Şahlar həSƏNOĞLU


*****                *****             *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə56/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   52   53   54   55   56   57   58   59   ...   65
2016-2403

 
*****                *****             ***** 
 
Orxan  başqa  cür  anladı  Sürəyyanı.  Ona  elə  gəldi  ki, 
xoşlanmadı  Sürəyya  bu  sorğudan,  bu  haqda  eşitmək  heç 
istəmədi.  Axı  niyə  də  eşidəydi,  niyə  də  danışaydı  bu  barədə: 
artıq ərə gedibdi, cavan, gözəl əri var, ev-eşik sahibidi, firavan 
dolanışıq  sahibidi.  Təzədən  bu  rahatlığını,  əmin-amanlığını 
uçurub  tökməyəcəkdi  ha!  Əri  kimsə,  görünür  böyük  mənsəb 
sahibidi, varlı-hallı adamdı. Yoxsa Orxan kimi bir həkim olub 
da arvadına belə bahalı platin bilərziklər, sırğalar, üzüklərmi ala 
bilərdi?  Öz  firavan  həyatını  atıb  Orxanamı  gəlib  sığınacaqdı 
Sürəyya? Üzündə alışan o son təbəssüm, o işvəli, nazlı, titrək 
gülüş  də  elə  bu  düşüncədən  doğmamışdımı?  Yəni  firavanam 
mən, bədbəxt deyiləm, düzdü ilk məhəbbətimi itirib iztirablar, 
ağrılar çəkmişəm, qəmlərə düşmüşəm, amma keçib onlar artıq, 
bir  də  dönüb  qayıtmazlar  geri.  İndi  şənəm,  məsudam.  Ürəyin 
qəmli də olsa içimdə ağrım da olsa, üzdən məsudam indi. Bir 
də  geri  qayıdamaram  mən,  özümü  yeni  qayğılara,  yeni 
iztirablara salmaram mən!.. 
Ən düzgün yol da elə budur. Düzgün yolla gedir Sürəyya, 
ağıl,  dərrakə  yolu,  ədəb-ərkan,  el-oba  qaydasıyla  gedir,  soyuq 
başla düşünür, sakit döyünən ürək ilə, mülahizə, tədbir, götür-
qoy ilə hərəkət edir. Orxan özü də bu yolla getməlidir. O da bu 
yolu süçib sakit, dinc, firavan bir həyata qoşmalıdır. 


 
311 
Məhəbbəti  ürəkdə  boğmaq  gərəkdir.  O  elə  bir  quşdur 
qanadlar
ı  sındırılmaq  gərək,  lələkləri  yolunub uçmaq, 
pərvazlanmaq halından çıxarılmaq gərək, özü də dar bir qəfəsə 
salınıb  qapısı-bacası  bərk-bərk  kilidlənmək  gərək.  Ona  qanad 
vermək, uçuş imkanı vermək özünü güdaza vermək deməkdir.  
Sakit, dinc yaşaya bilməyin üçün onu öldürməyin gərək! 
Öldürəcək  Orxan  ürəyindəki  o  narahat,  o  pırıldayıb 
uçmaq,  havalanmaq  istəyən  gənclik  həvəsini,  gənclik  idealını. 
Öldürüb  də  azadlığa  çıxacaq,  əsil  səadətə,  xoşbəxtliyə  -  dinc, 
harın bir firavanlığa aparan geniş, hamar el yoluna çıxacaq! 
Bu düşüncəsi bir qədər  sakitləşdirdi Orxanı. Düzdü həm 
də yarala dı, incitdi, heysiyətinə toxundu, inamsızlıq, biganəlik, 
nihilizm doğurdu onda. Həyata, məhəbbətə, gələcəyə olan işıqlı 
duyğular  gözündən  düşüb  solğunlaşdı,  saraldı.  Sərt,  boz, 
amansız  bir  gerçəklik  duyğusu  tutdu  onların  yerini-sırf 
mülahizə,  götür-qoy,  sərfə  düşüncəsinə  dayanan  sop-soyuq 
üşüdücü bir təfəkkür tutdu onların yerini. 
Görünür sevgi də, romantika da, bütün digər üstün, işıqlı 
ideallar  da  yeri  olmayan,  kökü  olmayan,  qaynar  gənclik 
başlarının  uydurduğu,  odlu  gənclik  duyğularının  sayıqladığı 
saçmalarmış,  illuziyalarmış.  Şirincə  bir  gənclik,  cavanlıq 
həvəsləriymiş,  bu  həvəslərlə  dolub  tutqunlaşan,  pərdələnən 
sevən  gözlərin  gördükləriymiş,  yalanmış  amma,  illuziyaymış 
həqiqətdə. Göründüyü kimi də var deyilmiş, var olduğu kimi də 
görünürmüş.  Gəncliyin  o  var  olduğu  kimi  görünməyən 
boyal
arı-rəngləri  uzun  müddət  aldatdı  Orxanı,  uzun  sürələrcə 
sürüncütdü, incitdi. Çox gec ayıldl bu yuxudan, çox gec özünə 
gəldi. Hər halda başa düşüb anladı axırda. Gözlərinin saçmalığı, 
illuziyası  aydınlaşıb  dünyanı,  sevgini  öz  boyasında,  öz 
bozluğunda,  öz  adi  rəngsizliyində  gördü.  Indi  bu  boz 
dünyasında,  bu  boz  boyasında,  öz  boz  idealına  doğru-

hakimə, mülahizə, ağl səltənətiylə inamla, öfkəylə, iqtidarla 
addımlayacaqdı. 


 
312 
Nahar  fasiləsində  bufetə  getməyib  skamyada  əyləşərək 
papiros  tüstüsü  arasında  gələcək  həyat  yolunun  cizgilərini 
müəyyənləşdirməyə  çalışdı.  Özünə  elə  qapılmışdı  yanında  bir 
adam gəlib əyləşdiyini yalnız çiyninə əl toxunanda duydu: 

Bayaq sizin kabinetinizdən ağlaya-ağlaya çıxan qıza nə 
olmuşdu bacoğlu? 

Yaşıl donlu qız? 

Hə,  hə,  o  yaşıl  donlu  qız.  Koridorda  az  qalmışdı 
mənimlə toqquşa. Olmaya xərçəngi-zadı var? 

Nə danışırsınız həkim, o qız sap-sağlamdır! 
Orxan ona əzab verən dərdini bu qocaman həkimə danışıb 
az  da  olsa  yüngülləşmək  qərarına  gəldi,  həm  də  bu 
dünyagörmüş müdrik qoca bəlkə ona bir ağıllı məsləhət də verə 
bildi... 

Onun  dərdi  başqadır  həkim,  başınızı  ağrıtmaramsa 
danışım sizə... 
Bir siqaret yandırıb pambıqçı qız Sürəyya ilə mexanizator 
oğlan Kamal hekayətini danışdı. 

Mən  onu  on  il  axtardım  həkim,  yadımdam  çıxara 
bilmədim.  Bu  gün  səhər  kupenin  qapısı  ağzında 
rastlaşdığımızda  onun  nə  hala  düşdüyünü,  ərinin  yanındaca 
özünü unudub "Kamal" deyə necə qışqırdığını, gözlərindən yaş 
damlalarını necə sıçratdığını görüncə anladım ki, bu on ildə o 
da unutmayıb məni...  
Kupedə  bir  qoca  vardı,  ona  söyləmişdim  iş  yerimi, 
görünür  ondan  soruşub  öyrənib  qəbuluma  gəlib.  Onun  gənc, 
gözəl  əri  vardı  yanında.  "Hər  necə  olsa  cavandır"  düşündüm, 
Kamal  olduğumu  boynuma  almadım,  çıxarıb  pasportumu 
verdim  baxsın.  Pasporta  baxıb  gözlərinə  inanmadı:  "Orxan 
Eyvaz
ov".  Ancaq  o  dəqiq  bildi  Kamalam.  Ərinə  görə 
gizlədirəm  Kamal  olduğumu.  Amma  indi  gizlədə  bilmədim. 
Dedi x
əstəliyim  kürəyimdədi,  həkim,  deşilir  kürəyim.  Pərdə 
arxasına keçib, hazırlaş dedim, gəlib baxacam. Di gəl yerimdən 
qalxa  bilmədim,  titrəmə  tutmuşdu  məni,  dizlərim  əsirdi,  guya 


 
313 
zəlzələ  baş  verirdi  otaqda.  Pərdə  arxasına  keçdikdə  dirəkdən 
tutub  yıxılmaqdan  özümü  güclə  saxlaya  bildim.  Qarşımda 
üçdüymə  Volodarsk  istehsalı  jaket,  yerli  istehsalı  cins  yubka 
geymiş, döşünə pambıq yığmaq üçün fartuk bağlamış, ayağında 
üstü pışpışalı idman ayaqqabısı olan, qoşa hörükləri qurşağına 
çatan  on  il  əvvəl  pambıq  tarlasında  tanışlaşdığımız  həmin  o 
pambıqçı  qız-  Sürəyya  dayanmışdı.  Daha  Kamallığımı  dana 
bil
mədim,  on  ildə  keçirdiyimiz  hisslərimizi  bölüşdük,  bir-
biri
mizi itirməyimizin səbəbin öyrəndik. Axırda mən kobudluq 
edib  - 
"bəs  niyə  ərə  getdin"  -  deyə  soruşduqda  gülümsündü, 
"Sağ  olun  həkim,  yaramı  sağaltdınız,  indi  qoyun  paltarımı 
dəyişib gedim" -dedi. Kabinetimdən də gülümsünə-gülümsünə 
çıxdı, demək üzdə beləymiş, sorğum yaralayıbmış onu. 

Bəs  indi  neyləyəcəksən  bacoğlu,  ərə  getmiş  olsa  da 
tapmısan axı onu. 

Məhəbbət  birgə  yaşamaq  deyil  həkim,  bir  ölkədə,  bir 
Vətəndə  yaşamaqdır məhəbbəti. Mən onun ailə səadətini poza 
bilmərəm, gənc, gözəl həyat yoldaşı var, rus dilli olsa da bir qul 
kimi xidmət edir, qulluq göstərir Sürəyyaya... 

Çətin situasuyadır bacoğlu... 

İndi  mən  bilirəm  neyləməliyəm.  Mən  də  evlənəcəm, 
rayona gedib valideynlərimin, dostlarımın məsləhət gördükləri 
bir qızla çox çək-çevir etmədən evlənəcəm... 
İsmayılov da yeni bir siqaret yandırdı: 

Yox, bacoğlu, aldığın qızı öyrənmədən evlənmə! 

Sürəyyadan sonra mən heç kimi sevməyəcəm həkim! 

Söhbət  sevməkdən  getmir.  Qadınlarda  ifritəlik  də  var! 
Diqqətlə  qulaq  as,  mən  öz  həyat  hekayətimi  danışım,  ondan 
dərs al, ibrət götür. 
İsmayılov öz həyat hekayətini söyləməyə başladı: 

Tibb İnstitutunu bitirib öz rayonumuza gəldim. Şəhərdə 
də  qalmayıb  kəndimizdəki  tibb  məntəqəsinə  müdir  təyinatı 
aldım.  Kəndimiz  böyük  bir  kənd  olub,  rayon  mərkəzindən  də 
çox uzaq id
i.  Camaat  həkim  sarıdan  əziyyət  çəkirdi.  İnstitutu 


 
314 
fərqlənmə  diplomuyla  bitirmişdim.  Tezliklə  kənddə  böyük 
hörmət qazandım, şəhər xəstəxanasında həkimlərin müalicə edə 
bilməyib  geri  qaytardığı  bir  neçə  xəstəni  sağaltdıqdan  sonra 
hörmətim  lap  artdı.  Kənddə  vəzifəli,  adlı-sanlı  adamların 
arvadları  qızlarını  mənə  verməkdən  ötrü  dəridən-qabıqdan 
çıxırdılar.  Sən  deyən  görkəmim,  yaraşığım  olmasa  da,  pis  də 
deyildim, əlimdə də gözəl sənətim vardı. 
Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin