***** ****** ******
Sürəyya institutu bitirib öz kəndlərində dil-ədəbiyyat
müəlliməsi işləyirdi. Indi mühit dəyişilmişdi, ab-hava, gedişat,
insanlar dəyişilmişdi. Böyük bir şəhərin yaraşıqlı küçələri,
bağları, parkları, onu ağuşuna alıb aparan o nəhəng insan
axınları yox idi ətrafında. Bu insan dənizi içində necə də
dəyərsiz, əhəmiyyətsiz, əzilmiş varlıq hesab edərdi özünü. Özü
öz gözündən düşərdi küçələrdəki bu sonsuz insan axıntısını
görüncə, məzmunsuzlaşar, kiçilər, xırdaşalardı. Görünür bir
kənd mühitində böyüdüyündəndi bu duyğu onda. Indi doğma
kəndlərinə qayıdıb gəlmişdi, hər tərəfdən ilıq bir qayğıyla
bülənmişdi, qohum-qardaşlarla, dost-tanışlarla, ata, ana, qardaş
qayğılarğyla çəpərlənmişdi. Bu qayğı çəpəri içində nazlana-
nazlana, süsənlənə-süsənlənə günlər keçirməkdəydi.
Kənd özü dəyişmişdi indi. Həmzə kişi nəhayət direktoru
kənddən qovdurub onun yerinə baş zootexniki direktor tə”yin
etdirə bilmişdi; yeni direktor da Həmzə kişini sovet sədrliyinə
tələb edib onunla gənəşikli işləyirdi. Kənd camaatının üstündən
elə bil ağır bir yük götürülmüşdü, elə bil bir qara yas
sovuşmuşdu başlarından. Hamı da buna görə duaçıydı Həmzə
kişiyə. Camaatın gözündə indi o əsl bir el atasına çevrilmişdi.
Gələndə hamı ayağa qalxırdı, hörmətlə yer göstərilirdi başdan.
O gələn yerdə bir qan işi olsa keçirdilər o qandan.
Sürəyyaya münasibət də kökündən dəyişilmişdi. Indi
hamı ona yaranmaq, xoş gəlmək istəyirdi. Kəndin özündən
deyən cavanları altdan-üstdən şux geyinib məktəbə gəlir, onun
gözlri qarşısından tez-tez o tərəf, bu tərəfə keçirdilər bəlkə
gördü Sürəyya, görüb də bir nəzər salmaq istədi. Bir xoş
təbəssüm göstərdi, bir xoş söz dedi bu cavana.
Bir vaxt ondan çəkinib hətta baxmağa da bir ehtiyac
duymayan o institut tələbələri indi institutu qurtardıqdan sonra
han
sı subaydısa Sürəyyanın böyür-başında fır-fır fırlanırdılar.
Bir də görürdün budur flankəsin aspiranturada oxuyan oğlu
yanında da üç-dörd özü kimi cavan, çiyinləri qalxa-qalxa
208
məktəbə sarı üz tutub gəlməkdədilər. Baxışından, duruşundan,
ye
rişindən anlayırdı Sürəyya tamırlarını, di gəl coşqunca bir
ikrah hisssi oyanırdı onlara qarşı ürəyində. Bir vaxtlar Sürəyya
gözlərini çəkmədiyi bu sarışın oğlandan bir anicə baxış, bir xoş
təbəssüm gözləyə-gözləyə yanırdı, bir baş qaldırıb ona sarı belə
də baxmırdı haman bu aspirant oğlan. Indi necə quzu kimi duza
yüyürür, necə boynu bükük, yazıq olub, utancaq olub onun
yanında, belə incələ-incələ, saya-saya dayanıb. Gözlərini çəkə
bilmir Sürəyyadan, başqalarıyla söhbət etsə də, fikri-zikri
Sürəyyanın yanındadı. Belə də baxmaz Sürəyya ona, bir qaloş
da hesab etməz onu ayağına geyinməyə. Nə danışığından
qalacaq onun yanında, nə gülüşündəm, nə ədasından qalacaq,
bu saymazlığıyla, bu adam hesab eləməzliyilə öldürəcək
mə”nən onu, yeri gəlsə hələ bir qüsurunu deyib iti qovan kimi
qovacaqdı burdan. Heysiyatına toxunacaq, mənəviyyatca
öldürəcəkdi onu! Eləyirdi də düşündüklərini.
Burada yenə Cəmilə deyirdilər ona. Təkcə sənədatda,
yaz
ılışda Sürəyya gedirdi. Ailədə qonum-qonşuda, camaat
arasında yenə Cəmilə deyə çağırırdılar. Indi Sürəyya adı özünə
də bir qədər qərib kimi, yad kimi görünürdü. Yavaş-yavaş
unutmadaydı ürəyində bir vay böcəyi fırına dönmüş Sürəyya
dərdini. Yadırmadaydı gələ-gələ. Sürəyyadan ona qalan bir bu
fır idi ürəyinin gizlin bir küncündə yumrulanmış, bir üçdüymə
ya
şıl kapot idi vüsal həsrətli, camadan küncünə atılmış, bir
kolxozçu qız geyimiydi düyünçə bağlanıb sandıq dibinə
bas
ılmış:üstü pışpışalı jaket-yubka, içi pambıq qalıqlı fartuk,
üçü bir bağlancaqda. Bir də hər gün məktəbə güyib getdiyi
paltarlarının qara rəngiydi Sürəyyadan qalmış, birisi solub
köhnəldikcə bir başqasını tikdirdiyi. Bir də ürəkdən sevinib
gülə bilməmək aşısı qalmışdı Sürəyyadan. Ürəkdən sevinib
hamı kimi şad ola blmirdi qız, həzincə bir qəm çaları duyulurdu
hər gülüşündə, sevincində, solğunca bir iztirab, kədər izi
duyulurdu.
209
Nəhayət qapılarına glən elçiləri sinirli bir şəkildə
dəlicəsinə qovmaq, rədd etmək adəti Sürəyyadandı. Nə ana
yal
varışına baxırdı, nə ata baxışından, zəhmindən qıypınıb
çəkinirdi, nə qohum əqraba təbliğatına uyurdu. Qeyd-şərtsiz
rədd eləməkdəydi elçiləri bir-birinin ardınca. Heç kəs baş aça
bilmirdi qızdan, anlayıb dərk edə bilmirdilər məramını, istəyini.
Dilə tutub öyrənə də bilmirdilər, ala da bilmirdilər bir söz.
Hətta sirrinin yeganə şahidi Nırgiz belə anlayıb baş aça
bilmirdi bacılığından. Nərgiz ərə getmişdi. Bu gün sabah ana
olub analara qoşulacaqdı. “dəlisən vallah- deyirdi Nərgiz-
itirmisən ağlını, huşunu. Cəmi üç gün görüb itirdiyin yad
oğlundan ötrü illərcən iztirablar çəkirsən, qəm yeyirsən. Indi o
çoxdan unudub
səni, çoxdan yadından çıxarıb, evlənib, ailə-
uşaq sahibi olub. Bir belə dərdindən ölən var, qapınıza elçiliyə
gəlib yalvaran var, bəyənib getmirsən birinə. Neyləyəcəksən?
Elə belə qız qalıb qarıyacaqsan? Ağlını başına yığ Sürəyya, bir
gələcəyini fikirləş. Axı qız uşağısan sən, oğlan ha deyilsən30-
35 yaşına kimi subay qalıb sonra evlənəsən!” Bu söhbət
Sürəyyagildə olmasaydı dalaşardı Nərgizlə, küsüb üzünə də
baxmazdı. Amma öz evləriydi deyə dinməyib ürəyində
inciyirdi bacılığından. Indi budur bir aydan da artıqdı getmirdi
onlara, göndərdiyi maşını da təpəsi üstə geri qaytarırdı bom-
boş. Özü ağır ayaqlıydı Nərgiz, gələ bilmirdi özü. Yəqin indi
darıxdığından ölürdü, üzülürdü Nərgiz.
Kənddə ona təkcə Sürəyya qəmini yada salmayıb unut-
maq lazım idi. Onu da məktəbdə şagirdlər arasında olmaqla
hasilə gətirirdi. Elə sevirdi uşaqlar onu, elə çox istəyirdilər
sinifə girib dərsə başlayınca gözlərini zilləyib, nəfəslərini
içlərinə çəkib tamaşa edirdilər ona. Boyuna-buxununa
gözəlliyinə, yaraşığına, uyuşuna. Qoşaca sallanmış hörüklərinə,
incə bədəninə şux yaraşan qara donuna, sinfi lətafətə mindirmiş
məlahətli səsinə. Elə qapılırdı uşaqlar ona, dünyada hər şeyi
unudurdular sinifdə. Duyurdu Sürəyya, duyub da xilas olmaq
istəyirdi bu günahsız uşaq vurğunluğundan, yeri-yurdu
210
bilinməyən bu dilsiz uşaq məhəbbətindən, göz sevgisindən.
Biliyi, qabiliyyəti, savadı ilə qazanmaq istəyirdi bu məhəbbəti.
Bununçun da evdə çox ciddi hazırlaşırdı dərslərinə. Instutda nə
qazanmışdı ki? Nə öyrənmişdi instutda? İndi evlərində, kənddə
oxuyu
b öyrənirdi hr şeyi. Şagirdlərdə doğma ana dillərinə,
ədəbiyyata coşğunca bir maraq oyatmışdı. Hamı görüb təsdiq
eləməkdəydi bunu: pedaqoji şuralarda direktor, dərs hissə
müdiri danışırdı ondan, valideyinlər yığıncağında ayrı-ayrı
valideyinlər danışırdı, bütün camaat danışırdı.
Dərs demək, dərsə hazırlaşmaq, dəftər yoxlamaq, məktəb
xırdaçılıqları getdikcə daha artıq bir şəkildə başını qatıb hər
şeyi unutdurmaqdaydı Sürəyyaya. Elə bil dəli bir dünyadan
qopub ayrılmaqdaydı, elə bil çılğın bir iztirabdan xilas olmaq-
daydı. Təkcə bazar günləri gələndə gəlirdi iztirabları. Heç bir
işi olmasa da mütləq bazar günləri şəhərə yollanardı. Axı
Kamal da öz rayonlarından idi, təsadüfən görə bilərdi Kamalı
şəhərdə. Kamal görə bilərdi onu küçədən keçdiyi yerdə. Gözləri
elə axtarardı Sürəyyanın, baxışlarından bir axtarış görəvi
suallanardı.
Belə bir bazar günündə şəhərdə gəzərkən Nərgizin
qohum
larından.biri onu görüb muştuluqladı: oğlu olmuşdu
Nərgizin. 17 manatlıq bir uşaq büləncəkləri dəsti alıb
bacılığının görüşünə getdi. Nərgiz üç gün buraxmadı onu
yanından. Atasını kəndə göndırib dərslərindən üç gün icazə
aldıdı ona. Nərgiz anlamışdı bacılığının keçən dəfəki söh-
bətlərindən dəyindiyini. Onunçun da Sürəyya balaca göygözə
qulluq elədikcə içindən qovrulub yanırdı gənc ana. Sürəyyanın
balaca körpəyə necə şirin yanaşmasına, sevib oynatmasına
baxıb qəm gətirirdi Nərgiz. Dayana bilməyib ağladı son ucu.
Bacılığının baxtına, taleinə, uğursuz məhəbbətinə ağladı.
Kirimək bilmirdi Nərgiz, için-için sızıldayırdı, pırıl-pırıl
a
ğlayırdı. Elə bil öz dərdiydi belə ağladan onu, özgə dərdi
deyildi heç.
Sürəyya isə hey gülümsünürdü bacılığı belə
ağladıqca, ovundurub kiritməyə çalışırdı bacılığını. Guya onun
211
dərdi deyilmiş. Nərgizi belə hönkürdən, ağladan, nəsə yad bir
dərd imiş, özgələrə aid bir qəm imiş. Axırda dayana bilməyib
açıldı Sürəyya, bacılığını ovundurub kiridə bilməkçin qəlbinin
daha bir sirrini açdı ona: ağlamasın Nərgiz, yaş tökməsin belə.
Dördcə ili qalıb onun da, nə qalıb ki? Bir də belə baxacaqsan bu
dörd il də gəlib keçdi. Öz-özünə and içib, on il gözləyəcək
Kamalı, bu on il tamam olmayınca bir kimsəyə ərə getmə-
yəcəkdi. İndi bax, söz verir bacılığına, bu on il tamam olan
günün sabahısı kim gəlsə onların qapısına elçiliyə, Nərgizin bu
balaca göygözünün can
ı üçün keçəl də olsa, qoca-qoltax da olsa
o adam, elçilərini rədd etməyəcək Sürəyya, o adama da ərə
gedəcəkdi. Kirisin Nərgiz, insanın düz danışdığına, düz
dediyinə, uşağın canına yalandanmı and içir? Fəqət gözləyəcək
bu dörd ili! Ürəyinin harasındasa belə bir duyğu var ki, tapacaq
bu dörd il içində Kamalı, tapıb da qovuşacaq öz sevgisiylə lap
bu dörd ilin son günündə olsa, belə tapışacaqdı Kamalıyla.
“görərsən indi Nərgiz, bir yaşa gör noolacaq! Olacaq bu
dediyim, yoxsa olmayacaq? Olacaq vallah, Nırgiz olacaq bu!
Ürəyimə ayar olub Nərgiz, tapacağıq bir gün bir-birimizi.
Yoxsa bu dünya bur dünya olmaz Nərgiz, bir mə.”na, bir
məntiq olmaz yoxsa bu dünyada!”
Dostları ilə paylaş: |