SeyiD ƏHMƏd mahmudi نام کتاب: آ



Yüklə 3,53 Mb.
səhifə58/260
tarix10.01.2022
ölçüsü3,53 Mb.
#109179
1   ...   54   55   56   57   58   59   60   61   ...   260

3. MÜQƏDDƏS KİTABLAR


Brahmanların ən müqəddəs və ən mühüm kitabları dörd vedadan ibarətdir. Amma onların arasında da yalnız Upanişad brahman ayininin əsas istiqaməti və vedanın ən mühüm təfsirlərindən biri sayılır.

“Upanişad” sözü üç hissədən ibarətdir: “upa” - yaxın, “ni” - aşağı, “şad” isə oturmaq mə`nasını daşıyır. Bu söz terminologiyada mürşidlərin öz xüsusi müridlərinə öyrətdiyi bir sıra şifahi elmlərə aid olunur. Xüsusi diqqət və vasvaslıqla təqdim olunan bu tə`limlər xüsusi xarakterinə və yalnız bu elmləri öyrənmək ləyaqəti təsbit edilmiş şəxslərə tə`lim edildiyindən tədricən batini həqiqətlərə və sirli elmlərə çevrildi. Buna görə də bə`zi alimlər “upanişad” sözünü “sirlər və rəmzlər” mə`nasına işlətmişlər.

Brahma ayininə inananların nəzərinə görə Upanişadlar toplusu bəşər tərəfindən yazılan əsərlərdən olmayıb, yalnız vəhy və işraq yolu ilə meşələrdə tərki-dünya həyat tərzi keçirərək öz ruhlarını saflaşdırmağa nail olanlara və haqq hökmlərinin dinləyicilərinə ilham olunur, daha sonra isə sirli, simvolik cümlə və ifadələr şəklini almışdır. Upanişadların tarixi miladdan 500-800 il əvvələ gedib çıxır. Hal-hazırda 200 nüsxəyə qədər Upanişad mövcuddur ki, onların bə`ziləri şe`r, bə`ziləri isə nəsr şəklində yazılmışdır. Bu nüsxələrdən bə`ziləri əslində sonralar brahman ayinində yaranan bir çox məktəblərin əsasını təşkil etmiş təfsirlərdir. Əvvəldə qeyd olunduğu kimi, brahman ayininin ideoloji dünyagörüşü və ictimai quruluşunun əsasları Upanişadların tə`limləri üzərində qurulub. Buna görə də, həmin kitablar brahman ayininin ən mühüm və ən əsas kitablarından sayılır.

Brahman ayinində ehtirama layiq görülüb müqəddəsləşdirilən və bu ayinin əməli əsaslarını təşkil edən digər bir kitab “Mano qanunları” adlanır. Keçmişi miladdan 250 il əvvələ gedib çıxan bu kitab 12 fəsildən ibarətdir. Hər bir fəsildə əxlaqi və əməli tövsiyələr, ardıcılların vəzifələri, o cümlədən cəza qanunları, hər bir kasta üzvlərinin vəzifələri, təbəqələrlə əlaqədar müəyyən şərh və izahlar bəyan olunmuşdur. Bu kitabda brahmanlarla əlaqədar oxuyuruq: - Brahmanların vəzifəsi budur ki, vedaları tədris edib öyrətsinlər. Camaatın qurbanlıqları tanrıların dərgahına hədiyyə etsinlər, onlardan qeyrisinin vasitəsi ilə qəbul olunmaz. Brahmanlara bütün mə`budlar hörmət edir buna görə də yüksək məqam sahibidirlər. Brahman heç bir günaha batmaz, hətta bütün insanları öldürsə belə cəzalandırılmayacaq. Padşahlara, hətta ehtiyacdan ölüm ayağında olsalar belə, brahmana vergi qoymaq qadağandır.

Mano qanunlarında kşatrya təbəqəsi barədə deyilir:

“ - Yalnız bunların rəhbər, padşah, qazi və ya hakim olmağa səlahiyyətləri vardır. Onların hərbi işlərdən başqa bir xidmətlə, hətta dinc şəraitdə olsa belə, məşğul olmaları caiz deyildir.”

Yaxud vişiya təbəqəsi barədə deyilir: “ - Yalnız öz təbəqələrindən özlərinə həyat yoldaşı seçmək onlara vacibdir. Ticarət qanunlarını, əkinçilik və bağbanlıq qaydalarını öyrənmək də vişiyalılara vacibdir. Onlar müxtəlif xalqların dillərindən, bazarlardakı qiymətlərdən xəbərdar olmalıdırlar.”

Bu kitabda şudralər haqda belə deyilir: “ - Onlara brahmanların əmrlərini yerinə yetirmək vacibdir. Yalnız bu halda sonrakı həyatda daha yaxşı məqama çata biləcəklərinə ümidvar ola bilərlər. Onların sərvət toplamaları caiz deyildir. Çünki belə olan halda brahmanlar əziyyət çəkə bilərlər. Əgər şudra təbəqəsindən bir şəxs özünü daha yüksək təbəqədən olan fərdlə bərabər hesab edərsə sürgün edilməli və kürəyinə dağ basılmalıdır. Əgər özündən yuxarı təbəqələrə mənsub olan bir şəxsə əl qaldırarsa əli kəsilməlidir; təhqir edərsə ayağı kəsilməlidir. Həyasızlığı son həddə çatarsa, brahmanın rə`yi ilə onun ağzına və qulağına qaynar yağ tökmək padşaha vacibdir.”

Göründüyü kimi, “Mano qanunları” kitabı ictimai təbəqələr arasındakı ziddiyyətləri daha da dərinləşdirir. Bu kitab təbəqələr arasındakı fərqin qorunub saxlanılmasını hər bir dindara itaəti vacib olan dini-əqidəvi və qaçılmaz bir iş hesab edir. Bu vəzifələrdən imtina etmək dindən çıxmaq, mürtəd olmaq, brahman və digər mə`budlara qarşı üsyan, sonrakı həyatında hazırkı məqamından daha alçaq məqamlara enməsinin səbəbi sayılır.

Bu kitabda Mano qanunlarının düzgün olmayan tə`limlər, mənfi cəhətlər və ağlasığmaz hallarından əlavə, müsbət və dəyərli əxlaqi tövsiyələr də gözə çarpır. Əxlaqi tövsiyələrdən bə`zilərini qeyd edirik:

Valideynə və müəllimə itaət qarışıq ehtirama diqqətlə yanaşmaq, günahı e`tiraf etmək, sədaqət və düzlük, çətinliklərə ruhi məşğələlər və şadlıqla dözmək və s.

“Mano qanunları” kitabında əhəmiyyət kəsb edən digər bir məqam, bu kitabda ilk dəfə olaraq digər müqəddəs kitablardan, onların mə`bəd və ruhaniləri barədə söhbət açılmasıdır. Ümumiyyətlə “Upanişadları” və “Mano qanunları”nı özü də veda ayininin əsasları üzərində qurulmuş brahman ayininin əsas dayaqlarından hesab etmək olar. Həmin kitablarda bu ayinin ideoloji, ictimai əsasları və dünyagörüşü şərh olunmuşdur.

Hinduizmin əsası və bünövrəsi sayılan brahman ayininin hal-hazırda da Hindistan yarımadasında çoxsaylı ardıcılları vardır. Gələcək dərslər bu ayinin ətraflı təhlilinə həsr olunacaq.


Yüklə 3,53 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   260




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin