69
Göründüyü kimi, “Mano qanunları” kitabı ictimai təbəqələr arasındakı
ziddiyyətləri daha da dərinləşdirir. Bu kitab təbəqələr arasındakı
fərqin qorunub
saxlanılmasını hər bir dindara itaəti vacib olan dini-əqidəvi və qaçılmaz bir iş
hesab
edir. Bu vəzifələrdən imtina etmək dindən çıxmaq, mürtəd olmaq, brahman və digər
mə'budlara qarşı üsyan, sonrakı həyatında hazırkı məqamından daha alçaq
məqamlara enməsinin səbəbi sayılır.
Bu kitabda Mano qanunlarının düzgün olmayan tə'limlər,
mənfi cəhətlər və
ağlasığmaz hallarından əlavə, müsbət və dəyərli əxlaqi tövsiyələr də gözə çarpır.
Əxlaqi tövsiyələrdən bə'zilərini qeyd edirik:
Valideynə və müəllimə itaət qarışıq ehtirama diqqətlə yanaşmaq, günahı e'tiraf
etmək,
sədaqət və düzlük, çətinliklərə ruhi məşğələlər və şadlıqla dözmək və s.
“Mano qanunları” kitabında əhəmiyyət kəsb edən digər bir məqam, bu kitabda ilk
dəfə olaraq digər müqəddəs kitablardan, onların mə'bəd və ruhaniləri barədə söhbət
açılmasıdır. Ümumiyyətlə “Upanişadları” və “Mano qanunları”nı özü də veda
ayininin əsasları üzərində qurulmuş brahman ayininin əsas dayaqlarından hesab
etmək olar. Həmin kitablarda bu ayinin ideoloji, ictimai əsasları və dünyagörüşü şərh
olunmuşdur.
Hinduizmin əsası və bünövrəsi sayılan brahman ayininin hal-hazırda da Hindistan
yarımadasında çoxsaylı ardıcılları vardır. Gələcək dərslər bu ayinin ətraflı təhlilinə
həsr olunacaq.
Dostları ilə paylaş: