Məddahlıq
Əmir Məncər və Cavad Şirazi
İbrahim yuxarı siniflərdə oxuyarkən dostları ilə birgə
İslam vəhdəti heyətini yaratmış, çoxlu dostlarına xeyir
səbəbi olmuşdu. Tez-tez tövsiyə edirdi ki, dini ruhiyyəni
qorumaqdan ötrü məhəllələrdə heyətlər yaradın; özü də
dini söhbət orada əsas məsələ olsun.
Dostlarından biri deyir: "İbrahimin şəhadətindən illər
sonra Tehran məscidlərinin birində dini işlərlə məşğul
idim. Bir gün fikirləşirdim ki, uşaqları hansı yolla məscidə
və dini fəaliyyətlərə yaxınlaşdırmaq olar.
Həmin gecə İbrahimi yuxuda gördüm. O, məscidin
bütün uşaqlarını toplayıb "Həftəlik heyət məclisləri təşkil
edib uşaqları qoruyun" – dedi, sonra da iş tərzini izah etdi.
Biz həmin işi gördük. Əvvəldə uğurlu olacağını
düşünmürdük, lakin illər ötdükcə bəhrəsini gördük və indi
də həftəlik heyət məclisi vasitəsilə uşaqlarla əlaqə
saxlayırıq”.
İbrahimin məhəllə uşaqları ilə əlaqə vasitəsi də bu idi.
O, gəncləri idmana cəlb edir, sonra heyətə və məscidə
sövq edib deyirdi: "Uşaqların əli İmam Hüseynin (ə) əlinə
çatsa, problem həll olacaq, ağanın özü onlara lütf edəcək".
İbrahim hələ orta məktəbi bitirməmiş məddahlığa
başladı. O, digərlərini də oxumağa həvəsləndirirdi. İslam
vəhdəti heyətində hər həftə Şəhid Abdullah Misgərlə birgə
məddahlıq edirdi.
Ora bir heyətin fövqündə duran birlik idi. O, uşaqların
etiqadi, hətta siyasi məsələlərdə inkişafına da çox təsir
edirdi.
Əllamə Məhəmmədtəqi Cəfəri, Hacı ağa Nəcəfi kimi
din alimlərini, siyasi və dini şəxsiyyətləri söhbətə cəlb
153
etmək bu heyətin fəaliyyətlərindən idi. Buna görə SAVAK
məmurları onun fəaliyyətini xüsusi nəzarətdə saxlayırdılar.
Bir neçə dəfə məclislərinin qarşısı alınmışdı.
İbrahimin məddahlığı həmin heyətdən və zorxana
idmanından başladı, inqilab dövründə və ondan sonra isə
çox genişləndi. Onun riayət etdiyi əsas məqam başqa idi.
O deyirdi: "Mən öz ürəyim üçün oxuyuram. Çalışıram ki,
daha çox özüm bəhrələnim və məddahlıq zamanı qeyri-
ilahi bir niyyətim olmasın".
***
Motosikletdə oturmuşdu. Gözəl səsilə həzrət Zəhranın
(ə) mədhinə yazılmış şeirlər oxumağa başladı.
Çox gözəl və yanıqlı şeir idi. Heyətin bir məclisində
xahiş etdim ki, həmin şeiri oxusun, amma razılaşmayıb
dedi: "Burada məddah var. Mənim ümumiyyətlə, yaxşı
səsim yoxdur”.
Bilirdim ki, Allah üçün olmayan və ya özünün
təriflənməsinə səbəb olan işlərdən qaçır. Məddahlıqda
qəribə adətləri vardı, mikrofon, əks-səda və s. vasitələr
istəməzdi, dəfələrlə mikrofonsuz oxumuşdu.
O deyirdi ki, Əhli-beyt hər şeyini İslam yolunda verib,
biz də heç olmasa, yaxşı sinə vurmalıyıq.
Toy və əza mərasimlərində harada oxumalı olduğunu
düşünsəydi, oxuyardı. Lakin orada başqa bir məddah
olsaydı, oxumaz və onu dinləyərdi.
İbrahim həzrət İmam Rzanın (ə) bu hədisinin real
nümunəsi idi: "Bizim müsibətlərimizə ağlayan və ağladan
şəxsin əcrini Allah Özü verəcək. Bizim faciələrimizə görə
gözü yaşaran və ağlayan şəxsi Allah qiyamətə bizimlə
birgə gətirəcək".
1
1
"Müstədrək əl-Vəsail", c. 1, s. 386.
154
Əzadarlıq zamanı yüksək mənəvi halda olurdu. Çoxları
onun iştirakından və əzadarlığından həvəslənirdilər.
İbrahim olduğu hər bir yeri Kərbəlaya çevirirdi, onun
ağlayıb-sızlaması qəribə ab-hava yaradırdı. Bunun bir
nümunəsini 1982-ci ilin ərbəin günündə Hüseyn aşiqləri
heyətində gördük.
Heyət uşaqları o günü heç vaxt unutmazlar. İbrahim
həzrət Zeynəbi (ə) yad edirdi. O, məclisə böyük coşqu
qatmışdı. Sonra da huşunu itirib özündən getdi. Həmin
gün uşaqlarda misilsiz bir hal yarandı. Əminəm ki,
İbrahimin isti nəfəsinə və mənəvi yanğısına görə məclis
elə dəyişmişdi.
İbrahim məddahlıq barədə maraqlı sözlər deyirdi. O
düşünürdü ki, məddah Əhli-beytin hörmətini qorumalı, hər
sözü deməməli, uyğun şərait olmadıqca rövzə
oxumamalıdır.
İbrahim özünü məddah hesab etmirdi, lakin harada
oxuyurdusa, gözəl mənəvi mühit yaradırdı.
O, şəhidləri heç vaxt yaddan çıxarmırdı. Şəhidlərin,
xüsusən də Əsğər Vüsalinin və Əli Qurbaninin adları
keçən bir neçə beyt şeir hazırlamışdı və əksər məclislərdə
oxuyurdu.
***
Tasua axşamı idi. Məsciddə böyük əzadarlıq keçirildi.
İbrahim əvvəldə çox yaxşı sinə vururdu, amma sonra
kənara çəkildi. Qaranlıqda bir tərəfdə dayanıb yavaşca
sinə vururdu.
Mərasim çox uzandı və gecə saat 12-də bitdi.
Ehsan vaxtı hamı İbrahimin ətrafına yığışdı. Mən
dedim: "Necə gözəl əzadarlıq idi! Uşaqlar çox yaxşı sinə
vururdular".
155
İbrahim mənə və uşaqlara mənalı tərzdə baxıb dedi:
"Eşqinizi özünüzə saxlayın".
Bizim təəccübümüzü görəndə sözünə davam etdi: "Bu
camaat həzrət Əbəlfəzl rövzəsi dinləməyə gəlib. Əzadarlıq
uzananda onlar da yorulurlar. Siz bir qədər əzadarlıqdan
sonra ehsanı verin, sonra isə nə qədər istəyirsiniz, sinə
vurun və eşqinizi bildirin. Elə edin ki, camaat Əhli-beyt
məclisində yorğunluq hiss etməsin".
|