***** ***** *****
Kamalın o dəli qaçışı ürəyinə qut olub ovutdu onu, gözəl
duyğular bağışladı. Sonra da ağıldan-başdan oynatdı. Kamala
qəfil rast gəlməsi, rast gəlib gözləri böyüməsi, titrətməli
duyğular keçirməsi, nitqi tutulub dünyanı unutması Kamalın bu
dəli qaçışını görməsi önündə nəymiş ki? Getdikcə bu qaçış
gözləri önündə gəlib dayanır, bütün varlığını sarsıdırdı.
Sürəyya bilirdi nəvaxtsa, haçansa baş verə bilən işdi bu
rastlantı, nə qədər gözlənilməz, gecikmiş olsa da yenə mümkün
291
işdi, olan işdi. Özünün nə vəziyyətə düşəcəyi aydındı özünə bu
rast
laşmada, lakin Kamal neyləyəcək, Kamal nə vəziyyətə
düşəcək, tanıyacaq onu, tanımayacaq, təsirlənəcək tanıyıb, ya
heç təsirkənməyəcək? - bunu bilə bilməzdi Sürəyya. Bilsəydi
tanıyacaq, təsirlənəcək Kamal, xoşbəxtdi Sürəyya, bir dərdi
yoxdu bundan sonra. Lakin heç ağlına gətirə bilməzdi bu görüş
bunca sarsıdacaq Kamalı, bunca çılğın, dəli bir qaçışla
qaçdıracaq, bunca yınmış, yabanı bir baxışla baxdıracaq. Onun
ruhi vəziyyəti bir gün kimi aydındı Sürəyyaya: içindəki
titrətməli fırtına götürüb apardı Kamalı, qəlbində baş qaldırmış
dəli duyğuları belə dəlicəsinə qaçırtdı. Kamalın çılğın baxışını
görüb Sürəyya da ruhən sarsıdı, kövrəldi, doluxsundu. Kamala
bir
ərmağan kimi göndərdiyi o şəfqətli təbəssümü də Kamalın
bu ruhi vəziyyətini bir anlığa anlayıb duymasından doğdu.
Kamal unutmamışdı onu! Kamal bu on il içində bir an
belə unutmamışdı onu. On ilin ağrısı, iztirabı, əzablarıyla
yaşamışdı Kamal. Tək bircə ani baxışından anladı Sürəyya!
Kamalın pasportunu əlində tutub vərəqləyəndə bilinməz-
duyulmaz bir qadın xisləti, qız olmaqlıq duyğusu pasportun son
vərəqləri üstündə ani bir axtarışa çəkmişdi onu. Hələ o ani
axtarışda Sürəyyanın qəlbinə dammışdı ki, unutmayıb Kamal,
evli deyil, öz itirdiyi sevgisinə çatmağa hələ umudludu Kamal.
Sürəyyanın bir həyat qoldaşı, bir qadın olduğunu anlayıb özünü
tanıtmadı, bildirmədi, dandı Kamal. Ta o pəncərə önündən
keçənədək özünü məlum etdirmədi.
Unudub yadırqayan Sürəyya idi. Xatirələrindən silib
tullayan, unudub vəfasızlıq edən, dönük çıxan Sürəyya özü idi!
Ölüb qurtardı Sürəyya bu düşüncədən, bir şam kimi əriyib
yoxlamağa, sönməyə yön aldı. Qurama bir hörgü kimi,
biçənəklərdə, örüşlərdə dikəldilmiş bir daş qurqomu kimi uçub
t
ökülməyə aqibətləndi Sürəyya!
Nəsə deyirdilər ona, nəsə köməklik edirdilər, qolundan
tutub qaldırırdılar, nə eşidə bilirdi, nə açıq aydın görə bilirdi, nə
anlaya bilirdi. Gözünü tutmuş bozca bir pərdə arxasından əyri
292
güzgülərdəki kimi görürdü hər şeyi: çəkib uzadırdılar elə bil
yanındakı adamı, sonra başından basıb gombullaşdırır, ya da
sağa-sola qatlayıb əyirdilər, bükürdülər. Qatardan düşürdü
guya, taksiyə əyləşirdi, taksidən düşürdü, lift ilə qalxırdı,
bəzəkli-düzəkli bir otaq içinə düşürdü: yox bir otaq deyildu bu,
iç-
içə calanmış otaqlar toplusuydu, min bir gecə nağıllarında
adı çəkilən sultan cəzirəsiydi, padşah xanimanıydı. Onlar da
deyildi, neft puluna kapitalist olmuş bir ərəb əsilzadəsinin
mənziliydi: bahalı-bahalı əcnəbi mebelləri, bu mebellər içində,
üstündə, şkaflarında düzülü rəngbərəng büllurları, servizləri,
əcnəbi etiketli min cürə bəzək əşyaları qəribə bir zövq və
səhmanla yerləşdirilmiş radiolu, televiziyalı, kondisionerli,
xalça döşənikli, panno asılıqlı, çiçək bitkiləri əkilikli bir röya
aləmiydi bura. Bu röya aləmində yaşıl kostyumlu, yaşıl gözlü
cavan bir oğlan da vardı, bu oğlan nəsə bir mehribanlıq, bir
qayğı, bir ülfət göstərməkdəydi ona: əynindən plaşını
çıxarmağa kömək edir, ayağından duflisini çıxarıb bir küncə
qoyur, sonra da qol
ları arasına alıb dodaqlarını yanağına
toxundurur, əyib divan üstünə yıxır. Soyundurmaq istəyir onu.
"Yox, əl vurma mənə!" Elə bil sehrdən açıldı birdən, gerçək bir
dünya bəlli oldu ona, dərk edib hardalığını, işin nə yerdə
olduğunu, üz-gözünü büzüşdürməyə, turşutmağa başladı.
-
Tərpətmə məni, sancı öldürür, qoy özümə gəlim bir...
-
Nooldu sənə? Üç gündü deyirsən sancı öldürür. Gəl
həkimə aparım səni. Spesialist dostlarım var.
-
Yox hələ, qoy bir özümə gəlim.
-
Bax, hamam var,duş var, hər şey var. Onda sən dincəl,
pospi, mən də gedim zavoda, işə yavis olub qayıdım. Nə alıb
gətirim sənə?
-
Heç nə,heç nə. Sancım kəsər sonra deyərəm.
-
Poprobuy 50 qram konyak içməyə. Sancını o saatca
kəsəcək. Bax, bu barda nə cür desən konyak var. Şokolad var.
-
Bircə bir odeyal ver mənə salım üstümə, görüm yata
bilərəmmi?
293
Başının altına yumşaq bir balınc gətirib qoyurlar, üstünə
əcnəbi istehsallı, yup-yumşaq odeyal gətirib salırlar, yanağın-
dan öpüb əl çəkirlər son ucu:
-
Dasvidaniya milaya. Saat üçdə-dördə yanındayam!
"Səni görüm qayıtma heç!"
Elbar qapını örtüb getdi. Ürəyinin uçunması da o saat
kəsib özünə gəldi. Bu uçunma gəlin gəldiyi günün sabahısı
başlamışdı onda, hər dəfə Elbar təkliyə salıb gəlinini oxşamaq,
əzizləmək istəyəndə bu uçunması başlayırdı ürəyinin. "Əl
vurm
a mənə, sancı tutub məni, pis sancı, öldürür məni!" Belə
deyib kənar edirdi onu özündən. Əvvəlcə Elbar baxmırdı buna,
əl çəkmirdi, sonra kimsə, nəsə demişdi görünür, narahat etmirdi
onu. Bir də heç vaxt da, imkan da yoxdu rayonda. Elbarın
Yevlaxdakı qocası gildə də heç imkanı olmadı. Orda
günortadan bir də qatar ayağınaca qaldılar. Onda da elə hey
yeyib içirdirdilər Elbarı.
Sürəyya düşünürdü ki, Bakıda, öz mənzillərində tək qalıb
axır bir gün öyrəçəcəkdi Elbara, isinəşəcəkdi gec-tez. Zaman
hər şeyi öz-özünə həll edəcəkdi. Laqeyd bir ülfət üçün,
könülsüz bir zövq-
səfa üçün mənən hazırlamağa başlamışdı
özünü, gələcək həyat yolu, yaşama tərzi üçün bir proqram
cızmağa, bir bünövrə tökməyə amaclanmışdı. Qəlbən sevməsə
də öz həyat qoldaşını, ülfətli, mehriban olmağa çalışacaqdı ona,
qayğı göztərəcək, bütün ömrü boyu sadiq olacaqdı. Oğlanın
qohum-
əqrabalarına gülər üz, xoş qaşqabaq göstərib hamı
tərəfindən sevilən, əzizlənən bir gəlin olacaqdı. Elə bu özü də
gözəl bir ideal deyilmi, insanı yaşamağa, yaratmağa çağıran
yüksək bir mənəvi dəyər deyilmi? Bir qız üçün, bir Azərbaycan
qızı üçün ləyaqətli bir həyat qolu, gələcəklərə səsləyən, gözəl
günlər keçirməyə imrəndirən yaşama həvəsi deyilmi? Təkcə elə
bu bacıların and yeri olmaq, Nərgizin, başqa qohumlarının
sevgili
bir gəlini olmaq özü böyük bir səadət deyilmi? Bu
səadətə hazırlayırdı Sürəyya özünü, bu səadətə doğru yol aldığı
ilk gündü, ilk səfərdi hələ. Bu ilk səfər üçün yola düzələndə
294
qorxa-
qorxa, ürəyi əsə-əsə çamadandan yaşıl donunu çıxarıb
onu geyindi
. İndi bu yaşıl donu içində uzaq, naməlum, ancaq
uğurlu bilmək istədiyi bir səfərə çıxacaqdı. Bu səfər
xoşbəxtliyə, səadətə, firavan bir həyat içinə aparacaqdı onu. Bu
yaşıl don içində, bu firavan həyat axanağında ömrünün şirin
çağlarını yaşayıb, dadlı günlərini saatlarını keçirəcəkdi. Bir
vaxt çiçək gözlü bir körpəsini həyata gətirib böləyəcək,
bəsləyəcəkdi. Bu körpə həyatını min qat gözəlləşdirəcək, min
qat şirinləşdirəcəkdi. Əyninə geyindiyi bu yaşıl donundan yaşıl
istəyi buydu Sürəyyanın!
Görünür bir yaşıl istək də, bir yaşıl don kimi yazılı
deyilmiş ona, düşməzmiş, yoxmuş ona. Hələ əynində olsa da
artıq bir mirətə, bir andıra dönmüşdü don, çıxarılıb səliqəylə
büküləcək, naftalinlənəcək, bir qarğışa düşmüş əski parçası
kimi çamadan diblərində gizləndiriləcək, yenə öz doğal rən-
ginə, düşər rənginə, öz təbii qaralığına qayıdacaqdı Sürəyya. Öz
məyus boyasına qayıdacaqdı!
Cızıb hazırladığı, ön gördüyü yeni həyat idealı Kamalı
gördüyü anda uçulub töküldü, puç olub getdi. Bu həyat idealı
da, bu yaşıl gələcək axanağı da bir anın içində bir cəhənnəm
əzabına, bir işgəncə qaynağına çevrildi. Vəfasız çıxıb başından
kənar etmək istədiyi sevgisi önündə qurama, puç bir tədbir kimi
görünməyə başladı kiçicik bir daş zərbəsindən sınıb çilik-çilik
olacaq görünüşü gözəl büllur bir qab kimi, avanatsız,
dözümsüzcə bir saxsı qab kimi görünməyə başladı. Formasıy-
mış elə bunun, görkəmiymiş, baxımıymış elə, boşmuş içi,
çürükmüş içi, çürükmüş cizilən cizgisi, düşünülən fəlsəfəsi.
İçini qurd oymuş çürükləmişcə bir palıd gövdəsiymiş, təkcə
qa
bığı qalıbmış görsənən, təkcə formasıymış şax duran!
Öz sevgisinə də qayıda bilməz artıq. Vəfasız çıxıb öz
sevgisinə, sədaqətsiz çıxıb, nə üzü var qayıtmağa? İt dəymiş bir
motal pendiridi indi, süfrəyə gətirilməz, təb çəkilib yeyilməz.
Murdar bir tikədir indi, ağıza qoyulmaz şirin-şirin çeynənilməz
295
udulmaz. Çirkablara atılmış bir yemiş dilimidi indi, yuyulmaz
təmizlənməz.
Vəfasız çıxmış bir yar üzünə, sədaqətini əldən vermiş bir
qız sifətinə hansı axmaq dönüb baxar, hansı başıyox qayıdıb bir
də mehr salar?
Kaş elə o da vəfasız çıxmış olaydı sənin kimi, dönük
çıxmış olaydı. Kamalın pasportunu əlinə götürüb baxdığın
anda, o sarsıntılar, qızdırmalar içində, o gözlənilməz raslantı
oduna yandığın anda, aləm başına hərlənib ağlını-düşüncəni
itirdiyin vəziyyətində bir möcüz kimi, bir sirr kimi irilmiş
gözlərin, kütləşmiş ağlın içində ani bir istək oyanıb beyninin
hansı nöqtəsindəsə, gəzdimədimi səni, axtartmadımı o pasport
vərəqlərində, tökülmüş gözlərin görmədimi gördüyünü, öyrən-
mədimi öyrəndiyini? Hələ bir məmnunluq duydun onda sən, bir
fəxr, bir coşğunluq alovu qarsdı səni.
Amma
indi sönürsən bu anlayışından solursan, ölürsən
indi!
Bəlkə bu yanışın, bu ölüşün də yalandı, aldanışdı elə!
Bəlkə lap evlidi Kamal, pasportuna yazdırmayıb eləcə. Axı bir
oğlandı o, kişidi! Nə var onlara, kimdi sorğu-sual edən onları?
Mənəvi bir bəkarətlik gözləyən, fiziki bir əldəyməzlik, ağlıq
gözləyən onlardan?
Bəkarətlik səndə gərək olaydı, sən gərək saxlayaydın
ağlığını, bəyazlığını, bəkarətini! Sənə qoyulub bu yol, sənə
yazılıb bu yazı. Hələ Kamalla öcəşirsən, Kamalla tutuşdurmaq
istəyirsən özünü. Yoxsa Kamal hardasa, nə vaxt isə evlənmiş
olsa
duruya çıxacaqdın sən, təmizə çıxıb saflaşacaqdın sən? Ya
əvəz-əvəz olacaq hər şey: itirilmiş bəkarət, əldən verilmiş ağlıq,
bəyazlıq, bir gerçəklik olmuş vəfasızlıq, sədaqətsiz-
lik,dönüklük, unutmaqlıq?
Kamal öz vəfasızlığı, öz etibarsızlığıyla sənin dönük-
lüyünü, sənin qaralığını qarşı-qarşıya qoyub heç-heçə sayacaq,
dönəcək sənə, qayıdacaq sənə, qəbul edəcək səni!
296
Bəs sənin öz mənəviyyatın necə, öz qızlıq qürurun, öz
vic
danın necə? Öz ağlıq-bəyazlıq niyyətin necə? Razı olacaq-
larmı bu əvəz-əvəzə, heç-heçəyə, bağışlamaya, məhəbbət al-
verinə?
Günahların qarşılıqlı əvəz-əvəzi, bağışlanması üstündə
qurulmuş bir məhəbbət bir puçluqdur, heçlikdir, iyrənclik,
alçaqlıq, rəzillikdir fəqət! Kötülükdür, şərəfsizlikdir, mənəvi
dilənçilik, kasıblıqdır! Bu nöqtədən yox olur sevgi, puç olur
məhəbbət. Bu nöqtədən dalğalı, faciəvi bir eyş, sonsuzca bir
həzz, çalxantılıca bir ləzzət həvəsi başlayır sevgi yerinə,
məhəbbət əvəzinə. Mənəvi bir dəyər fizioloji bir təlatümlə əvəz
olunur. Qarşılıqlı güzəştlər üzərində qurulan zövq-səfa xislətli,
ehtiras ağuşlu, eyş-işrət fəlsəfəli harınca bir cinsi yaşayış
başlayır bu nöqtədən. Mülahizə, sərfə, hesablama üstündə
qur
ulub bütün mənəvi dəyərləri pula-manata çevirən, xırdaladıb
irilədən, bahalandırıb ucuzlandıran bir dəyiş-döyüş, bir alqı-
satqı əməliyyatı başlayır. Hər şeyin pul, qızıl qarşılığı,
ekvivalenti olduğu kimi, hissin, duyğunun, sevgi çalxantılarının
da bir qızıl, pulilə hesablanma şkalası var, dərəcə toru var, üç
istiqamət, üç ölçü peşinə - sonsuzluğa qədər!..
Yox, yox, vəfasız deyilsən sən, dönük deyilsən, etibarsız
deyilsən sən! Özünə qarşı belə amansızlıq neçin Sürəyya, bu
qədər sərtlik neçin? Sən ki, özün özünü gözəl tanıyırsan, gözəl
bilirsən! Axı haqq bilir nöqsansızsan sən, təmizsən sən,
vəfalısan, safsan sən, unutmamısan öz eşqini, öz məhəbbətini,
y
adırqamamısan, dönük çıxmamısan sən!
Getməkdə olduğun bu yaşıl səadətinə doğru qəlbinmi
çəkib aparırdı səni, duyğuların, hisslərinmi çəkib aparırdı?
Yox Sürəyya, Kamal önündə təqsirkar deyilsən sən, bir
günahkar deyilsən. Ləkəli deyil vicdanın, sədaqətin, vəfan.
Bulaq suyunca tər-təmiz dağlar qarınca bəm-bəyazdı sevgin,
məhəbbətin. Özünü iztirablar içində üzüb tökdüyün yetər
Sürəyya əriyib bir şam kimi töküldüyün, yandığın yetər!
297
Ən böyük bir bəladan qurtarmısan indi, naməlum bir
gələcək, qeyri-müəyyən bir gözləyiş iztirabından, dəli bir dünya
içindən çıxmısan, xəstə bir olağanlıq halından qurtulmusan.
Quş olub uçmalısan indi Sürəyya, kəpənək olub yellənməlisən,
bülbül olub nəğmələr oxumalısan. Bir yaşıl tarla üstündən, bir
son bahar havası içindən pərvaz edib uça-uça, qanad aça-aça
Kamalına yetişməlisən, kama çatmalısan, səadətinə qovuş-
malısan, sevginə, sevgilinə irişməlisən. Bu yolda ölüm olsa,
fırtına olsa saxlaya bilməməlidi səni, dayandıra bilməlidi səni!
Bəs Elbar? Bəs yeni yaşıl səadət proqramın, Nərgiz, atan-
anan, elin-
oban? Ağlın-kamalın olsun Sürəyya, mülahizən
olsun! Bütün ailənizin, obanızın, kəndinizin adını batırarsan!
Lakin Elbar kimdi, ata-ana, el-
oba, kənd-kəsək kimdi? Nə
şeydi? Onlar? Nəçidirlər, hardan gəlibdilər onlar? Sənin onillik
iztirablarının, üzüntülərinin bir şahididrlər yoxsa, ovundurucu-
la
rıdırlar yoxsa? Qorqaxlarıdılar yoxsa onlar, bəstlərdilər,
qadağa qoyanıdılar, cız çəkib mərz düzənləridirlər, kimdilər,
nəçidilər onlar?
Hardaydılar onlar sən sevib könül verəndə, məhəbbət
bağlayanda, odlu-fırtınalı duyğular içinə düşüb çalıb çağıranda,
yanıb yaxılanda?
Yox Sürəyya, zərrəcə bir yetgisi yoxdur onların sənin
üzərində, zərrəcə bir səlahiyyətləri yoxdur onların! Yalnız o
sonsuz duyğun, səni on ildir yandıran o böyük hissin səlahiy-
yətlidi sənin üzərində, təkcə öz təmiz sevgin yetgilidi, təkcə o
saf eşqin, məhəbbətin tabeçiliyindəsən sən, onun sərəncamın-
dasan, təkcə bu duyğun hökmlüdü mənliyin, mənəviyyatın,
gələcəyin üzərində, varlığın, mövcudiyyətin üzərində!
Sənin mübarizə ehtirassızlığın, eşitlik-bərabərlik axtar-
maq həvəssizliyin, ata-ana, ər iradəsinə bir qul kimi tabe olmaq
özəlliyin haqqındakı bütün görüşlər, təsəvvürlər bir heçdir
sadəcə, bir cəfəngiyyatdır, bir boş xəyalatdı, yanlışlıqdı sadəcə,
səhvdi kökündən! Sənin özəlliyin deyil bunlar, sənin adına
yaxılan qaralıqdı bunlar, ləkədi bunlar! Yalnız öz sonsuz
298
duyğuların, alnına bir yazı kimi yazılıb baxtına-uğruna bir
bilinməzlik kimi çıxan öz qızlıq eşqin, məhəbbətin önündə, öz
sevgin önündə bir qul, bir nökərsən sən, dilin yoxdur
danışmağa, səsin yoxdu bir şey qandımağa, nitqin yoxdu bir
söz deməyə. Bəyənib könül verdiyin sevib bir qul olduğun o
oğlan ancaq nə desə eləyəcəksən, hara çəksə gedəcəksən, yalnız
o oğlana qulsan sən!
Bu yolda heç şey saxlaya bilməz səni. Bütün el adətləri,
ata-ana, qohum-
qardaş qorqaxları hamısı bir mülahizədir bu
təmiz duyğun önündə, bir hesab əməliyyatıdı, bir çirkinlikdi,
əskiklikdi bir.
İbtidailərdən bəri ruhuna, varlığına hakim olan, hopdurul-
muş olan bir dəyərin var sənin- bir könüldən min könülə vurul-
maq və bu duyğun önündə dünyada nə var hər şeyi basıb keç-
mək, bu duyğuna səni vəfasız qoyacaq hər şeyi ayaqların altın-
da qoyub tapdalamaq!
Səni öz Kamalına doğru qanadlandıran
da məhz bu böyük mənəvi dəyərindi Sürəyya, sən qorxma ona
doğru bir çılğın atılışından, uçuşundan, çəkinmə, qıypınma
Sürəyya!
Birdən dəli kimi sıçrayıb odeyalı üstündən ataraq kağız
qələm götürüb ağlına gələn ilk şeyi yazmağa başladı:
"Mən həkimə müraciət etdim. Həkimlərin hələ beş il
əvvəl mənə söylədikləri doğru çıxdı: ailə həyatı mənim üçün
ölüm deməkdir. Bu elə bir qadın xəstəliyidir ki, əgər birgə
yaşamış olsaq, ikimizdən birimiz hökmən dözməyib məhv
olmalıyıq. Əlvida. Mən atam evindən gətirdiyim paltarımdan,
bir də öz yapon maqnitafonumdan başqa heç nə götürmədim.
Bütün cehizim halalınız olsun. Axtarmayın məni. Qızılları
televizor üstündəki vazanın içinə qoydum, açarı qapı
arxasındakı əskinin altına qoyacam. Sürəyya".
Bunu yazıb kağızı elə açıq şəkildə masa üstünə qoydu,
külək atmasın deyə büllur bir külqabı gətirib kağızın bir
kənarına əyləşdirdi. Yınmış bir tələskənliklə öz ata evindən
gətirdiyi paltarlarını, bağlanacağını, çantasını götürüb, qolunda
299
barmaqlarında, boynunda, qulaqlarındakı brilliant-qızıl-platin
dustaqlığından özünü xilas edib, onları kağızda yazdığı büllur
vaza içinə atıb, maqnitafonu əlinə alıb qapıya doğru qaçdı. Lifti
basıb aşağı düşəndə ürəyi atlanıb yerindən çıxmaq istəyirdi, bir
taksi saxlatdırıb taksiyə əyləşdiyində də qopub yerindən
atılmaq istəyirdi hələ də ürəyi.
-
Hara sürəcəyəm bacı?
-
Sürün hələ, deyirəm indi.
Sonra birdən şişman kişinin bir sayıqlama kimi dedikləri
düşdü yadına: "Semaşko xəstəxanası, burun boğaz həkimi..."
-
Semaşko xəstəxanasına sürün qardaş!..
Dostları ilə paylaş: |