Yay
Mürtəza Parsaian
Yaralandığına görə Tehranda müalicə olunan İbrahim
1982-ci ilin yayında məktəb məsələləri ilə maraqlandı. O,
xidmətlə yanaşı təkmilləşdirici kurslara qatıldı və həmin
qısa müddətdə bir neçə dini-mədəni fəaliyyətlə çıxış etdi.
***
Onu əsa ilə maarif şöbəsinin pilləkənlərindən qalxarkən
gördüm. Yaxınlaşıb salam verdim.
– Ağa İbrahim, nə olub? Əgər bir işin varsa, de, biz
görək.
– Yox, özüm həll edəcəm.
Bir neçə otağa girib imza aldı. İşləri bitəndən sonra
soruşdum: "Bu kağız nə idi? Nə üçün özünü bu qədər
əziyyətə saldın?”
– Bir Allah bəndəsi var, iki il müəllim işləyib, amma
hələ işədüzəlmədə problem yaşayır. Onun işini gördüm.
– Cəbhə uşaqlarındandır?
– Güman etmirəm. Məndən xahiş elədi, mən də gördüm
ki, bacararam. Ona görə gəldim.
Sonra sözünə davam etdi: "Adam gərək Allah bəndələri
üçün bacardığı işi görsün. Xüsusən də belə yaxşı
xalqımıza gərək əlimizdən gələni edək. İmam Xomeyni
buyurub ki, xalq bizim nemət sahibimizdir".
***
Məhəllədə İbrahimi hamı tanıyırdı. Hamı bir ünsiyyətlə
onun rəftar və düşüncələrinə aşiq olurdu.
İbrahimgilin evi həmişə dostları ilə dolu olurdu.
Cəbhədən gələn uşaqlar öz evlərindən öncə onlara gedib
İbrahimə baş çəkirdilər.
159
Bir gün Məhəmmədiyyə məscidinin imamı sübh
namazına gəlməmişdi. Camaat israrla İbrahimi önə çıxardı
və onun arxasında namaz qıldı.
Hacı ağa bunu eşidəndə çox sevinib dedi: "Əgər mən də
olsaydım, məmnuniyyətlə ağa Hadinin arxasında namaz
qılardım".
***
İbrahim əsa ilə küçədən keçirdi. Bir neçə dəfə göyə
baxıb başını aşağı saldı.
Yaxınlaşıb soruşdum: "Ağa İbrahim, nə olub?"
Əvvəlcə cavab vermək istəmədi. İsrarımdan sonra isə
dedi: "Hər gün bu vaxta qədər ən azı bir Allah bəndəsi
bizə yaxınlaşırdı və birtəhər problemini həll edirdik. Bu
gün isə səhərdən indiyə qədər heç kim müraciət etməyib.
Qorxuram ki, hansısa əməlimə görə Allah Öz bəndələrinə
xidmət səadətini məndən almış olar".
|