Şahlar həSƏNOĞLU


*****            *****             *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə55/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   51   52   53   54   55   56   57   58   ...   65
2016-2403

 
*****            *****             ***** 
 
Orxan  palatalara,  xəstələrinə  baş  çəkib,  hal-əhval  tutub 
şəfqət  bacılarına  tapşırıqlarını  verib  bufetə  yollandı.  Çay, 
smetan, b
ulki  alıb  yemək  istədi,  iki-üç  qaşıq  alıb  gördü 
boğazından  getmir  yemək.  İki  stəkan  kakao  içib  həyətə  çıxdı, 
üstündə  payız  yarpaqları  yellənişən  boş  skamya  üzərində 
yanpörtü əyləşib həyətdəki ağaclara, ağaclar üstündə budaqdan 
budağa  atılıb  qonan  quşcuğazlara  dikildi.  İki  sərçə 
dimdikləşirdi bir-biriylə. Bəlkə bir quş mehridi bu belə, bir quş 
öpüşməsidi?  Ona  bax,  ayrılmaq  istəmir  sərçələr  bir-birindən: 
biri uçub o biri qanada qonanda, o biri də uçub ardınca  gəlir, 
indi  də  bu  yeni  budaq  üstündə  dimdikləşirlər.  "Quş 
quşluğuynan mehrə-məhəbbətə möhtacdıq!" - düşündü. Dilxor 
olub  üzünü  quşlardan  çevirdi,  bu  biri  ağaclara,  yaşıllıqlara 
tuşlandı.  Sonra  da  papiros  tüstüsü  burulğanına  düşüb  ağacları 
da, yaşıllığı da unutdu. 
Sən niyə belə eqoist oldun Orxan, niyə belə quru oldun, 
hissiz  oldun?  Niyə  bir  soraq  almadın,  bir hal bilib, bir söz 
soruşmadın Sürəyyadan? Bir insan dənizi - bu dünyamızda bir 
damla  kimi  itirməməkçin,  itirib  də  yenə  sonsuz  bir  qeyri-


 
300 
müəyyənlik içində qovrulmamaqçın barı papiros aldığın o yaşıl 
oğlanınsa  da  adını,  familiyasının,  iş  yerini  öyrənərdin  elə!  Bu 
nə eyb idi, nə əskiklik idi sənə. 
Lakin duyğularının bir yoxluğundanmı oldu bu, ya elə bir 
fırtına  həddinə  çatıb  kükrəməsindən  oldu,  hər  şeyi  unutdurdu 
sənə, ağlını-kamalını əlindən alıb boş qoydu səni, viran qoydu 
səni.  Tək  bircə  işlək  nöqtə  qaldı  başında:  fırtına  da  apara 
bilmədi  onu,  qasırğa  da  yıxa  bimlədi:  bu  vəziyətdən  şərəflə 
çıxmaq,  ləyaqətlə  çıxmaq,  kişilik  idminə  bir  ləkə  salmadan, 
alçaqlıq gətirmədən çıxmaq! 
Kişiliyin,  ləyaqətin  özünlə  qaldı,  fəqət  səni  bir 
mövcudiyyət  kimi  yaşadacaq,  gələcəklərə  səsləyəcək  yaşama 
stimulun  qalmadı,  iç  güdün,  iç  istəyin  qalmadı.  Yaşamaq 
ehtirasın  qalmadı.  Qeyri-müəyyən  bir  iztirab  buğanağı  içində, 
zehnini,  düşüncəni  yırtıb  sökən,  didib-dağıdan  mənəvi  bir 
qaratikanlıq içində qaldın. Bu mühitdə, bu yerdə gələcək yoxdu 
sənə, yüksəliş yoxdu, ümüd yoxdu sənə. 
Neçin  bir  özünü  də  düşünmədin,  öz  halına  da  qalmadın 
bir? Azmı iztirablar çəkmisən, qüssə-kədər içində çırpınmısan, 
çabalamısan? On ildə çəkdiklərin bəs deyilmi sənə, yetməzdimi 
sənə? Heç olmasa çəkdiyin əziyətlərinə heyfin gəleydi, öyrənib 
yüksək  bir  mütəxəssis  səviyyəsində  yiyələndiyin  öz  humanist 
sənətinə heyfin gələydi! İnsanlara xoşbəxtlik, səadət gətirmək, 
onları  bəxtiyar  bir  sabaha  diriltmək  üçün  nə  qədər  zəngin 
biliyin, təcrübən var başında, insanlara hörmətin olaydı elə! 
Bu qeyri-
müəyyənlik,  istirabları  içində  çabalayarkən  o, 
bilikdən,  o  təcrübədən  tam  mənası  ilə,  istifadə  edə  biləcək-
sənmi?  İnsanların  sağlamlığı,  səadəti  yolunda  tam  gücün,  tam 
zəkanla çalışıb işləyə biləcəksənmi? 
Quru bir kişilik idmi gör neylədi sənə, necə acınacaqlı bir 
vəziyətdə  qoydu  səni.  İndi  papirosunu  tüstülət,  özü  də  elə  o 
papirosun  kimi  yanıb  oyul  için-için,  çəkilib  bir  kötük  kimi 
skamyalar  peşinə  tullan.  Bu  neçənci  papirosundu  çəkdiyin, 
çəkib  skamya  altına  tulladığın?  Onuncudumu,  on  beşin-


 
301 
cisidirmi? 
Sanayasan  bəlkə?  Neylərsən  sanamaq,  hər  halda 
sonuncusu ha deyil? Çəkəcəksən hələ, oturmusan hələ. 
İzirablar  içində  çürüdüyün  anlarda  dərmandı  təklik, 
loğmandı siqaret, qurtuluş yoludur tənha bir güşədə qoyulmuş 
yiyəsiz  bir  skamya.Birdən  pəncərəyə  yapışmış  dilbər  bir 
təbəssüm işıqlandı gözləri önündə. Ürəyi şiddətlə döyünməyə, 
alnında  tər  tumurcuqları  puçurlamağa  başladı.  Bəs  bu 
təbəssüm?  Bəs  o  dalğın  piyalə  gözlər?  O  gözlərin  heyrəti, 
iriliyi,  dərinliyi?  O  gözlərin  cazibəsi?  Yetməzmi  bunların 
gətirdiyi  xoşbəxtlik,  səadət  sənə?  Sən  ki,  fizioloği  bir  həzzi 
əksiklik,  naqislik  sanırsan,  natamamlıq,  çatışmamazlıq  hesab 
edirsən.  Onda  neylərsən  fizioloj  Sürəyyanı?    Nəyinə  gərək  o 
sənin? Onun o bir anlıq qəmgin baxışı, qaymağ təbəssümü, bir 
yaşama stimulu, bir yaratma fitrəti deyilmə sənə? Bu baxışa, bu 
təbəssümə söykən, onlardan  yapış,  gələcəyə onların təpkisiylə 
atıl! 
Bildin  sevir  Sürəyya  səni,  unutmayıb  Sürəyya  səni, 
unutmayacaq, unu
da  bilməyəcək  Sürəyya  səni,  azdımı  bu, 
yetməzmi bu, kifayət etməzmi sənə? On illik iztirabın ən layiqli 
mükafatı, ən məntiqəyatan təltifi deyilmi bu, olmadımı bu? 
Yox Orxan, dərin-dərin düşündüyündə görərsən haqlısan 
sən, düz eləmisən, kişilik eləmisən sən! Bir gözəgörünməz, bir 
sirri bilinməz mənəvi komfyuter kimi işləyib, qəlbində oyanmış 
o  duyğu  fırtınasına  sönüb  keçilmiyib  beynindəki  o  işıqlı 
nöqtən,  çıraq  ağlın.  Bu  da  bir  möcüzəsidir  insan  xislətinin, 
insan  varlığının.  Gözəlliyə,  iyiliyə,  ucalığa  çağıran,  yaxşılığa, 
humanizmə,  qardaşlığa  səsləyən  insan  mənəviyyatının,  insan 
böyüklüyünün bir fitrətidir bu da! 
On  illik  iztirablarına  layiqli  ərmağan  aldın,  gələcək 
onilliklərə  səni  imrəndirib  aparacaq  dayaq  bir  təbəssüm, 
söykənəcək bir baxış qazandın, yetər bunlar səninçin, az deyil 
bunlar səninçin. İndi gələcəyin öz əlində, həyatı bundan sonra 
necə  yaşamaq  amalın  öz  ixtiyarındadı.  Sürəyya  adlı  bir 
pambıqçı qıza- Azərbaycan gözəli bildiyinə bir mənəvi borcun, 


 
302 
ondan bir mənəvi alacağın qalmadı daha, aldın alacağını, verdin 
verəcəyini,  üzülüşdün  daha.  Onu  unutmadığını,  unuda 
bilmədiyini  o  dəli  baxışınla,  o  çılğın  yürüşünlə  verdin.  alıb 
pasportuna  baxdı,  çevriklədi,  vərəqlədi,  bir  baxdığı  yerinə  bir 
də  qaytarıb  baxdı,  bildi  evlənməmisən,  onun  səni  tərk  edib 
get
diyi  anlarındakı  kimisən,  dəyişməmisən.  Baxışlarında  bir 
anlıq  tutduğun  o  möcüzə  coşğunluğundan  şölələnməsindən 
anladın  duyğusunu,  məmnunluğunu.  Yetər  bunlar  sənə,  bütöv 
bir ömürcə yetər! 
İndi  azadsan  sən,  indi  bir  geniş  üfüq  açılıb  qarşında, 
böyük bir mənəvi təsnikdən, sıxıntıdan qurtulmusan. Evlənə də 
bilərsən  indi,  oğul-uşaq  yiyəsi  də  ola  bilərsən,  keyfin  necə 
istəyir elə də yaşaya bilərsən.  Ata-ananın arzularına əməl edib, 
yalvarışlarına  son  verə  bilərsən.  Elə  belə  də  edəcəksən, 
dayılarından  bir  xəbər  gələn  kimi  dərhal  kəndə  qayıdıb 
arzularına  əməl  edəcək,  sən  də  başqaları  kimi  ev-eşik  sahibi 
olub  toyunu  eləyəcəksən,  el  təsniyindən  çıxacaqsan.  Sonra  da 
daha  güclü  bir  mənəvi  ehtirasla  işindən,  sənətindən  yapışacaq 
səadətinə qovuşacaqsan. 
Ayaq  tappıltısına  başını  qaldırıb  gördü  şəfqət  bacısıdı 
gələn.  Qadın  heyrətlə,  təəccüblə  skamyaya,  yerə  tökülmüş 
papiros kötüklərinə, həkimə baxırdı: 

Həkim,  bayaqdan  sizi  axtarırıq,  bütün  palatalara 
dəymişəm, həkimlərə zəng vurub soruşmuşam... 

Başım  ağrıyırdı,  dedim  oturub bir-iki  siqaret  çəkim.  O 
da elə şeydi birin çəkəndə istəyirsən birini də çəkəsən, görürsən 
də!  
Orxan qayıdıb yerə tökülmüş papiros kötüklərinə baxanda 
özü də heyrətə gəldi. 

Sən  Allah  siz  çəkmisiniz  bunları  həkim?  Heç  heyfiniz 
gəlmir özünüzə? 
- Yax
şı, neynirdiniz məni? 

Bir qız gəlib soruşur sizi. 

Qız? Nə qız? Neynir qız məni? 


 
303 
-
Deyir xəstə göztərəcək. 

Mənim  axı  qəbul  günüm  deyil,  İsmayılovun  qəbuluna 
niyə getmir? 

Nə qədər başa salırıq olmur. Elə də gözəl qızdı heç adam 
acıqlana da bilmir. 
"Sü
rəyyamı bu? Ərini qoyub gələrmi Sürəyya?" 

Tanıyır qız məni? 

Bilmirəm,  deyəsən  tanımır.  Deyir  məni  Orxan 
Eyvazovun üstünə göndəriblər. 

Kim göndərib, hardan göndərib? 

Bilmirik həkim. Ailənizi soruşdu, evinizi soruşdu. Deyir 
bizə  deyiblər  özü  hörmət  götürən  deyil,  bəlkə  evinə,  arvadına 
yol tapasınız. Dedik ay bacı, heç nə lazım deyil, bu saat tapıb 
gətirərik,  necə  desəniz  elə  də  yola  salar  sizi.  Evli  deyil  dedik 
həkim. Əziyyət çəkib eləməyin... 
"Bu sənmisən Sürəyya?" Bu sənmisən ardımca gəlib məni 
axta
ran, tapmaq istəyən, bir soraq almaq istəyən?" 

Geyimi necədi qızın? 

Yaşıl  donlu...  Sən  Allah  həkim,  sən  o  cavan  canın,  nə 
desə,  necə  desə,  heylə  də  bax  ona.  Nəsə  ağır  dərdi  var, 
gözlərindən bilinir. 
Yaşıl  sözünə  qulaqlarında  guvultu  başladı,  ürəyində 
t
appıltılar, titrəntilər qalxdı. Üzünün səyriməsini, onu qaplamış 
həyəcanının  üzə  şıxmasını  gizləməkçin  dərin  bir  qullab  vurub 
başını papiros tüstüsü içində gizlədi: 

Get deynən həkim gəlir, gözləsin. 
Şəfqət bacısı tap-turup getdi. Elə bil onun içində qopmuş 
fırtınanı  da  götürüb  apardı  şəfqət  bacısı:  duyğusuz-hissiz bir 
əşya  kimi  quruyub  qaldı  skamya  üstündə.  Yayda sudan az 
yarımış bir çinar ağacıydı indi, payız olcaq yarpaqları quruyub 
tökülmüş,  hələ  hər  tərəf  yam-yaşıl  ikən,  hələ  bütün  ağaclar 
göm-
göy ikən  yarpağını töküb qup-quruca budaqları qalmışdı, 
gövdəsi qalmışdı. Quruca bir ağıl ağacıydı indi Orxan, qurumuş 
bir  çinar  kimi  duyğu  yarpaqlarını  töküb  quruca  skeletini 


 
304 
götürüb  aparırdı.  Qəti  bir  hökm  çıxarmışdı  bu  quru  skelet 
qafasında:  əgər  Sürəyya  olsa  gələn,  tanıtmayacaqdı  özünü, 
boynuna almayacaqdı Kamal olduğunu, lap neyləsə, nə yola əl 
atsa götürməyəcəkdi boynuna. 
Kabinetə  girib  "xəstə qızı" orada  görüncə külək əsdi elə 
bil, qəfil coşqun bir külək əsib quru ağıl ağacının budaqlarını 
silkələdi,  bir-birinə  toxundurub  şaqqıldatdı,  əyilib  kökündən 
çıxarmaq, qaytarıb yerə çırpmaq həddinə çatdırdı; güclə kürsü 
üstünə yıxa bildi özünü. Bir ani göz-gözə gəlib, sümüklərinəcə 
sarsıldı  Sürəyyanın  baxışından:  necə  dəhşətli  bir  iztirab  atəşi 
yanırdı  bu  məlum  baxışda,  necə  sonsuz  bir  günahkarləq  hissi 
dalğalanırdı!  Yıxılmaq,  əyilmək,  həkimin  dizlərini  qucaqlayıb 
ayaqlarına döşənmək, hönkürmək, yalvarmaq əzmi çalxalanırdı 
bu baxışda. "Yox Sürəyya, özünü alçaltma,  əksiltmə, endirmə 
belə! Ayaqların üstündə şax dayan, titrəməsin, əsməsin dizlərin. 
Mən səni günahkar bilmirəm, bilməyəcəyəm də. Heç vaxt, heç 
bir şəraitdə, heç bir vəchlə. Şax dur Sürəyya, özünü ələ al. Sən 
Allah, özünü ələ al Sürəyya!" 

Buyurun qızlar, kimdi xəstəniz? 

Özüməm həkim... 
İlahi,  bu  iki  kəlmədəki  həyəcana  bax,  bu  iki  kəlmənin 
deyilişindəki ahəngə, titrəyişə, sarsıntıya bax, şikayətə, iztiraba, 
ağrıya bax! 

Hardandı şikayətiniz? 

Kürəyimdəndi həkim... Kürəyim ağrıyır!.. 
Öldürmək,  uçundurmaqmı  istəyirsən  məni,  yenə  o 
fırtınaya  saldırmaqmı  istəyirsən?  Bəlkə  mən  yenə  tab  gətirə 
bildim bu fırtınaya, bəlkə yenə tab gətirməyib sarsılan, yıxılan 
sən özün oldun Sürəyya! Ya elə bununçun gəlmisən bura, yenə 
o  fırtınaya  düşmək,  yenə  tab  gətirməyib  ona,  bu  həkim 
kabinetinin taxta döşəməsi üstünə çırpılmaq istəyirsən? Bu nə 
fədakarlıqdı oyanıb səndə, nə istəkdi belə? Yox Sürəyya, eləmə 
bunu,  getmə  buna.  Əgər  bir  odlu  məhəbbətin  qalıbsa  Kamal 
adlı bir mexanizator oğlana, onun o lal baxışlarına and verirəm, 


 
305 
bərk  saxla  özünü,  möhkəm  saxla,  yıxılma,  çırpılma  bu  çirkli 
döşəmə üstünə, axı ana torpaq deyil bu, Sürəyya, taxtadı, şam 
taxtasıdı.  Axı  o  allı-yaşıllı  pambıq  tarlası  deyil  bura,  o 
tarladakı, o torpaqdakı müqəddəslik böyüklük, analıq yoxdu bu 
taxtalarda! Axı Kamal deyiləm mən Sürəyya! 

Keçin pərdə arxasına, kürəyinizi açın... 
Özünü  tanıtmasan  da,  bax  onun  kürəyinə  Orxan,  bu 
misilsiz  xoşbəxtlik  imkanından  vaz  keçmə,  əlindən  buraxma 
onu. Bu fırtınalar, möcüzələr aləmini bir daha seyr edib gözəl 
anlar yaşa, feyziyab ol bu anların qüdsiyyətindən, paklığından. 
O q
oşa  hörüklərin  ətrini  qoxla,  o  gözəl  kürəklərin 
bəyazlığından  paklaş,  o  kürək  üstündə  bir  qüdrət  qələmilə 
çəkilmiş  incə  xəttlərin  saldığı  füsunkar  naxışların  tamaşasına 
dur, o kürək içindəki ağrılarla soraqlaş, göynəklərlə göynə. 
Orxan,  həkim  aparatını  qulaqlarına  taxıb  pərdə  arxasına 
keçdikdə  qışqırmaq  istədi,  köməyə  bir  adam  çağırmaq  istədi, 
nitqi  batıb  çığıra  bilmədi.  Paltarasılanın  dəmirindən  yapışıb 
dizlərinin titrəyişinə dayaqdan kömək aldı, dayaq aldı. 
Pərdə  arxasında  yerli  tikilişli  cins  yubka  geyinmiş,  yaşıl 
Bakı  jaketi,  idman  ayaqqabısı  geyinmiş,  döşünə  üstü  pışpışalı 
pambıq  fartuğu  bağlamış,  qoşa  saçları  toqqa  yerindən  aşağı 
sallanmış on yeddi-on səkkiz yaşlı bir pambıqçıqız dayanmışdı! 
Yönünü  o  tərəfə  tutub  üzünün,  gözlərinin  halətini,  titrəyişini, 
yaşını  göstərmirdi,  çöhrəsindəki  səyrişməlr,  bulantılar  məlum 
deyildi Orxana. 
Nə  desin  indi  qıza?  Nə  söyləsin,  nə  danışsın,  neyləsin 
Orxan?  Nə  varsa  qız  demişdi,  bu  heykəl  duruşuyla,  bu 
pambıqçı libasıyla, bu xatirə görkəmiylə qız demişdi nə varsa. 
Yenəmi karlığa, korluğa, görməzliyə vursun özünü, bilməzliyə 
vursun? 

Jaketinizi də soyunaydınız. 

Yox, düymələrimi açmışam qabaqdan, boynundan tutub 
çəkin aşağı. Yadınızda deyilmi?.. 


 
306 
Zülm eləmə mənə Sürəyya, öldürmə məni. Yoxsa qərəzin 
yerə çırpdırmaqmı məni, əvəz-əvəz eləməkdi. İnsaf yoxmu heç 
səndə,  ədalət  heç  yoxmu?  Axı  mən  də  bir  insanam,  ürəyim, 
qəlbim,  əsəblərim  var,  qanım  var  damarlarımda  coş  verən, 
kükrəyən,  daşan,  duyğularım  var  fırtınaya  salıb  məni  sellərə-
sulara çırpan, nəfəsim var tıncıxan, alışan, yaralarım var göyür-
göyür göynəyən, içimdə axıntılarım var ciyərlərimə, boğazıma 
doluşub düyünləşən, boğduran! Dizlərim var sinir telləri, əsəb 
düyünlü,  dolaşan,  titrəşən,  yıxılqan.  Ürəyim  var,  yüz  yerdən 
yaralı,  bir  uğursuz  sevgi  macərasıyla  pardaxlanmış,  iztirab 
örgəncəkli,  kədər  qadalı.  Bir  kişi  də  olsam,  insanam  axı 
Sürəyya,  gəncəm  axı,  ehtiraslı,  hərarətliyəm  axı,  odlu-
alovluyam axı! Soyumamışam, saralmamışam, sustalmamışam 
axı! Tamarzıyam axı dünya nemətlərinə, həyat zövqlərinə!.. 

Maşınla  baxmayən  həkim,  maşın  duya  bilməz 
kürəklərimin ağrısını... Barmaqlarınızla yoxlayın kürəyimi!.. 
Bu sözləri də eşitməməzliyə vur, qanıb başa düşmə, sınır 
onların  qəlbinə,  duyğularına  saldığı  ağrıları,  bildirmə  özünü, 
kar ol, kor ol, daş ol, qaya ol, əlləmə ol, kişi ol ancaq, ələ al 
öz
ünü həkim! 

Bax oradır aşrıyan həkim, oradı deşilən. On ildir öldürür 
məni,  deşilir  kürəyim,  on  ildi  iztirab  çəkirəm  həkim!  Heç 
bilirsinizmi  nədir  iztirab?  Siz  də  çəkmisiniz  həkim?  Bir  əlac 
yoxmu iztirab ağrısına, bilməzmisiniz, deməzmisiniz həkim?.. 

Nədən olub bu, necə başlayıb? 

Bir  namərd  vurub  kürəyimdən.  Maşınla getdiyimiz 
yerdə,  varlığından  xəbərsiz  olduğum  birisi  bir  cır  nar  qırıb 
budaqdan  narla  vurub  məni...  Yazığın  gəlsin  mənə  həkim 
ayaqların  altına  sərilmiş  köhnə  bir  əski  say  məni,  xilas  et  bu 
dərddən... 
İnsaniyyətin  olsun  Orxan,  vicdanın  olsun!  Günahsız  bir 
qız qəlbini bu qədər incitmək neçin, yaralamaq neçin? Quru bir 
çinar  ağacına  çevrilib  də  incə  bir  qız  duyğusunu  cəzaya 
çəkmək,  zərif  bir  qadın  sinirlərilə  oynamaq  neçin?  Səni  elə 


 
307 
tutmayıb  o  bir  addım  sərpə  biləsən,  qaça  biləsən.  Nə  olar  bir 
bahar  yağışına dönüb başına tökülsən, sinirlərinə, duyğularına 
səpilsən  axıb  sərinətsən  onu,  alışmış  ruhuna  çilənib  ovutsan, 
kiritsən  onu,  bir  işıqlı  soraq  versən  ona?  Bir  nigarançılıq 
azarından xilas etsən onu? Həkim deyilsənmi, ən humanist bir 
sənət sahibi deyilsənmi? 

Bəs  niyə  gəlmədin  o  yerə?..  Fırtınadanmı  qorxdun,  bir 
yağış isladacağındanmı qorxdun? Yoxsa duflinin bulanacağın-
dan ehtiyat etdin?  

Tale ayrı saldı bizi Kamal... 
S
ürəyyanı  yaş  boğurdu,  nəfəsi  tıncıxırdı,  titrəyib  əsirdi 
Sürəyya. Soraq verdi Kamal, axır ki, özünü bildirdi, tanıq verdi. 
Sarsıyıb  tanıtdırdı  özünü,  dözə  bilməyib  etiraf  etdi.  Boynuna 
aldı axır Kamallığını. Bu yetər Sürəyyaya! Bundan sonra dünya 
lap bir x
əzan  yurduna  dönsün,  bundan  sonra  ömür  lap  bir 
zimistan  ağrısına  çevrilsin!  Kamaldı  kürəkləri  arxasında 
titrəyən, əsən, sarsılan! İndi şəfa tapıb sağalar deşilən, ağrıyan, 
yırtılan  kürəyi,  yaralanan  ürəyi.  Bağışlasın  qoy  Kamal  onu, 
danışa  bilmir  Sürəyya,  dili  söz  tutmur  danışa,  boğazına 
tıxçanmış duyğuları qoymur danışa. Bəs sən niyə dillənmirsən 
Kamal, sən niyə danışmırsan? Yoxsa bu odlu duyğular səni də 
qarsıb,  səni  də  tükəndiribdi?  Danış  Kamal,  kişisən  axı  sən, 
dözümlüsən, davamlısan axı odlu duyğulara, həyəcanlara? 

Mən o gecə yata bilmədim. Heç ondan əvvəlki gecə də 
yata  bilməmişdim.  Gözlərimə  yuxu  getmirdi  yatam.  Sabah 
açılan kimi o yerə gəldim. Axşam saat altıya qədər dim-dik o 
tarlaya  sancılıb  qaldım.  Sən  gəlmədin.  Bəs  harda  qalmışdın, 
niyə  gəlmədin,  niyə  iztirablara  çəkdin  bizi  bir  belə?  Nə 
olmuşdu sənə? 

Qıçım  sənmışdı  mənim,  boynum  qırılmışdı!  Atam  o 
gecə  gəlib  kəndə  aparmışdı.  O  günü  evdən  buraxmadılar. 
Bacılığım  gəlib  dedi  hamı  çıxıb  gedib  Bakıya.  Axı  yalan 
demişdim  mən,  kolxozçu  ha  deyildim,  Sürəyya  ha  deyildim, 
Cəmiləydi  adım,  APİ-nin  birinci  kurs  tələbəsiydim.  Bu 


 
308 
yalanımın  oduna  düşdüm,  on  il  sərasər  çırtaçırt  yandım  bu 
yalanımın  oduna.  Adımı  sonradan  Kamalın  xatirəsi  üçün 
dəyişdirib Sürəyya qoydurdum.  

Mən  də  heç  Kamal  deyildim  Sürəyya,  mexanizator da 
deyildim.  Tibb  institutunun  beşinci  kurs  tələbəsiydim... 
Orxandı adım. 

Bəs  mən  qızdım  yalan  demişdim,  sənə  nə  olmuşdu 
Kamal, sənə nə düşmüşdü? Ardınca gələcəkdilər? Düşərgənizə 
gəlib qız adına kir bulayacaqdılar? Sən niyə yalan dedin? 

Nə bilim axı... 

Nə  qədər  düşünmüşəm  bu  haqda:  axırda  qəti  qərara 
gəlmişəm:  sən  adını  yanlış  deməzdin  mənə.  Nə  vadar  edə 
bilərdi buna səni? 

Fikirləşdim tələbəyəm desəm bu gözəl kolxozçu qız üz 
döndərib gedəcək məndən, pis baxacaq, qovacaq məni!.. 
-  Amma o g
ün mən də gəldim o yerə Kamal, bir az gec 
gəldim. Nərgizgilə qaçıb onların maşınıyla gəldim. Biz tarlaya 
çatanda  bir  ZİL  maşın  tərpəndi  yoldan,  elə  bil  ürəyimi  o  ZİL 
çəkib  apardı.  Nərgizə  dedim  Kamal  o  ZİL  maşında  getdi, 
Nərgiz inanmadı, maşını ZİL-in ardınca sürdümədi. 

Düz  duymusan  Sürəyya.  O  ZİL-də  getmişdim  mən. 
Ancaq  ağlım  başımda  deyildi.  İki  gecə  yatmamışdım,  ac 
qalmışdım. On saat şıdırğı yağış bədənimi isladıb titrətdirmişdi 
məni.  Ayağım  palçığa  elə  batmışdı,  çəkib  çıxarmağa  ürəyim 
gəlmirdi. Deyirdim gedərəm, Sürəyya gəlib tapmaz, itirərik bir-
birimizi. Yoldaşlarım məni gəlib od qızdırmanın içində tapanda 
anlaya  bilməyiblər  mən  necə  dayanırmışam  ayaq  üstə.  Üç 
gündən sonra xəatəxanada özümə gəldim.. 

O üç günü hər gün tarlaya gəldim Kamal, ayaq yerlərini 
gördüm  orda.  Yanıb  külə  döndüm  o  üç  gün!  Sonra  Bakıya 
qayıtdıq... 

Beşinci günümdə xəstəxanadan qaçmaq istədim, həyətə 
yıxılıb  huşumu  bir  müddət  itirdim.  Tutub  bir  də  palataya 
qaytardılar. Sonra nə qədər axtardım səni... 


 
309 

On  il  gözüm  yollarda  qaldı  Kamal,  on  il  aradım, 
axtardım gözlədim səni. Oduna yandım... 

Bəs niyə ərə getdin? Niyə gözləmədin axıraca?.. 
İlahi  bu  nə  zərbədi  Kamal  vurdu  ona,  nə  sillədi  çəkdi? 
Yandırıb yaxdı bu sillə üzünü, göynədib yandırdı bu sillə! Niyə 
belə  sərt  vurdun  məni  Kamal?  Niyə  tez  eybimi  açıb  söylədin 
mənə,  üzüqaralığımı  üzümə  tutdun  tezcə?  Sındırdın  ruhumu, 
qırdın qolumu, öldürdün mənliyimi? Nə cavab verim indi mən 
sənə,  nə  deyim  indi?  Vəfasız  olmuşam  söyləyim,  yalansıdım 
yoxsa  vəfasızlığımı,  duruya  çıxarmağa  çalışım  özümü? 
Duruyam
mı  çıxarım?  Vəfalıyammı  vəfamdan  dəm  vurum? 
Günahsızammı,  layiqəmmi  eşqimə  məhəbbətimə?  Daha  bir 
sözüm  yoxdu  sənə,  bir  təmənnam,  bir  diləyim  yoxdu  səndən. 
Qəbul eləsən belə, tay gərək deyil Kamal, gərəkməz bu sözdən 
sonra. 
Amma  onunçun  gəlmişdim  bura  Kamal,  sənə  yalvar-
mağa,  sənin  ayaqlarına  yıxılıb  aman  diləməyə  gəlmişdim! 
İstəməz daha, anladım hər şeyi. Anladım qaralığımı, sənə layiq 
olmadığımı, səni kirləndirə biləcəyimi, ləkə  gətirə biləcəyimi! 
Bu  sorğunla  anlatdın,  bu  sorğunla  yaraladın  təzədən  məni. 
Təkcə bu sorğunu istəməzdim eşidəm, bütün ömrüm boyu, heç 
zaman  istəməzdim  verilə  bu  sorğu  mənə.  Eyibimdi  axı,  zəif 
damarımdı  axı?  Ürəyimə  dəydin  Kamal,  heysiyyətimə  toxun-
dun,  əzib  tapdaladın  bu  sorğunla  məni.  Özün  də  kobudlaşdın, 
qaraldın, bozardın gözümdə... 
Elə bil bir ayrı mən doğdu Sürəyyanın içində, dəyişib ayrı 
bir Sürəyya oldu Sürəyya. 

Zəhmət olmasa siz çıxın, paltarımı dəyişim həkim. 
Həkim çıxıb, yubkasını, jaketini, ayaqqabısını dəyişib öz 
əvvəlki  yaşıl  donunu  geyindi,  ayaqqabısını  geyindi,  pambıqçı 
libasını büküb çantasına basaraq pərdə arxasından gülümsünə-
gülümsünə,  işvəli,  nazlı  bir  baxışla  Orxanı  süzə-süzə  çıxıb 
qapıya yönəldi: 

Sağ olun həkim, sağaltdınız məni... Minnətdaram sizə!.. 


 
310 
Qurama  bir  təbəssümdü  Sürəyyanın  üzündəki.  Yönünü 
həkimdən  çöndərən  anda  yanaqlarına  iki  damla  yaş  axıb 
töküldü, qapıdan tez çıxıb qaçdı; bayırda dayanmış şəfqət bacısı 
görməsin  gözlərinin  yaşını,  görüb  də  sonra  xəbər  verməsin 
həkimə, ürəyi xarab olmasın həkimin... 
Koridordan keçərkən kabinetindən çıxan qoca bir həkimlə 
az qaldı toqquşa... 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin