Şahlar həSƏNOĞLU


partlamaq istəyir adam, çığırmaq, qışqırmaq istəyir adam!



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə63/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   57   58   59   60   61   62   63   64   65
2016-2403


partlamaq istəyir adam, çığırmaq, qışqırmaq istəyir adam! 
Intizar,  üzüntü,  hüzn,  ayrılıq,  qeyri-müəyyənlik  əzabları 
bir  gedərgəlməzliyəmi  saplandı,  bir  xatirələrdəmi  qaldı? 
Inansınmı  buna?  Inansınmı  onların  beyindən,  duyğulardan 
qoparılıb  qol  getdikcə  fırqınıldığına,  atıldığına?  Inansınmı 
Sürəyya?... 
Bir  nəğmə  gəlib  dolubdu  sinəsinə,  bir  həzincə  oxumaq 
gəlib dolubdu. "Yox, yox, sən deyilsən bu, “Sona bülbülüm!”, 
saçı  sünbülüm.  Nə  qədər  sevsəm  də  səni,  duysam  da  səni, 
yansam  da  səni!  Xatirələrdə  qaldın  sən  də.  Sakitcə  uyu  sən, 
yazıldığın  o  əcnəbi  kaseti  içində.  Ürəyimə  ayrı  mahnı  gəlib 
dolub  indi,  duyğularımda  ayrı  tellər  titrəşir  indi.  Sinəmə  ayrı 
daşqılar dolub, ayrı coşqular yar olub indi!" 
Girdim yarın bağçasına, 
Çiçəklər açmış... 
Hansı bəs ççiçəklər  görünmür  yar bağçasında? Nəyabrın 
sonlarıdı indi, hardan açsın çiçəklər? Ruhumda, duyğularımda, 
baxtımda  açmış  o  çiçəklər,  taleyimdə  çiçəkləmiş!  Mahnılarda 
ki,  hər  şey  şərtidir,  rəmzidir,  işarələrlədir?  Son  bahar  olsa  da 
indi  ətraflarda,  qarlı  qışlar,  zimistanlar  gələcək  olsa  da  qar-
şılardan, mənim bu halıma necə uyğundu bu mahnı,bu sözlər! 
Mənim qəlbimdə açılıb o güllü gülüstan, o allı-yaşıllı bahar, o 
nəğməli-çiçəkli yaz! 


 
365 
O yar mənim ürəyimə  
Yaralar saçmış! 
Bu  da  doğrudur  elə!  Min  yerdən  yaralamış  o  yar  məni, 
min yerdən yaralar açmış qəlbimdə. Fəqət arxada qaldı hamısı, 
keçmişlərdə qaldı. Bir anın içində məlhəm qoyub sağaltdı min 
yaramı,  dartıb  viranələr  içindən  bu  aydınlığa,  bu  güllü 
gülüstana çıxardı yar məni! 
Gəl, gəl, gəl gözəl yar sevirəm səni, 
Əgər qismətim olarsa, alaram səni... olaram sənin! 
O
laram nədi? Olmuşam artıq! Qəmdən, nisgildən, pisinti-
dən  qurtarmışam  artıq!  Nəşəylə,  sevinclə,  eyiliklə  dolmuşam 
artıq! Gözlərim yeri görmür, duyğularım yerdə sürünmür artıq, 
baxtımdan  qanad  almışam,  sevincimdən  quşa  dönmüşəm, 
uçmaq, qanad açmaq, pərvazlanmaq istərəm artıq! 
Deyib gülməyə, güldürməyə bir adam verin mənə, deyib 
gülmək, sevinmək istərəm! Sataşmağa,söz atmağa bir baba gös-
tərin mənə, söz atmaq, sataşmaq istərəm! Gülməcə çıxarmağa 
bir qoca verin, bir cavan verin, bir kişi verin, bir qadın verin, nə 
verirsiniz verin, kimi verirsiniz verin, təki duyğusu olsun, dili 
olsun, bir insan övladı olsun təki! 
Yox  hələ,  qoyun  bir  su  tapıb  bu  yanağımı  dartıb  çəkən 
pisinti  qalığından  qurtarım,  qoşavcımı  doldurub  üzümə  çırpıb 
durulum, təmizlənim bir?  
Sürəyya qalxıb bağçanın içiylə darvazaya sarı, bayaq içəri 
girəndə gördüyü o QAZ-51 maşın yanında sıralanmış bidonlara 
sarı  yönəldi.  Darvaza  dibində  nə  yaxşı  keçələt  varmış,  keçib 
bidonların  birinə  yanaşdı,  neylədi  aça  bilmədi.  O  birisinə 
yanaşdı, onu da aça bilmədi, bidonların heç birini neylədi aça 
bilmədi.  Maşının  qabağına  sarı  gəlib  bufer  üstündə  əyləşmiş 
ç
əlimsiz, üzü tüklü kişiyə yanaşdı: 
-
Dayı, bu bidonlar açılmır? 
-
Yox bacıqızı, açılmır. 
-
Bəs niyə açmırlar dayı? 
-
Bağlamışam axı, bacıqızı. 


 
366 
-
Demək aça da bilərsiniz də, dayı. 
-
Əlbəttə açaram. 
-
Bəs demirsiniz açılmırlar? 
-Öz-
özünə açılmırlar bacıqızı,  yaf  yüz  gün qalsalar  yenə 
açılmırlar 
-
Vay, Nüşür dayı! 
Məzəli  kişi  dönüb  sağına,  soluna  baxdı,  darvazaya, 
mağara sarı boylandı, bir kəsi görməyib təəccüblə soruşdu: 
-
Kimnənsiniz bacıqızı, burda ayrı adam yoxdu? 
-
Siznənəm. Nüşür dayı deyilsiniz siz? 
-
Nüşür  olmağına  Nüşürəm  bacıqızı,  bir  az  bu  dayi  sözü 
korlayır işi. Hardan tanıyırsınız məni? 
-
Pambıqlıqdan. Bu maşın kimindi dayı? 
-Kolxozundu. 
-
Siz də burda papiros çəkirsiniz. 
-Y
ox  bacıqızı,  Məmmədalı  kişinin  qalyanına  tamaşa 
edirəm. 
-
Vay, yenə tanımadınız? Cəmilə, APİ-nin tələbəsi! 
-
Vay  dədə  vay!  Bay  xoş  gördük  bacıqızı.  Bəs  sən  hara, 
bura hara? 
-
Toya gəlmişəm. Nüşür dayı, hələ bir o bidonu açın sonra. 
Nüşür dayısı bidonu açıb aşağı əyir: 
-
Gəl  bu  yandan  iç  bacıqızı,  otluqdu  bura,  su  sıçrayıb 
ayaqqabını bulamasın. 

rəyya  qoşavcını  doldurub  üç  dəfə  üzünə  çırpdı,  dör-
düncünü içib Nüşür dayısına “çox sağ ol “ deyərək çantasından 
yaylıq çıxarıb üz-gözünü quruladı. 
-
Həkim atanızı sağaldıb, ananızı, bacıqızı? 
-
Yox, özümüz tanışıq. 
-
Ola bilməz bacıqızı. 
-
Niyə olmur ki? Tələbə yoldaşı olmuşuq. 
-
Bacıqızı şoferm ey mən. 
-
Nədi axı ay dayı? 


 
367 
-
Bacıqızı sən APİ-də oxumusan, həkim AMİ-də oxuyub, 
heylə deyil?  
-
Bir vaxtda oxumuşuq də. 
-
Demək həkim sizi yaf qəsdən tanıyır! 
-
Yaf qəsddən! 
-
Başıma girmir bacıqızı. 
-
Axı niyə e! 
-
Dediyinizə  inansam  gərək  onda  həkimin  başı  xarab 
olmuş ola. Hayıf bacıqızı, hayıf o alimlikdən... 
-
Axı neyləyib e, həkim? 
-
Elədiyi cəhənnəm, bacıqızı, eləmədiyi yandırır adamı! 
Fikriniz  aydındı  Nüşür  dayı,  ancaq  nöqtə  qoyun  burda, 
keçməyin  o  tərəflərə.  Lap  əzəldən  duymuşdum  dayı  fikrinizi, 
danışdırıb söz almaq istəyirdim sizdən. 
-
Bəs siz neyləyirsiniz burda Nüşür dayı? 
-
Sizinlə söhbət eləyirəm bacıqızı. 
Yamanca  güldürürsünüz  adamı...  Deyirəm  yəni  siz  bura 
nə cürə gəlib çıxmısınız? 
-
Maşınla gəlib çıxmışam bacıqızı. 
-V
ay, yenə! Onu bilirəm e, deyirəm bu kəndə necə gəlib 
çıxmısınız, hardan gəlmisiniz? 
-
Necəliyin  bilmirəm  qızım,  ancaq  ulu  babalarımız 
Şirvanlıdı,Şirvandan gəlib çıxmışıq bura. 
-
Vay  Allah!  Yox  e,  bax  Orxan  həkimin  toyunda  siz 
neyləyirsiniz?  
-
Su gətirmişəm bacıqızı. Çay qoymaq üçün kəhriz suyu. 
-
Yaxşı, siz hardan tanıyırsınız hıkimi? 
-
Boy, ay bacıqızı əmizadəyik biz həkimlə. 
-
Demək siz də bu kənddənsiniz. 
-
Bacıqızı bayaq demədim biz Şirvandangəlməyik? 
Vay  allah!  Babanız  ordan  gəlib  e,  siz  özünüz  bu 
kənddənsiniz? 
-
Hə bacıqızı, mən özüm bu kənddə doğulmuşam. 
-
Yəqin səkkizinci oğlunuz doğulmayıb hələ. 


 
368 
-
O niyə bacıqızı?  
-
Hanı kəndiniz köçməyib yerindən. 
-
Köçürürlər bizi bacıqızı? 
-
Bəs  özünüz  demirdiniz  səkkizinci  oğlunuz  olsa 
köçürəcək  onlar  kəndinizi?  Qaçıb  dağılışacaq  əllərindən  kənd 
camaatı? 
-
Bacıqızı  köçməyiblərsə  də  pis  abırdadı  camaat.  Üzə 
vurmurlar  deyirlər  Nüşürün  gədələri  eləyib,  neyləyək  duraq 
qoşulaq onlara? Qonum qonşularımız amma köçüb dağışılıblar 
bacıqızı,  qoyunlarımızı  gündə  birinin  həyətinə  salıb  otarırıq. 
Boş qalmış həyətlərdi, yiyəsi yox, zadı yox. 
-
Bəs mollanızın duası kar eləmədi qızınız olmağa? 
-
Elə  mollanın  duası  pozdu  işimizi  qızım.  Biz  qız 
istəmişdik,  o  oğlan  yazmışdı.  Apardıq  pozdurub  qız  yazdıraq, 
dedi tay olmaz, zakazı verilib. 
-
Sürəyyanı uğunmaq tutdu. Di gəl Nüşür dayısı elə ciddi, 
elə gerçək danışırdı üzünün əti də tərpəşmirdi. 
-
Doqquzuncunun  duasını  yazdımağa  yaf  özüm  getdim 
bacıqızı.  Araqdan  kəsib  beş  manat  apardım  mollaya.  Dedim 
bax ha, qız yaz, qız. Biz oğlan istəmirik, oğlumuz çoxdu, istə-
yirik  birdə  bir  qızımız  olsun.  Duanı  yazdırıb  sevincək  gətirib 
verdim  arvada.  Gədə  oxuyub  dedi  yenə  oğlan  yazıb  molla. 
Istədim gedib köpəyoğlunu salam ruçkanın altına, gədəm qoy-
madı. Dedi mollada günah  yoxdur, dua düzəldən heylə düzəl-
dib.  Qıza  dua  yoxdur.  O  da  yazıq,  kitabda  nə  yazılıb  üzünü 
köçürür. Ağlıma batdı, gördüm düz deyir gədə. 
-
Oğlunuz barı, oldumu yenə? 
-
Yaman  kəsərli  yazırmış  bacıqızı,  doqquzuncu  oğlumuz 
oldu. Tay ondan sonra dua yazdırmağa krest qoyduq. 
-
Demək indi düz doqquz oğlunuz var! 
-
Birini sayma qızım, biri molladı. 
-
Səkkiz olsun. 
-
Birini də çıx bacıqızı, biri də müəllimdi. 
-
Vay, o niyə? Yaxşı, onu da çıxdım. Qaldı yeddi. 


 
369 
-
Biri də sezona gedib qızım, onu da çıx. 
-
Altı olsun. 
-Yox b
acıqızı  beş  hesab  elə.  Biri  də  Burun  Əlinin  qızın 
alıb. 
-
Noolar alanda ay Nüşür dayı? 
-
Paho qızım, o Burun Əli bostanda bitən azarotu kimi bir 
şeydi,  hansı  tağa  dolaşdı,  o  tağı  kökündən  çıxarıb  atmasan 
bütün  bostanı  götürəcək,  zay  eləyəcək.  Hələ  bacıqızı  o  yerdə 
qalan beş oğluma da qorxu var. 
-Vay, vay
! Onlara niyə?  
-
Burun Əlinin də hələ geridə beş qızı var bacıqızı. 
-
Bay, bay! Böyük təhlükədi doğrudan! 
-
Amma mən də bilirəm neyləyəcəm qızım. Beş oğlumun 
hamısını şofer eləyəcəm. 
-
O niyə Nüşür dayı? 
-
Şoferi aldadmaq olmaz bacıqızı. Yaf Burun Əlinin qızları 
olmaya, kim ola aldada bilməz şoferi. 
-
Ağıllı fikirdi dayı. 
-
Bacıqızı  deyirəm  bu  Orxan  həkimin  də  yamanca  baxtı 
varmış. 
-
O nəyə görə dayı? 
-
Gör işə bax, qızım, arada elə bil priboy işləyib Əli, dörd 
iri  qızı    məktəbi  qurtarıb  gediblər  ərə,  beşinci  qızı  da  hələ 
onillikdə oxuyur, həkimi tutan deyil. Məktəbi qurtarmış olsaydı 
sədrə-zada  baxan  deyillərdi,  indi  çoxdan  gəlib  sehrləmişdi 
həkimi. 
-
Yəni heylə ovsunçudu onlar? 
-
Paho,  ilanı  yuvasından  çıxarırlar  bacıqızı.  Deyirəm  ay 
Məmmədalı kişi, qoyun pis-yaxşı alaq bu sədrin qızını həkimə, 
vallah bu il qurtarır Burun Əlinin qızı onilliyi, hardan olsa, nə 
təhər olsa gəlib ilişəcək həkimə, alacaq bajoğlunuzu əlinizdən. 
Ha deyirəm başlarına batmır. Başları var, bata? 
"
Ondan arxayın ol Nüşür dayı, Orxan həkimi ovsunlayan 
elə  ovsunlamayıb,  Burun  Əlinin  qızı  yox  e,  lap  fələyin  qızı 


 
370 
gəlsə  çıxara  bilə  bu  ovsundan.  Sən  öz  oğlanlarının  qayğısına 
qal!  Amma  çox  sağ  ol  ki,  güldürüb  yamanca  açdın  eynimi. 
Sağlıq  olsun  havax  qonaq  gəlsən  əmizadənə,  sənə  olmazın 
hörmət etmək borc olsun mənə!" 
Ağappaq  xanım  yeləvimiş  gəlib  hay-küylə  Nüşür 
dayısının üstünü aldı. 
-
Ay Nüşür kişi, nə tutmusan qızı söhbətə,biz də ürəyimizi 
yemişik görən necə oldu? Incidi yoxsa, qəlbinə dəyib küsdürən 
eləyən  oldu?  Qayıdıb  getdi  elə?  Bayaqdan  axtarıram  vallah, 
dəli-divanə olmuşam! 
-
Özü  tutub  məni  söhbətə  Natella  xanım.  Elə  deyil 
bacıqızı?  
-
Nüşür dayını düz on il idi görməmişdim... 
-
Gəl bəri Sürəyya, səni tələb eləyirlər məclisdə. 
Nüşür dayısı nəsə şəkləndi Natellanın sözündən. Gözləri 
ağarmış,  bir  sual  işarəsinə  dönmüş  kimi  Natellaya  dikildi. 
Natellaya  Sürəyyanın  yanında  bir  söz  deyə  bilməyib  amma 
işarəylə  göz-qaş  eləməyindən  də  qalmadı.  Nüşür  kişi  arif 
adamdı önə yeriyib Sürəyyanın əlindən tutdu: 
-
Bacıqızı  bu,  on  il  qabaq  ilk  dəfə  səni  görəndə  mənim 
nıtqıma gəlib. Xoş gəlmisən bacıqızı, oğlanlarımın canna bu on 
oldə unutmamışam səni... 
"
Sağ ol Nüşür dayı. Amma dayan burda, tərpətmə məni. 
Indicə açıb eynimi təzələmişdin, güldürüb-sevindirib açmışdın 
könlümü.  Ciddiləşdirib  yenidən  odlama  məni,  çılğın  duyğular 
içinə  itələmə  məni.  Bu  dinməz  gülüşüm  bu  məmnun  baxışım 
ərməğan olsun sənə, Nüşür dayı! Ürəyim elə titrəyir, başım elə 
gicəllənir, qorxuram heç əmizadənizin bu alçacıq eyvanına çıxa 
bilməyəm, gedə bilməyəm. Natellanın göz-qaş eləməsinə baxıb 
bundan  artıq  utandırmağa  keçmə  məni.  Axı  sən  arif  adamsan 
dayı, gərək anlayasan baxışlarımdakı təmənnanı!" 
Sağ olsun Nüşür dayısı da. Anladı dərhal Sürəyyanı, artıq 
bir söz deməyib şirin baxışlarıyla yola saldı onları, içinə biclik 
qarışmış incə bir gülüşlə yola saldı. 


 
371 
Natella onu əvvəlcə şüşəbəndin küncünə çəkdi: 
-
Mən  ona  deyəndə  ki,  vəziyyət  necədi,  siftə  inanmadı. 
Sonra sən dediklərini başdan danışdım. Kəbin-zad haqqında da 
dedim. Qaldı naçar. Heç demə onun öz işi də pozulubmuş. Kim 
nə deyir desin, xoşbəxtlik adamın alnına yazılıdımı, heç yerdən 
gələcək  ona.  Xoşbəxt  olun  bacım.  Bilsən  nə  yaxşı  adamdı 
Orxan! Özü də çox yazıqdı, boyevoy deyil. Çəkdiyini ürəyində 
çəkəndi,  üzə  vuran  deyil.  Heç  bilirsən  səni  nə  qədər 
axtarmışıq?! Məndən başqa bir adama deməmişdi sirrini. 
-
Natella, bəs məni neylərlər orda? 
-
Orxanın Adil adında bir qardaşlığı var, bizimlə oxuyub, 
indi  tamadalıq  eləyir  məclisdə.  Dirənib  gərək  gəlin  gələ,  ona 
sözüm  var.  Orxan  da  mənə  işarə  eləyib  dedi  get  Sürəyyanı 
gətir. 
-
Demək, mən bir gəlin kimi getməliyəm ora? 
-
Noolacaq ay qız, biz hamımız belə olmamışıq? 
-
Olmaz o Adil dediyiniz gələ burda deyə sözünü? 
Natellanı  gülmək  götürdü.  Sürəyyanın  bir  sual  işarəsi 
kimi  açılmış  donuq,  ciddi,  təəccüblü  baxışlarına  toxunduqca 
gülüş apardı Natellanı. 
-
Ay  qız,  sağlıq  deyəcək  e,  söz  nədi?  Gərək  camaatım 
içində deyilə sağlıq, hamı da eşidə! 
-
Mən eşitməsəm olmaz? 
-
Sən gir içəri, istəmirsən heç eşitmə. 
-
Nə təhər eşitməyim, qulaqlarımı kəsim atım? 

Qəribədi,  burda  nə  var  axı  Natella  belə  uğunub  keçir. 
Onun  ürəyi  az  qalır  yerindən  çıxa,  bu  məclisə  girmək,  orda 
tanıyıb  bilmədiyi  adamlar  qarşısında  titrəmək  əzabından  az 
qalır  partlaya,  amma  bu  ağappaq  gəlinin  dünya  vecinə  deyil. 
Uğunub gedir belə”. 
-
Vay məzən olsun qız,... dayan bir. Bax, saçların qoy belə 
sallansın  döşün  üstündə.  Vallah  bir  tamaşasan  Sürəyya!  Az 
qalıram  basam  yeyəm  elə  səni.Utanıb  eləmə,  gəl  bəri. 
Oturassan yanımda. Nədən utanırsan e, adamdılar də!  


 
372 
Sürəyyanın ürəyi şiddətlə döyünürdü. 
Həyəcanı  qanadlarına  alıb  harasa  aparmaqdaydı  onu, 
naməlum bir gələcəyə, lakin uğurlu, xoşbəxt bir taleyə aparırdı. 
Bu  ağappaq  gəlin  də  elə  bil  bir  zümrüd  quşuydu,  bir 
məleykəydi,  əlindən  tutub  bir  səadət  qapısından  içəri  salmaq 
istəyirdi. 
İçəri  girib  otuza  yaxın  zəhmli,  ziyalı,  geyim-keçimli 
adamın  projektor  baxışlarına  düşdü.  Lakin  bu  baxışlar  şəhərli 
bacıların  baxışları  kimi  soyunduran,  dəyərləndirən,  qiymət 
qoyan  deyildilər.  Bu  baxışlar  Sürəyyanı  buz  kimi  soyutmaq 
deyil, bir od içinə salıb yandırırdı, qurudurdu, gipsə salırdı.Bu 
baxışların  gətirdiyi  utancaqlıq  qollarını,  qıçlarını  qurudub bir 
taxtaya çevirirdi. 
-
Ay Adil, gəlin, gəlin, bu da gəlin, tay sözün yoxdu ki? 
-Adil bir dayan. Bura bax, Natella, çox özünü öyüb 
deyirdin dünyada sənin kimi gözəl olmaz. Bu gəlin axı, deyəsən 
göyçəkdi səndən? 
-
Yaxşı olub! O da bizimdi. 
Natella o
nu  aparıb  bu  sözləri  deyən  adamın  yanında 
oturtduqda  Sürəyya  anladı  ki,  bu  pəhləvan  gövdəli  adam 
Natellanın  həyat  yoldaşıymış.  Natella  Sürəyyanın  sıxıldığını 
görüb onu bir kürsü bu yana keçirərək pəhlıvanın yanında özü 
əyləşdi. 
-
Bəs niyə  qara geyindirmisiniz gəlini? 
Deyəsən  Natella  pərt  oldu  bu  atmacadan,  qıvrıxdı, 
qurcalandı böyründə: düz sözə nə desin Natella? 
-
Bu  bir  eyib  deyil  Fəridə.-  deyə  tamada  Natellanı  pis 
vəziyyətdən qurtardı. Gəlinimizə söz-söhbət  yoxdu.  Iqor məni 
bağışlasın,  burdan  beləsini  Azərbaycanca  deyəcəm...  Mən  elə 
bilirdim  Orxanın  sevdiyi  necə  olmalıdır.  Bu  zövqünə  görə  də 
çox sağ ol qardaşım! Əsil Azərbaycan gözəli seçmisən. Sənin 
bu  gözəl  gəlininin  bu  bir  cüt  saçlarını  bütün  dünya  gğzəl-
liklərinə dəyişmərəm!... Dinlə məni, Azərbayvan gözəli, gör nə 
deyirəm  sənə.  Bu  məclisdə  Leninqraddan,  Bakıdan,  sizin  öz 


 
373 
rayonunuzdan 
adlı-sanlı,hörmətli 
yoldaşlar 
əyləşiblər. 
Hamısının  da  arzusu  birdir:  Orxanı  xoşbəxt  görmək,  arzuya 
çatmış  görmək.  Siz  Orxanın  xoşbəxtliyi,səadətisiniz.  Ancaq 
bəlkə  də  biz  onu  tanıdığımız  kimi  siz  tanımırsınız.  Bax,  bu 
məclisdə əyləşmiş bütün adamlar bir qardaş bilir Orxanı özünə. 
Şəxsən mən, Orxan üçün lazım gəlsə canımdan keçərəm. O da 
keçər mənmçün. Amma gəl, agah ol, onun da bir çox çatmayan 
cəhətləri  olacaq.  Gərək  onun  bu  çatmayan  cəhətlərinin  yerini 
sən  doldurasan.    Bax,  mal-pul  qədri  bilən  deyil,ev-eşik, 
təsərrüfat nə şeydi, qanmaz. Gərək bu işləri özün əlinə alasan, 
ona arxayın olmayasan. Sənətin nədir bacım?... 
-Dil-
ədəbiyyat müəlliməsidi.- Natella cavab verdi. 
-O d
a  əla!  Mənə  desəydilər,  Azərbaycan  gözəli  adlandı-
rılacaq bir qızın sənətini seç, heç fikirləşmədən deyərdim: ana 
dili və ədəbiyyatı müəlliməsi olmalıdır! Xalqımızın bədii-tarixi 
zövqü, ruhu olmalıdır onda. Sən Azərbaycan gözəlisən bacım, 
içirəm  sənin  bu  günkü  xoşbəxtliyin,  səadətin  sağlığına!...  İçin 
badələrinizi  dostlar,  qardaşlıq,  dostluq,  səadət,  sülh  naminə! 
Əziz qardaşımız Orxanın bir Azərbaycan gözəliylə qurduğu bu 
gözəl ailə həyatının sağlığına!... 
Sonra bir-
bir söz alıb sağlıq düyilməyə başlandı. Adildən 
sonra hamı rus dilində danışırdı. Birdən Sürəyya başını qaldırıb 
Orxanın  şən,  məsud,  xoşbəxt  gülüşüylə  qarşılaşdı.  Tamada, 
məclis,  otuz  adamın  bayaqki  zəhmi  qeybə  çəkildi,  dodaqları 
qaç
ıb  o  da  gülümsündü:  yar  gülüşü  göndərdi  Kamala. Bir 
atraksiyon f
ırlancağına  çevrildi  məclis,  bir  əfsanəyə,  bir 
möcüzəyə  döndü  dünya.  Bir  sehr  aləmiydi  bu,  sehr  aləminə 
düşmüşdülər, o da, Kamal da. Yüz ömür  yaşasalar da bundan 
sonra,  açılıb  ayrıla  bilməyəcəkdilər  bu  sehrdən  sehr 
aləmindən... 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin