Sual 250. İstimna edən qadının hökmü nədir? Boynuna qusl gəlirmi?
Cavab: Bu iş haramdır və əgər spermanın xaric olmasına yəqinliyi varsa gərək qusl etsin.
Sual 251. Qadınlar da yuxuda möhtəlim ola bilərlərmi?
Cavab: Bəli mümkündür.1
Sual 252. Mümkündür ki, qadınlar yaxınlıq olmadan cənabətli olsunlar?
Cavab: Bəli mümkündür və əgər məlum kanandan spermanın çıxmasına yəqinlik tapsa ona qusl vacib olur. Amma yəqinlik tapmasa qusl vacib olmur.
Sual 253. Qadın həyat yoldaşı ilə əylənən vaxtı ehtirasları təhrik olur, özündən maye xaric olduğunu hiss edir, cənabət olduğunu zənn edir. Bu halla ona qusl vacib olurmu?
Cavab: Əgər spermanın çıxmasına yəqinlik hasil olsa qusl vacibdir. Əks halda başqa bir vəzifəsi yoxdur.
Sual 254. Qadın yuxuda olan vaxt həyat yoldaşı onunla yaxınlıq etmişdir. Bunu qusl və namaz üçün ona deməlidirmi?
Cavab: Namaz üçün gərək ona desin.
Sual 255. Əri ilə yaxınlıqdan sonra qusl edən bir qadından bir az sonra bir miqdar sperma xaric olur, özündən ya ərindən olduğunu bilmirsə onun vəzifəsi nədir?
Cavab: Verilən cuala əsasən sperma olmasına yəqinliyi olduğu üçün nəcisdir. Amma özündən ya ərindən olmasına şəkki olduğu üçün qusl etməsi lazım deyil.
Sual 256. Bəzən qadınlar və nişanlı qızlar bir az ləzzət üçün öz həyat yoldaşları ilə yaxınlıq edirlər, bu zaman rütubət xaric olursa bu sperma hökmündədirmi?
Cavab: Qeyd olunan rütubət sperma hökmündə deyil, şəhvətlə xaric olsa bu surətdə sperma hökmü vardır.
İSTİHAZƏYƏ AİD MƏSƏLƏLƏR
Sual 257. İstihazə-kəsirə1 quslu ilə dəstəmaz da lazımdırmı? Mutəvəssitə-istihazə2 ilə necə?
Cavab: Bəli, gərək dəstəmaz alsın. İstihazə kəsirə və mütəvəssitə arasında bir fərq yoxdur.
Sual 258. Bir xanım neçə aydır öz adət günlərində iki gün qan görür, ondan sonra yeddinci günə qədər nə zahirdə, nə də batində qan görür, daha sonra yeddinci gün bir az qan müşahidə edir və tamam olur. Yalnız iki gününü heyz hesab etsin, ya bütün yeddi günün hamısını? İki gündən sonra qusl edib namaz qılmasına diqqət etməklə, əri onunla yaxınlıq etsə kəffarəsi varmı?
Cavab: O iki gün və ondan sonrakı günlər də heyz hökmündə deyildir. İstihazə hökmü vardır, onun ərinə kəffarə vacib deyil.
Sual 259. Xəstəlik ucbatından bir qadının istihazə müddəti çox olur, bir gündə üç qusl etməsi çətinlik yaradırsa onun vəzifəsi nədir?
Cavab: Bacardığı qədər, çətinlik və əziyyət olmasa qusl etsin. Əgər çətinlik olsa qusl yerinə təyəmmüm etsin.
Sual 260. Bir qadın öz ərinə pak olduğunu demiş, sonra onunla yaxınlıq etmiş və qan görəndən sonra pak olmadığı məlum olmuşdur. Kəffarə lazımdırmı?
Cavab: Verilən suala əsasən kəffarə lazım deyil.
Yaisəliyin tərifi
Sual 261. Yaisəliyin mənası nədir? Yaisəlik yaşında qadının hamilə olması mümkündürmü?
Cavab: Qadının yaisəliyi budur ki, daha heyz hökmündə olan qan görməsin, qan görsə və ya heyz qanına oxşasa belə şəri cəhətdən onun üçün heyzin hökmü yoxdur. Yaisəlik, seyyidə qadınlarda qəməri təqvimi ilə 60 yaşında, seyyidə olmayanlarda isə 50 yaşında müşahidə olunur. Çünki, qadının uşaqlığı yaisəlik dövründə nütfə bağlamaq qabiliyyətində deyildir. Belə qadınlar çox nadir hallarda hamilə olurlar.
Sual 262. Yaisəlik yaşına çatıb-çatmamasında şəkk edən bir qadının vəzifəsi nədir?
Cavab: Yaisəlik həddinə çatmaqda şəkk etməklə yaisəlik hökmü ona aid edilmir.
Sual 263. Bir qadın yaisəlik dövründə heyz qanına oxşar qan görüb, bu heyz ya istihazə qanı hökmündədirmi?
Cavab: İstihazə qanı hökmündədir, heyz qanına oxşasa da belə.
YAİSƏLİK YAŞI
(Qadınlardadoğumimkanlarınınkəsilməsi)
Sual 264. Zəhmət olmasa deyin, qadın neçə yaşa qədər heyz qanı görür? Şəmsi və ya qəməri ili ilə necə hesablanır? Bunu da nəzərə alın ki, pasportda tarix şəmsi təqvimi ilə göstərilib.
Cavab: Seyyidə olan qadınlar qəməri təqvimi ilə 60 il heyz görürlər. Bu da şəmsi təqvimi ilə hesablandıqda 58 il 77 gün 12 saatdır. Seyyidə olmayan qadınlar qəməri təqvimi ilə 50 il heyz görürlər. Bu da şəmsi təqvimi ilə hesablaqdıqda 48 il 179 günə bərabərdir.
Sual 265. Bir qadın yaisəlik yaşına çatıb-çatmamasında şəkk edir. Qan görür, amma üç gün davam edib-etməməsində yəqinliyi yoxdur. Namaz və oruc barədə vəzifəsi nədir?
Cavab: Verilən bu sualda, əgər qanı adət günlərində görürsə, ya o qanda heyz nişanələri varsa, heyz hökmündədir. Digər hallarda isə istihazə hökmündədir.
Heyzin qarşısını almaq üçün dərmanlardan istifadə edilməsi
Sual 266. Bir qadın aylıq adətinin qarşısını almaq üçün dərman atıb. Arada dərman atmadığı üçün bir az qan görüb. Lakin üç gündən tez kəsilib. Adət günlərində olan bu qan heyz qanıdırmı?
Cavab: Əgər ardıcıl üç gün olmayıbsa heyz hökmündə deyil.
Sual 267. Bəzi qadınlar ramazan ayının orucunu tutmaq üçün, ya həccdə həcc əməllərini yerinə yetirə bilsinlər deyə bəzi həblərdən istifadə edirlər. Bəzən dərman atmalarına baxmayaraq adət vaxtlarında bir-iki gün qan görürlər. Bu qanın hökmü nədir?
Cavab: Ardıcıl olaraq üç gün qan görməsələr və adət günlərində olmasalar belə, heyz hökmündə deyil. Orucları düzgündür və həcc əməllərini də yerinə yetirə bilərlər. Bu qan istihazə hökmündədir. Ardıcıl üç gün olmadığını bildiyi halda heyzin hökmlərinə riayət etməməlidir.