210
QIRX İKİNCİ DƏRS
TƏLMUD
Tövratdan sonra yəhudi qövmünün ən mühüm dini mənbəsi Təlmud kitabıdır.
Təlmud kəlməsi tə'lim mə'nasında olub, yəhudilərin şəriət tə'limlərinin geniş şəkildə
izahı, Tövratın təfsiri mənasını daşıyır. Onu bir yerə yığıb tənzim edənlərin inancına
görə, Musa (ə) beş sifr qalibində gələn yazılı şəriət hökmlərini gətirməmiş, əksinə,
ondan əlavə şifahi olan bir şəriət də yadigar qoymuşdur ki, müəllimdən şagirdə,
nəsildən nəsilə ötürülərək uzun zaman dövründə yayılmışdır. Qədim yəhudilər bu
şifahi şəriəti vəhy kimi ilə qəbul edərək, onun hökmlərini ilahi hökmlər, icra
olunmasını isə Tövrat kimi vacib bilirlər. Bu şifahi şəriətlər Təlmud ünvanı ilə bir
yerə yığılan bəhslərdən ibarətdir.
TƏLMUDUN YAZILMASI
Miladın 69-cu ilində Beytül-müqəddəs (Yerusəlim) şəhəri Roma imperatoru
Titusun ordusu tərəfindən mühasirəyə alındı. Bir il sonra yə'ni, 70-ci miladı ilində
romalıların ordusu tərəfindən işğal olundu və dağıdılaraq viranəyə çevrildi. Şəhər
əhalisi çöllərə və digər yerlərə
qaçaraq didərgin düşdülər; Süleyman heykəli adlı
məşhur mə'bəd də viran edildi.
Romalılar tərəfindən şəhərin mühasirəyə alındığı zaman yəhudi kahinlərindən
biri (Rəbilər) Mühəlla ibni Zəkai romalıların mühasirəsindən qaçıb sahildə yerləşən
Yəbnə şəhərinə getdi və orada ibri dilində Midras adlanan bir növ mədrəsə təşkil
etdi. O, qərara almışdı ki, həmin yerdə öz qövmünün ədəbiyyat həyatını həzrət Musa
(ə)-ın ayininin üsullarını və şəriətlərini tənzim edib bir yerə yığmaqla
möhkəmləndirsin. Buna görə də öz mədrəsəsi üçün müxtəlif şəhər və məntəqələrdən
şagirdlər topladı; müqəddəs kitabın təfsir olunması, İsrail rəvayətlərinin və
hədislərinin toplanıb yığılması ilə məşğul oldu. Mühəlla alimlərdən ibarət bir şura
təşkil etdi və yəhudilərin illik təqvimini və ayların tarixini yazıb qeydə almağa
başladı. Daha sonra yəhudi millətinin qayda-qanunlarını yazmağa başladı. Dünyanın
sair ölkələrində olan yəhudilər bu şuranı
rəsmi şəkildə qəbul edərək, onun şər'i
nəzəriyyələrini - öz dinlərinin qayda-qanunları barədə olan şər'i nəzəriyyələri
mö'təbər hesab etdilər. Bundan sonra Patriyark ləqəbi ilə tanınan bu şuranın rəisi
romalılar tərəfindən də rəsmi şəkildə tanındı. Patriyarklar miladın 425-ci ilinə qədər
yəhud qövmünün dini rəhbərliyini öhdələrinə almışdılar.
Yəbnə şəhərinin mədrəsləri 60 il müddətində davam etdi; Tövratın təfsirindən
əlavə, Bəni-İsrail qövmünün yazılmamış rəvayətlərinin, xəbərlərinin bir yerə
yığılması ilə başlandı ki, nəhayət Roma imperatoru Hadriyanusun qanlı müharibələri
zamanı bu mədrəsələr bağlandı. Burada elmi fəaliyyətlə məşğul olan
211
yəhudi alimləri Xəlil (Cəlilə) şəhərinə getdilər və
orada yeni bir mədrəsinin
bünövrəsini qoydular. Bu mədrəsədə yəhudilərin görkəmli alimlərindən bir neçəsi,
o cümlədən Rəbi Mayir, Rəbi Yəhud bu müddət ərzində mədrəsələrdə yazılan
Tövratın təfsirlərindən, eləcə də Bəni-İsrail qövmünün yazılmamış mətləb və
xəbərlərindən istifadə edərək, Mişna (yə'ni, ikinci nüsxə) adı ilə məşhurlaşan bir
kitab yazmağa başladılar. Mişna altı fəsildən
ibarət olan bir məcmuədir ki, Tövratın
təfsiri ilə əlaqədar dörd minə qədər dini məsələ, onun tərcüməsi, keçmiş dövrlərdə
olan rəbbani alimlərin əhkam və fətvalarından ibarətdir ki, alimlərin yazdığı şərh,
haşiyə və yozumları özündə əhatə edir. Təlmudun əsas bölməsini təşkil edən bu kitab
yəhudi qövmü arasında elə yüksək məqama malikdir ki, hətta Tövratla eyni
səviyyədə dayanır. Mişnanın yazılması 230-cu miladı ilində sona çatdı yə'ni,
Tövratın Üzeyir (Əcra) vasitəsi ilə yazıldığından 7 əsr sonra.
Mişnanın altı babı aşağıdakı ardıcıllıqladır:
1.
Zərain, yaxud əkinçlik məhsulları, toxumlar, dənələrin mizanı; Bu fəsildə
əkinçilik, torpaqla əlaqədar olan bütün dini qanunlar,
eləcə də əkinçlik
fəaliyyətlərinin necə tənzim olunması, həmçinin vacib namazlar, dualar və
bərəkətlər də bəyan edilmişdir.
2.
Məvid, yaxud vaxtlar; Bu fəsil bayramlar, şənbə günü və sair müqəddəs
günlərlə əlaqədardır; hər bir münasibətlə əlaqədar keçirilməli olan mərasim və
bayramların necə təşkil olunmasını bəyan edir.
3.
Naşin, yaxud qadınlar;
Bu fəsil evlənmə, boşanma, ailə münasibətlərində
xəyanət, həmçinin qadın və kişinin öhdəsində olan hüquq və vəzifələri əhatə edir,
bundan əlavə irs, vəsiyyət, nəzr və and kimi mövzulara da aiddir.
4.
Nəziqin, yaxud zərərlər; Bu fəsildə cəza qanunları, şəhər qanunları və cinayət
qanunlarından bəhs edilir, eləcə də qisas, hüdud və diyə məsələlərindən danışılır.
5.
Qüdaşim, yaxud müqəddəslər; Bu fəsildə qurbanlıq və eləcə də mə'bədə
hədiyyə olunan hədiyyə və nəzirlərlə əlaqədar olan bütün hökmlər, onların təqdim
olunma
mərasimi, şərtləri və növlərindən danışır, nəzr və qurbanlıq e'tiqadının
məqamını aşkar edir.
6. Təharut, yaxud təharətlər. Bu fəsil cism, libas, qablar, mənzil avadanlıqlarının
paklıq hökmləri, geyilməli və yeyilməli şeylərdə təharət və nəcasət, haram-halal
məsələlərinə aiddir.
Mişnanın malik olduğu əhəmiyyətə diqqət yetirməklə, Bəni-İsrail alimləri onu
kamilləşdirib şərh və izah etmişdir. Bu şərh yazıldıqdan sonra Qomara adlı bir kitab
yarandı və Qomaranın Mişnaya əlavə edilməsindən sonra Təlmud kitabı meydana
gəldi. Qomara, məzmunundakı müxtəlif iki səbkiyə
görə Fələstin və Babil
mədrəsələrinin alimləri vasitəsi ilə yazıldı. Buna görə də Təlmud kitabı iki adla
tanınır: Yerusəlim Təlmudu, Babil Təlmudu. Ad qoymada mövcud olan bu fərq
sadəcə olaraq qomaraların təfavütünə görədir, çünki hər ikisində Mişna eyni
dərəcədədir.