? Əsla yox, əsla yox! 
Bəs  nədəndi  onda?  Keçirdiyi  yaşama  halının  arzularına, 
ideallarına  uyğun  olmadığındandı  yoxsa?  Nəsə  yenə  qarışıqdı 
bu da. Səbəb nə isə, bu  ideal kəlməsiylə bağlıdı. Həyat üçün, 
yaşamaq üçün doğulan həyatdan nə üçün çiyrənsin, əl çəkmək 
istəsin  axı?  Aydınlaşdı  yenə  hər  şey?  işıqlı    idealı  yoxdu 
qabaqda!!! 
Bu  ideal  Sürəyya  ilə  bağlıydı.  Hər  halda  bir  şərqlidi  o. 
Məhəbbət şərqin alnına yazılıb, ən yüksək amalı onunla bağlıdı 
şərqin-şərqlinin.  Siyasət  də,  bir  vətənpərvərlik  duyğusu  da, 
xalqına,  vətəninə  bir  xidmət  borcu  da  ondan  sonra  gələn 
nəsnələrdi şərqliyə, məhəbbətindən sonraya təsnif olunanlardı. 
Hər  halda  intihar  fikri  başında  doğduğu  o  bir  an  içində 
məhəbbəti  bütün  yerdə  qalan  dünyasından  üsyündü  Orxana, 
işıqlıydı, istəklənəndi, idealdı. Görən bəşəriyyətin özünü də bir 
vahid, canlı orqanizm kimi təsəvvür etmək olmazmı? Bu vahid 
orqanizm kimi təsəvvür etdiyimiz bəşəriyyətin başında da bax 
indicə  Orxanın  başında  oyandığı  kimi  bir  anlıq  intihar  fikri 
oyana bilməzmi? Yoxsa neylərdi bəşəriyyət atomu, hidrogeni, 
neytronu? Em
iksləri,  qanadlı  raketləri?  Bəs  hardan  doğub  bu 
intihar  fikri  bəşəriyyətin  başında,  nədən  doğub?  Niyə  doğub? 
Yaşamaq həvəsimi tükənib, dünyadan  yorulub,  bezib, bıqıbmı 
yaxud?  Yeni  daha  maraqlı  bir  fikir  doğub  başında  vaz 
keçəcəkmi  bəşəriyyət  Orxan  kimi  bu  duyğusundan,  yoxsa  elə 
bu  duyğusu  girdabına  düşüb  özünü  məhv  edəcəkdir?  Orxanın 
başında  bircə  an  çəkdi  bu  duyğu,  ikinci  an  gəlincə  yeni  daha 
maraqlı bir duyğu selinə qarışıb yox oldu, getdi. Yoxsa Orxanın 
ömründəki bu bir an, bəşəriyyət ömrünün bu iyirminci əsrinə, 
bu  əsrin  ikinci  yarısına  bərabərdi  elə?  Bu  intihar  duyğusu  da 


 
341 
bəşəriyyətin başından bəşər ömrünün bu bir anı içində görünüb 
yox olacaq sonra da? İşıqlı bir yeni duyğu doğacaq bəşəriyyətin 
başında, bu duyğunun işığı, marağı çəkib aparacaq insanlığı öz 
ardınca?  Hansısa  bir  tədqiqat  işi  öz-özünə  zərərsizləşdirib 
aradan qaldıracaq atomu, hidroğeni, neytronu? 
L
akin  bütün  bunlarla  nə  işi  var.  Atomla,  hidroəenlə, 
bəşəriyyətlə nə işi var? Sabah toyudu onun, sabah iyirmi birinci 
əsri  başlanacaq.  İdealsız,  işıqsız  gedir  fəqət  bu  iyirmi  birinci 
əsrinə,  qaranlıqlar  içində,  zülmət  bir  toranlıq  içində  gedir, 
ruhsuz, idea
lsız, həyat eşqini itirmiş, tükəndirmiş gedir. 
Nə var ki, ürəyinin ən dərin guşələrində bir ülkər topası, 
bir  Sürəyya  işıltısı  sayrışmaqdadı:  Sürəyya  gələcək  sabah, 
Sürəyyanı görəcək sabah! Görən gələcəkmi Sürəyya? Görən bir 
qəribcə  ülkər  topası  olub  duyğuları  üstüncə  sayrışacaqmı 
Sürəyya? 
Kəndə  çatanda  gördü  darvazaları  önündə  bir  taksi 
dayanıbdı.  Köçəri  kişi  toy  üçün  şəhərdən  nəsə  bir  azuqə  alıb 
gətirirdi. Orxan darvaza işığında şoferi tanıyıb bir kənara çəkdi, 
Sürəyyanın  nişanlarını  ətraflı  tanıtdırıb  zorla  cibinə  on  manat 
basıb  dedi:  sabah  tezdən  qatar  ağzında  olsun,  tapıb  kəndə 
gətirsin Sürəyyanı, qoymasın əziyyət çəkə. 
Şoferi  yola  salıb  bir  az  eynimiş,  yüngülləşmiş  halda 
darvazalarından  içəri  saldı  baş  həkimin  "jiqulisini".  İndi  lap 
ayazımış halda, lap açıcaq qaşqabaqla gedə bilərdi dayılarının 
hüzuruna,  ağır  arxayınca  söhbət  edib  razı  sala  bilərdi  gər 
Məmmədalını, nay Əskərxanı, dinməzcə Gülməmmədi, üzüboz 
Şirməmmədi... Bu dayıları ki, var Orxanın, nə ata-ana təkidləri, 
nə  qohum-qardaş  təsnikləri,  nə  el-oba  tənələri  yaxın  gələcək 
deyildi  Orxana,  dayıları  çomaqlarını  əllərinə  alıb  kolxoz 
qoyunlarını  dağlara,  aranlara  sürdükləri  kimi  bunları  da 
döşlərinə  qatıb  dağlara  aranlara  qovacaqdılar,  çöllərə,  düzlərə 
sürəcəkdilər... 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin