Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə23/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   19   20   21   22   23   24   25   26   ...   73
Bir gün qardaş Şəriətinin mənimlə işi olduğunu söylədilər. Rəhmətullah Ovhani ilə birgə Ərvənd çayına doğru yola düşdük. Əmin ağa Ərvəndin o tərəfində idi. İclasda bölgədə aparılan kəşfiyyat işlərini məruzə etdik. Dedim ki, biz on beşinci təpəyə qədər irəliləmişik, amma Kərbəla diviziyasının irəliləyişi haqda dəqiq məlumatımız yoxdur. Bölgənin vəziyyətini izah edib bildirdim ki, düşmən istehkamının 10-15 metrliyində bir gölməçə var və biz kəşfiyyat təhlükəsizliyi baxımından onun o tərəfinə keçməmişik. Bizim məruzəmizdən sonra qardaş Şəriəti dedi ki, bütün istiqamətdə Əli Əkbər batalyonu mövqeyi yaracaq və ona İmam Hüseyn (ə) batalyonu dəstək verəcək. Əməliyyatdan öncə Əli Əkbər batalyonuna hücum bölgəsinin vəziyyətini açıqlamaq lazımdır. 668

Qərargahda düşmən mövqeyinin yaxınlığındakı gölməçəyə ciddi yanaşmışdılar. Çünki qardaş Şəriəti mənə dedi: "Siz qardaşlardan iki-üçü ilə birgə Xor-Abdullaha gedin və oxşar bölgədə hərəkət edin; dalğıc geyimi ilə və geyimsiz. Görün əməliyyat zamanı uşaqlar dalğıc geyimi geyinsələr, yaxşıdır, yoxsa yox". 668

Yeni tapşırıqla Xor-Abdullaha yola düşdük. Özümüzlə iki dəst dalğıc geyimi götürmüşdük. Rəhmətullah Ovhani ilə paltarları geyindik və Xorun düşmən bölgəsinə çox oxşayan bir hissəsindən hərəkətə başladıq. Çoxlu sınaqlardan sonra bu qərara gəldik ki, bədənə yapışan şalvarlar yaxşıdır və səs çıxarmır. Lakin dalğıc şalvarı geniş olanda hərəkət zamanı ayaqları bir-birinə sürtünüb səs çıxarır. Dalğıc köynəyini isə düşündük ki, geyinməsək, yaxşıdır. Ərvəndin sahilindəki komandir qərargahına qayıdıb məsələni Əmin ağaya bildirdim. 668

- Qardaş Əmin, çoxlu sınaqlardan sonra bu nəticəyə gəldik ki, yalnız "dar" şalvarlar yaxşıdır. 668

Bu zaman qardaş Əmin Şəriəti ucadan gülməyə başladı. Gülüşünün səbəbini bilmədən təəccüblə ona baxdım. O, fars idi və məndən soruşdu: "Necə şalvarlar, ağa Mehdi?!" 668

Onda anladım ki, türk və fars dillərini bir-birinə qarışdırıb “dar” sözünü türkcə demişəm. Orada qərar qəbul olundu ki, həmin istiqamətdə dar dalğıc şalvarı geyinsinlər. 668

Həbib batalyonu mövqeləri İmam Hüseyn (ə) batalyonuna təhvil verdi. İmam Hüseyn (ə) batalyonunda unudulmaz xatirələrimiz olan tanışlar çox idi. O batalyonun uşaqları arasında olmaq həmişə bizi ruhlandırırdı. Lakin orada əksər döyüşçülərin bizim gözlədiyimiz səviyyədə olmadıqlarını hiss edirdim. Düşünürdüm ki, bəlkə bunun səbəbi duz zavodunda baş tutmuş ağır döyüşdür. Hər halda, birinci bölük mövqeyə yerləşdi və ikinci bölük pusquya. Üçüncü bölükdən yalnız bir taqım gəlmiş, digər iki taqım arxada qalmışdı. İmam Hüseyn (ə) batalyonunun cəbhələrdə yetişmiş qədim döyüşçülərdən ibarət komandirləri həmişəki kimi bizi səmimi və gülərüzlə qarşıladılar. Batalyonun komandiri qardaş Seyid Həsən Şəkuri, müavini də Məhəmməd Səbzi idi. Əli Çərtab, Cəfər Zəvvar və Mustafa Pişqədəm də bölüklərin komandirləri idilər. Məhəmməd Təcəllayi, Məhəmməd Balapur, Rza Xeyri, Əyyub Əyyubi və Maqsud Nikkərd də batalyonun tanınmış və aktiv simalarından idilər. Bütün batalyon yerləşəndən sonra fikirləşdim ki, bir gün uşaqlarla təpələrə gedək, ondan sonra əməliyyat gecəsinə qədər ən azı, iyirminci təpəyə qədər özləri gedə bilsinlər və bizim kəşfiyyata vaxtımız qalsın. Günortadan sonra qərara gəldik ki, Seyid Məhəmməd Vətəni bəzi uşaqlarla on səkkizinci təpəyə qədər irəliləsin. Partladıcı bölüyün uşaqları da öncədən sınaqdan keçirdikləri torpedləmə yolu ilə kanal və səngər düzəltməyə hazır idilər. 668

