Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə25/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   21   22   23   24   25   26   27   28   ...   73
Bir-birinin ardınca qərbdən hücumu təsdiqləyən xəbərlər gəlirdi və biz yorğunluğumuzu, etiraz və arzularımızı namaz səcdələrinə aparırdıq. Şəhərlərin siyasi vəziyyəti, iqtisadi blokada və xəbərlərin təhlilindən anladığımız digər məsələlər bizi cəbhəyə və ilahi ruha daha çox bağlayırdı. Cəbhədə olub əməliyyatdan uzaq qalanda yalnız dua, münacat və Allahla daha çox ünsiyyət bizi sakitləşdirirdi. Əksər dualar göz yaşları ilə müşayiət olunurdu: "İlahi, yardımını bizim uşaqlarımızdan əsirgəmə! Bu əməliyyatda da bizə kömək ol!" 686

Bu dua və münacat halı ümumi idi. Daha heç kim ibadətini gizlətmirdi. Uşaqlar riyanın əl-qolunu arxadan bağlamışdılar və kim necə idisə, elə də görünürdü. Gecə namazına qalxanlar digərlərindən uzaqlaşmadan elə oradaca çəfiyələrini sərirdilər. Əməliyyatdan uzaq düşmək hamının qəlbini sındırmışdı və hamı öncəkindən daha təvazökar, daha mehriban olmuşdu. 686

Həmin günlərdə nisbətən yeni gəlmiş bəzi uşaqların naşılıqları bizə maraqlı gəlirdi və bu da istər-istəməz zarafat bazarını qızışdırırdı. 686

Özüm də bundan istisna deyildim. İlk dəfə düşündüm ki, bəzilərinə mütləq nəsihət vermək lazımdır. Onları bir yerə topladım. Qəribə baxışlarını görəndə isə nəsihətdən öncə dedim: "Qardaşlar, mən Şimr-zad deyiləm, sizin kimi bir adamam..." Əlbəttə, qardaşlar da məni yaxşı anladılar, çünki gülüşlərini zorla saxladıqlarına görə hamısı qıp-qırmızı olmuşdu. Bu hadisə tezliklə Bermud üçbucağına yayıldı, hətta sonralar bütün bölükdə məşhur oldu. Belə ki məni görən hər kəs deyirdi: "Bəli, ağa Mehdi, sən Şimr-zad deyilsən..." 686

Şəxsi heyət arasında bəziləri diqqətimi cəlb etmişdilər. Əmir Əsədullahi "Ya Mehdi" əməliyyatında özünü sübut etmiş uşaqlardan idi. On yeddi yaşı vardı, əxlaqına, ixlasına, mədəni davranışına və gecə namazlarına görə hamı ona hörmət edirdi. O və onun kimi başqa bir neçə nəfər gözlərimiz önündə şəhadət üçün yetişirdilər. Belə uşaqların ən mühüm xüsusiyyəti bu idi ki, heç kimin onlardan inciməməsinə çalışırdılar. Üzlərində həmişə mehriban təbəssüm vardı. Hətta təsadüfən onlara baxanda da gülümsəyirdilər. Qısası, dua, qünut və səcdələrinin ləzzəti hamını məst edirdi. 686

*** 687

Xəbərlər başlayan kimi radioya yapışanlardan olmuşdum. Gündəlik dünya xəbərlərini dinləməyi özümə vacib etmişdim. Bir dəfə Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatına şikayət etdiyini eşitdim. Mövzu qərb cəbhələrində düşmənin kimyəvi raketlərdən istifadə etməsi idi. Birdən-birə kədərlə sevinc arasında qaldım. Qərbdəki uşaqların fikri ruhumu incidirdi. Lakin digər tərəfdən, qərbdəki əməliyyatın üstünün açıldığını güman edirdim. Belə olsaydı, əməliyyat bizim tərəfdən olacaqdı və bu məni çox sevindirirdi. Bu təhlilləri uşaqların müzakirəsinə çıxardım. 687

- Uşaqlar, bildiyiniz kimi, Şeyx Saleh bölgəsi kimyəvi hücuma məruz qalıb". 687

- Sən haradan bilirsən? Xəbərlərdə yalnız “qərb cəbhələri” dedilər. 687

- Təsadüfən, qərbdə yalnız orada işləyirlər, oranı da bombalayıblar... Güman ki kəşfiyyat və hücum dayandırılacaq. 687

Söhbət bəzilərinin təsdiqi, bəzilərinin də "bilmirəm" sözü ilə bitdi. Sonda qərara gəldik ki, Allaha təvəkkül edək və Onun istəyinə razı olaq. 687

Bu xəbərdən iki gün ötməmiş adanı tərk etmək əmri verildi. Cəld bütün əşyaları toplayıb yeni bölgəyə yollandıq. 687

III 687

Yeni bölgə Vəlfəcr-8 əməliyyatının keçirildiyi yer idi. Diviziyanın keçmiş qərargahına yerləşdik. Məqsəd Ərvənd çayında təlim keçmək idi. Bölgülər aparıldı, vəzifələr təyin olundu. Mən yeni bir vəzifə də qəbul etdim: aşpaz köməkçisi. Bermud üçbucağında olduğu kimi, orada da yeməyi özümüz bişirirdik. Çünki diviziya orada deyildi və iyirmi adama yemək bişirmək də çox vaxt almırdı. Hər həftə bizə üç-dörd donmuş qoyun verirdilər. Quru ərzağımız da vardı. Diviziyadan göndərilmiş aşpaza kömək edərək həm günboyu başımızı qarışdırır, həm də aşpazlığı öyrənirdik. 687

Əməliyyata hazırlıq məşqlərini gecələr edirdik. Karun çayında axının əks istiqamətinə 3 km. üzə bilirdik, Ərvənd çayında isə yüz metr getmək ondan çətin idi. Həm axın sürətli idi, həm dalğalar bir an sakitləşmirdi, həm də axının istiqaməti tez-tez dəyişirdi. Su qabarma zamanı Bəsrəyə doğru axırdı, çəkilmə zamanı isə Fars körfəzinə doğru. İstiqamətin dəyşildiyi bir neçə dəqiqədə də Ərvənddə qiyamət qopurdu; çayın ortası Fars körfəzinə doğru axırdı, kənarları Bəsrəyə sarı. 687

Ərvəndlə və onun daim dəyişən axınları ilə tanışlıqdan ötrü zamana ehtiyac var idi. Hər axşam Ərvəndlə mübarizəmiz başlayırdı. Get-gedə bacarığımız artsa da, Ərvəndin vəhşi qürurunu yenmək üçün daha güclü olmaq lazım idi. Təlimin ortasında Həmid Allahyari ilə başqa bir döyüşçünü seçib Xürrəmşəhrə apardılar. Biz o günə qədər Şeyx Salehdə işləyən qüvvələrin hamısının Xürrəmşəhrə aparıldığını bilmirdik. Beş günün içində Ərvənddə gecə təlimi keçənlərin hamısını Xürrəmşəhrə çağırdılar. 688

*** 688

Xürrəmşəhrdə uşaqlara bir qərargah vermişdilər. Orada gördüyüm ilk adam Həmid Allahyari idi. O, bir neçə gün ərzində bölgənin vəziyyətinə dair geniş məlumat toplamışdı. Ona çox güvənir, hörmət edirdim. Birgə əməliyyatlarda iştirak etdiyimiz uzun müddətdə bir-birimizə sirdaş olmuşduq. 688

- Həmid, nə xəbər? Vəziyyət necədir? 688

- Gözlə - deyib əlində kağız və karandaş məni bir tərəfə apardı. - Bura Ümm əl-rəsasədir... bura da Bəvarindir... Ərvənd çayı buradadır və bura Ümm əl-təvilədir... Boğaz buradadır, böyük ehtimalla kəşfiyyat buradan başlayacaq... 688

Həmidin verdiyi ümumi və faydalı informasiya işimə yaradı. 688

İlk fürsətdə Xürrəmşəhri gəzməyə başladıq. Şəhərdə qəribə ab-hava vardı. Şəhər dağılmışdı; küçələr, evlər, ağaclar - hər şey bir-birinə qarışmışdı. Şəhərin nisbətən varlılar yaşamış bölgəsində Aşura diviziyası bəzi evləri özünə qərargah seçmişdi. Kəşfiyyat bölüyü üçün seçilmiş ev kiçik idi. Buna görə də, yaxınlıqda yerləşən və yuxarı mərtəbələri dağılmış üçmərtəbəli bir evin birinci mərtəbəsinə palaz döşədik. Şəhərin üç və dördmərtəbəli binalarının hamısı uçub dağılmış, ancaq birinci mərtəbələri salamat qalmışdı. Su və elektrik yox idi. Təsadüfən, hansısa krandan gələn azca su boruda qalmış su idi, pis qoxusu və dadı vardı. 688

Xürrəmşəhrə bir baxışla şəhərin iki hissədən ibarət olduğunu bilmək olurdu: çox varlı və çox kasıb hissələr. Bir neçə il ötsə də, hələ əksər evlərin əşyaları dururdu. Varlı və kasıb evlərinin ərazi və əşyaları arasındakı ziddiyyət maraqlı idi. Bəzən bir mərtəbədə dörd təmiz hamamı olan təmtəraqlı və dəbdəbəli evlərdə əxlaqsız jurnallar görürdük. Palçıq divarları olan kiçik evlərin taxçalarında isə güllə bəzənmiş parçanın içində bir Quran olurdu. 688

Şəhərdə mülki adam yox idi. Xürrəmşəhrin işğalçıların əlində əsir qaldığı bir il bir neçə ayda Bəəs hərbçiləri faydalı hər bir şeyi qarət etmişdilər. Digər əşyalar isə qalın toz-torpağın altında güllə və qəlpə yaraları ilə qalmışdı. Din alimlərindən şəriət icazəsi almadan evlərdə qalmış sağlam əşyalardan istifadə etməyi haram bilirdik. Vəlfəcr-8 əməliyyatında Ərvənd çayının sahilindəki xurmalıqda yerləşdiyimiz zaman da müctəhidlərdən icazə hökmü gəlməyincə get-gedə qurumaqda olan xurmalara heç kim əl vurmadı. Xürrəmşəhrə gələnlər də həmin adamlar idilər. Bu dəfə mövzu xurma deyil, dəbdəbəli ev əşyaları olsa da, İslam döyüşçülərinin qəlbində dünya sevgisi çoxdan ölmüşdü. 688

Bölükdən gətirdiyimiz əşyaları evə yerləşdirdik. Şəhərə ehtiyacımızı azaltmaqdan ötrü həyətdə bir hamam tikmişdik. Növbə meriya və evdarlıq işlərinə çatdı. Öz bacarıq və maraqlarına uyğun olaraq, hərə evin bir işini üzərinə götürdü. 689

- Yeməyi hazırlayıb süfrəyə gətirmək işi Mehdiqulunun. 689

- Çörəyi isladıb hazırlamaq Abbas Məhəmmədinin. 689

- Mehdi Əliəkbəri süfrəni sərəcək və toplayacaq. 689

- Otaqları süpürmək... 689

Süfrəyə xörək gələn kimi hamı duaya başlayırdı: "İlahi! Bizə çoxlu halal və gözəl ruzi yetir! Qarnımızı haram və şübhəli qidalardan qoru!" 689

Bu kollektiv duadan sonra yemək başlanırdı. Süfrəni yığmazdan öncə də hamı bir-bir dua edir, digərləri də “amin” deyirdilər. Bəzi dualar çox gözəl idi və ürəyə yatırdı. Bir dəfə Mirdavud Hüseyni çox ciddi halda belə dua etdi: "Allah! Bizi adam elə!" Amin yerinə uşaqlardan gülüş səsi ucaldı. Mirdavud daha ciddi görkəm alıb əlavə etdi: "Bəs necə?! Hələ adam olmamışıq... Gərək adam olmağımızı istəyək". 689

*** 689

Xürrəmşəhrdə boş vaxtımın çoxunu şəhəri və evləri gəzməklə keçirirdim. İnqilab tarixini və 1979-cu ildən öncəki dövrü öyrənmək üçün evlərdən məlumat toplamaq olurdu. Bəzi evlərdə Xalq fədailəri partizanlarının kitab, jurnal və bəyanatları və Ərəb Xalq Partiyasının nəşriyyələri görünürdü. Hər bir ev sakinlərinin düşüncələrinə hakim olmuş siyasi ab-havanı onlardan öyrənmək mümkün idi. Eşitmişdim ki, müharibədən öncə Azərbaycandakı Müsəlman Xalq Partiyası kimi, cənubda da Ərəb Xalq Partiyası varmış. Orada onların ideya və məramlarını oxuyub öyrənirdim. 689

Bir gün Məhəmməd Purnəcəf və Mirdavud Hüseynilə birgə şəhərə çıxdıq. Evlərin damından bütün şəhərin mənzərəsi görünürdü. Birdən səmada bir neçə qara nöqtə peyda oldu. Yaxınlaşanda yeddi düşmən qırıcısı olduğunu bildik. Dedim: "Məhəmməd, bunlar bombardmana gəliblər. Qaçdıq!" 689

Cəld pillələrdən endik. Birdən aləm bir-birinə dəydi; partlayış səsi, toz-torpaq, uçqun... Bir anlığa başımı göyə qaldırdım və gördüklərimdən dəhşətə gəldim. Hiss etdim ki, düz başımızın üstünə şığımış qırıcının pilotu bizi nişan alıb. Bir neçə addımlığımızda küçəyə bir raket düşdü; nərdə, pəncərə, damdakı baklar, tavanın dəmirləri, torpaq, daş, kəsək... Başıma tökülənlərin altında boğulmağa qalmışdım. Mirdavud Hüseyni qışqırdı: "Vay başım!" 689

- Nə oldu? 690

- Deyəsən, qəlpə dəydi. 690

Özümü ona çatdırdım. Hələ toz-torpaq yatmamışdı. Boynundan qan axırdı. Başının arxasındakı dərin qəlpə yarasını gördüm. Köynəyimi çıxarıb başını bağladım. Məhəmmədlə hərəmiz bir tərəfdən qoltuğuna girib yola düşdük. Səma bir an da qırıcılardan boşalmırdı. Hələ birinci dəstə getməmiş ikincisi də gəldi. Şəhər titrəyirdi. Qırıcılar sanki şəhəri yerlə-yeksan etməyə gəlmişdilər. Bir neçə dəfə yolumuzu dəyişib bölüyün qərargahına çatdıq. Orada vəziyyət daha pis idi. Tüstü və toz-torpaq hər yeri bürümüşdü. Köynəyim olmadığına görə çox üşüyürdüm. Yalnız yaralı dostumu tibb məntəqəsinə çatdırmağı düşünürdüm. Bombardman bir an da dayanmırdı. Hirslənib öz-özümə deyirdim: "Birdən-birə şəhərə bu qədər canlı qüvvə toplayanda təbii ki, düşmən xəbər tutacaq. Casuslar və peyklər tətildə deyillər ki". 690

Aşura diviziyasının əksər bölükləri Xürrəmşəhrə yerləşmişdi. Digər diviziyalar da şəhərin başqa yerlərində mərkəzləşmişdilər. Düşmən çox düşünülmüş şəkildə gəlmişdi. Bizim istifadə etdiyimiz əsas prospektdə eni-uzunu təxminən altımetrlik bir yer açılmışdı. Bombalar yerə yaxınlaşanda cəsarət edib baxsaydın, sanki altımetrlik bir konteynerin başına endiyini görərdin. Bomba və raketlər bütün nəqliyyat vasitələrini məhv etmişdi, maşınların şüşələri sınmışdı. Mirdavudu tibb məntəqəsinə aparmaq üçün bir şey axtarırdım. O həngamədə hamamın qapısı açıldı və Həmid Qəlei əynində bir şortik bayıra qaçdı. 690

Kərim Fəthi oyan-buyana qaçıb qışqırırdı: "Qaçın içəri... Cəld içəri qaçın!" 690

O bizdən nigaran idi, Əmin ağa da ondan. 690

- Özün içəri gir! 690

Kərim Təriqət də onların yanında idi. Belə bir vəziyyətdə sağlam bir motosiklet tapmaq sevindirici idi. Motosikleti işə salıb güclü qanaxmadan əldən düşmüş Mirdavudun yanına getdim. Əsğər Abbasquluzadə də bizi görüb oraya gəlmişdi. 690

- Gözlə, birlikdə gedək. 690

Özü irəlidə oturdu, Mirdavud ortada, mən də arxada. 690

Motosiklet yola düşdü. Hərəkət etdiyimizə görə qırıcıların diqqətini daha çox cəlb edirdik. Bütün yollar bağlanmışdı. 690

Yol əleyhinə bombalar Xürrəmşəhrdə küçə adlı bir şey qoymamışdı. İsti qəlpələrin, daş və şüşələrin altından dayanmadan keçib təcili yardıma çatmalı idik. Azca dayanmaq atəşə tuş gəlmək təhlükəsini dəfələrlə artırırdı. Gərgin dəqiqələrdən sonra çatdıq. Orada qələbəlik idi. Mirdavudu tibb işçilərinə tapşırıb bölüyə qayıtdıq. Tüstü və toz-torpaqdan şəhərin havası bozarmışdı. 691

Axşamüstü idi. Təxminən üç saat idi düşmən dayanmadan şəhərə atəş yağdırırdı. Qayıdanda özümü çoxlu şəhid cəsədini görməyə hazırlayırdım, lakin bölüyümüzdən Mirdavuddan başqa heç kimin xəsarət almadığını öyrənəndə Allaha şükür etdim. Diviziyanın digər bölmələrindən bəziləri yaralanmış, bəziləri şəhid olmuşdu. 691

Hava qaralanda düşmən təyyarələri Xürrəmşəhrin səmasından uzaqlaşdılar. Deyilənə görə, şəhəri otuz qırıcı bombalamışdı. Evlər yerlə-yeksan olmuşdu. Vəziyyət elə bir həddə idi ki, diviziya komandirinin əmrilə bütün şəxsi heyət elə həmin gecə Karunun sahilində bir bölgəyə köçürüldü. 691

I 692

Karun çayının həmin hissəsində qabarma və çəkilməni öyrənmək Rəsul Kərimi adlı bir gənc hövzə tələbəsinə tapşırılmışdı. Oranın Ərvənd çayı ilə məsafəsi bir kilometrdən az idi. Ərvəndin qabarma və çəkilməsi orada da eynilə təkrar olunurdu. Orada xurmalığın içində iki bina vardı. Kəşfiyyat bölüyünün uşaqları çatan kimi qardaş Rəsul Kərəmidən ilhamlanıb oranın adını Rəsulabad qoydular. 692

O, Marağadan olan üç Kərəmi qardaşlarından biri idi. Qardaşların hər üçü şəhadət məqamına nail oldu. 692



Binalar xurma ağacları ilə yaxşı gizlədilmişdi və düşmənin diqqətini çəkmirdi. Orada da təlimlər başlandı. Əməliyyat xəbəri və yeni bölgələrdə kəşfiyyat olmadan həyat yorucu keçirdi. Hamı tapşırıqdan ötrü darıxırdı. Nəhayət, bir gün bölüyün komandiri Rəsulabada gəldi. Mən də daxil olmaqla bir qrupu ayırıb dedi: "Əşyalarınızı götürün". 692

Nasir Dibayi, Məhəmməd Purnəcəf və Yusif Həqqayi də aramızda idi. Lakin yenə əməliyyatdan və kəşfiyyatdan söz getmədiyinə görə narahat idim. Fikirlərimin digərlərinin əhval-ruhiyyəsinə mənfi təsir etməməsi üçün bu barədə heç kimlə danışmırdım. Nasir Dibayinin də mənim kimi qərarsız olduğunu təxmin edirdim. 692

*** 692

Yeni məkanımız Qəcəriyyə idi. Hərbi Dəniz Qüvvələrinin bəzi divizionları, Həbib və Vəliəsr batalyonları orada yerləşmişdilər. Dağılmış bir kəndin yerində kəşfiyyat bölüyünə yer seçdik. Nasirin narahat üzü mənimlə eyni halda olduğunu göstərirdi. O, söhbətə başlayıb dedi: "Mehdiqulu, nə üçün kəşfiyyatdan bir xəbər çıxmır? İndi nə etməliyik?" 692

Bizə tapşırılanları yerinə yetirməkdən başqa yolumuz yox idi. Biz Həbib və Vəliəsr batalyonlarının dalğıclarına təlim keçməyə gəlmişdik. 692

Həbib batalyonunun ikinci bölüyü dalğıc seçilmişdi. Bu bölüyün təlimi Əhməd Bayrami və Mehdi Heydəri ilə mənə tapşırıldı. Karunda Vəlfəcr-8 əməliyyatının təlimləri zamanı cənubun soyuğunu təcrübə etmişdik, lakin bu çayın soyuq və kobud üzü təcrübələrlə yumşalan bir şeyə bənzəmirdi. 692

Şəxsi heyətə dalğıc geyimləri verildi. O geyimlərin əksəri Vəlfəcr-8 əməliyyatında da istifadə olunmuşdu. Paltarların çoxunun bəndi xarab olmuşdu və bağlanmırdı. Bəzilərinin corab hissəsi yox idi, olanlar da yaman gündə idi. 24-25 yaşlı gənclərin əyninə tikilmiş paltarlar 15-16 yaşlı yeniyetmələrə böyük qalırdı. Paltarı əyninə tam oturanlar barmaqsayı idi. Böyüklükdə, xarablıqda və cırıqlıqda ən "mükəmməl" paltar Əlibarat Etibara nəsib olmuşdu. O, paltarının qol və ayaqlarını bir neçə dəfə qatlayırdı, amma genişliyinə çarə tapa bilmirdi. Paltarın bəndi başdan-ayağa xarab idi. Standart ağırlığı olmadığına görə qardaş Fərəc Quluzadə ona kərpic bağlayırdı. Bütün bunlara baxmayaraq, Əlibarat RPG götürüb suya girirdi. O zaman isə bədəni bir neçə istiqamətdən su axınına məruz qalır və suda batırdı. Mən onu dəfələrlə suyun altından çıxardım, amma həmin vəziyyətdə də ağır silahını buraxmırdı. 692

Mahmud Növcavan adlı 14 yaşlı bir yeniyetmə də vardı. O, suya girməzdən öncə soyuqdan titrəyir, suya girəndə isə ayağının əzələləri tutulurdu. Bir dəfə gözlərim önündə huşunu itirdi. Bütün bədəni keyimişdi və tərpənə bilmirdi. Tez yaxınlaşıb üzə-üzə onu sudan çıxardım və sahilə uzatdım. Özünə gələnə qədər bir müddət ötdü. Bilirdim ki, bayırdakı hava daha soyuqdur, suyun soyuğuna dözmək quru havanın yandırıcı soyuğuna dözməkdən asandır. 693

O, yavaş-yavaş gözlərini açdı, quruda olduğunu görüb ağladı və titrək səslə dedi: "Siz istəyirsiniz mən dalğıc olmayım..." Döyüşçülər arasında illərlə qalmış, belə ruhiyyəli uşaqlarla dəfələrlə rastlaşmışdım, amma soyuqda onun vəziyyəti o qədər ağır idi ki, belə sözlər deməsini gözləmir və təəccüblənirdim. 693

Payızın son günlərində dondurucu suda saatlarla qalmaq insanın sidiyini suda və dalğıc geyimində boşaltmasına səbəb olurdu. Başqa çarə yox idi və məhz buna görə sudan çıxandan sonra hamı təmiz su ilə yuyunurdu. Bu kimi məsələlərdə böyük təcrübəsi olan kəşfiyyat uşaqları çox tezliklə problemin həllini tapdılar. Qərargahda bir su tankeri tapdılar. Ona uzun bir boru bağladıq və aşağısında odun qoymağa yer hazırladıq. Ocağı qalayanda tankerin suyu qızırdı və biz hər təlimdən sonra orada isti su ilə yuyunurduq. Lakin bölüyün uşaqlarının bir çoxu Vəliəsr batalyonundan aşağıda yerləşən estakadada paltarlarını çıxarıb soyuq su ilə bədənlərini yuyurdular. 693

Çadırların yanındakı çökəklərə adətən, su yığılırdı. Biz hər səhər suyun üzünün donduğunu görürdük. Bu baxımdan, temperaturun günün bəzi saatlarında sıfırdan aşağı düşdüyünə əmin idik. Lakin uşaqlar elə soyuq su ilə yuyunur və qüsl verirdilər. 693

Təlim əsnasında bölük komandirləri ilə iclaslarımız olurdu. Əsğər Əlipur, Əbdüləli Mütləq və Məhəmməd Sövdagər Həbib batalyonunun mövqe yaran dalğıc bölüklərinin komandirləri idilər. Məhəmməd Sövdagərə bədən və boy-buxun cəhətindən batalyonda az adam çatardı. Ağır dalğıc təliminə dözmək ona çətin deyildi. Əsğər Əlipur isə fiziki baxımdan zəif idi, əvvəllər yaralanmış və əlil olmuşdu. Buna görə də, dalğıc təlimləri onun üçün qat-qat ağır olurdu. O, suda yaxşı hərəkət edə bilmir, çox vaxt geri qalır və şəxsi heyətinə çata bilmirdi. Elə bilirdi ki, günah özündədir və yaxşı öyrənmədiyi üçün suda qalır. Mənsə düşünürdüm ki, günah onun mövqe yaran dalğıc bölüyündən əl çəkməyən böyük ürəyindədir. O, tez-tez mənə müraciət edirdi: "Ağa Mehdi, mənim vəziyyətim belədir, suda qalıram, nə edim?" Hər dəfə bir şəkildə qane etməyə çalışırdım ki, belə fiziki şəraitdə dalğıc bölüyünə başçılıq etmək ona vacib deyil. 693

O, Kərbəla-5 əməliyyatında bədən qəfəsindən azad oldu. 693



Onunla bu barədə dəfələrlə söhbət etməyimizə baxmayaraq, nə qane olurdu, nə də sualından əl çəkirdi. Get-gedə halı pisləşdi. Onun özünü necə çətinliyə saldığını anlaya bilirdim. O, daha çox məşq etməli olduğunu düşünüb suda hamıdan çox qalırdı; halbuki bədəni hələ öncəki əməliyyatların yaraları ilə mübarizə aparırdı. İş o həddə çatdı ki, ona dedim: "Qardaş Əlipur, əgər həqiqətən, bu işi görə bilməsən, vəzifən budur ki, gedib bölük komandirliyindən istefa verəsən". 694

Qəm-kədəri üzündən oxuyurdum. O, yenə də bədənini daha çox əziyyətə salmağı üstün tutdu. 694

Bütün çətinliklərə baxmayaraq, hamı təlimin səviyyəsini qaldırmağa, su axını ilə mübarizəni gücləndirməyə və kolonun sağa-sola yayınmasının qarşısını almağa çalışırdı. Bunun bir nümunəsi boğazdan keçmək idi. Biz əməliyyatda boğazdan keçməyə məcbur qala bilərdik və onu məşq etməli idik. Kolon nizam-intizamla boğaza yaxınlaşırdı, amma onun 200 metrliyində suyun axını kolonun yolunu döndərirdi və uşaqlar sahilə doğru gedirdilər. Bu hal bir neçə dəfə təkrar olundu. Mənim bütün diqqətim bu problemin həllinə yönəlmişdi. Təlimi daha ciddi şəkildə davam etdirdim. Bəlkə digər batalyonlarda olmayan ağır məşqlər keçirdim. Nəhayət, bütün kolon 150 metrlik boğazdan keçməyi bacardı və suyun axını onu sağa-sola döndərə bilmədi. Təlim zamanı bəzi uşaqların üzgəc vurmaqda tənbəllik etdiyini görmüşdüm. Bu uşaqları ayırıb kolonun əvvəlinə qoyurdum ki, ayaqlarını vurmağa məcbur olsunlar. Həmişə kolonun önünə qoyduğum uşaqlardan biri Həmid Qəmsüvar idi. Onun üzgəc vurmaqla əsla arası yox idi. Onu kolonun avanqardı edəndən bir neçə gün sonradan hər dəfə məni görəndə deyirdi: "Daa fin vurmaxdan ipim əşildi!" 694

Daha üzgəc vurmaqdan həlak oldum! 694



Təlimin əvvəlində kolonu tənzimləmək üçün xarici bir amildən istifadəni nəzərdə tutmamışdıq. Lakin müzakirələrdən sonra nəhayət, ip məsələsi ortaya çıxdı. Əlaqə kəsilməsin deyə, uşaqlara kolon uzunluğunda ip verilirdi. Əməliyyat gecəsi üçün isə ip yerinə plastik borular təklif etdilər. Səbəbi bu idi ki, Ərvənddən keçərkən oyan-buyana əyilməyən bir əşya daha yaxşı olardı. Əlbəttə, mən boruya razı deyildim və işi çətinləşdirdiyini düşünürdüm. 694

Bizim ciddiliyimiz və tələbkarlığımız uşaqların səyi və ruh yüksəkliyi ilə əl-ələ verdi və təxminən iki-üç həftədən sonra bütün bölük əməliyyata lazımi bacarıqlara yiyələndi. Hərçənd, narahatlıq yenə qalırdı. 695

Şəxsi heyəti əməliyyat zonasında təsəvvür edəndə tapşırıqları yerinə yetirəcəklərinə inanmırdım. Onlar bir kilometr üzəndən sonra sudan çıxanda soyuqdan və yorğunluqdan qollarını qatlaya bilmirdilər, soyuq damarlarını və sümüklərini də dondururdu. Onlar hücumun ilk planında olan 10-12 kilometr yolu keçməli, düşmən mövqeyinə çatandan sonra soyuqdan qurumuş və yumruq kimi sıxıla bilməyən əllərlə tətik çəkib atəş açmalı idilər. Təklikdə hərəkət məsafəsini ölçüb hava şəraitini araşdırır, uşaqların fiziki və mənəvi hazırlığını dəyərləndirirdim, yenə də hücum gecəsinə dair nikbin bir şey təsəvvür edə bilmirdim. 695

Həmin günlərdə Rəsulabadda qalmış kəşfiyyatçıların bir qismi oraya gəldi. Bölüyün komandiri Kərim Fəthi və müavini Kərim Hörməti də gələnlərin arasında idilər. Onları görəndə dərdim təzələndi. Şəxsi heyətə təlim keçdiyimiz müddətdə fikirləşirdim ki, Rəsulabadda qalmış kəşfiyyatçılar əməliyyata hazırlıq görürlər və yəqin ki bu əməliyyatda bizim rolumuz yalnız dalğıc təlimi keçmək olacaq. Bu fikirlə nə etdimsə, narahatlığımı gizlədə bilmədim. Nəhayət, cəbhədə düşünməyi belə günah saydığımız sözləri dilimə gətirdim və giley-güzarımı hamıdan qabaq Kərim Hörmətiyə ünvanladım: "Siz bizi nə hesab edirsiniz?! Nə üçün bizdən istifadə etmirsiniz? Elə bilirsiniz ki..." 695

Mən hirsləndikcə Kərim Hörməti mehriban təbəssüm edirdi. O, mənə təskinlik vermək istəyirdi, mənsə dinləmirdim. Kərim Hörmətidən sonra növbə İbrahimə, Yusifə və Əsğərə çatdı. Həmin gün səmimi dostlarımdan küsdüm, orada bizsiz qaldıqlarına və bizə dair bir şey fikirləşmədiklərinə görə onlarla danışmadım. İbrahim Əsğəri mənim küsməyimə fikir verməyib ətrafımda dolanır və deyirdi: "Mehdi, nə olub? Xəstəsən? Niyə dinmirsən? Soyuqlamısan? İşin ağır deyil ki?" 695

- Yox! Məni rahat burax. Mənimlə danışma, get daha. 695

Yusif Sariminin suallarını da belə cavabsız qoydum. Dərdimi heç kimin başa düşmədiyini düşünür, buna görə də, onlarla danışmağa lüzum görmürdüm. 695

Kərim Fəthi danışdığı dostuna əvvəlcə bir-iki yumruq vurmağa adət etmişdi. Məni də həmin mehriban yumruqları ilə saxladı. 695

- Nə olub? Çox narahatsan. 695

- Narahat olaram da. Siz nə vaxtacan bizə əziyyət verəcəksiniz?! 695


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin