Şahlar həSƏNOĞLU


******              *******             *******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə62/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   57   58   59   60   61   62   63   64   65
2016-2403

******              *******             ******* 
 
Ağappaq  gəlini  yola  salıb  Sürəyya  tək  qaldı  bağçada. 
Yarın  bağçasında  Taleyin  işinə  bax!  Yarının  bağçasında 
əyləşmiş olasan, özün də belə qara geyib qəm dəryasına batmış 
olasan,  bir  adam  göndərib  çağırtdırmağa,  bir  söhbət  edib 
ürəyini deşən dərdlərini deməyə ürəyin  gəlməyə. Nə  yaxşı bu 


 
358 
ağappaq gəlin belə duyğulu çıxdı, qoymadı onu çıxıb getməyə, 
yoxsa burdan bir yol tapıb qayıdacaqdı elə. Heç olmasa görərmi 
yəni,  danışdırarmı  yəni,gözlərinin  kədəri  içində  itib  batarmı 
yəni?!  Sevgi  elə  ər-arvad  olmaqdımı  məgər?  Vüsal  bir-birinə 
sarılıb qol-boyun olmaqdımı məgər? Vüsal görüşdü. Baxışların, 
duyğuların,  dillərin  görüşü.  Vüsal  gözləyir  Sürəyya,  xoşbəxt 
olub Sürəyya! 
Taley
in  işinə  bax!  Toyuna  gəlib  Kamalın.  Mağara  bax, 
yeyib-
içməyə  bax,  alqı-satqıya,  alverə,  bazara  bir  bax!  Qəlbi 
alıb  satırlar,  ürəyi  dəyiş-döyüş  edirlər,  sevgini-məhəbbəti 
satlığa qoyurlar! 
Sevəcəkmi Kamal o qızı, sevə biləcəkmi Kamal? Sevgi də 
avtomobil  şüşəsidi  guya,  daş  dəyib  qırılanda  gedib  başqasını 
alıb  gətirib  taxasan  yerinə.  Hər  şeyi  hissələrinə  ayırıb,  bölüb 
parçalayıblar, fabrik istehsalına bənzədiblər. Fabrik istehsalıyıq 
guya  hamımız.  Sürəyya  olmadı,  Minayə  olsun,  Gülayə  olsun, 
kim  olur  olsun.  Təki  Sürəyya  kimi  gözəlliyi,  baxımı  olsun, 
yaraşığı-uyuşuğu  olsun,  gəncliyi,  cavanlığı  olsun.  Guya  bir 
kostyumdu, jaketdi, yubkadı Sürəyya, Minayə, Gülayə. 
Düz  qurulmayıb  insan.  Əzəldən  düz  bina  edilməyib. 
Sevginin, məhəbbətin sonu evlənmək, oğul-uşaq sahibi olmaqla 
nəticələnir. Oğul-uşaq isə bir Sürəyyadan da bir Minayədən də, 
Gülayədən  də  doğula  bilər.  Ortalıqda  bir  mehr-məhəbbət  olsa 
da, olmasa da doğula bilər. Demək onda Elbardan onun uşağı 
da 
qala bilər! 
Dəhşətə gəldi Sürəyya, soyuq tər basdı bədənini, durduğu 
yerdə üşüməyə, titrəməyə başladı. Ayağa qalxıb dəli bir yürüşlə 
bu  bağça  içindən  atlanmaq,  yola  çıxıb  ürcahına  gələn  ilk 
maşına əyləşib şəhərə qaçmaq, doğum evinə gəlib təcili özünü 
yoxlatmaq, əgər belə bir rişə varsa bədənində bircə tez kəsdirib 
atdırmaq,  yox  etdirmək  keçdi  könlündən.  Bu  çirkinlikdən,bu 
haqsızlıqdan tez xilas olub qurtulmaq keçdi. Dünya işlərinin bu 
haqsızlığına, insan yaradılışının bu qüsuruna qarşı dərin, sonsuz 
bir nifrət, coşqun bir üsyan qalxdı qəlbində. Bütün bəşəriyyətə, 


 
359 
insanlığa,  gəncliyə,  sevən,  sevilən  ürəklərə  yazığı  gəldi 
Sürəyyanın.  Insan  həyatına,  insan  ömrünə,  insan  duyğusuna 
yazığı gəldi. 
Insan  xilqətindəki  bu  ikiliyə,  çəlişiyə,  ziddiyyətə,  bir 
fizikilik-
biolojilik  olmaq,  həm  də  bir  ruh  olmaq,duyğy  olmaq 
ziddiyyətinə tükləri ürpəşdi. 
Həzz fəlsəfəsi bu nöqtədən doğur. Sevgini, məhəbbəti, bir 
Sürəyya-Kamal duyuntularını, çalxantılarını eyş-işrət əvəz edir, 
Minayə,  Gülayə,  Səmayə  bədənlərindəki  gözəllik,  cavanlıq, 
ağlıq  oxşarlıqları,  ekzotikası  əvəz  edir.  Mənəvi  gözəlliyi 
fizioloji  gözəllik,bədən  gözəlliyi  əvəz  edir.  Mənəvi  gözəllik 
hələ  iztirablı,  sarsıntılı,  çırpıntılı  bir  yoldu,  bədənə  əziyyət 
verən, bədəni saraldan bir yoldu,fizioloji gözəllik əksinə bədəni 
oxşayan,ləzzətləndirən  sığallayan  bir  yoldu,  sakit,harın, 
əziyyətsiz  bir  yoldu.  Insanlar  da  bu  iki  yola  uyğun  iki  böyük 

vmə, iki qismə bölünürlər. Mənəvi gözəlliyi tutub gedənlər, 
fizioloji gözəlliyi tutub gedənlər. Hər iki qövm insandı. Lakin 
mənəvi gözəlliyi tutub gedənlər üstün insanlardı, üst insanlardı. 
Kəsrin  üstündəki  insanlardı,  dünyanın,  bəşəriyyətin  çiçəyi, 
göyçəyi,  çəyirdəyi  insanlardı.  Fizioloji  gözəllik  ardınca 
qaçanlar məxrəc insanlardı, əksik insanlardı. 
Əsil  insan  səadəti,  əsil  insan  müqəddəsliyi  birincilərin 
adıyla bağlıdı. Paklıq, ağlıq, eyilik duyğuları, gözəllik, məhəb-
bət, şəfqət hisləri, dünyada haqq olan, ədalət sayılan nə varsa 
hamısı mənəvi gözəlliyi tutub gedən insanların adıyla bağlıdı. 
Alçaqlıq,  əksiklik,  satqınlıq  duyğuları,  paxıllıq,  əclaflıq, 
amansızlıq  xislətləri,  bütün  pislik,  kötülük,  şərəfsizlik  hissləri 
ikincilərə  məxsusdu,  ikincilərin  ayağına  yazılıdı,  ikincilərlə 
qardaşdı. 
Qəlbində məhəbbət olan insan iyi insandı, şərəfli insandı, 
nəcib insandı! 
Qəlbində məhəbbət olmayan insan şərəfsiz insandı, rəzil 
insandı, kötü insandı! 


 
360 
Bir  iyilik  üçün  yaradılmış  Sürəyya,  Kamal,  bir  kötülük, 
pislik, rəzillik yoluna düşüb getməkdədirlər!... 
Arxadan  qapı  cırıltısı  eşitdi.  Belə  dönüb  gördü  Kamal 
qapını  açıv  bağçaya  girməkdədi.  Dərhal  üzünü  çevirdi.  Indi 
kürəkləriylə duyurdu Kamalın gəlişini. Qayıdıb baxa bilmirdi. 
Qürurundandımı bu, qəzəbindəndimi ya? Incidiyindəndi yoxsa? 
Qəlbən  incimişdi  Kamaldan.  Bu  toyuna-mağarına  görə,  bu 
dəvətnaməsinə  görə  incimişdi!  Yoxsa    qayıdıb  elə  baxardı 
Kamala elə dolmuş, elə qəmli baxardı bu baxışıyla sehirləyərdi, 
sehirləyib də bir gedilib qayıtmaz diyara çəkib aparardı Kamalı. 
Elə də sehrləyərdi, Kamalı bir də heç zaman, bir də heç cürə bu 
sehrdən xilas olub qurtulmazdı Kamal! 
Budur  gəlib  başı  üzərində  dayandı  Kamal.  Dayana 
bilməyib  bir  anlıq  üzünü  Kamala  doğru  çevirdi,  baxışları 
qarşılaşıb  bir-biri  içində  hopub  əridi,  əriyib  qanlarına  keçdi, 
ürəklərinə,  damarlarına,sinirlərinə  işlədi.  On  ilin  həsrətini 
çəkmiş tamarzı baxışlar bu bir anlıq qarşılaşmadan od götürüb 
hərə  öz  yiyəsini  alışdırdı.  Dözməyib  bu  vüsal  oduna  ayrıldı 
baxışlar. 
-
Sürəyya!  
-
Nədi Kamal...   
-
Niyə belə gec gəlib çıxdın? 
-
Tarlaya getmişdim... 
-
Bəs nə yalnız qoydular gəlməyə? 
-
Kim qoymayacaqdı ki? 
 -
Əlbəttə, indiki zəmanədə ər icazəsi!... 
Bir  acı  qəhər  seli  doldu  sinəsinə.  Yenə  ər  söhbəti,  yenə 
qaxınc,  yenə  iynəli-tikanlı  sözlər!  Bəs  deyilmi  Kamal? 
Doyunmazmısan  işgəncələrindən,  əl  çəkməzmisən  yaralayan, 
yandıran,  öldürən  sözlərindən?  Bir  zəhərli  axıntı  coş  verib 
kükrədi  içində,  bir  nisgil  bulağı  açıldı  gözlərindən.  Indi 
könlündən keçsə də baş qaldırıb baxa bılməzdi Kamalına, baxa 
bilsə  də  görə  bilməzdi  Kamalını.  Gözlərinin  toru,  bulantısı 
qoymazdı  görə.  Hıçqırığını  batmış  qulaqları  eşitməyib  Kamal 


 
361 
eşidirdi,  süzüntüsünü  toralmış  gözləri  görməyib  Kamal 
görürdü.  Demək  istədiyi  sözü,  açmaq  istədiyi  sirlərini 
hıçqırıqları, sızıntıları yuyub aparır, sinəsinə tıncıxmış həyəcanı 
boğub  qoymurdu  deməyə.  Qoy  bu  acı  qəhər  seli,  bu  qəm 
gölməçəsi  axıb  tökülsün  sinəsindən,  açılsın  sinəsi,  qoy  bu 
köksünə  dolmuş  həyəcan  tıxçanağı  dağılsın,  boşalsın  ciyəri, 
qoy  bir  bu  yağmur  duyğularından  azad  olub  toxdasın  ürəyi, 
imkan versinlər ona söz deməyə, sirr danışmağa, düşüncələrini 
toplayıb  deyə  bilməyə,  onda  danışacaq    hər  şeyi  Kamala, 
bildirəcək hər şeyi. Ondan sonra heç ölsə də bir dərdi yoxdu... 
-
Məni başa düş Sürəyya... 
Bir  bozay  küləyi  kimi  dəydi  bu  sözlər  sinirlərinə.  Əsib 
ruhunu,  duyğularını  oynatdı  yerindən,  ağlını-kamalını  çıxardı 
başından.  Sinəsinə  tıxcanmış  o  qəm  düyünçəsini  qoparıb 
kökündən qavazax bir kətiyən topası kimi aşıra-aşıra düzdüklər 
boyunca  yumalayıb qovdu, açıldı sinəsi, boşaldı ciyərləri,nitqi 
gəldi üstünə,başını qaldırıb yaş qalmış gözlərinin bütün iriliyi, 
bütün alantısıyla Kamala açıldı: 
-
Necə  başa  düşüm  səni?...Mən  bir  qızdım  on  ildən  artıq 
gözləyə bilmədim,el töhməti qoumadı gözləyəm, adıma yaxılan 
qaralar  qoymadı,kimi  dedi  tələbəykən  alıb  buraxıblar,onçun 
qara geyinir, 
ərə  getmir,  kimi  dedi  sevdiyi  oğlan  atıb  rusetə 
qaçıb,  kimi  də  dedi  dörd  il  gəzdiyi  sevgilisi  təyyarə  qəzasına 
düşüb,  qohum-qardaş,  ata-ana  tənəsi,bir  qoca  ana  iztirabları 
qoymadı  gözləyəm,  bir  Azərbaycanlı  qız  olmaq  adı  qoymadı, 
bəs sənə nə olub Kamal, bu nə toydu belə, nə mağardı bu?!... 
Belə  bir  fırtınanı,  belə  bir  üsyanı  gözləmirdi  Orxan. 
Sürəyyanın  alalanmış  gözlərinin  paklığına,  açılışına,  iriliyinə 
dözə bilmədi, bu paklıq gözəllik önündə öz əməli, öz tutduğu iş 
bir  nakəslik,  alçaqlıq,  əyrilik  kimi  göründü  ona.  Fəqət  yenə 
duruya çıxarmağa çalışdı özünü: 
-
Sənin ailə səadətini pozmamaq üçün... 
-
Hanı mənim ailə səadətim, Kamal! Göstər onu mənə!... 


 
362 
Orxan 
bir  anlıq  yenə  Sürəyya  gözlərinin  iriliyi  içinə 
düşdü.  O  gözlərdəki  haqqa  bax,  o  gözlərdəki  düzgünlüyə, 
səmimiyyətə  bax!  Çəkil  o  gözlərdən  Orxan,  haqqın  yoxdur  o 
gözlər iriliyində itib batmağa, düzgünlüyün, səmimiyyətin yox-
dur o gözlərin bu gözəl açılışından feyziyab olmağa. 
-
Göstər  o  ailə  səadətimi  Kamal,  qoy  bir  mən  də  görüm, 
noolar? 
Gözl
ər  ona  tuşlanıbdı,  gözlərdəki  yaşlar  onunçun  cığır 
salıbdı.  Bir  ərköyün  uşağa  dönübdü  Sürəyya,  əllərini  havaya 
açıb  oynatmaqdadı,  boynunu  əyməkdədi,  dodaqlarını  səyrit-
m
əkdədi. 
-
Sevgi  məgər  cüt  yaşamaqdımı,  Sürəyya,  ər-arvad 
olmaqdımı elə sevgi? 
-
Mənim üçün hə!... Bir Azərbaycan qızıyam mən! Mənim 
olmayana necə baxa bilərəm, necə sevə bilərəm? 
-
Indi mən neyləyə bilərəm Sürəyya? 
-
Evlənmə!  Rədd  elə  bu  toy  mağarını  gözümdən.  Ömrün 
boyu subay qal, kimsə başqa birisinin Kamal ağuşuna alındığını 
düşünə bilməyim! Ölərəm o saat Kamal, partlayaram o saat!... 
-
Qayıdarsanmı  onda  ərinə,  pozmağa  niyyətləndiyin  ailə 
səadətinə? 
-
Qayıdaram  Kamal.  O  səadətə-  o  cəhənnəmə  də  qayıda-
ram! Amma 
evlənmə. Evlənmə Kamal!... 
Bir anl
ıq  gözlərini  aralayıb  çəkə  bilmir  Sürəyya,  qırpa 
bilmir, yayındıra bilmir. Süzür elə gözləri, sızıntı verib axır elə 
gözləri.Yox  daha,  dözməkmi  olar  bu  gözlərin  təmənnasına? 
Yox  deməkmi  olar  bu  gözlərin  istəklərinə?  Dayanmaqmı  olar 
bu gözlərin gözəlliyinə? 
-
Bu mağar səni aldatmaq üçündü Sürəyya. Toy deyil bu. 
Gəlin gəlməyəcək bu toya. 
-
Nə danışırsan Kamal?!!! 
-
Heç qonaqlar da bilmir bunu. Sənə o dəvətnaməni qoyub 
gələndə  heç  mən  özüm  də  bilmirdim.  Kolxoz sədrinin  qızıyla 
e
vlənirdim.  Dayılarım  pozdular  işi.  Sədrin  arvadı  dayılarımın 


 
363 
şərtini  yerinə  yetirmədiyinə  görə  istədim  Bakıya  teleqram 
vurub  yoldaşlara  çatdıram  gəlməsinlər.  Sonra  sənin  ailə 
səadətini  pozmamaq  üçün  dedim  qoy  qalsın.  Leninqradda 
dostlarım  vardı  onlara  telefonla  danışdım  dedim  toyumdu,  üç 
günlüyə gəlsinlər. Biri Larisa adlı qızdı, fikirləşdim dayılarıma, 
atama, Bakıdan gələn dostlarıma deyərəm Larisa ilə evlənirəm. 
O da anlayan deyil, bir kino-
film kimi baxacaqdı bu işə... 
Dərhal  baxışı  dəyişdi  Sürəyyanın.  Üzündə  çılğınca  bir 
sevinc, səadət duyğuları titrəşdi, gözlərinin yaş pərdəsi indi bir 
bahar buludu olub ağ bir yağış səpələdi: günlü yağış, buludsuz 
yağış!  Sonrası  Fatma  ananın  hanasını  qurub  üfüqdə  rəngli-
boyalı bir hamayil göründürəcək yağış! 
Lakin Orxan 
pərt  oldu.  Sürəyyanın  bu  açılışından,  bu 
dəyişimindən,bu  bir  ağ  yağış  olub  hana  qurdumasından. 
Fərdiyyətçiymiş  Sürəyya  da,  təkcə  elə  özünü  düşünürmüş, 
təkcə  elə  öz  halına  yanırmış  Sürəyya  da!  Təki  evlənməsin 
Kamal,  təki  onun  xəyalına  toxunulmamış,  dəyilməmiş  qalsın 
Kamal.  Yoxsa  bir  insan  kimi  yaşamasa  da  olar,  bir  ailə-
dolanışıq yaradıb oğul-uşaq sahibi olmasa da olar... 
-
Yalan demirsən Kamal? 
-
Bir  dəfə  yalan  danışıb  nə  hala  düşdüm  bir  də  yalan 
danışım? 
Sürəyya  onun  əlindən  tutub  üzünə  sıxdı,  göz  yaşlarına 
bulandırdı əlini, yumşacıq-yumşacıq öpməyə başladı, sonra da 
göz qaldırıb odlu-odlu pıçıldadı: 
-
Kamalıma qurban olum. Kamalımın başına dönüm... 
Kamal  hiss  etdi  ki,  gözləri  yaşarır,boğulur,  tıncıxır, 
dayana bilmir, 
bilməyəcək  artıq.  Sürəyyanın  sevinc  daşdıran 
səsi yola saldı onu: 
-
O  gözəl  gəlinə  danışmışam  taleyimi  Kamal,  get  ondan 
soruş vəziyyətimi,mən deyə bilmədim sənə. Utandım deyəm!... 
-
Bəlkə  səni  yola  salmağa  gələ  bilmədim  Sürəyya.  Onda 
incimə məndən. Başa düş məni Sürəyya!.. 


 
364 
Kamal  qəmli  getdi.  Kamal  ondan  bir  hal  öyrənməyib, 
talelərindəki bu qəfil dönüşdən, bu gözlənməz dönüşdən xəbər 
tutmayıb  getdi.  Eybi  yoxdur  Kamal,  on  il  dözmüsən  hər  cür 
acılara-iztirablara,  on  dəqiqə  daha  döz.  O  ağappaq  gəlinə 
yanaşsan,  biləcəksən  hər  şeyi,  sevincindən  çırpınıb  yerindən 
qoparılmaq istəyəcək ürəyin. Mənim kimi,öz Sürəyyan kimi!... 
Indi Sürəyyanın duyğularında nadinc bir ilk bahar sevinci 
baş qaldırmışdı. Nəşəli bir gənclik çağırışı oynaşırdı. Görəsən 
bir həqiqətmi bu, bir röya, bir yalançı yuxu deyilmi bu? On ilin 
acı  iztirablarına  beləcə  asan,  beləcə  gözlənilmədən  son 
verilməsi  düzgünmü  görəsən,  gerçəkmi  görəsən?  Sevincindən 
Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin