Tərbiyə üsulu
Cavad Məclisirad, Mehdi Həsən Qumi
Bizim evimiz ağa İbrahimgilə yaxın idi. O vaxt mənim
16 yaşım vardı. Hər gün küçədə uşaqlarla voleybol
oynayır, sonra da damda quş uçururduq.
O vaxt təxminən 170 göyərçinim var idi. Azan
veriləndə qardaşım məscidə gedirdi. Mənsə məscid adamı
deyildim.
Axşamüstü idi və biz yenə voleybol oynayırdıq. İbrahim
evlərinin önündə əsa ilə dayanıb bizə baxırdı. Oyun
zamanı top onun yanına düşdü. Mən topu götürməyə
gedəndə o götürdü və baş barmağı üzərində gözəl şəkildə
fırladıb dedi: "Buyurun, ağa Cavad".
Adımı bilməsinə çox təəccübləndim. Oyunun sonuna
qədər bir gözüm onda idi. Fikirləşirdim ki, mənim adımı
haradan bilir.
Bir neçə gündən sonra yenə oynayanda yaxınlaşıb dedi:
"Dostlar, məni də oyuna alırsınız?"
- Əlbəttə. Siz voleybol da oynayırsınız?
– Bilməsəm də sizdən öyrənərəm.
Əsanı kənara qoyub axsaya-axsaya oynamağa başladı.
Mən o vaxta qədər elə yaxşı oyunçu görməmişdim. O
hələ yaralı idi və yerindən tərpənmirdi. Topa çox güclü
zərbə vurur, servisləri də çox yaxşı götürürdü.
Axşam qardaşıma dedim: "Ağa İbrahimi tanıyırsan?
Yaxşı voleybol oynayır".
Qardaşım gülüb dedi: "İbrahim məktəblər arasında
voleybol çempionu olub. Həm də güləş üzrə çempiondur".
Təəccüblə dedim: "Doğru deyirsən?! Bəs nə üçün bizə
heç nə demədi?"
- Bilmirəm. Ancaq bil ki, o, çox böyük adamdır.
161
Bir neçə gündən sonra biz voleybol oynayanda yenə
gəldi. Hamı onu öz komandasına istəyirdi. Yenə oynadıq
və çox gözəl oyun göstərdi.
Oyunun ortasında məsciddə günorta azanı başladı.
İbrahim topu saxlayıb dedi: "Uşaqlar, birlikdə məscidə
gedəkmi?"
Dedik: "Gedək".
Sonra birlikdə camaat namazına getdik.
Bir neçə gün ötdü. Ağa İbrahimi çox istəyir, ona görə
məscidə gedirdim. Bir dəfə bizi nahar yeməyinə dəvət etdi
və birlikdə çox söhbətləşdik. Ondan sonra hər gün ağa
İbrahimi axtarırdım. Onu bir gün görməyəndə darıxır,
həqiqətən narahat olurdum. Bir dəfə onunla zorxana
idmanına getdik. Onun əxlaq və rəftarını çox sevirdim. O,
sevgi və dostluqla bizi namaza və məscidə aparırdı.
Yaralı dövrünün sonları idi. Cəbhəyə qayıtmaq istəyirdi.
Bir axşam küçədə oturanda mənə Fəthülmübin
əməliyyatındakı 13-14 yaşlı uşaqlardan danışdı və bir
cümlə ilə sözünü dedi: "Onlar yaş və bədən baxımından
səndən kiçik olsalar da, Allaha təvəkkül edib böyük
qəhrəmanlıqlar yaradırlar. Sən də burada oturub gözünü
göyə dikmisən ki, görüm göyərçinlər nə edirlər".
Ertəsi gün bütün göyərçinləri başqasına verib cəbhəyə
yollandım.
O hadisədən illər ötür. İndi təhsil məsələləri üzrə
ekspertəm və başa düşürəm ki, İbrahim öz tərbiyə işini
necə düzgün və dəqiq görürmüş. O, çox gözəl şəkildə
yaxşı işlərə dəvət edir, pis işlərdən çəkindirirdi. Onun
gözəl rəftarı tərbiyə iddiaçılarına örnək idi; özü də elə bir
zamanda ki, tərbiyə üsulları haqda heç bir söhbət getmirdi.
***
162
Şəbanın on beşi idi. İbrahimlə küçəyə girdik. Küçə çox
gözəl bəzədilmişdi. Məhəllə uşaqları küçənin sonunda
toplaşmışdılar. Onlara yaxınlaşanda kart oynadıqlarını
gördük.
İbrahim çox hirslənsə də, heç nə demədi. Mən
yaxınlaşıb ağa İbrahimi təqdim etdim.
– O, mənim dostlarımdan, voleybol və güləş
çempionudur.
Uşaqlar İbrahimlə salamlaşıb hal-əhval tutdular.
Sonra heç kim duymadan İbrahim mənə pul verib dedi:
"Tez on ədəd dondurma al, gəl".
Həmin axşam İbrahim bir qədər dondurma ilə, habelə
deyib-gülməklə bizim məhəllə uşaqlarımızla dostlaşdı.
Sonda da kartın haram olmasından danışdı.
Biz küçədən çıxanda artıq bütün kartlar cırılıb kanala
tökülmüşdü.
|