Göz yaşı mənə aman vermirdi. Qəhrəmanın dünənki göz yaşlarına bütün vücudumla qibtə edirdim. Necə əminliklə şəhadətindən yazmışdı və sözlərində necə müqəddəs fəlsəfə vardı! 677
Axşama qədər orada qaldım. Bölüyün sağ qalmış üzvləri bir-bir gəlirdilər. 677
Məscidin axşamı başqa bir axşam idi. On nəfər idik. Heç kim danışmırdı. Heç kəsdə daxilini ifadə edəcək qüvvə yox idi. Yalnız sükut, hıçqırtı və qarışıq zümzümələr vardı. 677
*** 677
Səhər əşyaları toyotalara qoyub Əhvaza yola düşdük. Əhvazda eşitdiyim ilk xəbər bu idi ki, kəşfiyyat bölüyü tərəfindən müqəddəs Məşhəd ziyarətinə göndərilən uşaqlar qayıtmışlar və indi Şətt-Əlidədirlər. Özümü toparlamağa çalışsam da, narahat və kədərli halımı hərəkətlərimdən oxudular. 677
– Mehdi, bir neçə gün məzuniyyətə çıx. 677
– Yox, burada qalmaq istəyirəm. 677
Yasir Zirək məni daha yaxşı başa düşürdü. O, dedi: “İstəyirsən, uşaqların yanına get. Onlar indi Şətt-Əlidədirlər”. 677
Uşaqları görmək həmişə bizə ən yaxşı dərman idi. 677
Qarnizondan çıxmazdan öncə maşını götürüb təchizat bölməsinə getdim. Qayda belə idi ki, kim bölüyün qərargahlarından birinə getsəydi, anbardan ora bəzi əşyalar aparırdı. Bu barədə təchizat bölməsinin başçısına xüsusi tapşırıq verilmişdi. 677
Diviziyanın təchizat bölməsinin başçısı Hacı Həmid özü anbarın qapısını açdı və maşını içəri apardı. Maşının arxasını doldurdu, əşyaları səliqəyə saldı və hazır şəkildə mənə təhvil verdi. Sürətlə Şətt-Əliyə doğru yola düşdüm. 677
I 678
Şətt-Əli ən yaxşı dostum Hüseynin şəhidlik xatirəsi ilə yadımda qalmışdı. O günə qədər oranı görməmişdim. Çatanda maşını buraxılış məntəqəsində saxlayıb zəng vurdum və kəşfiyyat qərargahına getmək üçün bələdçi gözlədim. Kəşfiyyat qərargahı suyun içində idi. Orada gözlədiyim bir neçə dəqiqə Hurun havasını yenidən udmaq üçün yaxşı fürsət idi. Uşaqların biri dedi: "Hüseyn Məhəmmədian orada şəhid oldu". Onun göstərdiyi istiqamət baxışımı apardı. Qəribə həzz alırdım; dərin bir kədərdən doğulan həzz idi. 678
1986-cı ilin mayı idi və Hurun gözəl havası vardı. Vəlfəcr-8 bölgəsi, Ərvənd çayı, Fav və duz zavodu o qədər böyüklüyünə rəğmən, Hura çatmırdı. Hurun təbiəti elə idi ki, insanı öz kökünə yaxınlaşdırırdı. 678
Bizə sarı gələn motorlu qayığın səsi intizarın bitdiyini bildirirdi. Qayıq estakadaya çatıb dayandı. Yan-yana qoyulmuş iki avtomobil körpüsü bir estakada rolunu yaxşı ifa edirdi. Körpülərin hər tərəfinə maşın təkərləri düzülmüşdü ki, qayıqlar dəyəndə nə onlara, nə də körpüyə ziyan toxunsun. Gözüm qayığı sürən döyüşçüyə sataşanda ixtiyarsız güldüm. Öz Məhəmməd Purnəcəfimiz idi. Uşaqların sözü ilə desəm, yenə iki nadinc birləşmişdi. Hal-əhval tutandan və əşyaları maşından qayığa daşıyandan sonra yola düşdük. 678
Şətt-Əli Xəndək kimi məşhur olmuş yolun sağ tərəfində yerləşirdi. Mən Bədr əməliyyatı zamanı ilk dəfə Hurda qalmışdım, amma bu hissə əsla oraya bənzəmirdi. Bədr əməliyyatı Xəndək yolunun sol tərəfində baş tutmuşdu. Şətt-Əlinin Bədr bölgəsi ilə əsas fərqi arxların çoxluğu, az bitki örtüyü, habelə heç bir bitkisi olmayan geniş və dərin gölməçələrin olması idi. Onların ən önəmlisi Ümm əl-niac gölməçəsi idi. Şətt-Əliyə getdiyim ilk gündə diqqətimi çəkən ən maraqlı şey Təhəl adlı üzən adalar idi. Tezliklə mən də onların necə düzəldildiyini öyrəndim. Bölgənin bəzi hissələri qamışlarla o qədər sıx örtülmüşdü ki, oranı yerdən qoparıb yuxarı qaldırmaq olurdu. 678
Suyun altından qoparılıb çıxarılan torpaq suyun üzündə bir ada kimi üzürdü. Onların bəzisi o qədər geniş idi ki, uşaqlar onun üzərində otaq düzəltmiş və hətta maşın da qoymuşdular. Nisbətən kiçik olanları qayığın arxasına bağlayıb istədiyin yerə aparmaq olurdu. Onları tərpətməyincə suyun üzündə hərəkətsiz qalırdılar, çünki Hurda suyun axını çox zəif idi. 678
Şətt-Əlidə canlı qüvvə iki istiqamətdə yerləşmişdi. Birinci istiqamət piyada körpüsündən düzəldilmişdi. Kauçuk körpülərin üstündə bir neçə çadır və otaq vardı. Bütün istiqamətin komandiri qardaş Rəhmətullah Ovhani orada olurdu. İkinci istiqamət isə kəşfiyyat bölüyünə aid idi. Üç-dörd cərgə körpü yanaşı düzülüb böyük bir kvadrat əmələ gətirmişdi. Çadırların yaxınlığında təxminən on piyada körpüsü yan-yana düzülmüş və iyirmi metr uzunluğunda bir dəhliz düzəltmişdi. Ayaqyolu dəhlizin sonunda yerləşirdi. Bu iyirmimetrlik yolun ortasında dəhlizə iki-üç körpü əlavə olunmuş, təchizat çadırı orada qurulmuşdu. Ayaqyolunun yanından keçən yeddi kauçuk körpü qərargah otağına gedən arxa qədər bir yol əmələ gətirmişdi. Kəşfiyyat bölüyünün yerləşdiyi ərazi hovuz kimi idi və uşaqlar üzmək üçün oradan istifadə edirdilər. 678
Hurun o hissəsində tualetdə bir zərrə nəcisin belə qalmasına imkan verməyən balıqlar yaşayırdı. Sanki onlar Hurun çirkabını təmizləmək üçün yaranmışdılar. Uşaqlar bu balıqlara bığlı balıq deyirdilər. Onlar insana hücum edib əqrəb kimi sancırdılar və dişlədikləri yer qaralıb şişirdi. Mən bu balıqları Bədr bölgəsində də görmüşdüm, amma uşaqlar buradakıların böyük olduğunu deyirdilər. Xüsusən, bölgəyə yeni gələnlərə təkidlə tapşırırdılar ki, onları görsəniz, ya yaxınlaşmayın, ya da güllə ilə vurun. Çünki onların sancması mütləq ölümlə nəticələnir. Mən bığlı balıqların böyüklərindən görməyincə bu sözləri ciddiyə almırdım. Lakin bir dəfə onlarla qarşı-qarşıya gələndə məsələni anladım: bir metr uzunluqları vardı və ağızlarından təxminən dörd-beş qarmaq çıxmışdı. Onları görəndə anamın döşək tikmək üçün istifadə etdiyi qıyıqlar yadıma düşdü. 679
Ətrafımızı sarımış qamışlıqların içində digər canlılar da yaşayırdı. Siçanlar belə canlılardan idi. Bu siçanlar suya kəllə vurmaqda və sualtı üzgüçülükdə xüsusi məharətə sahib idilər. 679
Onlar adam görən kimi suya kəllə vurur və on metr uzaqdan çıxırdılar. Hurda əsas problemimiz bu siçanlar idi. Gecədən səhərə qədər hakimiyyət onların əlində olurdu və nəticədə, meriya işlərinin siyahısı uzanırdı. Bölüyün meri nəcisyuyanlar adlı bir qrupa da nəzarət edirdi. Mən də könüllü şəkildə bu qrupa qoşulmuşdum. Səhər hamıdan qabaq əlimizə bir vedrə götürüb çadırdan çıxır və bütün körpüləri yuyurduq. Çadırın içini, qayıqların içini və körpüləri elə yuyurduq ki, hətta bir siçan qarası da qalmırdı. Bu işin ən bariz nəticəsi o idi ki, gün ərzində oralarda bir siçan da görünmürdü. İş o yerə çatmışdı ki, biz haradansa qayıdanda öz qayığımıza minməzdən öncə ayaqlarımızı yuyurduq. Qayığımıza başqa bir adam minsəydi, yenə onu təmiz yuyurduq, çünki digərlərinin də bu məsələyə ciddi yanaşdıqlarına əmin deyildik. 679
Bölgə ilə tanışlıq, onun yeniliyi və nəcis yumaq kimi işlər bir neçə gün başımı qarışdırdı. Kəşfiyyat bölüyünün təxminən bütün uşaqları oraya gəlmişdilər. Bölüyün qədim və nadinc uşaqları ilə qaynayıb-qarışmaq dəcəllik istedadımı yenidən oyatsa da, Hüseyn Məhəmmədianın şəhidliyindən sonrakı məsuliyyət hissim məni bu haqda düşünməyə vadar edirdi. Bəzən düşünürdüm ki, uşaqların vaxtının çoxu hədər gedir. Bir dəfə bölüyün oradakı qüvvələrinin komandiri qardaş Abbasquluzadəyə dedim: "Əsğər ağa, bu qədər dəyərli döyüşçü bir yerə toplaşıb, heyfdir bir proqramımız olmasın". Və təklif etdim ki, bir təlim kursu üçün proqram hazırlayaq. 679
– Mən bu sözü ilk dəfə səndən eşidirəm, ağa Mehdi. Uşaqlar yavaş-yavaş tənbəlliyə adət edirlər, heç kim bu haqda düşünmür. 680
Əsğər ağanın bu sözü təklifimi qəbul etmək demək idi. Dərhal dalğıc təlimi, daha doğrusu, dalğıclıq və kəşfiyyat məşqləri üçün proqram hazırladıq. Proqram belə idi ki, hər gün günortaya qədər qayıq sürməyi, günortadan sonra da dalğıc məşqi edəcəkdik. Tezliklə xəritə, mövqe təyinetmə və hərbi axtarış sinifləri və təcrübə mübadiləsi başlandı. Mənim böyük ümid bəslədiyim ən mühüm sinif təcrübə mübadiləsi sinfi idi. Sinfi hər gün bir nəfər idarə edir, müxtəlif kəşfiyyat və əməliyyatlarda topladığı təcrübələrdən danışırdı. Mən gizli şəkildə bu dərslərin bir neçəsini maqnitofona yazdım. 680
*** 680
Kurslar get-gedə təkmilləşir, uşaqların kreativliyi dəcəlliklə birgə ortaya çıxırdı. Bu arada qardaş Ovhani ilə aramızdakı bir neçə hadisədən sonra onun əleyhinə hərəkətə keçmək qərarına gəldik. 680
– Komandir olandan özünü yaman çəkir... 680
– Dünənə qədər bizim səngərimizdə yeyib-yatırdı, indi isə bizimlə belə danışır... 680
Məhəmməd Purnəcəf və Rəsul Səidi də mənim kimi bu məsələyə həssas olmuşdular. Onlarla birgə bu haqda ölçü götürmək qərarına gəldik. Birinci istiqamətin vəziyyəti barədə yetərli məlumatımız yox idi. Əvvəlcə oranı öyrənməyi qarşımıza məqsəd qoyduq. Günortanın sakitliyindən istifadə edib dalğıc geyimi ilə suya girdik. Komandir çadırının arxasına gedən arxla hərəkət etdik və bir neçə dəqiqədən sonra çadırın yanına çatdıq. Hər yer sakit idi. Sudan çıxıb çadırın yanında gizləndik. Komandir səngərinin kauçuk soyuducusu yaxında idi. Çadırın altından əl uzadıb asanlıqla içini boşaltmaq olurdu. Bu iş baş tutdu, amma bir neçə meyvə şirəsi və qazlı su bizim məqsədimizi təmin edə bilməzdi. Dedim: "Yox, bu Ovhanini ki mən tanıyıram, bu işlə tənbeh olan deyil". 680
– Bəs nə edək? 680
– Bəlkə rabitə kabellərini kəsək? 680
İşə başlayıb əlimizə keçən hər bir kabeli kəsdik. Həmin əsnada bir səs eşitdik: "Bəs belə! Qardaş Ovhaniyə deyəcəyəm ki..." 680
Əsğər Neməti idi. Üç dalğıcın komandir çadırının yanında səssiz dayanması diqqətini çəkmişdi. Körpünün yanından bizə baxmış və tanımışdı. Lakin Rəsul Səidi sözünü bitirməyə qoymadı, çox ciddi halda dedi: "Əgər ona nəsə dediyini eşitsəm, başını kəsərəm!" Cəld suya girdik. Rəsul hərdən dönüb əl işarələrilə hədələrini davam etdirirdi. Qayıdanda gülə-gülə Ovhani üçün bəzi şüarlar da düzəltdik. 680
Həmin gün istiqamət komandirliyindən bizə qarşı heç bir hərəkət görmədik və Əsğər Nemətinin hədələri ciddi qəbul edib heç kimə bir söz demədiyini bildik. Ertəsi gündən hər dəfə Ovhanini görəndə ürəyimizdən şüar demək keçirdi: 681
“Salam olsun hava hücumundan müdafiəyə! 681
Ölüm olsun Ovhaniyə! 681
Salam olsun keşikçiliyə! 681
Ölüm olsun Ovhaniyə!” 681
Yazıq çox hirslənirdi. Bəzən vacib bir işdən ötrü kəşfiyyat bölüyünə gəlməyə məcbur olanda onu “gözəl” sözlərimizlə qarşılayırdıq. 681
Hamı bilirdi ki, Ovhani üzmək bilmir. Buna görə də, ayağını qayıqdan körpünün üstünə qoyan kimi bizim qəfil hərəkətlərimizlə üzən körpü tərpənir və o, suya düşürdü. Suya düşəndən sonra da bəzi sözlər deyib ortalığı lap qarışdırırdı və ardınca on nəfər özünü suya atıb onu boğmağa başlayırdı. 681
Vəziyyət o həddə çatmışdı ki, sanki onunla şərtləşmişdik və bir-birimizi görəndə normal şəkildə yolumuza davam edə bilmirdik. Bu baxımdan, bizim ətrafımızda çox hərlənmirdi. Hərdən biz suda qayıq sürəndə motorlu qayığı ilə gəlirdi. Bilirdik ki, bizi təqib edir və əziyyətlərimizin əvəzini çıxmaq istəyir. Birdən çox sürətlə qayığımızın yanından keçirdi. Bu zaman qayıq çevrilirdi və biz qayıqla birgə suya düşürdük. Ovhani bu şəkildə zarafat etdiyimiz yeganə şəxs idi. 681
*** 681
Orada həyat su və üzgüsüz keçmirdi. Üzməkdə o qədər ustalaşmışdıq ki, hətta qərargahın bu tərəfindən o tərəfinə keçmək üçün özümüzü suya atırdıq. Çünki üzməklə daha rahat və tez çatırdıq. Hər an suya atılmağa hazır vəziyyətdə idik. Buna görə də, adətən, yüngül paltarlar geyinirdik ki, suya girəndə rahat üzək. Suda yaşamağın ən böyük nəticəsi bütün kəşfiyyatçıların fiziki hazırlığı idi. 8-10 km. uzunluğunda yolları üzərək getmək adi bir işə çevrilmişdi. Ümumiyyətlə, qərargahın Aşura diviziyasını belə bölgələrdə yerləşdirməkdə uzunmüddətli məqsədlərindən biri bu idi ki, şəxsi heyət gələcək əməliyyat zonalarına oxşar yerlərdə lazımi qüvvə və bacarıqlar əldə etsin. 681
*** 681
Ramazan ayı idi. Bütün mümkün yollardan istifadə edib komandirlərdən oruc tutmağa icazə istədik, amma verilmədi. Əza məclisləri də rövnəqlənmişdi. Bazar ertəsi günləri oxunan Təvəssül duası əzadarlıqla bitirdi. Cümə axşamları da Kumeyl duası oxuyurduq. Bütün namazlar camaat namazı şəklində qılınırdı və imamımız Həsən Nəsiri adlı bir hövzə tələbəsi idi. Hər səhər kollektiv şəkildə Əhd duasını oxuyurduq və Hurda günəşin gözəl doğuşunu təxminən həmişə görürdük. 681
Kərbəla-8 əməliyyatında şəhadət məqamına nail oldu. 682
Yay idi. Gündüz hava isti olur, gecə də ağcaqanadların hücumu ara vermirdi. Piyada körpülərinin hissələrindən çarpayı düzəldib ətrafına tor çəkmişdik. Açıq hava çadırlardan çox sərin və gözəl idi. Suyun üzündən əsən mehin sərinliyi, qamışların sakit səsi və ulduzla dolu aydın səma Şətt-Əli gecələrinə gözəllik verirdi. 682
Su ilə əhatə olunmağın başqa bir gözəl cəhəti də vardı: Qüslə ehtiyacı olan uşaqlar hamam işində çətinlik çəkmirdilər. Hərdən səhərlər suyun səsinə yuxudan oyananda bilirdim ki, kimsə suya tək girməsin deyə özündən başqa iki-üç nəfəri də suya itələmişdir. 682
Bir dəfə səhər tualet növbəsində uşaqların biri qulağıma pıçıldadı: “Mehdi, məni suya itələ, bir az yuxum qaçsın”. 682
– Mən niyə itələyim, özün atıl. 682
Lakin o, məni və növbə gözləyən başqa bir neçə nəfəri də suya itələdi. 682
Bəzi uşaqlar bundan utanmasınlar deyə birdən səs-küy qopurdu: "Körpünün üstündə heç kim qalmasın!" Bu zaman hamı suya girməli idi. Məsələni şirinləşdirməkdən ötrü bəziləri bu kollektiv qərardan yayınmağa çalışırdılar. Beləliklə, suda olmayanları tapmaq üçün axtarışlar başlayırdı və öz xoşuna suya girməyənin vəziyyəti pis olurdu. 682
Bəzən biz də fərarilərdən olurduq. Əynimizdə paltar olanda isladıb, sonra qurutmaq istəmirdik. Belə zəruri hallar üçün heç bir kələk keçmirdi. Bəzi uşaqlar "Hamı suya!" əmrini eşidən kimi tez üzüqibləyə dayanıb "Allahu-Əkbər" deyirdilər. Lakin uşaqlar belələrinə də rəhm etmir və elə həmin halda qaldırıb suyun ortasına atırdılar. Bir gün gizlicə çadırın üstündəki millərdən yuxarı qalxıb tavanın yoxuşu üzərində uzandım. Uşaqlar məni görməyib axtarmağa başladılar. Maraqlı idi; ilk dəfə idi ki, kimsə özünü xilas edə bilmişdi. Birdən Yusif Sarimi qışqırdı: "Aaa... Çadırın yuxarısındakı kimdir?.. Kölgəsi görünür". Yusif çadıra girib yuxarıda bir nəfərin qeyri-adi kölgəsini görmüşdü. Fikirləşməyə macal tapmadan birdən kürəyimə dəyən güclü bir zərbəni hiss etdim. Qeyri-ixtiyari olaraq əllərim millərdən açıldı. Zərbə o qədər güclü idi ki, uşaqlara əziyyət vermədən məni suya sala bilərdi. Lakin bədbəxtlikdən, suya deyil, körpünün yanındakı qamışlığa düşdüm. Ciddi yara almadım, amma elə yıxıldım ki, kənardan baxanlar başıma bir iş gəldiyini düşünmüşdülər. 682
*** 682
Kəşfiyyat bölüyündə təxminən, adət etdiyimiz hadisələrdən biri də kiçik əşya və paltarlarımızın itməsi idi; qurumağa qoyduğumuz maykadan tutmuş canamaza qədər. 683
Dostlara özümüzdən artıq inanırdıq. Üstəlik, itən əşyalar kiminsə işinə yarayacaq şeylər deyildi, nə də kimsə zarafata bu işi daim təkrarlaya bilərdi. Nəhayət, bir gecə körpülərin üstündə hərəkət səsi, kauçuka bənzər bir şeyin şıqqıltısı bir neçə dəfə məni yuxudan oyatdı. Körpü hissələrindən düzəldib ətrafına tor çəkdiyimiz çarpayılar artıq öz təhlükəsizliyini əldən vermişdi. Çünki gecələr körpülərdən gələn səs adamı vahiməyə salırdı. Ürəklənib fikrimi uşaqlara dedim: "Uşaqlar, bu siçanlar gecələr nə özləri yatırlar, nə də bizi yatmağa qoyurlar. Məncə, körpülərdə nəsə var". 683
Nəhayət, qərara gəldik ki, siçanları izləyib körpülərin içindəki səsin sirrini öyrənək. 683
Həmin gecə izlədiyimiz bir siçan körpülərin birinin içinə girdi və bizə şirin yuxunu haram edən səslərdən gəldi. Əmin olduq ki, siçan kauçukların içi ilə irəliləyir, çünki səsin yeri tədricən dəyişirdi. Səsin dayandığı yer yəqin ki siçan üçün mühüm yer imiş. Körpünün həmin hissəsini açdıq. Ağır iş idi və çox vaxtımızı aldı. Kauçuk parçalarını çıxarandan sonra qamışa bənzər hissəyə çatdıq. Altında bir neçə yarpaq parçası da vardı. Yarpaqları götürəndən sonra yumşaq parçalar bayıra çıxdı. Bir şortik də tapıldı. Əsğər ağanın hələ də axtardığı canamazı da orada idi. Əlbəttə, canamazın üstündə beş siçan balası vardı. Deyəsən, yeni doğulmuşdular. Canamazı içindəkilərlə birgə suya atdıq və bala siçanların hamısı tez Hurun balıqlarına yem oldular. Ondan sonra həm ehtiyatımız çoxaldı, həm də kiçik paltarların itməsinə çox da təəccüblənmədik. 683
*** 683
Uşaqların içində olmaq darıxmağı müəyyən həddə unutdursa da, yenə də mənim ən mühüm istirahətim hamıdan uzaq sakit bir yerə getmək idi. Quşlar, ördəklər, su samurları, balıqlar və digər heyvanlar suda, quruda və göydə sakitcə həyatlarını davam etdirirdilər. Sanki illərdir burada müharibə olmamış, mərmi və raket partlamamışdı. Bəzən saatlarla səssizcə suda qalırdım. Mənə adət etmiş heyvanlar adi işlərində idilər. Çox əlverişli fürsət idi. Mən Hurun gizli səfasını və təbiətin əl dəyməmiş gözəlliyini orada görürdüm. Mübarək ramazan ayı təlimlərlə keçirdi. Qədr gecələri ibadət və dua gecələri idi. Xüsusən o gecələrdə düşünürdüm ki, Hurun gözəlliyi orada yaşayan insanların ruhunun gözəlliyinə borcludur. Mübarək Ramazan ayının son cüməsində, yəni Qüds günündə biz də körpülərin üstündə yürüş keçirdik və "İsrailə ölüm" şüarı ilə ərazini gəzdik. 683
*** 683
Hələ bölüyə xüsusi bir tapşırıq verilməmişdi. Əsğər ağa orada kəşfiyyata başlamaq üçün yeni bir proqram fikirləşirdi. Məqsəd yeni qüvvələrin təcrübə keçməsi, köhnə kəşfiyyatçıların da məşq etmələri idi. Hələ yeni qərarı tam müzakirə etməmiş 12-13 nəfəri Əhvaza çağırdılar. Mənim də daxil olduğum bu qrup Şətt-Əlini tərk edib Əhvaza yola düşdü. 684
II 684
Qardaş Fəthi Əhvazda idi. Onunla son görüşümüzdən uzun müddət ötürdü və onun nəsihətlərinə darıxmışdım. O, şəxsi heyətin önündə qardaş Hörmətini kəşfiyyat bölüyünün komandir müavini kimi təqdim etdi. Vəlfəcr-8 əməliyyatından və qardaş Fəthinin yaralanmasından aylar ötürdü və bəzi səbəblərdən o, bölükdə az olurdu. Bu seçimlə qardaş Hörməti işləri yerbəyer edə biləcəkdi. Orada gələcək təlim üçün seçəcəyimiz yerin xüsusiyyətlərini dedilər və biz bölük üçün nəzərdə tutulmuş əşyaları təhvil alıb Əhvazın Hava Hücumundan Müdafiə qarnizonunu tərk etdik. 684
Yedditəpənin yaxınlığından bir yolla Kərbəla diviziyasına doğru getməyə başladıq. Orada Dez çayının eni 600-700 metr idi və digər yerlərə nisbətən çox enli sayılırdı. Suyun axını güclü idi, çaydan keçid və dalğıc təlimi üçün əlverişli yer idi. Çayın sahilində bölüyə yaxşı yer tapmadıq, amma suyun içində bizə uyğun bir ada vardı. Adada qalsaydıq, keşik çəkməyə də ehtiyat olmayacaqdı. Suya iki-üç motorlu qayıq saldıq, iyirmi nəfər üçün lazımi əşyaları, o cümlədən çadır, ədyal və ərzağı adaya apardıq. Oxşar yerlərdə olduğu kimi, orada da adanın sahilində bir estakada qurduq. 684
Adanın eni-uzunu təxminən 200-500 metr idi. Adanı yaşıl çəmən örtmüşdü və su bölgələrinə xas iynəyarpaqlı ağaclar bitmişdi. Yay olduğuna görə istilik və rütubət bitkilərin inkişafına əlverişli şərait yaradırdı. Karun çayının həmin hissəsi Yedditəpə Əkinçilik və Sənaye Mərkəzinə yaxın idi. Çuğundur tarlalarına verilən su yenidən çaya tökülürdü. Bu səbəbdən çayın həmin hissəsi həmişə bulanıq olurdu. 684
Şəxsi heyətə təlim proqramı hazırlandı və ilk gündə Şətt-Əlidə qalanların da köçürülmə xəbərini eşitdik. Onların kəşfiyyat üçün ölkənin qərbində yerləşən Şeyx Saleh bölgəsinə göndəriləcəyini deyirdilər. Diviziyanın batalyonlarının da tədricən qərb cəbhələrinə köçürüləcəyini söylədilər. Bu xəbərləri yan-yana qoyanda ehtimal verdik ki, diviziyanın gələcək əməliyyatı qərbdə baş tutacaq. Bu isə o demək idi ki, bizim əməliyyatda heç bir rolumuz olmayacaq. Bu xəbərin mənfi təsiri hamının üzündə görünürdü. Mən o günə qədər əksər əməliyyat və kəşfiyyatlarda iştirak etmişdim, uşaqların qərbdə kəşfiyyat apardıqları və hücuma hazırlaşdıqları bir zamanda adada qalıb başımı təlim və məşqlə qarışdırmağı qəbul edə bilmirdim. Bu fikir bütün uşaqları narahat etsə də, mənim qəlbimdə xüsusi bir ümid vardı ki, əsas iş bizimkidir. Kəşfiyyatın əsas və bacarıqlı qüvvələri bizim aramızda idilər. Bizim əməliyyatdan uzaq qaldığımızı göstərən əlamətlərə baxmayaraq, əmin idim ki, bu dəfə üzərimizə hələ bölüyün xəbəri olmayan təhlükəli bir iş düşəcək. Bu daxili səs həvəsimi artırırdı, hər bir işə gedir, hər bir məsuliyyəti qəbul edirdim ki, ilahi baxış məni də aparsın. Hüseyn Məhəmmədianın şəhidliyindən sonra vərdiş etdiyim sükut və tənhalıq get-gedə uşaqların arasında yaddan çıxırdı. Lakin daxildən qaynayan bulaq bəzən yandırır, bəzən yuyub təmizləyir, bəzən də tufan qoparıb vücudumun dərin qatlarına işləyirdi. Vəlfəcr-8 və "Ya Mehdi" əməliyyatlarından salamat qayıdanda bir fikir ruhumu yorurdu: düşünürdüm ki, bəlkə tənbəlliyimə və iradəsizliyimə görə mənə şəhidlik qismət olmur. Əhd etmişdim ki, harada nə iş olsa, bütün vücudumla xidmət edəcəyəm. Buna əsasən, həmişəkinin əksinə olaraq, hay-küy salmadım, sakit qaldım ki, Hüseynin şəhadətindən bir neçə gün öncə zümzümə etdiyi fikri bir qədər təcrübə edim: "Aldadıcı bölgədə işləmək hissi". 684
Bütün şəxsi heyətə Əsğər Abbasquluzadə başçılıq edirdi. Qərara gəldik ki, şəxsi heyət iki istiqamətdə və dörd komanda halında işləsin. Nasir Dibayi ilə mən təlim istiqamətlərinin komandiri olduq. Kərim Ahənclə Rza Sultanzadəni həmin istiqamətdə təlim keçən komandalara başçı təyin etdim. Bütün şəxsi heyətin bilik, təcrübə və fiziki qüvvə baxımından eyni həddə olduqlarına görə istiqamət və komanda başçılarını seçmək çətin deyildi. Kəşfiyyat bölüyü müharibə boyu xüsusi siyasətinə görə üstünlüyünü sübuta yetirmiş, müxtəlif dönəmlərdə istiqamət və komanda başçılarını dəyişməklə hamıya bu imkanı yaratmışdı. 685
Vəzifə bölgüsündən sonra ən mühüm məşğuliyyətim uşaqların fiziki gücünü artırmaq üçün proqram hazırlamaq idi. Dalğıclıq və üzgüçülük təlimləri bütün uşaqlar üçün sadə məsələlər idi. 685
Fikirləşdim ki, ən yaxşı iş suyun axınının əksinə üzməkdir. Həmin hissədə axının sürəti saatda 40-50 km.-ə çatırdı. Təlim dalğıc geyimi ilə aparılırdı və uşaqlar üzgəclə suyun axınının əks istiqamətinə irəliləyirdilər. İşin yeniliyi və çətinliyi hamını həvəsləndirirdi və təlim yaxşı gedirdi. Kəşfiyyat sirlərini qorumaq üçün bir neçə iş gördük. Bu işlərin birincisi adaya yeni bir ad qoymaq idi. Bu iş müharibə boyu kəşfiyyat bölüyündə ənənəyə çevrilmişdi. Uşaqlar hətta öz aralarında da yerin həqiqi adından istifadə etmirdilər. 685
Həmin günlərdə uşaqlar Şeyx Salehə Bəndər-Abbas deyirdilər. Sonralar Sərdəştdə aparılan kəşfiyyat bölgəsinin adını Qarayer, Mavutun adını Mığmığalıq qoydular. Bunu yalnız kəşfiyyat bölüyünün uşaqları bilirdilər. Müqəddəs müdafiə dövrünün sonuna qədər hətta döyüşçülərin çoxu bilmədi ki, bizim gündəlik danışıqlarda Bəndər-Abbas dediyimiz yer Şeyx Saleh idi. 686
Biz o adanın adını Bermud üçbucağı qoyduq. İkinci qərar məzuniyyəti ləğv etmək və şəhərə get-gəli minimuma endirmək idi. Belə ki yalnız xəstələnən və adi dərmanlarla müalicəsi mümkün olmayan xəstələr Bermud üçbucağından çıxırdı. 686
Bütün bu işlərin yanında uşaqlar qərb cəbhələrindən xəbər öyrənmək üçün fürsət axtarırdılar. Ən mühüm informasiya mənbəyimiz də təchizat bölməsinin başçısı Amanullah Amani idi. O, etimadlı adam idi və hər dəfə gələndə suallarımızın əlli faizini cavablayırdı. Onun sözlərindən yaranan təsəvvürlərimiz əməliyyatdan öncəki hazırlıqlarla üst-üstə düşürdü. 686
Dostları ilə paylaş: |