Müharibənin başlanması
Tağı Misgərha
1980-ci il, sentyabr ayının 22-i idi. İbrahimi qardaşı ilə
birgə gördüm, harasa daşınırdılar. Salamlaşıb dedim: "Bu
gün Qasim bir maşın əşya ilə Kürdüstana gedir. Biz də
onunla gedəcəyik".
Təəccüblə soruşdu: "Nə olub ki?"
– Yenidən döyüş başlaya bilər.
– Yaxşı. Başlasa, mən də gələrəm.
Həmin gün günorta İraq təyyarələri ölkəmizə hücum
etdi və müharibə başlandı. Hamı küçədə göyə baxırdı.
Günortadan sonra saat 4-də küçədə idik. Qasim
Təşəkküri ərzaq dolu bir yük avtomobili ilə gəldi. Əli
Xürrəmdil də orada idi. Mən də maşına mindim. Yola
düşmək istəyəndə İbrahim də gəlib maşına mindi.
– Dadaş İbrahim, məgər siz köçmürdünüz?!
– Əşyaları yeni evə qoyub gəldim.
Müharibənin ikinci günü günortadan qabaq çox
çətinliklə və bir neçə torpaq yoldan keçib Sərpol Zəhaba
çatdıq. Heç kim gözlərinə inanmırdı: əhali dəstə-dəstə
şəhərdən qaçırdı.
Şəhərdən raket və bomba səsləri gəlirdi. Nə edəcəyimizi
bilmirdik. Şəhərin girişində bir döngədən keçdik.
Korpusun uşaqları uzaqdan bizə əl yelləyirdilər. Dedim:
"Qasim, uşaqlar işarə verirlər ki, tez gəlin".
Birdən İbrahim dedi: "Oraya baxın!"
İraq tankları təpənin üstündə aydın görünürdü,
dayanmadan atəş açırdılar. Maşının yaxınlığına bir neçə
mərmi düşdü, amma Allaha şükür ki, salamat qurtardıq.
74
Döngədən keçdik. Bizə əl yelləyən döyüşçü yaxınlaşıb
dedi: "Siz kimsiniz? Mən işarə ilə deyirdim ki, gəlməyin,
sizsə qaza basdınız".
Qasim soruşdu: "Burada nə olub? Komandir kimdir?"
Həmin döyüşçü cavab verdi: "Ağa Bürucerdi şəhərdə
uşaqların yanındadır. Bu gün səhər iraqlılar şəhərin
çoxunu tutmuşdular, uşaqların əks-hücumundan sonra geri
çəkildilər".
Yolumuzu davam etdirib şəhərə girdik, maşını
təhlükəsiz bir yerdə saxladıq. Qasim orada iki rəkət namaz
qıldı.
İbrahim yaxınlaşıb təəccüblə soruşdu: "Qasim, bu, nə
namazı idi?" Qasim də çox soyuqqanlılıqla dedi:
"Kürdüstanda İslam və inqilab düşmənləri ilə vuruşanda
həmişə Allahdan istəyirdim ki, əsir düşməyim və əlil
olmayım. Bu dəfə isə istədim ki, mənə şəhadət nəsib etsin,
daha dünyaya dözə bilmirəm".
İbrahim onu çox diqqətlə dinləyirdi. Sonra birlikdə
Məhəmməd Bürucerdinin yanına getdik. O, Qasimi
tanıyırdı. Gəlişimizə çox sevindi.
Bir qədər danışandan sonra bir yeri göstərib dedi: "İki
batalyon əsgər o tərəfə getdi. Komandirləri yoxdur. Qasim
can, gör onları şəhərə gətirə bilərsənmi?!"
Birlikdə yola düşdük. Ora əsgərlə dolu idi. Hamısı
silahlı və hazırlıqlı idi, amma çox qorxurdular, İraq
tərəfdən belə bir hücuma hazır deyildilər.
Qasimlə İbrahim gedib onlarla danışdılar. Onlara elə
sözlər dedilər ki, çoxu qeyrətə gəldi. Axırda da dedilər:
"Kim mərddir, qeyrəti varsa və namusunun düşmən əlinə
keçməsini istəmirsə, bizimlə gəlsin".
Bu söhbətdən sonra əsgərlərin təxminən hamısı yola
düşdü.
75
Şəhərə qayıdıb səngər hazırlamağa başladıq. Əsgərlərin
bir neçəsi dedi ki, bizim 106 kalibrli toplarımız da var.
Qasim yaxşı bir yer tapdı. Topları oraya apardıq və atəş
açmağa başladılar. Bir neçə mərmidən sonra İraq tankları
geri çəkilib mövqeləri boşaltdılar. Uşaqlarımız bundan
ruhlandılar.
Müharibənin ikinci gününün qürub çağı idi. Qasim
əsgərlərin səngərinin yaxınlığında bir ev tapıb qərargah
etdi, sonra mənə dedi: "İbrahimə de gəlsin, Təvəssül duası
oxuyaq".
Çərşənbə axşamı idi. Mən aralanandan sonra birdən
evin önünə bir mərmi düşdü. Öz-özümə dedim: Allaha
şükür ki, Qasim otağa girib. Bu fikirlə geri qayıtdım.
İbrahim də partlayışın səsini eşidib cəld bizim yanımıza
gəldi.
Otağa girəndə gözlərimizə inanmadıq. Mərci boyda bir
qəlpə pəncərədən keçib düz Qasimin sinəsinə dəymişdi.
Qasim namaz qıldığı halda arzusuna qovuşmuşdu.
Məhəmməd Bürucerdi xəbəri eşidəndə çox narahat
oldu. Həmin axşam Qasimin cənazəsinin yanında Təvəssül
duası oxuduq, ertəsi gün isə cəsədini Tehrana yola saldıq.
Bir gündən sonra qərargahda bizə silah anbarına
baxmaq tapşırıldı. Təxminən silahla dolu bir məktəbi
təhvil aldıq.
Bir gün orada qaldıq. Təhlükəli olduğuna görə silah-
sursatı şəhərdən çıxardılar. İbrahim zarafata deyirdi:
"Uşaqlar, burada Allahı çox xatırlayın, çünki bir raket
düşsə, bizdən heç nə qalmayacaq".
Silah anbarı boşalandan sonra döyüş yerinə yollandıq.
Sərpol Zəhabın qərbində səngərlər düzəldilmişdi. Şəxsi
heyətə Əsğər Vüsali və Əli Qurbani kimi bir neçə təlim
keçmiş komandir başçılıq edirdi. Pavə bölgəsində onların
76
Qırmızıdəsmallılar adlı bir partizan dəstələri vardı. Həmin
dəstə ilə birgə Sərpola gəlmişdilər.
Şəhərdə gəzəndə dostlarımızdan bir neçəsini tapdıq:
Məhəmməd Şahrudi, Məcid Fəridvənd və sair. Onlarla
birlikdə təmas xəttinə getdik.
Təpənin başındakı səngərdə bizə dedilər: "Qarşıdakı
təpədə bizimlə düşmən arasında döyüş gedir, digər
təpələrdə də iraqlılar yerləşiblər".
Bir neçə dəqiqədən sonra uzaqdan bir İraq əsgəri
göründü. Hamı atəş açmağa başladı.
İbrahim qışqırdı: "Nə edirsiniz?! Patronları bitirdiniz”.
Uşaqların hamısı dayandı. İbrahim bir müddət
Kürdüstanda olmuş və yaxşı hərbi təlim keçmişdi. O dedi:
"Gözləyin, düşmən yaxınlaşsın, sonra atəş açın".
Bu zaman iraqlılar təpənin aşağısından atəş açmağa
başladılar. Üstümüzə dayanmadan raket və mərmi yağırdı.
Sonra da bizim səngərlərimizə doğru gəlməyə
başladılar. Əllərinə ilk dəfə silah götürmüş döyüşçülər
bunu görüb arxadakı səngərlərə qaçdılar. Onlar çox
qorxmuşdular. Komandir qışqırdı: "Dayanın! Qorxmayın!"
Bir qədər sonra düşmənin atəş səsi azaldı. Səngərin
bayırına baxdım. Onlar bizə çox yaxınlaşmışdılar. Birdən
İbrahim dostlarımızdan bir neçəsi ilə birgə düşmənlərə
hücum
etdi.
Onlar
səngərdən bayıra qaça-qaça
qışqırırdılar: "Allahu Əkbər!"
Bir neçə dəqiqə ərzində bir neçə iraqlı öldürüldü, on biri
əsir götürüldü, qalanı isə qaçdı.
İbrahim tez onları şəhərə apardı. İbrahimin bu
hərəkətindən bütün uşaqlar ruhlandılar. Bir neçə nəfər tez-
tez əsirlərin fotosunu çəkirdi. Bəziləri də İbrahimlə
yadigar şəkil çəkdirirdilər.
77
Bir saatdan sonra Sərpol şəhərinə girdik. Orada
öyrəndik ki, yol bağlı olduğundan Qasimin cəsədi hələ
qarnizonda qalıb. Biz də yola düşdük və müharibənin
beşinci günündə Qasimin cəsədini öz avtomobili ilə
Tehrana gətirdik.
Tehranda izdihamlı dəfn mərasimi keçirildi və
müqəddəs müdafiənin ilk şəhidi torpağa tapşırıldı.
Dəfnə çoxlu adam gəlmişdi. Əli Xürrəmdil ucadan
oxuyurdu:
“Ey şəhid komandirim! Yolun davam edəcək!”
|