Axşamı gözlədik, hava qaralmağa başlayanda yola düşdük. İki nəfər öndən gedib təpəyə çıxırdı və bomba partlayan kimi digər uşaqlar kanalı təmizləyib yerləşirdilər. On səkkizinci təpəyə çatdıq və uşaqlara sabahkı hərəkət barədə məlumat verildi. Onlara bildirdim ki, bu təpələrdə hərəkət tərzi belədir və təpələrin hamısını bu üsulla azad etmişik. 669

Ertəsi gün duz zavodunda bütün kəşfiyyatçıların iştirakı ilə bir iclas keçirildi. Qərara alındı ki, həmin gecə son olaraq bütün istiqamətlər yoxlansın və əməliyyat başlayana qədər kəşfiyyatı dayandıraq. Çünki o bölgədə batalyonu aparmaq sadə iş idi. Bütün yol təxminən 250 metrdən ibarət idi və onu durbinlə göstərmək olurdu. Günortaya yaxın iclas bitdi. Birgə nahar etdik və iclasın nəticələrini qardaş Seyid Həsən Şəkuriyə bildirmək üçün dərhal motosikleti İmam Hüseyn (ə) batalyonuna sürdüm. 669

Ağa seyid, biz bu axşam kəşfiyyata gedəcəyik, uşaqlar özləri təpələrə gedə bilərlər? 669

Bəli, amma bizdə gecə durbini yoxdur. Bu haqda bir şey fikirləşməliyik. 669

Bizim kəşfiyyata gedib-gəlməyimiz yarım saatdan çox çəkmir. Qayıdanda durbini sizə verərik. 669



Bu söhbətdən sonra qardaş Şəkuri ilə sağollaşdım. Onun özü də batalyonun təkbaşına və kəşfiyyatçıların bələdçiliyi olmadan təpələrə gedə biləcəyini söyləsə də, qəribə həyəcanım vardı. Bu həyəcan axşama qədər məni rahat buraxmadı. 669

Şam və işa namazlarımızı qılıb özümüzü on birinci təpəyə çatdırdıq. Biz oradan son kəşfiyyat məlumatlarını toplamalı idik. Hələ nəfəsimizi dərməmiş Seyid Məhəmməd Vətəni tələsik yanımıza gəldi, çatan kimi dedi: "Ağa Mehdi, durbini verin, biz məmuriyyət (tapşırıq) yerinə gedirik". Seyid Məhəmməddən çox xoşum gəlirdi. Ciddi və təxminən əsəbi idi. Hərdən qardaşlar hirsləndirmək üçün bilərəkdən onunla zarafat edirdilər. Onun hirslənməsi də maraqlı idi. 669

Ona dedim: "Qaç get, oğlan. Səndən məmuriyyətə gedən çıxmaz!" Yavaş-yavaş hirslənirdi. Əlini tutub dedim: "Otur, seyid, indi uşaqları kəşfiyyata göndərəcəyik. Qayıdandan sonra gedərsiniz". 670

Orada, on ikinci təpədə mənim yanımda oturdu. Son kəşfiyyata Yusif Həqqayini və Qəhrəman Məəttəlini seçmişdim. Rza Sultanzadə də bölgəni yaxşı tanıyırdı, amma həmin günlərdə məzuniyyətdə idi. Yusiflə Qəhrəman yola düşdülər. Məndə adi durbin vardı və aydın səmanın köməyi ilə onları görə bilirdim. Arabir fişənglər də yeri-göyü işıqlandırırdı. Uşaqlar bizdən təxminən yüz metr aralanmışdılar və bizimlə düşmən mövqelərinin ortasında idilər. Təbii olaraq, bizim kimi düşmən də onları görməli idi. Mən düşmənin onları hələ görmədiyinə təəccüblənirdim. Bu təəccüb və nigaranlıq Seyid Məhəmməddə olduqca çox idi. Gözlənilmədən ilk kəşfiyyatda mənim başıma gələnlər bu dəfə onların başlarına gəldi. Uşaqların bir neçə addımlığında yerə bir fişəng düşüb yandı. Seyid Məhəmməd həyəcanla deyirdi: "İndi görəcəklər... İndi görəcəklər..." 670

Gözlə, görək nə olur. Vəcəəlna ayəsini oxu, seyid. 670



Uşaqlar gözdən itmişdilər. Təxminən 10 dəqiqə onlardan xəbərimiz olmadı. Ömründə ilk dəfə uzaqdan kəşfiyyat işini izləyən Seyid Məhəmmədin böyük həyəcanı mənə maraqlı gəlirdi. Düşünürdüm ki, hərdən belə mövqelər yaranmalı və kəşfiyyatçılar işlərinin dəqiqliyini və həssaslığını digərlərinin baxış bucağından görməlidirlər. Həmin 10 dəqiqəni Seyid Məhəmməd Vətəniyə tamaşa etməklə keçirdim. 670

Gəlirlər. 670



Seyid təbəssümlə deyirdi. Deyəsən, yavaş-yavaş sakitləşirdi. Uşaqlar çatanda gecə durbinini alıb seyidə verdim və lazımi tövsiyələri yenidən təkrarladım. 670

Seyid, necə getdiyimizi dünən gördünüz: iki nəfər öndən gedir, əgər öndə düşmən olsa, əl qumbarası atırlar, olmasa, gedib təpənin başında otururlar. Partladıcı bölüyün uşaqları Banqalor torpedini hazırlayırlar. Səngər düzələndən sonra artıq məsələ həll olunub". 670



Seyid Məhəmməd durbini əlində möhkəm tutub qayıtmağa tələsirdi. Getdi və bu, bizim son görüşümüz oldu. 670

Bölgədə yekun araşdırmam müvəffəqiyyətlə başa çatdı. Birlikdə digər istiqamətə gedib uşaqların kəşfiyyatdan dönüşünü gözlədik. Onlar qayıdandan sonra hər şeyin qaydasında olduğunu bilib hamılıqla bir toyotaya mindik və duz zavodundakı qərargahımıza qayıtdıq. 670

Səhərə az qalırdı. Sübh namazını qılıb tələsik bir çay dəmlədim. Tələsdiyimə görə uşaqları gözləməyib bir qədər səhər yeməyi yedim və saat 7-də motosikletə minib İmam Hüseyn (ə) batalyonuna getdim. Məni oraya nəyin apardığını bilmirdim; ya daxilimdəki qəribə gərginlik idi, ya da yeni vüsal ətrini duyurdum... 671

Uşaqlara demişdim ki, gecə onların təpələrə necə getdiklərini öyrənmək istəyirəm. Batalyon komandirliyinin önündə idim, amma ayaqlarım getmirdi. Komandir səngərinə girə bilmədim. Səngərin önündəki toyota məni özünə çəkirdi. Əli Çərtab mənə yaxınlaşdı. Toyotanın düz qarşısında dayanmışdım. Toyotanın arxasında üzərinə ədyal örtülmüş üç cəsəd vardı. Əli dedi: "Bunları tanıyırsan?" 671

Nə olub? Nə vaxt şəhid olublar? 671

Bu gecə, təpələrdə. 671

Dinləyə bilmir və heç bir şey eşitmirdim. Ədyalın altında qan içində olan üç cəsədin sakit üzünü gördüm: Məhəmməd Səbzi, Mirheydər Payidar və ikinci tağımın pulemyotçusu Nasir. Gözlərim Məhəmməd Səbzinin gözündə donub qalmışdı. Bir gözünə qəlpə dəymişdi, bir gözü isə hələ açıq idi. Əlimi yaralı üzünə çəkib yavaşca gözünü bağladım. Həyəcanımın səbəbini bildim. Nə baş verdiyini və bizim nə qədər itki verdiyimizi ətraflı bilmirdim. 671

Yola düşüb kanalla irəliləyərkən atışma səsindən gic olmuşdum. On altıncı təpədən keçəndən sonra iki təcili yardım işçisi və bir xərək gördüm. Atışma güclü idi və təcili yardım işçiləri yaralını istehkamın üzərinə qoyub özləri kanalın içində yatmışdılar. Göydən 30 kalibrli pulemyot güllələri yağırdı. Hirslə tibb işçilərinə dedim: "Cəld qalxın! Yaralını bayırda qoymusunuz, özünüz isə burada köpmüsünüz. Cəld onu geriyə aparın. Ya Allah!” 671

Çox əziyyətlə xərəyi oradan götürdük. Yaralı Hacı Sadiq Sidqi idi, güclü qanaxmadan danışa bilmirdi. Halı yaxşı deyildi və tibb məntəqəsinə çatana qədər davam gətirib-gətirməyəcəyini bilmirdim. Tibb işçilərini həmin kanalla təhlükəsiz yerə qədər ötürdüm, sonra yenidən geri qayıtdım. Hələ də inanmırdım ki, kəşfiyyatçıların bələdçiliyi olmadan bir gecə irəliləmək bu qədər ağır bitəcəkmiş. 671

Bütün əlamətlər göstərirdi ki, canlı qüvvə gecə onlara deyilən qayda ilə getməyib. Oradakı uşaqların dediyinə görə, onlar həddən artıq irəliləmiş və səhərə yaxın düşmənlə rastlaşmışdılar. Bir təpəni ələ keçirmək bir neçə nəfərin şəhadəti ilə baş tutmuşdu. Digər şəhid və yaralılar da kanalı təmizləmək üçün getmiş və düşmənin ağır atəşi altında qalmış uşaqlar idilər. 671

Kim şəhid oldu? 671

Hacı Sadiq yolda şəhid oldu. 672

Daha kim? 672

Seyid Məhəmməd Vətəni də. 672

Kanalı qayıda-qayıda daxilimdəki tufanı yatırmağa çalışırdım. Canlı qüvvə mənə baxırdı. Biz heç bir şəraitdə döyüşçülərin əhval-ruhiyyəsini endirəcək bir iş görməməli idik. Beş şəhidin üzü bir an da gözlərim önündən getmirdi. Kanal birinci təpəyə qədər davam edirdi. Dəstək və təchizat səngərləri orada yerləşirdi. Ora düşərgəyə bənzər bir əraziyə çevrilmişdi. Batalyon komandirinin səngəri də kanalın qarşısında idi. Səngərin girişində oturmuş Məhəmməd Təcəllayidən soruşdum: "Ağa Seyid Həsən haradadır?" 672

Səngərdə. 672



Narahat halda ucadan Məhəmməd Təcəllayiyə dedim: "Oraya bu qədər döyüşçü yollamanıza ehtiyac yox idi. Nə üçün bu qədər uşaq yolladınız ki, tələfat da çox oldu?" 672

Cavab gözləmədim. Məhəmməd Təcəllayi də halımı anladığına görə heç nə demədi. Oradan qərargaha yollandım. Qəhərdən qurtulmaq üçün bir neçə damcı göz yaşı lazım idi. 672

III 672

Qərargah yeni xəbərlə dolu idi. Dedilər ki, əməliyyatın bu gecə başlama ehtimalı var. Əli Əkbər batalyonunun mövqe yaran qüvvələri oraya gəlmişdilər və tapşırıq yerinə getməyə hazır idilər. Hücuma hazır vəziyyətdə olan canlı qüvvənin çoxluğunu görmək qəlbin köhnə yaralarına həmişə məlhəm olurdu. 672

Əli Əkbər batalyonunun rəhbərliyi ilə iclas keçirib hər bir bölük və taqımın kəşfiyyatçılarını təyin etdik. İki batalyonun hücuma keçəcəyi əməliyyat istiqamətinin komandiri Zəncandan və qədim döyüşçülərdən olan qardaş Bəhmən Nuri idi. 672

Hərəkətdən öncə öz şəxsi heyətimi tapşırılan istiqamətə apardım və onların əməliyyatdan öncə yerləşmələri üçün yerlər seçdim. İmam Hüseyn (ə) batalyonu dəstək qüvvəsi idi və mövqe ələ keçiriləndən sonra bölgəni təmizləməyə gedəcəkdi. Onlar üçün münasib yer seçilməli idi. O istiqamətin kəşfiyyat işini özüm başlamışdım, hər qarışını tanıyırdım. On birinci təpənin arxasındakı dərin kanalı cənab Çərtabın bizim istiqamətimizə dəstək verəcək bölüyü üçün nəzərdə tutdum, on ikinci təpədəki kanalı da Əli Əkbər batalyonunun mövqe yaran döyüşçüləri üçün. 672

Bölüyün uşaqlarını bir yerə toplamağa yaxşı imkan yaranmışdı. Onların hamısını tapandan sonra Ərvəndin arxasındakı məscidə yola düşdük. Fikirləşdim ki, orada həm hamama gedərlər, həm də birlikdə oturub söhbət edərik. Əmin idim ki, bu gecə də bəziləri bu torpaqdan köç edəcəklər. Onların mənəvi hallarına fikir verirdim, heç bir söz, sükut, gülüş və fikrə dalmalarını nəzərdən qaçırmırdım. Nahar yeməyini həmin səfalı məsciddə birlikdə yeyib şəxsi heyətin yanına qayıtdıq. 672

Toyotaya minəndə Qəhrəman Məəttəlinin çox dəyişdiyini duydum. Məscidə gedib-gəlməyimiz iki saatdan çox çəkdi. Bütün yolboyu Qəhrəmanın gözlərindən sakit və səssiz yaş axırdı. Mənə yalnız onun halına qibtə eləmək qalırdı; gec gəlmişdi, amma çox tez gediş iznini alırdı. 673

*** 673

Axşamüstü idi. Hərəkət vaxtı yaxınlaşırdı. Şəxsi heyət təyin olunmuş mövqelərə yerləşmişdi. Qəhrəman Məəttəli və Yusif Həqqayi ilk hücuma keçəcək heyətə bələdçi seçilmişdilər. Yusifi seçmək mənə ağır idi. Çünki o, Vəlfəcr-8 əməliyyatında yaralanmışdı və bir neçə ay keçsə də, hələ yarası tam sağalmamışdı. Bilirdim ki, kəşfiyyat zamanı bölgənin şor suyu və duzu ilə təmasdan ayağının yarası böyümüş, dərinləşmişdir. Bunu bilə-bilə onun mövqe yaran qüvvələrlə birgə getməsinə mane ola bilmədim. Çünki kəşfiyyatlar zamanı bircə dəfə də ah-naləsini və yaradan şikayətini eşitməmişdim. 673

Yusif, sən qal... 673

Yox, uşaqları özüm aparacağam. Arxayın ol. 673

Hərəkət başlandı və kolon bu iki nəfərin arxasınca yola düşdü. İstehkamın arxasında qardaş Bəhmən Nurinin yanında dayanıb gözümü kolona dikmişdim. Bütün narahatlığım bundan ötrü idi ki, əgər düşmənin yalnız bir pulemyot səngəri uşaqları görsəydi, bütün kolon düzənlikdə müdafiəsiz qalacaq və Hürr batalyonunun başına gələnlər yenidən təkrar olunacaqdı. Lakin dəqiq və mütəmadi kəşfiyyat məlumatlarını və ümumi hücum planını yadıma salanda bu dəfə işlərin düşünülmüş və planlı hazırlandığına dair fikrim güclənirdi. Həm də bu əməliyyat ağanın mübarək xatirəsilə "Ya Mehdi" adlandırılmışdı. 673

Düşmənin kor atəşləri hər gecə olduğu kimi idi, lakin kolon gözdən itdiyinə görə hər bir atəş səsinə narahat olurduq. İşıqlı güllələrin istiqaməti də bu şübhəni gücləndirirdi. Hamı narahat idi və bu narahatlıq İmam Hüseyn (ə) batalyonunun kanalda gözləyən şəxsi heyətində daha çox idi. Əli Çərtabın işarəsi ilə Rəsul Aftabinin və Haşim Tarinin zarafatları başlandı. O dəqiqələrdə zarafat və gülüş uşaqların əhval-ruhiyyəsinə müsbət təsir bağışlayırdı. Kanaldan Quran və dua zümzümələri də gəlirdi. Mən yenidən özümü danlamağa başladım ki, nə üçün öndə getmədim və burada qaldım. Rahatlaşa bilmirdim. Bu daxili gərginlik əsnasında uşaqların yuxarı çıxacaqları yerdən bir əl qumbarasının partlayış səsi məni yerdən qaldırmağa kifayət etdi: "Ağa Bəhmən, mən gedirəm, görüm nə olub". 673

Uşaqlara çatana qədər qaçdım. Fikirləşirdim ki, yolda yaralı görsəm, geri apararam. Yolda heç kimi görmədim. Düşmən mövqeyinin onmetrliyindəki duzluğa, ilk kəşfiyyatda ayaq izlərinə görə gedə bilmədiyim yerə çatmışdım. Düşmən mövqeyini yarıb istehkamı aşan kolonun son döyüşçülərini gördüm. Əməliyyat başlamışdı, amma atəş həcmi bir neçə saniyə öncəki ilə çox da fərqlənmirdi. Düşmənin orada bu qədər zəif olduğuna inanmırdım. Pusqudan qaçmış düşmən qüvvələri oraya toplaşmışdılar. Kərbəla diviziyası da həmin xəttin davamında əməliyyata başlamışdı. 674

İstehkamdan keçdim. Yusif və Qəhrəmandan nigaran idim. Gördüyüm ilk adamdan onları soruşdum. Dedi: "Onlar irəli getdilər". 674

Pusqu tərəfdən atışma səsi gəlirdi. Həmin pusqu qardaş Əkrəminin və digər kəşfiyyatçıların işlədiyi istiqamətdə idi. Orada atışma gedirdi, mən olan yerdə isə xüsusi döyüş yox idi. Mənə göstərilən yerdə Qəhrəmanı və Yusifi axtarmağa başladım. Get-gedə digər qüvvələrlə məsafəm o qədər çoxaldı ki, təxminən tək qaldım. Qorxu məni bürüdü. 674

Bəs bu Qəhrəman haradadır? 674



Daha sürətlə hərəkətimi davam etdirdim və partladıcı bölüyün tanış uşaqlarından birinin qısa boyunu görəndə arxayınlaşdım. Ərdəbildən Davud Rzayi idi. Ondan Qəhrəmanın yerini soruşdum. 674

Sonralar onun şəhadət xəbərini də eşitdim. 674

İrəli get, orada səngərləri təmizləyir. 674

Təkdir? 674

Bilmirəm. 674

Qaçırdım. Məhəmməd Məhəmmədpurun cənazəsi ilə rastlaşdığım acı xatirə yadıma düşdü. Orada da mənə istiqamət göstərdilər və mən onu hamıdan uzaqda yerə yıxılmış vəziyyətdə gördüm. Ürəyim sinəmdən qopmaq üzrə idi. Uzaqdan yerə yıxılmış bir adam gördüm. 674

Qəhrəman... 674



Başını qaldırıb güldü. Yanında oturdum. Ayağına güllə dəymişdi və güclü qan axırdı. Alnını öpüb onu ayağa qaldırdım. İmam Hüseyn (ə) batalyonunun uşaqlarına çatanda onu iki nəfərə tapşırıb dedim ki, cəld geri aparın. Qəhrəmanın aparıldığına əmin olandan sonra səngərləri təmizləyən uşaqlara kömək etməyə başladım. İmam Hüseyn (ə) batalyonunun şəxsi heyəti İraqın müdafiə bəndinin iki tərəfində hərəkət edib bölgəni təmizləyə-təmizləyə düşməni Kərbəla diviziyası ilə ortaq nöqtəyə qədər geri qovurdular. Oradan atışma gedən pusquya tərəf yola düşdüm. Atışmanın bu qədər uzanmasının səbəbini öyrənmək istəyirdim. Qarşıda bir üçyol vardı. Üçyoldan biri pusquya, biri uşaqların vuruşduğu təpələrə, üçüncüsü də başqa bir istiqamətə gedirdi. Həmin üçyolda düşmənin nisbətən möhkəm səngərləri vardı. Onlar müqavimət göstərib uşaqları bir qədər gecikdirirdilər. Dərhal Əli Əkbər batalyonunun uşaqlarını topladım. Bilirdim ki, bir güclü hücumla səngərlərin işi bitəcək. 674

Uşaqlar, buraya qədər çox yaxşı gəlmisiniz... Daha bir şey qalmayıb... Ya Əli! 675



Kəşfiyyatçılar həmişə döyüşçüləri ruhlandırır, düşmən əleyhinə vuruşa cəlb edirdilər. 675

Güclü bir atəşin ardınca iraqlılar təslim oldular. Gecə idi və o şəraitdə komandirlərin əsirlər haqda hansı qərarı qəbul etdiklərini bilmədim. İrəliləməkdə olduğumuza görə əsirləri saxlamaq ağılsızlıq olardı. Orada problem həll olundu və atəş səsi azaldı. Artıq ekskavator və buldozer səsləri aydın eşidilirdi. Hücumdan öncəki iclaslarda qərara alınmışdı ki, mövqe ələ keçiriləndən sonra buldozerlər yolu hamarlaya-hamarlaya düşmən mövqeyinə doğru getsinlər, təpələrdən ibarət yol döyüş yerinə birləşdirilsin və get-gəl asanlaşsın. Aşura diviziyasının tikinti-mühəndis bölüyünün uşaqları o qədər operativ idilər ki, vuruşma bitən kimi yol istehkama birləşdirildi. Lakin bu sevinc mənim üçün çox sürmədi. 675

Kimə çatırdımsa, kəşfiyyat bölüyünün uşaqlarını soruşurdum. Rəsul Rzazadə yerə yıxılmışdı və dərin yaraları vardı. Onu geriyə apardılar. Deyirdilər ki, Möhsünün də ayağı kəsilmiş və uşaqlar onu geri yollamışlar. Əli Qəffarpuru soruşanda da yaralandığını söylədilər. 675

Əlini kim apardı? 675



Dəqiq bir cavab eşitmədim. Bir nəfər dedi: "Uşaqlar onu o tərəfdə istehkamın yanına qoydular". 675

Lakin onun göstərdiyi yer yeni salınan yolun altında qalmışdı. İnana bilmirdim ki, bizim yaralı Əlimiz o qədər torpağın altında dəfn olunsun. Bütün istehkam boyu bir neçə dəfə gəzdim. Haraya çatdımsa, onu soruşdum, axtarmalarını tapşırdım, amma əsər-əlamət tapılmadı. 675

Əli Qəffarpur Nəhcül-bəlağəni çox oxuyur və bölükdəki Nəhcül-bəlağə dərslərini idarə edirdi. Onun pak cəsədi 1996-cı ildə tapıldı və vətəni Sərab şəhərində torpağa tapşırıldı. Allah rəhmət eləsin! 675



Səma yavaş-yavaş işıqlanırdı. İmam Hüseyn (ə) batalyonunun döyüş yerinə yola düşdüm. Çatan kimi bölgənin vəziyyətini soruşdum. Dedilər ki, hələ Kərbəla diviziyası ilə birləşə bilməmişik. Həmin istiqamətdə olmağımın zəruriliyini düşünüb yola düşdüm. Cinahları vaxtında birləşdirməmək təcrübəsini və bunun ağır nəticələrini çoxlu əməliyyatlarda, habelə duz zavodu istiqamətində çoxlu şəhid verdiyimiz sonuncu əməliyyatda görmüşdüm. Nə olursa-olsun, cinahları birləşdirmək lazım idi. Qardaş Şəriəti ratsiyadan deyirdi: "Kərbəla diviziyası deyir ki, biz lazım olan yerə qədər gəlmişik, amma siz yoxsunuz". Bu cümləni ilk dəfə eşitmirdim. Özüm iştirak etdiyim və həddən artıq irəlilədiyimizə əmin olduğum yerlərdə də ratsiyadan deyirdilər ki, Aşura diviziyası yaxşı irəliləməyib. 675

Məsələnin düzgünlüyünü isbatlamaq yeri deyildi. Cəld ora yola düşdüm. Yolda Əhməd Yusifinin qarabuğdayı dostu Kərim Purkərimi gördüm. Bir səngərin içində tək oturmuşdu. Ona salam verib keçdim. Ondan sonra diqqətimi cəlb edən məsələ kanalın içində düşmən ölülərinin çoxluğu idi. Düşmənlər Kərbəla və Aşura diviziyaları istiqamətindən oraya qaçmışdılar. Güman ki İmam Hüseyn (ə) batalyonu gecə gölməçədən keçib istehkamı tutmuş və əl qumbarası ilə bu qədər düşmən öldürmüşdülər. Yolda tək-tük bəzi uşaqları görüb deyirdim ki, bizim müdafiə xəttimiz gölməçə tərəfdən olmalıdır və onlar istehkamın o tərəfini özlərinə səngər etməlidirlər. Danışdığım uşaqların biri üzünü çəfiyə ilə örtmüşdü, amma mənə çox tanış gəlirdi. Onu səsindən tanıdım: Rza Daruiyan idi. 676

Bu nə vəziyyətdir, Rza? Nə üçün üzünü örtmüsən? 676

Deyəsən, Əmin ağa buraya gəlib. Məni burada görsə, çox hirslənər. 676

Bildim ki, gizlicə hücumçu qüvvələrə qoşulub oraya qədər gəlib. Təbəssümlə ondan ayrılıb yoluma davam etdim. Səhərin aydınlığında ön xətdən qaçıb qarşıdakı hovuzlardan keçən Bəəs qüvvələrinin bir qismi yaxşı görünürdü. Döyüşçülərimizin bir qrupu onları ovlamaq üçün oturmuşdular. Tezliklə uşaqların biri qışqırdı: "Kərbəla diviziyası gəlir". 676

Onların təpələrdəki döyüşü haqda dəqiq bir şey öyrənə bilmədim. Cinahlar birləşəndən sonra yola düşdüm. Daha orada qalmağım vacib deyildi. Bölgə sakit idi və ciddi atışma getmirdi. Qayıdanda hələ üzünü açmamış Rzanı da özümlə gətirdim. Bir qədər aralıda Əhməd Yusifini də gördüm. 676

Əhməd, dostun səngərdə idi. Sən də gördün? 676

Yox, indi haradadır? 676

Mən onu bu səngərdə... 676



Üzümü çevirəndə gördüm ki, orada səngərə oxşar bir şey qalmayıb. Düz onun üstünə bir raket düşüb dağıtmışdı. Altında kiminsə qaldığını ehtimal edib Əhməd və Rza ilə birgə səngərin uçmuş tavanını kənara çəkdik. Bir neçə kisəni götürəndən sonra Kərimin bədəni göründü. Üçnəfərə onu dağıntının altından çıxardıq. Huşunu itirmişdi və deyəsən, boğulmaq üzrə idi. Bir müddətdən sonra gözlərini açıb adi tənəffüsə başladı. Ayaq üstə dayana biləndən sonra onu da özümüzlə batalyon komandirliyinə doğru apardıq. 676

Kəşfiyyat bölüyünün işi demək olar, bitmişdi. Bütün alətlərimizi toplayıb məscidə apardım. Yolda gülər üzləri, nəğmə səslərini və əməliyyat marşını eşidirdim, amma ürəyim çox narahat idi. Bir gün öncəni xatırlayırdım. Həmin yolu uşaqlarla getmişdik, indi isə onların əşyalarını qaytarırdım. Qəhrəman Məəttəlinin gözləri yadıma düşürdü; nurlu siması vardı, hələ saqqalı tam çıxmamışdı, amma qorxmaz idi və Qəhrəman adı ona həqiqətən, yaraşırdı. 676

Məscidə çatanda hər şeydən öncə şəhidlərin əşyalarını səliqəyə salmağa və evlərinə göndərmək üçün lazımi yerdə saxlamağa çalışdım. Əvvəlcə Qəhrəmanın çantasını açdım. Şəhadət xəbərinə inanmırdım. O yara ilə gedəcəyini düşünməzdim. Uşaqlar deyirdilər ki, güllə ayağının arteriyasına dəymiş və güclü qanaxmadan təcili yardıma çatmazdan öncə şəhid olmuşdu. Vəsiyyətnaməsini hazır şəkildə əşyalarının üstünə qoymuşdu. Götürüb oxudum: "Ömrümün son saatlarıdır, anbaan Allaha yaxınlaşıram. Cəbhədə olduğum bu müddətdə anladım ki, Allaha qovuşmağın ən sürətli və ən yaxın yolu şəhidlikdir..." 677


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin