Şərqşünaslıq fakültəsi İstiqaməti, şifri və adı: hsm- 040000 Dilşünaslıq İxtisası, şifri və adı: hsm- 040009 Ərəb dili



Yüklə 129,86 Kb.
səhifə14/24
tarix10.01.2022
ölçüsü129,86 Kb.
#106099
1   ...   10   11   12   13   14   15   16   17   ...   24
Ərəb toponimləri

Əlcəzair

ألجزائر

Livan

الجمهوريّة اللبنانيّة

MƏR

جمهوريّة مصر العربيّة

Beyrut

بيروت

Misir

مصر

Liviya

ليبيا

Qahirə

القاهرة

Tripoli

Benqazi


طرابلس الغرب

بنغازي


Asuan

أسوان

Mərakeş

المملكة المغربية

Qəzza

الجيزة

Rəbat

الرباط

İsgəndəriyyə

الاسكندرية

Kasablanka

الدار البيضاء

Port-Səid

بور سعيد

BƏƏ

الإمارات العربية المتحدة

Süveyş

السويش

Əbu-Dabi

أبو ظبي


Mədəni dil xüsusiyyətləri (müraciət və vidalaşma)

Ərəb mətnlərinin linqvopraqmatik xüsusiyyətlərindən biri də mədəni xüsusiyyətlərdir. Buraya ərəb dilində olan ölçü və pul vahidlərinin sistemi və nitq etiketinin bir sıra formaları daxildir. Məsələn:



Ərəb ölçü sistemi

Çəki vahidləri

وحدات الوزن

1 kentar=44,9 kq

١قنطار

1 həmlə=60 okka və ya 74,88 kq

١حملة

Uzunluq vahidləri

وحدات الاطوال

1 küsbə=3,55 m

١قصبة

1 arşın=0,58 m

١ذراعبلديّ

1 fitr=18 sm /təqribən

١قنطار

Sahə vahidləri

وحدات المساحة

1 fəddan=4600, 8335 m2

١فدّان

1 karat=175,0347 m2

١قيراط

1 səhm=7,2931 m2

١سهم

Həcm vahidləri

وحدات الاحجام و المكاييل

1 ərdəbb=197,75 l

١اردبّ

1 keylə=96 qədəh

١كيلة

Nitq etiketi qaydalarının əsasında həmsöhbətə qarşı hörmətin əlaməti dayanır. Ərəb işgüzar sənədlərinin giriş və sonunda istifadə olunan nəzakət formulları işgüzar yazışmanın ayrılmaz elementlərindəndir. Ərəb epistolyar üslubunun yaradılmasında Misir alimi Əl-Qaşqandi xüsusi rol oynamışdır. Onu redaktorluq sənətinin ilk yaradıcılarından biri hesab edirlər. Özünün “Redaktorluq sənətinin başlanğıcında” (“صبح الأعشى في صناعة الإنشاء”) adlı əsərində o, başlanğıc və sonda istifadə olunan nəzakət formullarının əhəmiyyətindən bəhs edir.

Əvvəldə istifadə olunan formulardan “تحية و إجلال وبعد ,التحيّة الطويلة و بعد” kimi klişelərə xüsusi diqqət vermək lazımdır. Bu formullar müraciətdən bilavasitə sonra yerləşirlər. Azərbaycan dilində onların hərfi tərcümələri olmasa da, ərəb dilində onlar xüsusi, fövqəladə əhəmiyyətə malikdirlər. Bu qısa ifadələrlə müəllif öz həmsöhbətinə, onun əslinə, yaxınlarına hörmətini bildirmiş olur.

Sənədin sonunda gələn nəzakət formullar isə mətndən sonra ayrıca yerləşirlər.



İşgüzar sənədlərin əvvəlində işlənən nəzakət formulları

Cənab! Cənablar! Xanım! Xanım qız!

سيادة ,حضرةالسيد ,حضرات السادة ,سيدة ,آنسة

Çoxhörmətli!

Hörmətli cənab!

Cənab direktor!

Hörmətli cənablar!



السيد المحترم ,السيد الموقّر,سيد الكريم ,حضرات السادة, المحترمين جناب السيد المحترم سيدي المدير,السيد المبجل

Hörmətli cənab Əsəd Əbdül Kərim Əbu Nəsr!

السيد أسعد عبد الكريم أبو النصر

Sabahınız xeyir cənab ... . Allah sizi qorusun!

السيد المحترم السلام عليكم و رحمة االّه

Salamlama... sonra... (adətən ardıcıllıq bildirmək üçün istifadə olunurlar)

بعد التحة و بعد


Peşəkar dil xüsusiyyətləri: işgüzar terminologiya

Ümumişlək neytral leksikadan əlavə işgüzar yazışmalarda terminlər də istifadə olunur. Terminlər-ictimai həyatın, elmin, texnikanın, iqtisadiyyatın və digər fəaliyyət sahələrinin xüsusi anlayışlarını ifadə etmək üçün istifadə olunan söz və söz birləşmələridir. Onlar leksikanın xüsusi səviyyəsini təşkil edirlər.

Tematik olaraq bu terminləri xüsusi fəaliyyət sahəsi ilə sərhədləndirmək olmaz. Elm və texnikanın nailiyyətlərinin geniş yayıldığı bir dövrdə terminlərin çoxu da geniş kütlələr arasında anlaşılmağa başlanmış və onlar ümumi leksikanın tərkib hissəsinə çevrilmişlər[26,83].

Terminlərin əsas məziyətlərindən biri onların beynəlxalq xarakter daşımasıdır. Fonetik və qrammatik fərqlərin olmasına baxmayaraq, terminologiyanın leksik ümumiliyi nəticəsində ayrı-ayrı dillərdə danışan insanlar da bu terminlərin mahiyyətini anlaya bilirlər [26,85].

İşgüzar sənədlərin tərtibi zamanı ümumi və əsas qayda terminlərin düzgün mənada istifadə olunmasına əsaslanır. Başqa sözlə desək, termin məhz lüğətlərdə verildiyi mənada işlədilməlidir.

Lakin, ayrı-ayrı sahələrdə istifadə olunan və müxtəlif mənaları verən terminlər də xüsusi diqqət tələb edirlər. Məsələn, iş-ملفّ sözü bir neçə mənaya malikdir:

1.ayrı-ayrı qovluqlarda yerləşən və idarənin fəaliyyəti ilə bağlı olan müəyyən sənədlərin cəmi;

2.mətn sənədlərinin arxivdə saxlanan vahidləri;

3.bir məsələ ilə bağlı olan bütün faktları özündə toplayan sənəd (məsələn, məhkəmə işi və s.) [26,95]

Çoxmənalı sözü-termini istifadə edərkən, müəllif mətni elə qurmalıdır ki, bu termin düzgün anlaşıla bilsin: adətən, belə terminlər yalnız birləşmə şəklində müəyyən məna verirlər. Misal olaraq, birja-بورصة sözünü göstərmək olar:1) qiymətli kağızların alqı-satqısının həyata keçirildiyi idarə (fond birjası- بورصة الأوراق المالية, valyuta birjası- بورصة العملات, əmtəə birjası- بورصة البضائع); 2) birja əməliyyatlarının aparıldığı bina.

Sənədi tərtib edən nəzərə almalıdır ki, terminin leksik sahəsi geniş də ola bilər. Məsələn, iqtisadi terminlər lüğətində “ticarət”- التجارة sözü ilə 9 terminoloji birləşmə göstərilmişdir.

Xarici ticarət

تجارة خارجية

Lisenziyalı ticarət

تجارة بالترخيص

Daxili ticarət

تجارة دخيلية

Topdan satış ticarəti

تجارة بالجملة

Qarşılıqlı ticarət

تجارة متبادلة

Pərakəndə ticarət

تجارة بالمفرد

Dövlət ticarəti

تجارة حكومية

Özəl ticarət

تجارة القطاع الخاصّ

Kooperativ ticarət

تجارة تعاونية






Qeyd etmək lazımdır ki, dəqiq məna bir termini digərindən fərqləndirən əsas cəhətdir. Lakin bəzən aydın olur ki, tərcümə olunan dildə eynimənalı ekvivalent mövcud deyildir. Məsələn, qəhvə- قهوة, بنّ. Məlumdur ki, البنّ içkini hazırlamaq üçün istifadə olunan toxuma, القهوة isə bilavasitə həmin içkiyə deyilir. Lakin, Azərbaycan dilində hər iki məfhum eyni sözlə ifadə olunur.



Ərəb işgüzar terminologiyasının Azərbaycan dili ilə müqayisədə fərqli cəhətlərindən biri də coğrafi hədd baxımından onun eynitipli olmamasıdır. Belə ki, ümumərəb terminləri ilə yanaşı, yalnız bir və ya bir neçə ərəb ölkəsində istifadə olunan terminlər də mövcuddur. Elm və texnikanın müxtəlif sahələrinə aid terminologiyada bir neçə qrupu ayırmaq olar: dublet-terminlər (eyni məfhumu adlandırmaq üçün yeni və köhnə, yerli və alınma terminlər); termin-neologizmlər (yeni, aztanınan terminlər); regional terminlər (yalnız bir neçə ərəb ölkəsində istifadə olunan və digər ölkələrdəki sözdüzəldici formalardan fərqli olan modellərdə yaradılan termnilər). Bütün bunları nəzərə alaraq demək olar ki, ərəb ölkələrinin işgüzar-terminoloji sistemləri izomorf deyillər. Bu özünü morfoloji və qrafik səviyyədə göstərir; həmçinin, semantik assimmetriyaya da rast gəlmək olar[26,91]. Məsələn:

Azərbaycan termini

Ərəb termini

İstifadə olunduğu ölkə

Ərəb termin-sinonimi

İstifadə olunduğu ölkə

Avtomobil

سيّارة

Bütün ölkələr

عجلة

İraq

Balans edilmiş yük

نقل موازن

Misir

رجازة

Suriya

İndeks

دليل

Misir

قرينة

Suriya

Turşuluq

حامض

Misir

حمض

Suriya

Təkər

عجلة

Misir

دولاب

Suriya

Telefon

تليفون

Misir

هاتف

Suriya

Teleqraf

تلغراف

Misir

برق

Suriya

İdarə(administrativ orqan)

إدارة

Misir, Suriya

مديريّة

İraq

Lazım olduğu təqdirdə, dialektik terminlərdən də istifadə olunur. Lakin belə terminlər yalnız müasir və ümumi termin olmadıqda işlədilir. Məsələn:



Azərbaycan termini

Ərbə dilində müasir termin

Ərəb dilində köhnə və ya dialekt termini

Ballast

رضراض

دقشوم

Valyuta

عملة,نقد

قطع

Monopoliya

إحتكار

إنحصار

Nümunə, model, forma

قالب

أورنيك

Yay (hərəkətverici)

نابض,زنبرك

ياي

Şablon (texniki)

طبعة

ضبعة

Halqa

حلقة,وردة

فلكة

Ferma

مسنّم

جملون

Fraxt

ثمن النقل

نولون

Ərəb dilində terminlərin yaradılmasının əsas metodları orta əsrlərdən bəri eynilə, dəyişməz olaraq qalmışdır [26,94]. Onlardan ən əsasları derivasiya- الاشتقاق, sözdüzəltmə- النحت, ərəbləşmə- التعريب hesab olunur. Birinci üçün prefiks, suffiks, infikslərin istifadəsi əsas xüsusiyyətdir (məsələn, məhsul- منتوجات, انتاج, نتاج).

النحت üslubu iki və daha çox sözdən yeni sözün yaradılmasına əsaslanır [26,95]. Bir çox terminlər iki ismin izafəti yolu ilə düzəlir. Məsələn, ميزان الحرارة-termometr [26,95].

التعريب metodu ərəb sözdüzəldici model və tiplərinin köməyilə alınma sözlərin assimilyasiyasına deyilir. Məsələn: avtomatlaşdırmaq- اتمت, avtomatlaşmış- مؤتمت

Sintaksisin əsas xüsusiyyəti sözlər arasında xarakterik əlaqələrin müəyyənləşməsini, qrammatik vahidlərin birləşməsini özündə toplamaqdan ibarətdir; onun əlaqəli-funksional tədqiqi, sənədlərin tərtibi zamanı böyük əhəmiyyətə malikdir. Belə analizin tədqiqat obyekti olan həmin qrammatik əlaqələr sintaksis sahəsinə aiddirlər.

Leksem, sintaqm, cümlə, kompleks, passaj kimi inteqrantların mətnin tamlığını təmin etmək prinsipi mikro-, mezo- və makrosintaksisin tərkibini təşkil edən metasintaktik kateqoriyaların analizinin əsasında durur.

Sintaksisin adı çəkilmiş struktur vahidləri, yəni leksem, sintaqm, cümlə, kompleks, passaj dilin rabitəlilik xüsusiyyəti istiqamətində kifayət qədər geniş istifadə olunur. Onlar iqtisadi sənədlərin reklam, ticari əlaqələr, sorğu və cavab, razılıq və imtina, xatırlatma, müqavilələrin şərtləri, protokol, iqtisadi hesablamalar və s kimi tədqiq sahələrinə, xüsusən də xəbər və yazışma bölmələrinə toxunur.

Ərəb dilində olan işgüzar yazışmaların tərkibi analiz edildiyi zaman görmək olar ki, onu təşkil edən həmin sintaktik vahidlər elementlərinin artması prinsipi üzrə sadalanıblar: a)leksem; b)sintaqm; c)cümlə; d)kompleks; e)passaj



Aşağıda ərəb sənədlərinin xüsusi tərkibi sintaktik elementlərin artma sırasına görə sadalanıb:


Yüklə 129,86 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin