SeyiD ƏHMƏd mahmudi /j


“Nə varlıq var idi, nə də ki, yoxluq



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə36/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   32   33   34   35   36   37   38   39   ...   200
Dinlərlə tanışlıq

“Nə varlıq var idi, nə də ki, yoxluq. 
Nə parlaq səma görünürdü, nə də səmanın geniş tavanı yuxarıda döşənmişdi. 
Onların hamısını nə örtürdü? Nə onları gizlədirdi? 
Ucsuz-bucaqsız su çalası idimi? 
Dərin və çatılmaz sular? 
O zaman ölüm, əbədilik də yox idi. 
Gecə-gündüzdən bir nişanə də yox idi. 
Yeganə vücud təklikdə nəfəs çəkirdi. 
Ondan başqa hələ bir şeyin vücudu yox idi. 
Zülmət idi, qaranlığı qaranlıq bürümüşdü. 
Bunların hamısı su idi və əlamətsiz. 
O yeganə vücud təbiəti yandırıcı istiliyin içindən yardı. 
Əvvəlcə eşq göründü, sonra əqlin mənşəyi əyan oldu. 
Sonra toxumlar səpildi və qüdrətli güclər qalxdılar. 
Təbiət altda, qüdrət və iradə isə yuxarıda. 
Bu sirlərdən agah olan kimdir? 
Burada kimdir ki, aşkar edib haradan olduğunu desin? 
Bu rəngarəng yaradılış haradan qaynaqlanır? 
Allahlar özləri bir qədər gec varlıq libasını əyinlərinə geydilər. 
Kim bilir bu böyük yaradılışın mənşəyi haradandır? 
Ən yüksək səmalarda olan ən ali görəndir.” 


56 
Bu nəğməyə uyğun olaraq, allahların mövcudluğu və varlıq aləmi təbiətin 
yaradılışından sonra ilə əlaqələndirilir. Təbiət haqda onun xaliqinə sual verir 
və xaliqə fərd qismində müraciət edir. Eyni zamanda, Riqvedanın başqa bir 
nəğməsində oxuyuruq: 
“Bəxş edənin həyat və qüvvə sayəsi əbədidir... 
O kəs ki, ucqar dağlar, dənizlər və çayların varlığı ondandır. 
O kəs ki, səma onun qüdrət nahiyəsidir. 
Öz qurbanlarımızla ona hörmət etdiyimiz o Allah kimdir? 
O kəs ki, yeganə və bütün allahların fövqündə olan Allahdır... 
Əql sahibləri vahid Allaha müxtəlif adlar qoyurlar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin