Şəhadət aşiqləri


Üzümə şillə vurduqlarını hiss etdim. Böyrüm yanırdı və kirpiyim ağırlaşmışdı. Gözlərimi açanda hər şeyi dörd görürdüm. 740



Yüklə 9,35 Mb.
səhifə31/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   27   28   29   30   31   32   33   34   ...   73
Üzümə şillə vurduqlarını hiss etdim. Böyrüm yanırdı və kirpiyim ağırlaşmışdı. Gözlərimi açanda hər şeyi dörd görürdüm. 740

Yanımda iki nəfər vardı. Üzlərini yaxşı görməsəm də, səslərini aydın eşidirdim. Adımı soruşdular. Güclə cavab verdim: "Mehdiqulu". 740

Özünə gəldi. 740



Öz aralarında danışıb getdilər. Mən bir otaqda qaldım. Orada mənə tanış olan yeganə şey İmam Xomeyninin şəkli idi. İxtiyarsız olaraq, gözlərim yaşardı. 740

Bir də nə vaxt huşumu itirdiyimi bilmədim, amma qapını açıb məni otaqdan çıxaranda bir təcili yardım maşınına qoyduqlarını anladım. Maşın bir qədər gedəndən sonra dayandı, qapı açıldı və geniş bir əraziyə daxil olduq. Bəlkə də hava limanı idi. Bir az da susuzlamışdım. Təyyarənin gurultusu bütün səsləri boğurdu. Deyəsən, mənim kimi başqa bir neçə nəfər də xərəkdə idi. Başımız üstə gəldilər və bir nəfər tələsik qışqırdı: "Bunları aparın, vəziyyətləri pisdir. Tələsin!" 740

Bizi yaralıları daşıyan təyyarəyə qoydular. Təyyarənin bir hissəsində xərəkləri qoymaq üçün yerlər nəzərdə tutulmuşdu. Dörd-beş xərəyi müəyyən məsafələrlə üst-üstə qoyub möhkəm bağladılar və serumları dirəklərdən asdılar. Bir tibb işçisi yaralıların arasında gəzir, hərdən mənim yanıma da gəlirdi. Məncə, C-130 təyyarəsilə uçurduq. Nəhayət, yola düşəndə gözlərimi bağladım. 741

Müqəddəs Məşhəd şəhərinin hava limanına enirik. 741



Bunu eşidəndə hələ gic kimi idim. Əhmədi və Məhəmmədi xatırladım. Əhməd Yusifi və Məhəmməd Məhəmmədpurla birgə ağanın ziyarətinə gəlmişdik. 741

Salam olsun sənə, ey Əli ibn Musa Rza! 741



Bizi təyyarədən endirdilər. Susuzluqdan dəli olurdum. Yolda bizimlə gələn tibb işçisindən bir neçə dəfə su istəmişdim, amma verməmişdi. O, uzaqlaşanda fikirləşdim ki, qolumun serum şlanqını çıxarım və suyunu sorum. Şlanqı ağzıma qoydum. Su şor idi, lakin maye idi və qurumuş ağızı isladırdı. Bunu görən tibb işçisi tez yanıma gəldi, hirslənib acıqlandı və serumu yenidən yerinə birləşdirdi. Ağzımın duzluluğu məni daha çox susatdı. 741

Yenidən xərəyi apardılar. Təcili yardımların və xərək təkərlərinin səsi qulağımı batırırdı. Bizi hava limanında bir salona aparıb orada saxladılar. Tez oradan getmək istəyirdim. Həyatımın bitdiyini hiss edirdim, amma heç kim məni başa düşmürdü. Tanış bir adam mənə yaxınlaşırdı. Yusif Sarimi idi. Əməliyyatın birinci mərhələsində sinəsinə iki qəlpə dəymişdi və oraya köçürülmüşdü. 741

Halımı soruşdu, amma reaksiya verə bilmədim. Vəziyyətim yaxşı deyildi. Dərhal məni aparmağa gəldilər və Yusif də getdi. 741

Yenə təcili yardım maşınına girdik və maşın şəhərin küçələri ilə getməyə başladı. Gözlərim bağlı idi, amma ürəyim məqbərəni istəyirdi. Elə bilirdim ki, qalxsam, maşının pəncərəsindən qızıl günbəzi görəcəyəm. Nəhayət, çatdıq. Uzandığım xərəyi salondakı təkərli arabanın üstünə qoydular və salonun bir küncünə aparıb saxladılar. 741

Zaman keçmirdi. Yaddan çıxdığımı hiss edirdim. Ağrım yox idi, key kimi idim və susuzluq ciyərimi yandırırdı. Orada üç saatdan artıq gözlədim. Elə bilirdim ki, mənə yaxınlaşan hər bir adam məni aparacaq, ya da nəsə deyəcək, amma faydasız idi. Öz-özümə düşünürdüm ki, bəlkə heç mən yoxam. Hiss etdim ki, məni çirkli və qanlı bandların töküldüyü yerin yaxınlığında saxlayıblar. Hər dəfə nəfəs alanda üfunət qoxusu içimə dolurdu. Günahlarımın yaxşıca bədəlini verdiyimi düşünürdüm. Birdən bir nəfər başımın üstə dayandı, damcı-damçı damarıma axan seruma baxdı, bədənimi yoxlayıb dedi: "Bunu aparın". Bu sözdən sonra məni cərrahiyyə əməliyyatı otağına aparıb narkoz verdilər. Gözümü açanda otaqda məndən başqa üç çarpayı da vardı və bir tibb işçisi bütün gecəni orada idi. Mən yalnız başımı sol tərəfə çevirib yandakı yataqda yatmış yaralını görə bilirdim. Özümə gəlincə bir neçə saat çəkdi. Əməliyyat zamanı boğazımdan mədəmə bir zond salmışdılar. O, məni çox narahat edirdi. Danışa bilən kimi ondan şikayətimi bildirdim, amma hamısı deyirdi: "Ona əl vurma, dözməyə çalış". 741

Vəziyyətim elə bir həddə çatmışdı ki, otağımıza girən hər bir həkimdən və tibb işçisindən zondu çıxarmasını xahiş edirdim, amma xeyri olmurdu. Yanımdakı yaralı tez-tez su istəyirdi və tibb işçisi hərdən pambıqla onun dodaqlarını isladırdı, boğazına isə zərrə qədər də su getmirdi. O da bir neçə dəqiqədən sonra yenidən "su... su..." deyirdi. Sol tərəfimdəki yaralının sinəsində və qarnında böyük yara vardı. Bəzən halı pisləşir və sayıqlayırdı. O da çox su istəyirdi və hərdən taxtının yanındakı kasaya qusurdu. Bir dəfə də su istəyərək qışqırırdı. Gözlərimi açıb ona baxdım. Birdən çarpayısının yanındakı çirk və qan dolu kasanı götürüb başına çəkdi. Bu mənzərə mənə çox əzab verdi. Həmin palatada olduğum müddətdə hər dəfə onu görəndə həmin səhnəni xatırlayırdım və ürəyim od tutub yanırdı. 742

Yaralarımdan xəbərim yox idi, yalnız şəhadətdən uzaq düşdüyümü bilirdim. Bir gün səhər çağı yaramın bandı dəyişiləndən sonra mənə bir telefon gətirdilər: "Evə xəbər vermək istəyirsənsə, zəng vura bilərsən". 742

Qonşumuzun telefon nömrəsini verib gözlədim. Evdəki böyük problem sarıdan hələ də çox sıxıntıda idim. Qardaşımın yoldaşı telefonu götürdü, sonra qardaşım gəldi. Bir neçə kəlmə ilə yaralandığımı və Məşhədin İmam Rza (ə) xəstəxanasında yatdığımı deyə bildim. 742

I 743

Səhərdən axşama qədər otağımızda olan tibb bacısı Təbrizin Sərdrud şəhərindən mehriban bir qadın idi. Bəzən mənimlə azəricə danışırdı və yaralarımı həmişə ehtiyatla açıb-bağlayırdı. Həmin gün ailəmlə danışdığımı bildi. Axşamüstü adəti üzrə getdi. Təsadüfən, ertəsi gün otağımıza tanımadığım başqa bir tibb bacısı gəldi. O, yaramı bağladığı zaman otağın qapısı açıldı, dayım, arxasınca qardaşım Abdullah, anam və xalam içəri girdilər. Onların ağlaya-ağlaya içəri girmələri tibb bacısını hirsləndirdi. Onları bayıra çıxardı və işi bitənə qədər içəri buraxmadı. 743

Heç bir şey mənə anamı gördüyüm qədər yaxşı təsir etmədi. O, əlinin üstünə vurub ağlayırdı. Vəziyyətimin çox da pis olmadığını görmələri üçün bir neçə kəlmə danışmaq istədim, amma bacarmadım. Hamı vəziyyətimə görə narahat idi. Çoxdan idi özümü görmürdüm və vəziyyətimdən xəbərsiz idim. 743

Anamgil iki gün Məşhəddə qaldılar və çox vaxt xəstəxanada olurdular. Evdəki problemə görə tez qayıtmalı idilər. Vəziyyətimdən xəbərim olmadığına görə qardaşımın qalmasına ehtiyac olacağını düşünmədim. Anamla xalamın göz yaşları, öpüş və duaları arasında onlarla sağollaşdım və getdilər. 743

Bir neçə gün ötdü. Vəziyyətimdə yaxşılığa doğru bir şey hiss etmirdim. Başıma nə gəldiyini anlamaq üçün diqqətimin cəmləşməsinə ehtiyac vardı və mən yaralanandan bəri onu əldən vermişdim. Hər gün dəfələrlə huşumu itirir və bir müddət komada olurdum. Bəzən tibb bacıları yaramı açıb-bağlayanda xəbərim olmurdu. Təxminən on beş gün belə yarıhuşlu vəziyyətdə qaldım. Nəhayət, məni yenidən cərrahiyyə əməliyyatına apardılar. Bu dəfə əməliyyatdan sonra yeddi çarpayılı bir palataya keçdim. Oradakı yaralıları səhər cərrahiyyə əməliyyatına aparır, axşamüstü gətirirdilər. Gördüyümdən qorxuya düşdüm. Kim ağrıdan şikayət edir və çox zarıyırdısa, əməliyyat otağına aparırdılar və həkimlər ağrısının səbəbini araşdırırdılar. 743

Yaralıların biri Sarəllah diviziyasından kermanlı bir gənc idi. O, bir dəfə ayağının ağrısından o qədər sızladı və o qədər əməliyyat otağına aparıldı ki, yol yeriməyə də qadir olmadı və nəhayət, həmin sızıltılarla şəhadətə qovuşdu. Ayağı minaya düşmüş başqa bir yaralı da vardı, vəziyyəti ağır idi, bir neçə gündən sonra o da şəhid oldu. Ağ ciyər, bağırsaq və mədə nahiyələrindən yaralanmış və əməliyyatdan yeni çıxmış başqa bir yaralı su istəyirdi. Atası yanında idi və NPO-da olduğunu bilmədən oğluna bir stəkan çay verdi. Bir neçə saatdan sonra o da ağır yaralardan şəhadətə qovuşdu. 743

Bir neçə günün içində palatadakı yeddi yaralıdan dördü şəhid oldu. Oradakı yaralıların vəziyyəti ağır idi və adətən, heç kim öz yarasını görə bilmirdi. Həmin uşaqlar kimi hər gün əməliyyat otağına aparılmaqdan qorxurdum. Buna görə də, zarımamağa və hətta huşumu itirməyimə səbəb olsa da, ağrıya birtəhər dözməyə çalışırdım. 744

Bir gün qəribə hisslər keçirdim, əl-ayaqlarımdan soyuq girdi və bütün bədənim soyudu. Elə bir həddə çatdım ki, ah da çəkə bilmədim. Ağzımı açmaq istədim, amma bacarmadım. Yalnız qonşu çarpayıdakı yaralının ah-naləsini eşidirdim. İraqlı mücahidlərdən olan o yaralının səsinə tibb bacıları qaçdılar və dərhal hər iki qolumdan qan köçürməyə başladılar. Həkimlər gəlib gözlərimi açdılar və deyəsən, gözlərimin rəngindən və vəziyyətindən bədənimdə qanın olmadığını bildilər. Ayağımı yarıb içinə nə isə köçürdüklərini hiss etdim. Qan idi. Serumu elə açmışdılar ki, kisələr tez bir zamanda boşaldı. Ayağıma qoşduqları serumu dəyişdilər, digərlərini isə çıxardılar. Bir-birinin ardınca bir neçə kisə qan köçürəndən sonra yavaş-yavaş halım yaxşılaşdı. Təsadüfən, həmin gün evdən xəstəxanaya zəng vurdular. Onlardan bir nəfərin gəlib yanımda qalmasına qürurum icazə verməsə, elə ağır şəraitdə ailəmə başqa bir əziyyət vermək istəməsəm də, son hadisədən sonra məcbur qalıb anama dedim ki, qardaşlarımın biri bir neçə günlüyə yanıma gəlsin. 744

Ertəsi gün anam və qardaşım gəldi. İkinci gün qardaşım Həsən Təbrizdən gəlib anamı apardı və qardaşım Həmdullah yanımda qaldı. 744

Qardaşım gələndən sonra vəziyyətimdə böyük dəyişiklik oldu. O, düz-əməlli yata, istirahət edə bilmirdi. Çarpayının yanında yerə bir ədyal sərib orada yatırdı. 744

Yanıma bir əsa qoymuşdu. İşim olanda əsanı tərpədib onu oyadırdım. O müddətdə yalnız serumla qidalandığımdan tualetə getməyə ehtiyac olmurdu. Bütün işlərimi qardaşım görürdü. Sidik üçün qab gətirirdi, yaramı açıb-bağlayanda yanımda dayanırdı və çox vaxt tibb bacıları ilə mübahisə edirdi. Hərdən xəstəxanaya gələnlər bəzi sözlər deyirdilər və o, fikrə gedirdi. Bəziləri deyirdilər ki, ayaqlarımı zeytun yağı ilə masaj etsin ki, bükə bilim. Çünki o günə qədər yalnız sol əlimi tərpədə bilirdim. Çox arıqlamış qolumun xırda yaralarla dolu olduğunu görüb bilirdim ki, çox zəifləmişəm və belə kiçik yaralardan bəlkə bütün bədənimdə var. 744

Başımı və sağ əlimi qaldıra bilmirdim. Sol ayağım əsla hərəkət etmirdi və yalnız sağ ayağımın barmaqlarını tərpədə bilirdim. Bundan ötrü bir neçə dəfə ortopediya və sinir mütəxəssisləri məsləhətləşmələrə gəldilər. Sinir mütəxəssisi hər iki ayağıma iynə batırdı. Mən yalnız sağ ayağımdakını hiss etdim. Qovluğa nəsə yazıb getdi. Hər bir həkim müayinəsindən sonra tibb qovluğum qalınlaşırdı. 744

Heç kimə demirdim, amma cəbhə havası yaman beynimə düşmüşdü. Uşaqları tez-tez yuxuda görürdüm. Hamıdan çox Həsən Kərbəlayini, Əhəd Müqimini və Rza Daruiyanı. Bir dəfə onların üçünü yuxuda gördüm. Həsən Kərbəlayi məndən soruşdu: "Üzgəclə üzə bilirsən?" Dedim: "Verin, yoxlayım". Üzüb onların ardınca yola düşdüm. Dördümüz də dalğıc geyimi ilə üzürdük. 745

Şəhidlərdən, yaralılardan və digər uşaqlardan xəbərim yox idi. Gördüyüm yuxuları dəfələrlə təsəvvürümdən keçirirdim. O aydın və şirin yuxular ağrı və sıxıntı dolu günlərə dözümü asanlaşdırırdı. Bir gecə Əhəd Müqimini yuxuda gördüm. Mənə dedi: "Mehdi, uşaqlar deyirlər sən də şəhid olmusan. Bəs hanı? Haradasan?” Ona dedim: "Yox, Əhəd, sən şəhid oldun, mən yox". 745

Yuxudan oyanandan sonra uzun müddət fikrə getdim. Mən yaralanana qədər Əhəd sağ idi. Deyəsən, uşaqlar mənim vəziyyətimi görüb öldüyümü düşünmüşdülər. Yusif Sarimi də məni Məşhədə köçürüləndə görmüş, cəbhəyə qayıdanda hamıya demişdi ki, Mehdi o yaralarla sağ qalmaz. Beləliklə, mənim şəhadətim haqda şayiə dolaşmışdı. Əhəd yuxuda mənim şəhadətimdən danışırdı, mən də onun getməsindən. Və o günlərdə mən bilmirdim ki, Əhəd Müqimi, Həsən Kərbəlayi, Mustafa Pişqədəm, Balapur və digərləri şəhid olub dostların karvanına qoşulmuşlar. 745

*** 745

O vəziyyətdə qardaşım zeytun yağı tapıb hər gün bir neçə dəfə ayaqlarımı masaj edirdi. Ayaqlarımın hərəkətində irəliləyiş vardı və hər ikimiz bunu görüb ürəklənmişdik. Bir neçə gündən sonra hər iki ayağımı tam bükə bildim, lakin sol ayağımı idarə edə bilmirdim. Sağ ayağımı özüm yığırdım, sol ayağımı isə Həmdullah əli ilə büküb-açırdı. O, ayaqlarımı masaj edəndə başımın altına kiçik bir balış qoyurdu və hər gün başımı 1-2 sm. daha yuxarı qaldıra bilirdim. Baxış dairəm dəyişilirdi və qələbə hissi keçirirdim. Başımı hər iki tərəfə çevirə bilirdim. Uzun müddətdən sonra başımın altdakı taxtı qaldıranda özümü görə bildim. Beləliklə, ilk dəfə yaramın sarıqlarına baxdım. Sarıqda iki şey diqqətimi cəlb etdi. Biri qarnımdan çıxan göbələyə bənzər bir şey idi. Soruşdum ki, bu nədir? Dedilər: "Adı kolostomiyadır". 745

Bu adı ilk dəfə idi eşidirdim. Onu kisəyə bənzər bir şeyin içinə qoymuşdular və hər gün dəyişdirirdilər. 745

Diqqətimi çəkən ikinci məsələ böyrümün yarası idi. Tibb bacısı pinsetlə onun içini təmizləyirdi. Pinset bədənimə toxunanda bildim ki, orada da böyük və dərin bir yaram var və uzun müddət onunla keçinməliyəm. 745

O yaranı açıb-bağlamaq üçün tibb bacısı hər dəfə üç serum işlədirdi. Serumun başını dəlib yaramın içinə boşaldır və yuyurdu. Yaraları açıb-bağlamağa və bütün bu dezinfeksiyalara baxmayaraq, iki saatdan sonra yaradan çirk qoxusu gəlirdi. Buna görə həkim təkidlə tapşırmışdı ki, hər gün yaramı dörd-beş dəfə təmizləsinlər. Bunlardan əlavə, qarnımda da böyük bir yara vardı. Ona heç bir tikiş atılmamışdı, üstü açıq idi. Mən ilk dəfə başımı əyib qarnıma baxa bildim. Bağırsaqlarımın hərəkətini, qanın damarlarda dövranını və digər orqanlarımın tərpənməsini görürdüm. Deyirdilər: "Bu yaranı bilərəkdən tikməmişik, çünki yaranın çirki var. Əgər tiksək, çirk qarnına yayılar. Hələlik bir müddət belə qalmalıdır". 745

Kolostomiya məsələsini soruşanda öyrəndim ki, qəlpələr bağırsaqlarıma dəydiyindən kiçik bağırsağımdan 30 sm. götürüblər. Qarnımın, sinəmin və böyrümün yaralarını görəndən sonra anladım ki, çirk və yara ilə döyüş başlayıb. 746

*** 746

Əvvəldən məni müayinə və əməliyyat edən həkimə “professor” deyirdilər. Elmi rütbəsi yüksək idi. Mənim onunla ünsiyyətim yalnız yaralarımı müayinə etdiyi məhdud saniyələrə aid idi. Bir pinsetlə yavaşca sarığı qaldırıb baxır və gedirdi. 746

O müddətdə hətta bir dəfə də mənə əl vurmadı, aramızda sual və səmimi salamlaşma olmadı. Bir dəfə müayinədən sonra soruşdu: "Bağırsağından hava çıxdığını hiss edirsən?" 746

Bəli. 746



Onda güman ki bağırsaqların bərpa olunub. Bu gündən etibarən gündə iki qaşıq duru maye qəbul edə bilərsən. 746

Bunu deyib getdi. Biz də sevindik ki, nəhayət, bir hadisə baş verdi. O günə qədər ancaq həmişə qolumda olan serumla qidalanırdım, hətta bir damcı su da içməmişdim. Həmin gün ilk dəfə bir qaşıq albalı şirəsi içdim. Ömrüm boyu içdiyim ən şirin albalı şirəsi idi. 746

Hər gün tədricən daha çox maye qəbul edirdim. İkinci gün iki qaşıq albalı şirəsi, üçüncü gün başqa bir meyvə şirəsi içdim. Tədricən menyuma şorba kimi duru xörəklər daxil oldu. Əvvəlcə gündə iki qaşıq idi, get-gedə çoxaldı. 746

Yemək icazəsi veriləndən talibi qovunu beynimə düşmüşdü. Qış idi, amma ürəyim çox istəyirdi. Qardaşıma dedim ki, get, gör talibi qovunu tapa bilərsənmi. Halımı başa düşüb getdi. Gedəndə səhər idi, amma axşamüstü əliboş və yorğun qayıtdı. Dedi: “Sabah yenə gedib nə olur-olsun, sənə talibi qovunu gətirəcəyəm”. 746

Ertəsi gün getdi. Gözüm qapıda idi. Əlində iki talibi qovunu qapıda görünəndə sevindim. Nəhayət, bir dilim qovun yeyib özümə gəldim. Qardaşım ondan kiçik bir dilim kəsib ağzıma qoyurdu, mən də yavaş-yavaş yeyirdim. Çox ləzzətli idi. 746

Beynimə düşmüş ikinci həvəs də Təbrizə qayıtmaq idi. Hər gün yeri düşən kimi deyirdim: "İşləri yoluna qoy, öz şəhərimizə gedək". 747

Qardaşım telefonla mənim darıxdığımı evə demişdi və onlar Təbrizdə Müharibə yaralıları ilə məşğul olan idarə ilə əlaqə saxlamışdılar. Oradan demişdilər ki, məktub yazıb onun göndərilməsini istəmişik. Kərbəla-5 əməliyyatından sonra cəbhələrdə vəziyyət bizim xeyrimizə dəyişmişdi, düşmən də şəhərlərimizi bombalamağa başlamışdı. Əksər şəhərlər gecə-gündüz hücuma məruz qalırdılar. Bu səbəbdən yaralıları bombardmandan uzaq şəhərlərdən olan Məşhədə göndərirdilər. Belə şəhərlərdə yaralıların sayı olduqca çox idi. 747

Get-gedə darıxmağım müxtəlif şəkillərdə üzə çıxırdı. Hər gün günortadan sonra yaralılarla görüşə gələnlər arasında bir qadın vardı. O, gələndə sanki anamın gəldiyini hiss edir və hər gün onu gözləyirdim. 747

O, heç vaxt əliboş gəlmirdi, amma uşaqların onu sevməsi hədiyyələrinə görə yox, hamıya qarşı çox mehriban olduğuna görə idi. Bizə demişdilər ki, o, üç şəhid anasıdır. Hamımız ona “ana” deyirdik. O və onun kimi çoxları xəstəxanaya gəlib təmənnasız işləyirdilər. Bəzi tibb bacıları yaralılara ikrahla qulluq edirdilər, İslam quruluşunu və müharibəni sevmədikləri bəlli idi. Onlar bizim mələfələrimizi çox vaxt iyrənə-iyrənə və narahat halda dəyişdirirdilər. Ana belələrini görəndə danlayır, mələfələri alıb özü təmizləyirdi. 747

Hər bir yer kimi xəstəxanada da müxtəlif insan və inanclar vardı. Bəziləri can-başla yaralılara qulluq edirdilər, bəziləri isə nazla və ikrahla. Xürrəmşəhrdən bir tibb işçisi vardı. Mühacir kişi idi. Adətən, gecələr gəlir və bir an da bikar oturmurdu. Həmişə ürəyim istəyirdi ki, yaramı o açıb-bağlasın. Digər tərəfdən, səhərlər yaramı dəyişdirməyə bir qadın gəlirdi. O, gələndə ürəyimin yaralarımdan çox ağrıdığını hiss edirdim. Yaramı elə sarıyırdı ki, sanki murdar bir şeyə əlini vurur. 747

Həmin günlərdə həkimim dəyişildi və professoru daha görmədim. Yeni doktor gənc bir oğlan idi. İlk ünsiyyətdən onunla professor arasında yerlə-göy qədər fərq olduğunu bildim. Cərrah və mütəxəssis həkim idi. Onun sevgi dolu səmimiliyi əhval-ruhiyyəmi çox yüksəldirdi. Adını bilmirdim, amma həmişə sözləri ilə məni güldürürdü. Hətta halım pis olanda məni danışdırır və vəziyyətimi öyrənmək üçün yanımda qalırdı. Ona inanandan sonra məni xəstəxanadan çıxarmasını israrla xahiş etdim. Qardaşım da gecə-gündüz bunu eşidirdi: "Bəs nə vaxt qayıdırıq?!" O qədər darıxırdım ki, hətta şöbə rəisi gələndə ondan da soruşdum ki, məni nə vaxt göndərirsiniz? 747

Səbrim tükənmişdi və daha heç bir şəraitdə orada qalmaq istəmirdim. Qardaşım yanımda olduğu 25 gündə bir dəfə də rahat yatmamışdı. Mən həm də ona əziyyət verdiyimə görə narahat idim. Hər bir xırda şeydən inciyirdim. İbadətlərim Təbrizə və evə qayıtmaq duası ilə bitirdi. 747

Bir gün həkimim gəldi, təsbehimi alıb biləyinə doladı, üzüyümü də barmağımdan çıxarıb öz barmağına taxdı. Sonra da tibb işçilərini çağırdı ki, gəlin aparın. Məni otaqdan çıxardılar, amma əməliyyat otağına apardılar və mən tezliklə huşumu itirdim. 748

Gözlərimi açanda öz çarpayımda idim; həmin palatada, həmin pəncərənin arxasında. Qarnımda nəyinsə uzandığını hiss edirdim. Həmdullah yanımda idi. 748

Nə etdilər? 748

Qarnını tikdilər, böyrünün yarasını da bir qədər böyütdülər ki, çirki yaxşı təmizləsinlər. 748

Daha qarnımın dəliyindən bədən orqanlarımı görmürdüm, amma kolostomiya torbası və çirk hələ qalırdı. Bəzi günlər çirkin çoxluğundan mələfəmi gündə üç dəfə dəyişdirirdilər. Böyrümü örtən sarığın çox qalın olmasına baxmayaraq, yaramın çirki hətta mələfəni də isladırdı. Sol ayağım üçün iki dəfə mütəxəssis gətirdilər. O, qəti fikir bildirməyib dedi ki, gərək bütün müalicəsi bitsin, sonra ayağının müalicəsinə başlayaq. 748

Nə vaxt tam sağalacağam?” Bu sualın isə dəqiq cavabı yox idi. 748



*** 748

Bir gecə yuxuda Rza Daruiyanı gördüm. Mənə deyirdi: "Qalx, kəşfiyyata gedək, dalğıclıq etməliyik". 748

Yenidən cəbhənin və səmimi dostların fikri məni qərarsız edirdi. Cəbhəyə qayıdış, əməliyyatlarda, təlim və kəşfiyyatlarda iştirak etmək bütün ümidlərimin qaldığı bir yuxu kimi idi. 748

Novruza bir aydan az qalırdı və mən get-gedə şəhərimizə və evimizə daha çox darıxırdım. Bunu həkim də hiss etmişdi. Nəhayət, qardaşımın səyi və həkimin köməyi ilə İmam Rza (ə) xəstəxanasından Təbrizin İmam Xomeyni xəstəxanasına aparılacağımı söylədilər. Tezliklə böyük qardaşım Abdullah mənim göndəriş vərəqəmi gətirdi. Ora-bura qaçandan sonra sənədlərimi düzəltdilər və mən palata ilə, palata yoldaşlarımla və xəstəxananın yeknəsəq yolları ilə vidalaşdım. Məni xərəyin üstündə xəstəxanadan çıxardılar. Təxminən 40 gündən sonra təmiz havaya çıxdım. Üzümə təmiz hava dəyəndə dərimi yandırırdı. Pilləkənlə təcili yardım maşını arasındakı açıq hava o xəstəxanadakı ən şirin anlarım idi. 748

Təcili yardım maşını yola düşdü və uzun yol gedəndən sonra hava limanına çatdıq. Bir sərnişin təyyarəsi ilə Tehrana gedəcəkdik. Təyyarədə iki yaralı xərəyinə yer hazırlanmışdı. 748

Təyyarə səmaya qalxdı. Bir neçə dəqiqə ötməmiş qarnımdan su töküldüyünü hiss etdim. Əlimi qarnımdakı sarıqlara vurdum. Qanlı idi. 748

Bildim ki, təcili yardım maşınının və təyyarənin təkanları qanaxmaya səbəb olub. Tezliklə altımdakı mələfənin də islandığını hiss etdim. Yanımda heç kim yox idi. Qardaşlarım oturacaqlarda oturmuşdular və hərdən mənə baxırdılar. Qardaşım baxanda qanlı əlimi ona göstərdim. Tez yanıma gəldi və vəziyyətimi görüb təyyarənin işçilərini çağırdı. Onlar da gəldilər və ətrafım adamla doldu. Lakin mənə kömək edəcək bir kəs yox idi. Mikrofonla elan etdilər ki, sərnişinlərin arasında həkim varsa, cəld bizə məlumat versin. 749

Huşumu itirmək üzrə idim ki, əlində qara çanta olan bir nəfər adamların içinə girdi. Çantasında sarıqlar vardı. Təyyarədəki tibb ləvazimatlarını da gətirdilər. Baxırdım ki, görüm nə edir. Gördüm ki, yaramı yenidən bağlamaq istəyir, lakin onun bağladığı yerdə yara yox idi. Yara qarnımın ortasında idi, qan isə sol tərəfdən sarığın altından axırdı. Mənə yardım etmək istəyən həkim bütün bandları həmin hissəyə qoydu, qanaxma da dayanmadı. Xoşbəxtlikdən, təyyarə tez Tehranda yerə oturdu. Təbriz uçuşuna bir saat qalırdı. Buna görə məni hava limanındakı təcili yardım bölməsinə apardılar. Orada müharibə yaralılarına təcili yardım xidməti göstərilirdi. Oradakı həkim başımın üstünə gəldi, mələfəni kənara çəkdi və nə gördüsə, dedi: "Bunu bu vəziyyətdə hara aparırsınız?! Yox, bu, Təbrizə gedə bilməz". 749

Ürəyim üzüldü. Çaladan çıxmışdım, o isə məni Tehran adlı bir quyuya salırdı. Dedim: "Qardaş, mən yaxşıyam, icazə ver..." 749

Yox, burada xəstəxanada yatmalısan. 749



Bunu deyib qardaşlarımla danışdı. Bilirdim ki, öz əlimdən bir iş gəlməyəcək, bəlkə qardaşlarım məsələni həll edə bilərlər. Lakin onlar tezliklə ağlaya-ağlaya məni təcili yardım maşınına qoydular və xəstəxanaya yola düşdük. Heç nə soruşmadım, təxmin etdim ki, həkim nəsə deyib və onlar mənim ölmək üzrə olduğumu düşünüblər. 749

*** 749

Cəm xəstəxanası Tehranın şimalında yerləşirdi. Mən bütün yolu halsız və məyus vəziyyətdə getdim. Qanaxma məndə can qoymamışdı. Bir neçə dəqiqədən sonra məni maşından çıxardılar, amma xəstəxana müharibə yaralısı qəbul etmirdi. Müharibə Yaralılarına Xidmət Mərkəzinin nümayəndəsi yanımızda idi. O, deyirdi ki, hər özəl xəstəxana dörd müharibə yaralısı qəbul etməlidir, bu xəstəxanada iki yaralı var, biz bundan sonra birini də gətirəcəyik. Onlar qəbul etmək istəmirdilər, qanaxmam isə davam edirdi. Xəstəxananın necə olacağını əvvəldən bildim. 749


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin