Birbaşa seçki hüququna əsasən vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Arada heç bir mərhələ olmur və onların səsi həlledicidir. Bu prinsip dünyanın bir çox ölkələrində tətbiq edilir. Əksinə, yəni şəxsin seçilən şəxsə deyil, onu seçəcək şəxsə səs verməsi bir çox ölkələrdə dolayı seçki sisteminin əsasını təşkil edir. Bu sistemdə birbaşa seçki hüququ tətbiq edilmir. ABŞ-da vətəndaşlar birbaşa prezidentə səs vermirlər. Onlar ABŞ Prezidentini seçəcək şəxslərə (seçkililərə) səs verir, sonra da bu, şəxslər (seçkiçilər) prezidentliyə namizədlərə səs verir. Türkiyədə də prezident dolayı yolla seçilir. Onu birbaşa vətəndaşlar deyil, parlament seçir.