Саиб тябризи


Bixəbərlik özü bir aləm imiş, bilməmişik



Yüklə 13,18 Mb.
səhifə16/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
Bixəbərlik özü bir aləm imiş, bilməmişik,

Heyf, səd heyf ki, biz sonra xəbərdar olduq.

Adamların huşyar olmamaları, hər şeyi dərk etmə­mələri, onların qəflət yuxusunda qalmaları isə yuxarı tə­bəqənin xeyri­nə­dir. Saib deyir, «yetim uşaq kimi nən­ni­miz göz yaşında yır­ğalanıb, dayəmiz də qanımızı içərək bizi xamuş etmişdir». Fəqət mehribanlıq əvəzinə, dayə­sindən, dövrün hakim təbə­qəsindən zülm, əzab görənlə­rin, nənni yerinə göz yaşı içəri­sin­də böyüyənlərin nü­ma­yən­­­dəsi olan şair heç zaman sus­ma­mışdır.

Beləliklə, rişəsi həyat həqiqətlərindən su içən Saib li­r­ika­sında məhəbbət mövzusu böyük bəşəri ideyaların təb­liği ilə bağlıdır. Saib şerində yalnız məhəbbət təbliğ və tə­rən­nüm olunmaqdadır – insan məhəbbəti! Da­xi­lən pak, zahirən gözəl, xislətən xeyirxah insanların mə­həb­bəti…
* * *
Saib Təbrizinin dünyagörüşünün formalaşmasında yaşa­dığı dövrün ijtimai-fəlsəfi aləmi ilə mənsub olduğu ədəbi mü­hitin inkaredilməz təsiri olmuşdur.

Saibin ijtimai həyata qarşı etirazlarının mayası döv­rün hüquqsuzluğundan və ziddiyyətli şəraitindən gəlirsə, bu etira­zın fəlsəfi fikir və nidaları Nəimi, Nəsimi, Şəbüs­təri, Hafiz və Möv­lana ənənələrindən gəlməkdədir.

Şair qeyd edir ki, onun janında həyat yolunu işıq­lan­dıran bir nur var. Bu nur onun qəlbində, idrak aləmin­dədir. Demək olar ki, Saib ömrü boyu bu idrak aləminin işığında irə­liləmişdir.

Saib Təbrizi əsrinin azad fikirli bir mütəfəkkiri kimi ijtimai həyatda azadlıq – sərbəstlik axtarmışdır. Əgər belə olmasaydı, şair ümman kimi çalxalanmaz, narahat fikrinin dalğaları onu sahildən-sahilə çırpmazdı.

Şairi narahat edən daxili çəkişmələr, axtarışlar, tə­fəkkür aləmində qarşısına çıxan yığın-yığın sualların ja­vabını axtar­maq jəhdləri onu bu yol ilə gətirib panteizmə, bü­tün ayrılıq­ların birləşdiyi ülvi eşqi dərk etməyə çıxar­mış­dır. Bu da Saibin bağlı olduğu hind ədəbi məktə­bi üçün səjiy­yə­vidir.
* * *
Hər hansı sənətkarın qüdrəti ilk növbədə onun sözə olan tələbkarlığı, ona nə dərəjədə sahib olması ilə mü­əy­yən­ləş­dirilir. Sözü seçmək, onu jilalamaq sənətkarlığın ilk əlamətidir. Çünki sözsüz ədəbiyyat olmadığı kimi, bü­tün sözlər də sənət materialı ola bilmir. Əsl şair öz fikir­lərini oxujusuna daha ay­dın və təsirli çatdırmaq üçün sözün bədii təsirindən ustalıqla is­tifadə edir.

Saib Təbrizi böyük lirik şair kimi, demək olar ki, öz fikir­lərini həmişə oxujularına obrazlı bir dildə çatdırmağa çalış­mış­dır. Onun bütün qəzəl və qəsidələrinin dili rəvan olub yüksək bədii epitetlərlə zəngindir.

Saibin poeziyasının rəğbətlə qarşılanmasının bir səbəbi də onun xalq dilindən istifadə etməsidir. Məlum mə­sə­­lədir ki, bədii dil xalq dilinin injiləri hesabına təkmilləşr. Bu qaynaqdan yazılı ədəbiyyata yeni-yeni ifa­də­lər, mə­səllər, atalar sözləri axıb gəlir və bu Saibin də poeziyasına təsir etmişdir.

Saib, üslubuna uyğun olaraq, özündən əvvəl yazıb-ya­rat­mış sənətkarların hamısından çox xalq məsəlləri, el sözləri işlətmişdir.

Saib Təbrizinin böyük sənətkarlıqla qələmə aldığı bəzi beytləri zərbül-məsəl kimi dillərə düşmüşdür. Bu beytlərdə hə­yat hadisələri, insansevərlik, xarakterlər, dost­luq, nəsihət və sair bəşəri fikirlər öz əksini tapmışdır. Aşağıdakı misala diqqət edək:


Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin