Şəhadət aşiqləri



Yüklə 9,35 Mb.
səhifə30/73
tarix26.06.2018
ölçüsü9,35 Mb.
#54930
1   ...   26   27   28   29   30   31   32   33   ...   73
Səhər açılanda mövqelər tamamilə təmizlənmiş, düşmənlərin hay-küyü ucalmışdı. Səhər çağı qərargaha gəlib dedilər: "Qardaş Hörməti deyir ki, bölükdən iki nəfəri götürüb önə getsin". 732

Qulaməli Kələntəri və Mənsur Süudiyə hazırlaşmalarını tapşırdım. Bir motosiklet götürdüm və hər üçümüz mindik. Yola düşməzdən öncə zarafat məqsədilə Mikayıl Nadiriyə amiranə tərzdə dedim: "Məni sizə başçı təyin ediblər. Siz qardaş Purnəcəflə burada qalın, mən əməliyyat yerinə gedirəm. Qayıdanda sizi də aparacağam". 732

Mənsur Süudi bizim zəncanlı dostlarımızdan idi və Nəsr-7 əməliyyatında şəhadətə qovuşdu. 732



Mikayıl da cavabsız qalmadı: "Yeri get, uşaq özünsən". 732

Motosikleti işə salanda uşaqların gülüşlərini və "xudahafiz" səslərini eşidirdim. 732

1987-ci ilin 10 yanvar səhəri sakit səhər idi. Düşmən hələ bu geniş hücumun şokundan çıxa bilməmiş, şəxsi heyətini nizam-intizama salmamışdı. Buna görə də, ciddi atışma getmirdi. Günəş nisbi sakitliklə qalxır və böyük Şələmçə düzünü işıqlandırırdı. Ön xətdəki qərargahımıza yola düşdük. Motosikleti oraya qoyub estakadaya getdik. Bizim otuzmetrliyimizdə və bəzi hissələri su səviyyəsindən hündürdə olan yolu uçurmuşdular ki, qayıqlar asanlıqla get-gəl etsinlər. Orada qayığa minib Kut zastavasına yola düşdük. Artıq mühəndislərimiz mövqelərimizi bir-birinə birləşdirmək üçün yol çəkməyə başlamışdılar. Düşmən ağır maşınların ön xəttə hərəkətinə həssas yanaşır, onları bombalamağa çalışırdı. Bu baxımdan, tikinti-mühəndis bölüklərində çalışan sürücülər ən cəsarətli və bacarıqlı sürücülər olurdular və hamı onları tanıyırdı. Bu könüllü Bəsic üzvləri əksər hallarda ya şəhid, ya da əlil olurdular. Orada da ekskavator və buldozerlərin fəaliyyəti düşməni qıcıqlandırmışdı və yavaş-yavaş hücumlar başlayırdı. Buna baxmayaraq, bəndlə yolun bir-birinə birləşdirilməsi günortaya qədər bitdi. 732

Bizim qayığımız gecə boyu və səhər tezdən açılmış maneələrin arasından keçdi və düşmən bəndinə dəyib dayandı. 732

Qayığın sol tərəfində dalğıc uşaqların cəsədləri maneələrin arasına və bəndin üstünə düşmüşdü. Səhnə ağır döyüşdən və uşaqlarımızın fədakarlığından xəbər verirdi. Biz dərhal bəndə çıxıb arxasındakı kanala girdik. Çox yorğunluqdan taqətləri tükənmiş dalğıclar diqqətimi çəkdi. Fikirləşdim ki, tapşırığımızı yerinə yetirərkən işimizə yarayan məlumatları onlardan öyrənə bilərik. Onlarla bir neçə kəlmə danışdıq və vaxt itirmədən işimizə başladıq. Bizim tapşırığımız Cəmşid Nəzmi və Mirhöccət Kəbirini tapıb onlarla əməkdaşlıq etmək idi. Cəmşid Nəzmi ikinci briqadanın komandiri idi, Mirhöccət Kəbiri də üçüncü briqadanın. Mənsur İzzətinin başçılıq etdiyi birinci briqada ötən gecə Həbib, Vəliəsr və Əli Əkbər batalyonları ilə hücuma keçmişdi, əməliyyatı davam etdirmək isə ikinci və üçüncü briqadaların üzərinə düşürdü. 732

Kut zastavasından yola düşüb gecə Aşura diviziyasının azad etdiyi Beşbucağın şimal bucağı boyunca irəlilədik. Həmin bucaq balıq kanalına çatır və sonra kanalın dimdiyinə doğru davam edirdi. 733

Bəndin sol tərəfi quruluq, kanalın içi isə su ilə dolu idi. Bəndin bizim hərəkət etdiyimiz sağ tərəfində böyük bir çala vardı. Düşmən mövqeyinin arxasında da çala olduğuna görə, bildik ki, onlar düşmən tərəfindən yaradılmayıb. 733

Balıq kanalına gedən bəndin üstü ilə gedirdik. Gördüyüm səhnələr məni qəm-kədərə qərq edirdi. Güman ki ikinci briqadanın Əmirəlmöminin (ə) batalyonu səhərin ala-toranlığında oradan keçərkən güclü raket hücumlarına məruz qalmışdı. Bizim şəhidlərimizin cənazələri kanalın içində 200-250 metr uzunluğunda bir yerdə üst-üstə düşmüşdü. 733

Düşmən oranı görürdü və biz keçmək üçün kanalın içindən istifadə etməli idik. Bu baxımdan, şəhid cənazələri arasından keçməyə məcbur qaldıq. Yerləşdiyimiz yer balıq kanalının dimdiyinə gedən yolun təxminən ortası idi. Solumuzda düşərgəyə bənzər bir yer vardı və oradan hələ atışma səsi gəlirdi. Uşaqlar deyirdilər ki, Qasim batalyonu orada vuruşur. Oradan keçəndən sonra Miyanə şəhərinin Bəqiyyətullah batalyonunu gördük. Onlar ağır döyüş içində idilər, bəndin sağ bucağında və çala tərəfdə qaçmaqda olan düşmən qüvvələrini təmizləyirdilər. Orada Məhəmmədrza Çəmidfəri və Hüseyn Baharlını gördüm. Çəmidfər Bəqiyyətullah batalyonunun komandir müavini, Baharlı da oraya hücum edən bölüyün komandiri idi. 733

Balıq kanalının dimdiyinə doğru yolumuza davam etdik. Balıq kanalı təxminən cənuba doğru gedən bir kanalla bitirdi. Kanalın üstündə müxtəlif körpülər salınmışdı və üçüncü körpü Aşura diviziyasının Fəcr diviziyası ilə birləşəcək yeri idi. İrəlilədikcə Əli Əkbər batalyonunun uşaqlarını pərakəndə halda görürdük. Onlar kanala qarşı müdafiə mövqeyi seçmişdilər və bəziləri qayıdırdılar. Vəziyyət gərgin idi. Nəhayət, Əli Əkbər batalyonunun komandiri qardaş Səmədlini tapdım. Bizi görən kimi dedi ki, kanalın sonundakı körpüdə düşmənlə təkbətək döyüş gedir və əl qumbarası ilə vuruşurlar. Sayları çox az idi. Bu batalyonun vəzifəsi hücumu davam etdirib Fəcr diviziyası ilə birləşmək idi. Bir qədər sonra eşitdim ki, şəxsi heyət balıq kanalından sonrakı körpüdə vuruşur. Çox narahat idim, çünki düşmən oradan keçib Beşbucağa girsəydi, işimiz çox çətin olacaqdı. Tez özümü o tərəfə çatdırdım. Qızğın döyüş gedən körpünün sağ tərəfində böyük bir müşahidə təpəsi vardı. Təpənin başında üstüörtülü səngər vardı və düşmənlər oradan uşaqların başına aramsız güllə yağdırırdılar. Müşahidə təpəsi üçüncü körpünün yaxınlığında idi və düşmənlərin əlində olduğu təqdirdə körpüləri ələ keçirmək imkansız görünürdü. 733

Səhər çağı bölgəyə hakim olan sükut get-gedə ardıcıl atəş, tüstü və partlayışlarla pozulurdu. Günəş səmanın ortasına yaxınlaşdıqca düşmənin artilleriya və hətta yüngül silahlardan atəşi də çoxalırdı. Bu onu göstərirdi ki, düşmən kanalın o tərəfində canlı qüvvə toplayıb və işimiz çətinləşmişdir. 734

İlk mərhələdə Kərbəla-5 əməliyyatının əsas məqsədi Beşbucağı tutmaq idi. Bu məqsəd həyata keçmiş, amma digər məqsədlər hələ reallaşmamışdı. İkinci mərhələdə kanalı keçib Ərvənd çayına çatmaq nəzərdə tutulmuşdu. Aşura, Həzrət Rəsul və Kərbəla diviziyaları balıq kanalından keçməli idilər. Aşura diviziyası balıq kanalının dimdiyindən keçməli və oranı tutandan sonra iki yerə bölünməli idi. 734

Bizim şəxsi heyətimizin bir qismi solumuzdakı xurmalığa doğru getməli, ikinci qismi də Zövci kanalının önündə sədd çəkmiş aypara şəkilli istehkamlara hücum etməli idi. Kərbəla diviziyası balıq kanalından keçəndən sonra Ərvənd çayı ilə kanalın arasındakı Zövci kanallarını təmizləməli idi. Bu iş vaxtında baş tutsaydı, bizim diviziyamız həmin istiqamətdən düşmənin hücumundan qorunacaqdı. Lakin Kərbəla diviziyasının uşaqları hələ oradan keçməmişdilər və düşmən balıq kanalının arxasındakı canlı qüvvəsini və atəşlərinin həcmini hər an artırırdı. Həmin gün balıq kanalından keçmək çox çətin görünürdü. 734

Orada uşaqlara bir xeyrim toxunmurdu. Ağa Kəbirini tapmaq üçün kanaldan bəndə doğru getdim. Uşaqlar deyirdilər ki, komandir bəndin ortasındakı səngərlərdədir. Xoşbəxtlikdən, ağa Kəbirini o səngərlərin birində tapdım. O, uşaqların arasında idi. Əli Əkbər batalyonunun vəziyyəti haqda məlumat verdim və yolda gördüklərimi danışdım. Qardaş Kəbiri dedi: "İmam Hüseyn (ə) batalyonu gəlib. Siz onları aparın Əli Əkbər batalyonu ilə əvəzləyin". 734

İmam Hüseyn (ə) batalyonu qayıqdan enmişdi, kolonla hazır vəziyyətdə durub bələdçi kəşfiyyatçını gözləyirdi. Onların yanına getdim. Tanış uşaqları görüb həvəsləndim: Mustafa Pişqədəm, Məhəmməd Balapur, Nasir Yusifi, Yunus Bənnayi və s. Onlara döyüş bölgəsinin vəziyyətini izah edəndən və məqsədimizin üçüncü körpüdən sonra Fəcr diviziyası ilə birləşmək olduğunu söyləyəndən sonra yola düşdük. 734

Təyin olunmuş yerə çatmazdan öncə Əli Əkbər batalyonunun kolonla geri qayıtdığını gördük. Batalyonun bir qismi İmam Hüseyn (ə) batalyonu gəlməzdən öncə bölgəni tərk edirdi və mən buna narahat oldum. Kərbəla-5 əməliyyatında İmam Hüseyn (ə) batalyonuna rəhbərlik edən Mustafa Pişqədəm bölgənin gərgin vəziyyətini yaxşı dərk edirdi. Batalyonu nəzərdə tutulmuş yerə – kanala gedən bəndə çatdırdım. Kanala qədər yolda hətta ağır silahların atəşi də az idi, amma oradan kanalın girişinə və birinci körpüyə qədər məsafə çox güclü atəş altında idi. Düşmən şəxsi heyətini kanalın o tərəfində yerləşdirmişdi, həm müşahidə təpəsindən, həm də arxadan ağır və yüngül silahlarla atəş yağdırırdı. Oranın güclü atəşə tutulmasının səbəbini bilirdim. Bizim solumuzdakı bölgə Ərvənd idi. Düşmən orada, Bəvarin, Ümm əl-təvil və digər adalarda yerləşmişdi və oradan bizə atəş yağdırırdı. Hər halda, biz ikinci mərhələnin başa çatması, yəni şəxsi heyətin Ərvəndə qədər irəliləməsi üçün o adaların ağır atəşlərinə dözməli idik. 734

İmam Hüseyn (ə) batalyonunu balıq kanalının sonuna və birinci körpüyə çatdırdım. Uşaqlar döyüşə başlayıb elə ilk anlarda müşahidə təpəsindəki DŞK pulemyotunu susdurdular. Onlar tezliklə körpünü də ələ keçirib təmizləyə-təmizləyə irəlilədilər. 735

Bilirdim ki, İmam Hüseyn (ə) batalyonu son nəfərə qədər şəhid olsa da, tezliklə birləşdirmə işini başa çatdıracaq. Şəhadətsevərlik və müqavimət ruhu bu batalyonun qanında vardı və Mustafa Pişqədəmin gəlişi ilə daha da güclənmişdi. Dostları və kiçik qardaşı şəhid olduqdan sonra Mustafanın məsum üzünə çökmüş qəm-kədər aradan qalxmamışdı. Hərəkətlərinə həm hüzur, həm qərarsızlıq hakim idi. 735

Qardaş Kəbirinin səngərinə qayıtdım. Balıq kanalının dimdiyindən keçmək müzakirə olunurdu. Əməliyyatın kanaldan sonrakı ikinci mərhələsini yerinə yetirmək üçün İmam Sahibəzzaman (ə) və İmam Səccad (ə) batalyonlarını irəli aparmaq lazım idi. Balıq kanalının dimdiyindən və Kut zastavasının yaxınlığından ikinci dəfə idi qayıdırdım. O batalyonlar qardaş Kəbirinin səngərinin yaxınlığında yerləşmişdilər və biz qayıdana qədər axşam olmuşdu. Vaxt itirmədən Mənsur Süudi və Qulaməli Kələntərinin köməyi ilə İmam Hüseyn (ə) batalyonunu apardığımız yolla onları da apardıq. İmam Səccad (ə) batalyonunun komandiri Xoy şəhərindən olan Hacıhüseynli, İmam Sahibəzzaman (ə) batalyonunun komandiri də Ərdəbildən qardaş Yəzdani idi. O iki batalyonun şəxsi heyətinin çoxu bölgəyə yeni göndərilmişdilər və güclü atəş əhval-ruhiyyələrinə təsir etmişdi. Onların vəziyyəti batalyon rəhbərliyini narahat edirdi. İllərlə döyüş zonalarında və əməliyyatlarda bişmiş İmam Hüseyn (ə) batalyonu ilə onların arasındakı böyük fərqi aydın görmək olurdu. 735

Nəhayət, onları da kanalın dimdiyinə apardım. Balıq kanalının üçbucaq dimdik hissəsindən döndük. Oradan birinci körpüyə qədər ərazidə güclü atəşdən əlavə, müxtəlif maneələrlə də rastlaşdıq. Axşam olduğuna görə işıqlı güllələr atılır və yeni döyüşçülərdə vahimə yaradırdı. İmam Hüseyn (ə) batalyonu da əsas körpüyə getmək üçün həmin ərazidən keçmişdi. 735

Balıq kanalı bəndinin sol tərəfindən 50-100 metr aralıda bir istehkam qurmuşdular. Bu istehkamla balıq kanalının arasında xüsusi bitkilər bitmişdi. Rütubətli şoranlıqlara məxsus və küknara bənzəyən kiçik ağaclar idi. Bu istehkamdan əlavə, onunla balıq kanalının arasında 200-250 metr məsafələrlə qurulmuş digər istehkamlar da vardı. Düşmən oranı kvadrat və düzbucaqlı formalarında bölmüşdü. Bu, düşmənin yeni müdafiə metodlarından idi və geri çəkilərkən maksimum zaman qazandırırdı. Əlbəttə, oranı ələ keçirəndən sonra bu sistem düşmənin əks-hücumundan müdafiə olunmaq üçün bizə əlverişli şərait yaratdı. 736

Düşmən qlobal hegemoniyanın hədiyyə verdiyi yüksək hərbi taktikalarla da təchiz olunmuşdu. Onlar maddi imkan, silah-sursat baxımından da düşmənimizə yetərincə yardım edirdilər. Belə ki müharibə boyu Sepahın diviziyaları düşməndən alınmış qənimətlərlə təmin olunurdu; yəni düşmənimiz bizim hərbi imkanlarımızın mənbəyinə çevrilmişdi. Üçüncü ölkələrin peyk və casusları da düşmənə informasiya dəstəyi verirdi. Üçbucaq torpaq istehkamlar israillilər tərəfindən qurulmuşdu. Vəlfəcr-8 əməliyyatından sonra düşmənin bir neçə istiqamətdə həyata keçirdiyi hərəkətli müdafiə layihəsi onun üstünlük ruhiyyəsini gücləndirdi. Bunlardan əlavə, Kərbəla-5 əməliyyatında da xüsusi taktikalardan istifadə etdilər. Mənim Kərbəla-5 əməliyyatında əldə etdiyim sənədlərdə düşmənin əks-hücum layihəsi göstərilirdi. Düşmən bizim qüvvələrimizə bir istiqamətdən irəliləmək imkanı verirdi. Bu zaman özü xüsusi maneələrin arxasına çəkilirdi. Həm ehtiyat qüvvələri, həm də təmas xəttindən geri çəkilənlər oraya yerləşirdilər. Bununla da hücum edənlər at nalı şəklində mühasirəyə düşürdülər. Nəticədə, düşmən həm itirdiyi sahəni geri alırdı, həm də biz böyük itki vermiş olurduq. Əgər bir qədər geri çəkiləndən sonra qarşımızda sədd quran düşmən qüvvəsi bir batalyon idisə, ondan arxadakı mövqedə bir diviziya, ən sonda da bir ehtiyat korpusu dayanırdı. Beləliklə, irəliləyib bu mövqelərin hamısından keçmək çox çətin idi və çox zaman alırdı. Cənub cəbhəsində, xüsusən də Şələmçədə və Bəsrə şəhərinin önündə düşmənin müdafiə taktikası belə idi. 736



Körpüyə getmək üçün bəndin üstündən keçirdim, batalyonlar isə aşağısından hərəkət edirdilər. PK, DŞK, dördlü zenit pulemyotu və digər silahlarla oranı atəşə tuturdular, işıqlı güllələrin həcmi şəxsi heyəti qorxudurdu. Bəndin üstü ilə gedib deyirdim: "Baxın, bunların hamısı kor atəşlərdir". 736

Mövqeyə çatana qədər uşaqların ruh yüksəkliyini qorumağa çalışırdım. Qəribə idi ki, mənə heç bir güllə dəymirdi və sözüm inandırıcı görünürdü. Belə bir vəziyyətdə birinci körpüyə çatdıq. Düşmən bizim körpünün üstündən keçmək istədiyimizi fikirləşib balıq kanalının dimdiyini dəli kimi atəşə tuturdu və oranı bağlamaq üçün bütün qüvvəsini səfərbər etmişdi. 736

Körpünün yanında hərəkət istiqamətini komandirlərə izah etdim. Bir batalyon xurmalığa, biri də aypara istehkamlara getməli idi. Bölgənin yolunu, necəliyini və hərəkət tərzini batalyon və bölük komandirlərinə başa saldım. Lakin yola düşən kimi yolu səhv getdiklərini görüb təəccüb içində qaldım. Bir neçə dəqiqə öncə yolu başa saldığım bölük komandiri körpünün üstünə çıxdı, sonra xurmalığa getmək yerinə əməliyyat zonasına və Fəcr diviziyası ilə birləşəcək yerə getdi, şəxsi heyət də onun ardınca. Bilmirəm güclü atəşdən başını itirmişdi, yoxsa mən başa salanda fikri başqa yerdə olmuşdu. Var gücümlə qışqırırdım ki, bəlkə amansız atəş və gurultular arasında səsimi eşidib qayıdalar. 736

Bu tərəfə... Bu tərəfə getməlisiniz... 737



Adını da çağırırdım, amma faydası olmurdu. Aramızdakı bəzi güclü və təcrübəli döyüşçülər şəxsi heyətə kömək məqsədilə xurmalığa və aypara istehkamlara getdilər. Lakin oranın problemi bir neçə nəfərlə həll olunası deyildi. Geri qayıda-qayıda onların nə qədər davam gətirəcəklərini fikirləşirdim. Qayıdanda paltarımda çoxlu dəliklər gördüm; yanımdan keçmiş güllələrin yeri idi. 737

Həmin iki batalyona ümidim olmasa da, İmam Hüseyn (ə) batalyonunun möhtəşəm çıxışı və Mustafa Pişqədəmin öz şəxsi heyəti ilə göstərdiyi rəşadətlər hamı kimi məni də sevindirirdi. Onlar ilk anlardan nəinki birinci körpüdən üçüncü körpüyə qədər məsafəni təmizləmiş, hətta Fəcr diviziyasına aid olan yeddinci körpüyə qədər ərazini təmizləyib Fəcr diviziyası ilə birləşmişdilər. 737

Yenidən Mənsur Süudi və Qulaməli Kələntəri ilə birlikdə qardaş Nəzminin və Kəbirinin olduğu səngərə qayıtdım. Çox yorulmuşdum. Altıkilometrlik bir yolu bir sutkada beş-altı dəfə gedib-gəlmək məni əldən salmışdı. Həm də bütün yol atəş altında idi. Digər tərəfdən, son 17 gündə yaralandığıma görə fiziki qüvvəm əvvəlki kimi deyildi. Allah-Allah edirdim ki, qızıl bir qəlpə mənə bir az istirahət versin. Ayaqlarım şişmişdi. Qardaş Kəbirinin yanına çatanda vəziyyəti izah edib fikrimi bildirdim: "Qardaş Kəbiri, məncə, İmam Hüseyn (ə) batalyonu əməliyyatı davam etdirsə, daha uğurlu olacaq". 737

Qardaş Kəbiri İmam Hüseyn (ə) batalyonunun kollektiv iş məharətini və istedadını, habelə öz cəsarəti və ağlı ilə hamını heyran qoymuş Mustafa Pişqədəmin layiqli komandirliyini nəzərə alıb gecə ikən bu qərarı qəbul etdi və əməliyyatı davam etdirmək üçün İmam Hüseyn (ə) batalyonunu balıq kanalının o tərəfinə aparmaq mənə tapşırıldı. Qərara alındı ki, dərhal hərəkət edib əməliyyata bələdçiliyi davam etdirək. 737

Səhərin ala-toranlığında yenidən yola düşdük. Uşaqlara dedim: "İndi bir xilaskar qəlpənin yeri necə də görünür!" Mənsur Süudinin cavabı cəbhədə hamıya aid olan təbəssüm oldu. Biz bir-birimizi yaxşı başa düşürdük. Mən bilirdim ki, uşaqlar o bölgəni hansı şəraitdə öyrənmişdilər. Cəbhədə böyüyənlər də bilirdilər ki, əməliyyatlarda məcburiliyə yer yoxdur. Xüsusən də biz Bəsic üzvləri gedib-getməməkdə həmişə azad idik. Biz bir yerdə oturub "yorulmuşuq, başqası getsin", yaxud "bir azdan gedəcəyik" - deyə bilərdik, ancaq orada “mən” və “biz” mövzusu yox idi. 737

Batalyonun yerləşdiyi yerə çatdıq. Onlar ələ keçirdikləri körpülərdə yerləşib əməliyyatı davam etdirmək əmrini gözləyirdilər. Bir an da arası kəsilməyən ağır atəşlər uşaqları çox narahat edirdi. Bütün üzlər toz-torpağın altında itmişdi. İmam Sahibəzzaman (ə) və İmam Səccad (ə) batalyonları bir iş görmədən bir saatdan az müddətdə dağılmışdı, İmam Hüseyn (ə) batalyonu isə bütün günü vuruşmuş, axşamdan səhərə qədər də var qüvvəsi ilə oranı qoruyub saxlamışdı. Ağa Mustafanı bir səngərdə tapdım. Müavini Məhəmməd Balapur yanında oturmuşdu və ortalarında ratsiya vardı. Hər ikisinin üz-başı toz-torpağın içində idi və başlarında dəbilqə vardı. İlk baxışdan ürəyimə dammışdı ki, ikisi də hicrətə hazırdır. Hal-əhval tutandan sonra Pişqədəm dedi: "Geriyə qayıtsan, ağa Kəbiriyə de ki, özümüzünkülərin topları bizi düşmən atəşindən çox narahat edir. Bir neçə saatdır sıxışıb qalmışıq. Heç olmasa, öz toplarımız bizi vurmasın". 738

Yorğun və kədərli idi. Deyəsən, son əməliyyatı olduğunu özü də anlamış, hər şeyini döyüşün ortasına gətirmişdi. Orada Yunus Mahmudzadə ilə Nasir Yusifini gördüm və axşam hücuma keçəcəyimiz aypara istehkamlar bölgəsi haqda məlumat verdim. Dedim ki, İmam Hüseyn (ə) batalyonu bu hücum üçün seçilib və səhərdən axşamüstünə qədər bölgəni öyrənib araşdırmağa vaxtları var. Bu barədə ağa Mustafa ilə də danışdım. O, bütün çətinlikləri qəbul etməyə hazır idi. Söhbətimizin sonunda Nasir Yusifi mənə bir kağız uzadıb dedi: "Bunu al, mənim vəsiyyətnaməmdir, məhəlləmizin uşaqlarından birinə verərsən". 738

Bəs haradan bilirsən ki, mən səndən tez getməyəcəyəm? 738

Mən sənə verirəm, irəli getsən, sən də başqa birinə verərsən. 738

Nasirin vəsiyyətnaməsini cibimə qoydum, amma onu heç vaxt kimsəyə verə bilməyəcəyimdən xəbərsiz idim. 738

*** 738

Orada iş bitmişdi. Uşaqlarla sağollaşıb qərargaha yola düşdüm. Günortaya az qalırdı və mən çox güclü aclıq hiss edirdim. Son bir neçə gündə düz-əməlli bir şey yeməmişdim. Təchizat bölməsi balıq kanalına birləşən bənd kanalında ərzaq boşaldırdı. Oradakı yeməklərdən bir az yedim və təsadüfən, bir qrup kəşfiyyatçını, o cümlədən, Məhəmməd Purnəcəfi və qardaş Əsğər Abbasquluzadəni gördüm. Mövqelərin vəziyyəti və irəliləmə tərzi haqda onlara məlumat verib qərargaha yola düşdüm. 738

Qardaş Kəbiri, mən bölüyün qərargahına baş çəkəcəyəm. 738



Quruculuq cihadı təşkilatının əməliyyatın birinci günündə çəkdiyi yolla geri qayıtdım. 738

Qayıtmaqda ən əsas məqsədim bir motosiklet götürmək idi. Bu haqda danışmışdım və motosiklet hazır idi. Öz mövqeyimizdəki qərargahımıza çatıb səngərə girdim. Səngərimiz çox möhkəm və girişi L şəklində idi. 738

Nahar yeməyi hazır idi: balıq konservi və badımcan püresi. İştahım açılmışdı və qarnım quruldayırdı. Orada oturub doyunca yedim. Dostlarıma baş çəkməyə də imkan yaranmışdı. Rəsul Səidiyə dedim: "Gedək Mənsur İzzətiyə baş çəkək”. O isə səngərdə qalmağı üstün tutdu. 739

Mən buradayam, sən get. 739



Səngərdən çıxdım. Fikirləşirdim ki, gəlməyim çox yaxşı oldu; həm yaxşı nahar elədim, həm də indi ağa Mənsurun yanına gedib Həbib və Vəliəsr batalyonlarındakı dostlarımdan xəbər tutar, Əhəd Müqimini də görərəm. Çünki Mənsur İzzəti harada olsaydı, Əhəd Müqimi də mütləq yanında olardı. 739

Səngərdən bir neçə metr uzaqlaşmışdım ki, zenitlərin gurultusu qopdu. Birdən düşmən təyyarəsi göydə vuruldu və sürətlə yerə enməyə başladı. Həmişə olduğu kimi, uşaqların hərəsi bir formada hisslərini büruzə verdi; təkbir deyir, fit çalır və qışqırırdılar. Mən də yumruğumu qaldırıb təkbir deyirdim. Gözüm təyyarədə idi. 739

İndicə yerə düşüb partlayacaq. 739



Beynimdən bu fikir keçərkən birdən bir gurultu qopdu və isti qəlpə parçalarının qarnıma girdiyini hiss etdim. 739

Salxım bombası! Əgər uzansam, mənə daha çox qəlpə dəyəcək!” Bu fikir bir anda beynimdən keçdi və bütün gücümü toplayıb ayaq üstə dayandım. Lakin yenidən gurultu qopdu və bu dəfə sanki böyrümə bir şey dəyib belimi ikiyə böldü. Özümü havası alınmış şar kimi hiss edirdim. Yerə yıxılmazdan öncə belimdən və böyrümdən fışqıran qanı gördüm. Sanki kimsə barmağını təzyiqli su şlanqının ağzına sıxmışdı və su daha güclü təzyiqlə püskürürdü. 739



Yaxınlığımda Seyid Zəfərançını görüb tanıdım. O, qaçırdı. Salxım bombaları bir-birinin ardınca yeri titrədirdi, onu çağırmaq istədim; bəlkə heç məndən səs çıxmadı: "Ağa seyid, mən... yaralandım..." 739

Gözlərim qaraldı. Heç nə görmürdüm. Torpaq soyuq idi, lakin hələ eşidir və hiss edirdim. 739

Yer titrəyirdi. Uşaqlar bir-birlərini və məni çağırırdılar. Birdən ortaya sükut çökdü. Özümü zülmət qaranlıqda tək-tənha hiss edirdim. Orada nə səs vardı, nə işıq, nə partlayış, nə zenit, nə təyyarə... Qapalı mühit məni sıxırdı. Aydınlıq axtarırdım: "Yəni ölmüşəm? Bəs nə üçün hər yer qaranlıqdır? Məgər şəhid aydınlığa çıxmır?!" Gözləyirdim ki, indicə kimsə gəlib mənə şəhadət müjdəsi verəcək və özü ilə aparacaq. Hədislərdə oxuduqlarım haqda düşünürdüm. Heç vaxt zərrə qədər işığı da elə həsrətlə gözləməmişdim. O vəziyyətdə əlimin üstündə bir əl hiss etdim. Əl məni əzizləyir və silkələyirdi. Tədricən qaranlıq dünyama səslər də girmişdi. Qəribə səslər idi; bəzən ağlamaq səsinə bənzəyən qalın və hündür səslər. Əlimi tutan əli sıxmağa çalışdım. 739

Rəsul Səidi sonradan danışırdı ki, bombardman zamanı mənim yıxıldığımı görübmüş. Başımın üstünə gələndə daha nəfəs almadığımı düşünüblər. Bir neçə dəqiqədən sonra Rəsul mənim əlimi tutub ağlayarkən əlini sıxdığımı duymuş və hələ yaşadığımı öyrənmişdi. 740



*** 740

Atılıb-düşürdüm. Bədənim islanmışdı və boğazım susuzluqdan yanırdı. Gözlərimi açdım və bir müddətdən sonra təcili yardım maşınında kələ-kötür bir yolla getdiyimi anladım. Rəsul Səidi də başımın üstə idi. 740

Mənə nə oldu? 740

Heç bir şey, qorxma, mühüm bir şey deyil. 740

Rəsul danışır, mənsə heç nə anlamırdım; çünki yenidən özümdən getmişdim. 740

Yenə yıxılmaq istəyəndə məni çağırdılar: “Mehdiqulu!” 740

Gözlərimi açdım. Harada olduğumu bilmirdim. Başımın üstdəki tavandan üstüörtülü səngərə bənzəyirdi. Rəsul hələ yanımda idi. Az sonra bir-iki nəfər qayçı ilə mənə yaxınlaşıb paltarlarımı kəsdilər və mən bir söz demədən yenə özümdən getdim. 740

Boğulmaq üzrə idim. Ürəyim bulanırdı. Gözlərimi açdım. Qusurdum və mədəmdə nə vardısa, hamısı bayıra tökülürdü: balıq və kürü konservi. Balıq və kürüdən iyrəndim. Kürünün qoxusu qan qoxusu ilə qarışıb boğazımı yandırırdı, amma su istəməyə taqətim yox idi. Başımın üstə iki həkim vardı və əllərindəki şəklə baxırdılar. Ora səhradakı təcili yardım məntəqələrinə bənzəyirdi. Rəsul yox idi. Yenidən huşumu itirdim. 740


Yüklə 9,35 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin