Şahlar həSƏNOĞLU


*****              ******             *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə37/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   33   34   35   36   37   38   39   40   ...   65
2016-2403

 
*****              ******             ***** 
 
Sürəyya  xatirat  dəftərçəsinin  birini  doldurub  ikincisinə 
başlamışdı.  Ənənəvi  bir  qız  xatirat  dəftərçəsiydi  bu.  Üstündə 
gül  və  yarpaqlar  çəkili,  ürək  və  ürəyə  sancılmış  ox  şəkli,  iç 
qabığında, bir tərəfində hind filmlərindən götürülmüş oğlan və 
qız şəkilləri yapışdırılı, ortasında "xatirat dəftərçəsi" yazılı. İlk 
səhifəsinin  ilk  sətrinin  birinci  baş  hərfi  həndəsi  fiqur  kimi 
çəkili, bəzənikli. 
 
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq: 
 
Gedişinə sınıb qolum, 
S
ınıb sağım, sınıb solum, 
Gəlişinə qurban olum, 
Məni məndən edən yarım! 
 
Bir kəs bilməz nədir dərdim, 
Köynək yuyub çölə sərdim, 
Ürəyimi sənə verdim, 
Ürəyimlə gedən yarım! 
 
Bir yada sal Sürəyyanı,  
Təkcə sənsən and-amanı, 
Sən Kamalın əziz canı  
İncimisən məndən, yarım? 
 
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq: 
 


 
185 
Vaxts
ız gəlib payızım, 
Köksümdə solub ürək. 
Dünya gözümdən düşüb 
Bir damla göz yaşıtək... 
 
Hans
ı çəmənə vardım, 
Çiçəyi, gülü solğun. 
Səni kimdən soruşum 
Ham
ının dili solğun... 
 
Yollar əlim kimi boş, 
Buludlar daşdan ağır, 
Yaşar yaz yağışlarl— 
Sənin həsrətin yağır. 
 
Nə yetəsi arzum var 
Nə gedəsi bir yerim, 
Yoxlu
ğuna açılır 
Gözüyaşlı səhərim. 
 
Səni əlimdən alıb 
Günəşi gündüzümdən. 
Dünya gözümdən düşüb, 
Düşmüşəm öz gözümdən!.. (S.R.) 
 
Sürəyyanın gördüyü qəmli bir yuxuda oxuduğu niskilli mahnı: 
 
Bir bülbüləm, sinəsindən yaralı, 
Bir sünbüləm, zəmisindən aralı. 
Külək əsər, yağış yağar, çovğun başlar, qar düşər, 
Səhər ötər, axşam olar, ürəyimə yar düşər. 
 
 
 


 
186 
Bir çiç
əyəm gövdəsindən üzülmüş, 
Bir ləçəyəm, yellər, yollar düzülmüş. 
Duman gələr, çiskin gələr, dağ başına çən düçər, 
Aylar keçər, illər ötər, saçlarıma dən düşər. 
 
Bir səhərəm bulud almış üstünü, 
Bir şəhərəm düşmən qırmış büstünü. 
Yan
ğın başlar, alov başlar, 
Novra
ğına od düşər, 
Düman gələr, qılınc çəkər, torpağına yad düşər. 
 
 
****             ****            *** 
 
Sonuncu kursda oxudu
ğu bir bahar çağında, günəşin ilıq 
nəfəsinin  qanını  istiləndirib  coşdurduğu,  dirçəlib  qalxmaqda, 
tumurcuqlar içindən açılıb süsənlənməkdə olan canlı təbiət onu 
öz  yaşıl  ağuşuna  alıb,  ruhunu  oxşayıb  oyandırdığı,  bahar 
yellərinin  saçlarını  üzünə  töküb,  hörüklərini  belinə-buxununa 
çırpıb,  sinirlərini  titrətdiyi  bir  Aprel  günündə  bu  bahar 
duyğularının  çılğın  fitnəsi  ilə  Sürəyya  xatirat  dəftərçəsini 
yazmağı  dayandırıb  onu  çamadanının  lap  alt  bir  guşəsində 
gizləyərək unutmağa qayələndi. Suçlu– şübhəli duyğular əlində 
çabalamağa  başladı:  bu  nə  iztirabdı  çəkir  belə?  Bu  nə  bəladı, 
mübtəla  olub  ona?  Vur  tut  üç  günün  işində  gördüyü,  hər 
görəndə  5-10  dəqiqə  söhbət  edib  danışdığı,  deyiş-qoyuş  edib 
bir əhd-peyman qılmadığı, doğru-düzgün bir könül verib ilqar 
bağlamadığı  tanınmaz-bilinməz  bir  yad  oğlundan  ötrü  bu  nə 
cəfadı  cəkir  belə?  Vallah  öz  ağılsızlığı  üzündəndi  bunlar 
hamısı.  Böyük  bir  institutun  handa  özündən  deyən, 
gözəgörükən, sayılan oğlanı varsa dəli-divanədilər ondan ötrü, 
bir  “günəbaxan”dılar  nitqləri  qurumuş.  Seçmə-seçmə,  bazlı-
b
urutlu oğlanlar. Bu dörd ildə hələ biri bir xoş baxış, bir incə 
təbəssüm  ala  bilməyib  ondan.  Elə  buna  görə  də  hamısı 


 
187 
“günəbaxan”a dönüblər belə. Əgər onlardan birinə könül verıb 
bağlanmış  olsaydı,  o  birilərinin  də  gözü  yığılardı.  Deyərdilər 
tay  bu  qız  da  bağlanıb  mehr  saldı  birisinə,  özümə  ayrı  qız 
axtarım.  Nə  qədər  də  onlar  bunu  görmürlər,  şahidi  olmurlar, 
ümidlərini  üzməyəcəklər  də  ondan.  Elə  “günəbaxan”  olub 
qalacaqlar  ondan  ötrü.  Ürəklərində  gizli  bir  duyğu,  sarı  bir 
ümid yanacaq: bəlkə elə mənə bənd olacaq qız, bəlkə elə axırda 
mən  ram  edəcəyəm  onun  qəlbini?  Bir  “günəbaxan”ın  ona 
yaxınlaşıb  söz  deyə  bilmədiyi,  bir  kəsə  o  yaxınlaşıb  bir  mehr 
göstərmədiyi  halda  dönüb  hamının  umud  yeri  olubdu!  Nə 
vaxtacan sürüb gedəcək bu? Bir il sonra kəndə qayıdıb hər cür 
azadlığı  əlindən  gedəcək,  bir  adamla  istəsə  belə  söhbət  edə 
bilməyəcək,  hər  yan  tanışla,  qohum-qonşuyla  dolu  olacaq. 
Bəlkə  elə  bu  sonuncu  kursda  bir  cavan  bəyənib  qurtarsın  bu 
xəyali  mexanizator  oğlanın  felindən,  sehrindən?  Hər  çeşiddə, 
hər  zövqdə  “günəbaxan”lar  var  institutda.  Niyə  bəyənib  də 
seçməsin  onlardan  birini?  Bu  allı-güllü  bahar  çağında,  bu 
gəzməli-yaşamalı  şəhər  mühitində,  bu  zövq-səfa  məskənində, 
azadlıq diyarında! Qardaş yox qorxasan, ata yox utanasan, ana-
bacı  yox  çəkinəsən,  tanış-biliş  yox  ehtiyat  edəsən  sözdən-
söhbətdən, qiybətdən! 
Unudacaqd
ı  Sürəyya  unuda  bilmədiyini,  yadırqayacaqdı, 
qəlbinin  kar-kor  guşələrinə  atıb  üstünü  ağlının,  düşüncəsinin 
dəmir  zirehi  ilə  sporlaşdıracaqdı,  seçib  o  “günəbaxan”lardan 
birisini  yaxına  buraxacaq,  sonra  da  öyrəşib  uyuşacaqdı,  bəlkə 
də lap sevəcəkdi elə, bir könüldən min könülə vurulacaqdə lap? 
Nəcibənin  böyür  başında  hərlənən  o  tarıxçı  oğlan pis 
oğlandı məgər? Uca boylu, çatma qaşlı, topa bığlı, nəcib üzlü! 
Bir  ildi  Nəcibənin  ardınca  sürünür,  qulluğunda  durur. 
Nəcibədənmi  ötürüdü  bu,  ya  elə  başqa  istəyi  var  oğlanın? 
Duyub  anlamırmı  Sürəyya,  kordumu,  görmürmü?  Oğlanın 
Nəcibəyə  belə  qulluq  göstərib  qılıqlanmağı  Sürəyyadan  ötrü 
deyildimi? Yazıq Nəcibə neçə dəfə özünü toplayıb söz demək 
istəyib  ona,  deyə  bilməyib  qorxusundan,  Sürəyyanın  qəzəbli 


 
188 
baxışından, nifrətindən qorxub elə hey bu yerlisi tarixçi oğlanı 
tərifləməkdədi  yanında:  “Atası  rayonda  prokuror  işləyir,  belə 
evləri- eşikləri, maşınları var, Elçin də məktəbi qurtarıb sistem 
işçisi olacaq, gedib milis akademiyasında oxuyacaq! “ Sürəyya 
üçün  əhəmiyyətsizdi  bu  söhbətlər.  Nəcibə  də  görürdü  havayı 
yerə  çənə  yorur,  düzələn  iş  deyil,  ancaq  oğlanın  xatirinə 
danışrdı  hey.  Yazıq  Nəcibə,  bu  tərifləri,  öymələriylə  yerlisini 
Sürəyya  gözündə  bir  çimdik  də  qaldıra  bilmıyib  qayıdıb  özü 
mübtəla  olub  dərdə:  özü  vurulub  Elçinə.  Oğlanın  şəklini 
çamadanının güzgülü gözünə qoyub ara- bir Sürəyyadan xəlvət 
çıxarıb  gözləri  önündə  tutur,  saatlarla  gözlərini  çəkib  ayıra 
bilmir  şəkildən.  Gecələr  şəkli  sinəsinə  basıb  elə  sinəsində  də 
yuxuya gedir.  
       
Bəlkə elə bu Elçini seçsin Sürəyya, onunla sınasın özünü?  
Bircə xoş təbəssüm göstərməyi gərəkdi oğlana, bircə dalgın bir 
baxış ərmagan etməyi gərəkdi, kölgə kimi ardınca düşüb izləsin 
Elçin onu, dil töküb yalvarsın, əl götürməsin ondan. Nə şeydi 
bir  baxış!  Atacaqdı  vallah,  atıb  da  başdan  beyindən 
oynadacaqdı oğlanı. Köləsinə çevirər vallah Sürəyya onu!  
       
Bir bahar günündə, bir sabah çagında, koridorda duruşmuş 
bir topa qızlar içində Nəcibəyə görə gəlmiş bu oğlana sataşmaq 
fitn
əsi düşdü könlünə.  
        - 
Nəcibə buyurdu sizə tapşırım gedib o təzə hind kinosuna 
bilet əldə edəsən ona. Özü də əmr elədi. 
-
Xoşdu Nəcibənin əmri mənə, qızlar! 

Eləmi?  Bəlkə  dedi  dərsdən  sonra  gəl  döşəməmizi  də 
süpür? 
-
Elə deməz Nəcibə.  
-Q
ızlara çox e”tibarın olmasın, nə istəsən gələr agıllarına, 
lap elə döşəməni yudurtmaq da gələr!  
Q
ızlar gülüşməyə başladılar onun bu sataşmasına. Oğlan 
deyəsən pərt olub getdi. Ikinci qoşa saatın qurtardıgında Elçin 
yenə yanaşdı  onlara. 
-
Buyur Nəcibə, bu da biletiniz. 


 
189 
-
Nə bilet? 
-
Sürəyyadan sifariş elədiyiniz bilet. Kino üçün, hind filmi 
üçün.  
-
Hə,  mən  aldırdım  Nəcibə,  dedim  qoy  bu  ellinizi  xərcə 
salaq. 
-Ax
ı sabaha seminarımız var? Bəs dərs? 
-
Qan olmayacaq, bir gün də hazırlaşmazsan. 
-
Sən də gedirsənmi onda? 
-
İki biletdi, iki də adamsınız. Məni neynirsiniz? 
-
Mən sizə də bilet taparam. 
-
Mənim tapanım var, sag olun. 
-
Mən gedə bilmərəm Sürəyya, seminara hazırlaşmalıyam. 
-
Pərt olar axı yerlin. 
-
Yox  Elçin,  vallah  mən  gedə  bilmərəm.  Yoldaşlarından 
birinə verərsən. 
Elçin kor 
peşiman  çıxıb  getdi.  Sürəyyanın  ürəyi 
döyünməyə,  qulaqları    guvuldamaga  başladı.  Bəlkə  elə  gedib 
oğlandan  alsın  bileti?  Bəlkə  elə  Sürəyya  özü  getsin  onunla? 
Dərsdə  dayanıb  otura  bilmədi,  nəsə  elə  bil  bir  fitnə  çəkib 
aparırdı  ürəyini.  Müəllimdən  icazə  alıb  Elçini axtarmaga 
yollandı.  Onların  dərs  keçdiyi  auditoriyanın  qapısı  agzında 
dayanıb deşikdən içəri boylandı. Elçin lap qabaqda əyləşmişdi. 
Yoxsa  xahiş  edib  müəllimdən  eşiyə  çagırsın  oglanı?  Birdən 
qapı  özü açıldı. Müəllim üzünü ona tutub sordu: 
-Kimi is
təyirsiniz, xanım qız? 
-Elçin... 
-
Elçin dur gəl, səni çagıran var. 
Müəllim  qapını  örtüb  onları  koridorda  qoydu.  Sürəyya 
maddıxmış qalmışdı, bilmirdi nə deyə oglana. 
-
Nə deyirdin Sürəyya? 
-
Xatirinizə dəymədi, bileti qaytarmagımız? 
-
Əlbətdə dəydi. 
-Onda veri
n mənə, mən özüm gedərəm. 
-
Gəlim aparımmı sizi? 


 
190 
-
Yox... Özüm gələrəm. Saat neçədə gəlim? 
-Kino saat 6,30 seans
ınadı,  yaxşı  olar  sən  6  tamamda 
gələsən. 
-
Harda gözləyəcəksən?.  
-Kino-teatr
ın qabagında. Harda istəyirsən! 
Bileti  alanda  elə  baxdı  oğlana,  özü  də  yandı  baxışına. 
Sonra  yüyürüb  koridorun  dönəcəyində  oğlanın  baxışlarından 
xilas  oldu.  Dərsdə  yenə  otura  bilmirdi.  Elə  hey  qurcuxurdu. 
Qəlbində nəsə alovlu, burulqanlı duygular sellənmişdi. Evdə də 
heç  rahat  olmadı  qəlbi.  Çörək  yeyib  çay  içməyə  də  meyli 
yo
xdu.  Lüsyə  xalanın  şifonerindəki  aynəbənd  önünə  gedib  öz 
halından bir baş açmaq istədi. Gözlərində ehtiras, həvəs yanan 
odlu  bir  qız  baxırdı  güzgüdən.  O  qədər  gözəldi  qız,  o  qədər 
pərişan, o qədər dalgındı, baxıb doymaq olmurdu qıza. Başında 
da  fırtınalı  bir  sevda  gəzdirməkdəydi.  Süzülüb  axan 
gözlərindən  bir  məstanəlik  axıb  tökülürdü.  Belə  gözəl  olması 
lap alışdırdı qızı. Indi saat 6_ nın tamam olmasını səbrsizliklə 
gözləyirdi.  Camadanından  yaşıl  donunu  çıxarıb  geydi.  Son 
moda  ilə  dəbdə  olan  son  parçadan  tikilmiş  bu  donu  Kamalla 
tapışıb  onunla  ilk  dəfə  görüşə  çıxanda  geyinmək  üçün 
tikdirmişdi.  Kamal  yoxdu,  olmayacaqdı  Kamal.  Indi  bu  yaşıl 
donu  geyinib  bir  başqasıyla  görüşə  hazırlaşır.  Vəfasız  dünya! 
Amma  bu  oğlan  Kamaldan  əksikmidir?  Hələ  artıqdı  vallah. 
Kam
alın  bir  yönnü  pal_  paltarı  da  yoxdu  əynində,  bu  isə  elə 
geyinib  elə  bil  ministr  oğludu.  Elə  heylədi  də.  Indi  prokuror 
hələ ministrdən ötədi. Amma atasıyla nə işi! Oğlan özü gözəl 
olsun,  özü  yaraşan  olsun.  Yaraşandı  da.  Neyləsin  bir  də, 
havaxtaca gözləsin Kamalı?  
          
Bir  də  bu  nə  Kamal,  Kamaldı  başlayıb,  bu  görüşə 
hazırlaşdıgı  yerdə?  Niyə  yadından  çıxıb  getmir  Kamal  fikri? 
Havagaca qalacaq aglında? Unutmaqçın gərək bir başqası tuta 
onun yerini, yoxsa necə unudular? Indiyənəcən unuda bilməyib, 
indi un
udacaq  amma.  Hazırlaşır  unutmaga.  Bir  prokuror 


 
191 
oğluyla  göruşə  hazırlaşır.  Bənd  olub  bu  oğlana  unudacaq  hər 
şeyi! 
         
Ürəyində  yenə  ehtiraslı  duygular  tərpənişdi.  Dözə 
bilməyib  saat  6-nın  yarısında  evdən  çıxdı.  Tam  bəzənikli, 
ətirlənib  duxulanmış.  Qabaq  tellərini  burub  gözləri  üstünə 
əydimiş. Küçədə gördü donunun yaxasını düymələməyib. Heç 
düymələmədi  də;  qoy  açıq  qalsın.  Qoy  görsündər  nə  gözəl 
sinəsi  var.  Kapotu  belə  üçdüymə  tikdirməkdə  məqsədi  vardı. 
Fikirləşmişdi  bir  gün  Kamalı  tapacaq  olsa,  bu  kapotu geyinib 
onun  görüşünə  çıxacaq  olsa,  bir  daldaya  salıb  deyəcək  aşagı 
çəkib  yenə  onun  kürəyinə  baxsın.  Görsün  neyləyəcək  onda 
Kamal, nə hala düşəcək? Özü nə hislər yaşayacaq? Nə ola indi 
bax küçəylə belə getdiyi yerdə qəfil qabaqqabağa gələlər. Bəlkə 
soruşdu  hara  gedirsən?  Nə  deyərdi  ona?  Deyəcəkdi  vəfasız 
çıxmağa  gedirəm,  əhdimi ayaqlamağa  gedirəm.  Prokuror oğlu 
tapıb, onunla görüşə gedirəm. Bivəfa  dünya! Hansı məram öz 
yerinə düşür axı bu dünyada? Hansı əhd öz peymanına yetişir, 
hansı karvan öz gedib çatmaq istədiyi yurduna, yuvasına irişir? 
Onçun deyirlər sən saydığını say, gör fələk nə sayır! 
      Bo
ğazına  yenə  bir  qəm  tıxcanağı  gəlib  doldu,  gözləri 
alalandı, ciyəri alışdı. Beynində bir dəli düşüncə oyanıb elə bu 
yerdən  dönüb  geri  qayıtmaq  istədi.  Addımlarını  yavaşıdıb 
dayanmaq istədi. Onda da ürəyinin guppultuları başladı. Ürəyi 
dartıb  bu  yeni  məramına  sürəkləyirdi  onu.  Nə  boğazına 
tıxanmış  o  isticə  qəm  yumruğuna  baxırdı,  nə  başına  dolub 
dumanlanmış  o  qayıtmaq,  qaçmaq  sövdasına  baxırdı, 
qarşısıalınmaz  bir  təbii  çəkişlə  işvəli  bir  ehtiras  fitnəsiylə 
Sürəyyanı yeni macərasına doğru itələyirdi. 
        Düz saat 6 olanda Nizami kino-teatr
ının  qabağına  gəlib 
çatdı.  Burada  yığışmış  insan  kütləsi  içində  Elçini  axtarmağa 
başlayanda  oğlan  qəfil  özü  peyda  oldu.  Demə  lap  yanındaca 
sütuna söykənib dayanıbmış. 
-
Dedim bəs gəlməyəcəksən!  
-
Niyə? Heç heylə şey olar?  


 
192 
-
Nə bilim? Axı sən hələ heç kəslə kinoya gəlməmisən?  
-
Nə  olsun?  İndiyənəcə  bir  adama  vəd  də  verməmişəm 
axı?  

Hələ vaxta var, gedək kofe içək.  
-Yox, ged
ək parka.  
26-lar park
ına tərəf getməyə başladılar. Sürəyya hər yerdə 
çiynini  oğlana  toxundura-toxundura  gedirdi,  ürəkləndirmək 
istəyirdi onu. Həm də görsün öz ürəyi neyləyir onda? Ürəyi hər 
bir  təmasdan  guppuldayıb  atırdı.  Küçəni  keçəndə  maşınların 
qabağından yüyürüb ötmək istədi, Elçin qolundan tutub saxladı, 
sonra  da  əlini  əlinin  içinə  aldı.  Ürəyi  titrəməyə  başladı 
Sürəyyanın:  necə  də  asan  imiş  bunlar?  Elçin  gülüb  nəsə 
deməkdədi ona, amma qulaqları batıb onun, eşitmir dediklərini. 
Bəs oğlan niyə həyəcan keçirmir, alışıb yanmır onun kimi? Nə 
bilirsən bəlkə elə o da sən kökdədi? Kamal olsaydı bilərdin! 
     Parka ç
ıxıb əli oğlanın ovcunda gəzişməyə başladılar. Bəlkə 
də  tanış  tələbələr  vardı  parkda,  lakin  onları  görəcək,  duyacaq 
halı  yoxdu,  unudulmuşdu  dünya.  Bir  isti  oğlan  əlinin 
təmasından gözlərini duman almışdı, görünmürdü ətraf mühit. 
Oğlan  isə  hələ  də  danışmaqdaydı.  Sürəyyanı  tərifləyirdi 
əvvəlcə, sonra 26-lar haqqında danışmağa başladı. Görən necə 
dili  söz  tutur,  necə  danışa  bilir  oğlan?  Görən  onun  da  qulaq-
larında  belə  guvultu  varmı,  onun  da  ürəyində  belə  tappıltı-
guppultu varmı? 
       26-lar
ın  səhrada  güllələnməsi  təsvir  olunan  abidənin 
önündə  xeyli  dayanıb  tarixçinin  mühazirəsini  dinlədi.  Bir  söz 
də anlayıb başa düşə bilmədi. Abidənin önündən keçib gedəndə 
birdən qəfil bir fikir oyandı başında: abidənin arxa tərəfindəki 
bu  bağlıq  içində,  bu  dalda  yerdə  kürəyini  açdırıb  göstərəcək 
oğlana! Görsün bu nə öyüşlər öyəcək, necə təriflər söyləyəcək 
kürəklərinə?  Dərhal  da  heykəlin  arxasına  keçib  oğlanı  da 
ar
dınca  çəkdi.  Dalda  bir  yerdə  arxasını  oğlana  çevirib 
qapotunun 
düymələrini açıb dedi:  
       -
Burdan tutub donu çək aşağı, gör nə var kürəyimdə? 


 
193 
        
Elçin donu aşağı çəkib içini axtardı. 
        -
Nə axtarım burada? 
        -Gör q
ılçıq-zad yoxdur. Belimi sancır. 
       
Elçin  deyəsən  bütün  diqqətini  kapotun  iç  tərəfindəki 
q
ılçığı,  lələyi  axtarmağa  vermişdi,  çevrik-şevrik  eləməkdəydi 
donunun  iç  tərəfini.  Nə  duyğu  keçirməkdəydi  görən  Elçin,  nə 
hisslər  yaşamaqdaydı?  Sürəyya  özü  güclə  ayaq  üstə  dayanıb, 
bir 
duyğulu,  bir  anlaqlı  söz  eşitsəydi  qulağı,  yerindəcə  alışıb 
yanacaqdə  elə,  kükrəyib  bir  ehtiras  burulğanına  dönəcəkdi. 
Fəqət  xəbərsizdi  kürəyi  arxasında  arayıb-axtaran  dünyanın 
həyəcanlarından, duyğularından, qaranlıqdı, görünüb bilinməz-
likdi bu dünya ona. 
      -
Bir şey yoxdu burda, qılçıq, lələk, çör-çöp, heç nə yoxdu. 
          -Barma
ğınla bir toxunsana, bəlkə elə kürəyimin özündədi 
qılçıq?  
        O
ğlan barmağının ucuyla kürəyini dimdikləyir, axtarır, di 
gəl  bir  qılçıq-lələk  tapa  bilmir.  Qızın  xoşal  olduğunu  görüb 
əlinin içiylə kürəyini sürtələyir, nəfəsinin odu qızın kürəklərini 
yalayır: 
            -
Bax o yerə bir barmağını yenə toxundur. 
               -Bura, bura, bura? 
               -
Hə, hə bax ora! 
               -
Heç  bir  şey  yoxdu  burda!  Heç  bir  sızaq  da  yoxdu, 
qızartı da yoxdu! 
-
Bəs nə var orda?    
-
dedim heç bir şey yoxdu. 
-
Bir əl dəyilməmiş qız kürəyi də yoxdu? 
-
Kürəkmi? 
-
Necə kürəkdi o? 
-
Gözəldi, çox gözəl! 
-
Təsvir elə o kürəyi! 
O
ğlan kürəyi təsvir eləmək əvəzinə dodaqlarını kürəyinə 
yapışdırdı.üzünü qızın açıq kürəyinə sürtməyə baçladı.  


 
194 
-
Yox,  təsvir  elə  kürəyi,  onun  mə”ziyyətlərini,  gözəllik-
lərini, ondan sonra sənindi kürək də, kürək sahibi də! 
-
Yeyərəm onu, ölərəm ondan ötrü! 
-
Yox, təsvir elə, təsvir elə! 
-Bir a
ğ-appaq qız kürəyidi, gözəl, yeməli! 
Bayaq başı dumanlanırdı ehtirasdan, hisslərindən, oğlanın 
təmasından,  indi  ayaqları  atında  yer  çapalamağa  başladı,  zəl-
zələ  başladı  indi.  Amma  ehtirasdan  deyildi  bu  zəlzələ.  Onu 
yemək  istəyən  bu  heyvana  qarşı  bir  coşğunca  nifrət  hissiydi 
yeri bel
ə silkələyib tərpədən, zəlzələyə gətirən. Bir ikrah hissi 
oyandı Sürəyyanın qəlbində bu tarixçi oğlana qarşı, bu tarixçi 
oğlanla görüşə çıxmış bir yaşıl donlu qəza qarşı, dünyaya qarşı, 
olub bitənlərə qarşı. Söndü ehtirası, həvəsi, buza döndü ürəyi. 
Qay
ıdıb nifrətlə oğlana baxdı: 
-
İndi ki, təsvir  edib söyləyə bilmədin o kürəyi,  nə haqla 
toxunursan ona, öpürsən! Yemək keçir hələ könlündən! It yeyər 
adamı! Ayı, canavar yeyər! 
-Qadan al
ım Sürəyya! 
-
Al, bu da biletin, get özünə tay tap! 
Sürəyya  heç  özü  də  bilmədi  necə  çırpdı  bileti  oğlanın 
üzünə,  necə  qaçıb  gəldi  bir  belə  yolu.  Evlərinə  gedən  küçəyə 
çıxınca  ağzına  duzluca  bir  axıntı  dolub  töküləndə  anladı  ki, 
yenə  sinəsinə  gəlib  tıxcanıbdı  o  qəm  yumruğu,  deşir  sinəsini, 
tutur  boğazını,  bir  insan  kimi  rahat  nəfəs  almağa  qoymur, 
boğub  öldürmək  istəyir  onu.  Amma  ağzına  dolub  damağını 
turşuldan, duzladan o axıntı artdıqca, genişlənirdi ürəyi, əriyib 
bir buzlaq kimi balacalanırdı sinəsinə basılmış o qəm tıxcanağı. 
Evə  çatıb  gördü  nə  Nəcibə  yoxdu  evdə,  nə  Lüsyə  xala 
yo
xdu, içəri keçib yenə sahibəsinin aynəbəndi önündə dayandı. 
Dayandı  görsün  nə  hala  düşüb  o  bayaq  görüşə  can  atan  yaşıl 
kapotlu qız?   
Gözləri  nəm  götürmüş  yaşıl  bir  gözəl  baxırdı  güzgüdən. 
Ağ-appaq  bənizi,  ip-iri  gözləri,  kaman  kimi  qaşları  vardı, 
üzünün i
ncə, bir el yaraşığı cizgiləri vardı, saçının kəsilib telə 


 
195 
dönmüş  qabaq  ucları  alnında  cizginib  bir  dünya  gözəlinə 
çevirmişdi  qızı.  Uzun  ağ  boğazının  ağlığına  gözəlliyinə  göz 
heyran qalırdı, mərmər sinəsinin bəyazlığına, şümşadlığına nəfs 
doymaz qalırdı, sinəsində partlaq verib coşmuş qadınlığına öz 
nitqi  tutulurdu.  Bir  şərq  gözəli  baxırdı  güzgüdən.  Qəmli, 
hüzünlüydü gözləl. Içində yaralı bir dərdi olmalıydı bu bənizlə, 
bu  qəmli  baxışla.  Səyriyib  əsən  dodaqlarının  titrəyişinə  ürəyi 
yandı;  yazığı  gəldi  bu  yaşıl  donlu  gözələ  Sürəyyanın. 
Köksünün daşıb bu hissindən dalğalanması keçdi gözələ, sinəsi 
coşub qalxdı güzgüdə, ona doğru yaxınlaşdı. Damlalar süzülüb 
gəlməyə  baçladı  qızın  qara  gözlərindən,güzgü  içindəki  qızın 
ağzına dolub di gəl Sürəyyanın damağını duzlandırdı. 
 
“Bədbəxt  bacım,  qismət  olmadı  sənə  bu  yaşıl  donun 
görüş əhdi, sevinc peymanı. Soyun qəsdən üçdüymə tikdirdiyin 
bu  yaşıl  donunu,  aparıb  o  qəmli  çamadanının  əl  dəyməz  bir 
küncünə  basdır,  qoy  bir  andıra  dönüb  qalsın  orda,  bir  mirətə 
dönüb qalsın! Umsuma bir daha o yaşıl donundan umsunduğun 
o yaşıl niyyətlərinə. Unutmağa çalış, yadırğamağa çalış. Sehrə 
düşmüsən sən, gözəl bacım, felə düşmüsən sən. Kamal adlı bir 
namərd oğlanın felinə düşmüsən, eşq oxu dəyib sənə, yaralayıb 
səni;  Məcnun  olub  səhralara  düşmüsən.  Vallah  doğruymuş  o 
Məcnun söhbətləri bacım, sevgidən nə desən gələrmiş insanın 
başına. Dəli də olarmış, yınarmış da adam, Məcnun olub düz-
lərə də düşərmiş! Düzmüş hamısı vallah, bacım. Hələ Məcnu-
nun 
o  səhra  heyvanlarıyla  söhbətləri  də  düz  imiş.  İndi  səhra 
heyvanları  tələf  olub  qırılıblar,  səhralar  özləri  də  yox  olub. 
Indinin  də  ceyran-cüyürləri  o  həyətdə  oynaşan  ceyran  gözlü 
cocuqlar, cüyür baxışlı uşaqlar deyillərmi? Indicə sən pəncərə 
arxasına  keçən  kimi  tökülüşüb  o  qəmli  təbəssümünə,  o  şirin 
b
axışına  tamaşa  eləməyə  gələcəklər.  Yalçın  gələcək,  Esma 
gələcək, Aygün, Günel gələcək! Hər birisi bir çiçək, hər birisi 
bir ceyran-
cüyür! Sən onlara saatlarla tamaşa edib doymadığın 
kimi,  onlar  da  sənin  bax  beləcə  hüzünlü  baxışına  axışıb 
gələcəklər,  səndən  bir  qəmli  təbəssüm  ərmağan  almağa  can 


 
196 
atacaqlar. Bu təbəssümü səndən qoparmaq üçün əlli oyun çıxa-
racaqlar,  əlli  hoqqalar  göstərəcəklər,  dombalaq  aşıb,  bir-birini 
saçlayacaqlar,  yıxacaqlar,  velosiped  sürəcək,  nömrə  göstə-
rəcəklər! Kim qopara bilsə, ərmağan ala bilsə səndən bu qəmli 
təbəssümünü sinəsi qabarıb balaca qəlbinə çalxantılar dolacaq, 
sevinəcək, gərlənəcək çağlayacaq, yeni oyunlar çıxarmağa, yeni 
nömrələr göstərməyə baçlayacaq!  
Deyilənlər  hamısı  düzdür,  yaşıl  niyyətləri  yaşıl  donuna 
qismət  olmayan  gözləri  yaşlı  bacım,  hamısı  doğrudur.  Göz-
lərindən vurulmaq da doğrudur ürəyindən oxlanmaq da düzdür, 
sinəsindən  yaralanmaq  da  gerçəkdir,  gözlərindən  vurulub 
ürəyindən oxlanmış, sinəsindən yaralanmış qəmli bacım! Yeri, 
soyun  yaşıl  donunu,  çamadanının  əl  dəyməz  bir  küncündə 
gizlət, qoy bir yaşıl gələcəyinə qalsın, andıra qalsın!... 
Yeri  dərzinin  yanına,  ürəyinin  nisgili  kimi düm qara bir 
don tikdir
,  bu  yeni  tikdirdiyin  qara  donunu  geyin  həmişə,  hər 
yerdə, bu qara donunla ol, bu qara donunla gəz, qoy içində qor 
verən o qara hüznünün rəngi boyasın səni. Onda daha da gözəl 
görünəcəksən  bacım.  Bəyaz  sinənin  ağlığına  bir  gör  necə 
yaraşacaq  o  qara  rəng,  billur  qollarının  şəfəqinə  gör  necə 
uyuşacaq,  necə  qovuşacaq!  Qara  gözlərinin  iriliyinə,  kaman 
qaşlarının  çəkilişinə,  qara  hörüklərinin  hörünüşünə  gör  necə 
yaraşacaq, necə uyuşacaq! O yaşıl donuna bir daha umsunma, 
əl vurma, oyalayıb qorlandırma, qaldırma könlünün üstünü kül 
almış  o  qor  dərinliyini,  yaşıl  yalav  dərinliyini.  Od  tutub 
yanarsan  bir  də  əl  vursan  ona,  alışıb  külə  dönərsən  bir  də  əl 
vursan ona! 
S
ən  bircə  dəfə  vurulmusan  bacım,  ikinci  dəfə  vurula 
bilməyəcəksən!  Ürəyinin  o  sərsəri  döyüntülərinə  aldanma  bir 
daha.  Axı  ürəkdir  o!  Nə  başa  düşmək  olar  ürəyi,  ürəyin 
dəliliyini? Ürəyin təbini anlamaq olar təkcə, təbini başa düşmək 
olar. Ürəyinin təbi qə”bul etmədi bu gün bir prokuror oğlunu, 
qəfil bir ikrah hissi qalxdı ona qarşı ürəyinin təbində. Sabah bir 
başqasını  qə”bul  edib  bəyənəcəkmi  qəlbinin  təbi?  Ürəyin  özü 


 
197 
bir sərsəri olsa da təbi dəyanətlidir bacım, dəyişən, dəyişdirilən 
deyil  ürəyin  təbi.  Bəyənib  o  bəyəndiyini,  seçib  o  seçdiyini, 
itirib o 
itirdiyini. Bir daha bəyənib seçməyəcək itirdiyinə görə, 
tapmadığına  görə.  Nazicək  bir  lampa  şüşəsidi  ürəyin  təbi, 
sındırsan onu, yandırıb qırsan içinin simini, üz əlini ondan bir 
işıq,  bir  işıqlı  dünya,  bir  səadət  gözləmə  ondan!  Tale  sənin 
qəlbini bir lampa şüşəsincə həssas, ürəyinin təbini bir nazicək 
tel  kimi  qırılqan  yaradanda  alışıb  yanmaqçın,  közərib 
keçməkşin xəlq edibmiş səni bacım! 
Hələlik  yanmadadır,  şö”lələnmədədir  o  lampa,  qoy 
yansın, şö”lələnsin!  Və bir daha ayrı bir səadət qapısı açmağa 
da çalışma, cəhd göstərmə, bəlalar çəkər, müsibətlərə düçar olar 
başın. Öz qüssəni çək, həzin-həzin, öz dərdinə yan yavaş-yavaş, 
öz səadətinə-öz iztirab cənnətinə qovuş beləcə. Şairin can atdığı 
o  ideal  həyat  tərzinə,  o  ideal  eşq  cənnətinə  qovuşmağa  çalış. 
Şairin  arzu  etdiyi  o  zövq-səfa  mənbələrinə,  o  eşq  bəlasına,  o 
məhəbbət cəfasına can ver, könül ver!” 
Sürəyyanın  güzgü  qabağından  çəkilib  öz  yaşıl  donunu 
büküb qoyarkən çamadanından çıxardığı xatirat dəftərçəsinə elə 
oradaca  köçürdüyü  və  başa  düşə  bilmədiyi  üçün  bir  beytini 
çıxarıb atdığı Füzuli qəzəli: 
 
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni! 
Bir dəm bəlayi- eşqdən etmə cüda məni! 
          
Az eyləmə inayətini əhli-dərddən, 
Y
əni ki, çox bəlalərə qıl mübtəla məni! 
 
Olduqca mən götürmə bəladən iradətim, 
Mən istərəm bəlanı, çün istər bəla məni! 
 
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst, 
Ta düst tə”n edib deməyə bivəfa məni! 
 


 
198 
Getdikcə hüsnün eylə ziyadə nigarımın,  
Gəldikcə dərdinə betər et mübtəla məni! 
 
...Öylə qıl tənimi firqətində kim,  
Vəslinə mümkün ola yetirmək səba məni! 
 
Nəxvət qılıb nəsib Füzuli kimi mənə, 
Ya rəb, müqəyyəd etmə mütləq mana məni! 
 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin