SeyiD ƏHMƏd mahmudi /j


«Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə169/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   165   166   167   168   169   170   171   172   ...   200
Dinlərlə tanışlıq

«Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi 
böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmi ibadət etdiyi 
mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya): «Ya 
Məryəm, bunlar sənin üçün haradandır?» - dedikdə, o,: «Allah tərəfindəndir!» 
- deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!» 
Qur'ani-kərim nöqteyi-nəzərindən həzrət Məryəm xüsusi nəzarət altında və ilahi 
mərhəmət sayəsində inkişaf edib, Allah tərəfindən onun üçün göndərilən behişt 
ne'mətlərindən bəhrələnmiş, öz Rəbbinə ibadət etməklə ruhi-mə'nəvi yüksəlişə 
çatmış və pakizə olmuşdur. O, Allahın seçilmiş bəndəsi olsun deyə, Zəkəriyya kimi 
ilahi peyğəmbərin nəzarəti altında böyümüşdü. Çünki o, gələcəkdə həm özü Allah 
nişanələrindən biri olacaq, həm də ən böyük ilahi şəxsiyyətlərdən birini,


231 
yə'ni, həzrət İsanı dünyaya gətirəcəkdi. Məhz buna görə də Allah-taala Qur'ani-
kərimdə həzrət Məryəm barəsində belə buyurur: 
«(Ya Məhəmməd!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: «Ya 
Məryəm, həqiqətən Allah səni seçmiş, (eyblərdən) təmizləmiş, (cəmi) aləmlərin 
qadınlarından üstün tutmuşdur.» 
Başqa bir yerdə buyurulur: 
«Məryəm oğulu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir 
mö'cüzə etik». 
QUR'AN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə) 
Qur'ani-Kərimdə həzrət Məryəmin, ilahi ruhun üfürülməsi nəticəsində İsaya 
hamilə olması və İsanın təvəllüdünün necəliyi barədə bir neçə ayə nazil olmuşdur. 
O cümlədən, “Məryəm” surəsində buyurulur ki, Məryəm öz qohum-əqrəbasından 
ayrılıb şəhərdən çıxaraq şərq istiqamətində bir nöqtəyə getdiyi zaman Ruhul-qudus 
bəşər sifətində onun yanında zahir oldu. Pak bir qadın olan Məryəm əvvəlcə ondan 
qorxub Allaha pənah apardı. Ruhul-qudus dedi ki, mən Allahın göndərdiyi şəxsəm; 
gəlmişəm ki, sənə pak bir övlad əta edəm. Məryəm soruşdu ki, heç bir kişi ilə 
təmasda olmadığım və özüm də iffətli bir qadın olduğum halda, oğlan uşağına sahib 
olmağım necə mümkündür? Cavab verildi ki, bu iş hökmən olacaq və Allah üçün bu 
iş çox asandır. Biz istəyirik ki, onu camaat üçün ilahi bir nişanə və öz tərəfimizdən 
rəhmət qərar verək. Nəhayət həzrət Məryəm İsaya hamilə oldu; təvəllüdü 
yaxınlaşdığı zaman ailəsindən uzaqlaşıb bir ağacın altına getdi və övladını dünyaya 
gətirdi. İsa (ə) doğulduğu anlarda doğuşun ağrısından qıvrılan anasına toxtaqlıq 
verib deyir ki, Allahın sənin ayaqların altında bir çeşmə qaynatmışdır; quru xurma 
ağacını tərpət ki, sənin üçün təzə tər xurma tökülsün. Xurmadan ye və bulağın 
suyundan iç və öz gözünü (övladına görə) aydın et. 
Allah-taala Qur'ani-kərimdə İsanı Allahın bəndəsi hesab edir. Onu ilahi ayə və 
nişanə hesab edərək bildirir ki, İsa dünyada və axirətdə böyük məqam sahibidir; ilahi 
dərgaha yaxın olanlardandır. Allah-taala onu Bəni-İsrailin sui-qəsdindən və hiylə və 
məkrindən amanda saxlamışdır. 
Həzrət İsa (ə) uşaqlıq çağlarının əvvəlindən peyğəmbərliyə seçilir. Həzrət 
Məryəm övladını götürüb şəhərə gətirmək istədiyi zaman Allah tərəfindən ona əmr 
olunur ki, sükut etmək orucu tutsun və camaatla danışmasın. Ondan bir şey 
soruşulduqda həzrət İsanı göstərsin; cavab verməyi körpənin öhdəsinə qoysun. O, öz 
qövmünün yanına qayıtdığı zaman ondan, tə'nə vuraraq, atasız övladın necə dünyaya 
gəlməsini soruşduqda, İsanı göstərir və işarə ilə ondan cavab almalarını başa salır. 
Camaat deyir: 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin