Seçki hüququnun anlayışı və prinsipləri
Seçkilər cəmiyyətin ən müxtəlif səviyyələrində həyata keçirilir, məsələn, ictimai təşkilatlarda onların rəhbərliyi, səhmdar cəmiyyətlərində direktorlar şurası, kooperativlərdə idarə heyəti seçilir. Həmçinin, mərkəzi dövlət orqanlarının çoxu (parlamentlər, onların aşağı palataları, prezidentlər) və yerlərdə
yerli özünüidarəetmə orqanları (şuralar, merlər) seçilir. Seçkilər dövlət hakimiyyətinin legitimliyinin ən mühüm vasitəsi olub, siyasi liderlərin seçilməsini təmin edir, dövlət həyatının və dövlət reciminin müəyyənedici xüsusiyyətlərdən biri kimi çıxış edir.
Dostları ilə paylaş: |