***** ***** *****
Orxan Bak
ıda qala bilməyib rayona, kəndə gəldi.
Kəndlərində xəstəxana olsaydı orada işləyəcəkdi. Xəstəxana isə
hələ tikilməkdəydi. Şəhərə gəlib polikninikada həkim işləməyə
başladı. Gedib gəlmək sarıdan əziyyət çəkirdi. Kəndlərinə
avtobus işləmir, çox zaman elə belə düşmə maşınlara minib
gedirdi. Hər halda bütün bunlar ona olduqca xoş və maraqlı idi.
Getdikcə də vəziyyəti yaxşılaşırdı. Bir neçə ağır xəstəni
müalicə edib sağaltmışdı. Xəstələrin qohumları onu görəndə
əldən-ayaqdan çıxırdılar. Yoldan götürüb kəndə aparıb qoyur,
sabah tezdən maşınla gedib gətirirdilər. Xəstələri gün-gündən
artırdı. Həkim yoldaşları ümidsiz hesab etdikləri bir neçə
xəstəni qəsdən yanına göndərmişdilər görsünlər nə həkimdi bu
təzə gələn elmlər namizədi? Xəstələr sağaldılıb həyata
qaytarıldıqda başlamişdılar öz qohumlarını, ailə üzvlərini onun
üstünə göndərməyə. Şəhər xəstəxanasının baş həkimi anasını
infarkt vuran kimi gəlib Orzanı aparmışdı. Orxan qadını bir ay
müalicə edib həyata qaytardıqda baş həkim bilmirdi nə yaxşılıq
eləsin ona. Hər gün xəstəxananın maşını kəndə gəlib onu işə
aparırdı. Görünür baş həkimin rayonda əlaqələri çox genişmiş,
bundan sonra şəhərdə bütün vəzifəli şəxslər onların ailə üzvləri
ürəklərindən bir şikayətləri əmələ gələn kimi Orxanın üstünə
gəlirdilər.
220
Şəhərdə işlədiyinin birinci aylarında rastlaşdığı çətinliklər
indi arxada qalmışdı. Elə küçəyə, yola şıxmağa bənd idi, onda
görürdü bir “Volqa”, bir “Jiquli” dayandı yanında: "həkim mən
sizin qulluğunuzda, hara gedirsiniz aparım”. Həm də bunlar o
adamlardı, çoxlarının iş yerlərində hökumət maşınları, şoferləri
vardı. Lakin Orxanı kəndə özləri aparmağı ona hörmətin bir
əlaməti kimi vurğulamaqçın edirdilər; yolda maraqlı söhbtlər
edir, öz bədənlərindəki xəstəlik əlamətlərindən söz açıb
məsləhətləşirdilər.
Bir ma
ğazaya girməli deyildi. Elə istəyirdi bir şey alsın,
büküb verir, pul götürmürdülər. Süpürləşmə başlayırdı: Orxan
pulu atıb çıxmaq istəyir, dükançı götürüb ardınca düşür, zorla,
yüz “mənölüm”lə pulu ona qaytarırdı. Çox zaman heç tanımırdı
dükançını, bilmirdi niyə belə hörmət etmək istəyir dükançı,
dərzi, aptekçi? Onlardan qurtulmaqçın nə alsa gedib öz
kəndlərindəki mağazadan götürürdü.
Bir gün katib özü onun qə”buluna gəldi.ürəyinin döyün-
məsindən, yuxusunun pozulmasından, pis yuxular görməsndən
şikayət edirdi. Kurortda, Bakı da bir çox adlı-sanlı həkimlərin
qəbulunda olmuşdu, vəziyyəti yaxşılaşmayıb hələ ağırlaşırdı.
Orxan katibin əlində hazır gətirdiyi analizlərinə ürəyinin
vəziyyətinə baxıb ona müalicə yazdı. Xəstəliyinin ən kiçik
əlamətlərini soruşub, bəzilərini özü deyib katibə izah etməyə
başladı: ürəyində heç bir qüsurun, çatışmazlığın olmadığını,
əksinə məhz belə güclü ürək sayəsində onu tapmış bu xəstəliyə
dayana bildiyini katibə söylədi. Müalicəsinin nəticəsi haqqında
bir ay sonra xəbər göndərməsini xahiş edib katibi yola saldı.
İki həftə sonra polikninikanın partiya təşkilatı katibi gəlib
dedi, sənədlərini hazırlasın, onu partiya üzvlüyünə qə”bul
etdirmək haqqında katibin göstərişi var. Demək yazdığı
mü
alicə katibə müsbət təsir göstərməkdədi. Iki həftə də keçmiş
ona şəhərdə istifadəyə verilmiş yeni korpusda iki otaqlı bir
mənzilin orderi verildi. Eyni zamanda onu poliknikaya baş
həkim təyin edib, baş həkimi səhiyyə şöbəsinə müdir keçirdilər.
221
Bütün bunlar katibin sərəncamıyla baş verirdi, lakin onun
Dostları ilə paylaş: |