SeyiD ƏHMƏd mahmudi /j


«O özlərinə zülm edənlər onlara deyilən (əmr olunan) sözü dəyişdirdilər



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə167/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   ...   163   164   165   166   167   168   169   170   ...   200
Dinlərlə tanışlıq

«O özlərinə zülm edənlər onlara deyilən (əmr olunan) sözü dəyişdirdilər 
(«Bizi bağışla» mə'nasında işlədilən «hittə» sözünə gülərək onu «buğda» 
mə'nasında olan «Hintə» sözü ilə əvəz etilər). Biz də o zalimlərə etdikləri 
haqsızlığa görə göydən şiddətli əzab göndərdik. 
Başqa bir ayədə isə belə buyurulur: 
«(Ey mö'minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi 
edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın 
kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər.» 
Digər bir ayədə buyurulur ki, yəhudi alimləri Allahın kitabını öz istədikləri kimi 
yazırdılar: 
«Vay o şəxslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, 
sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: Bu Allah tərəfindəndir - 
deyirdilər. Öz əlləri ilə (təhrif olunmuş) kitab yazdıqlarına görə vay onların 
halına! Qazandıqları şey üçün vay onların halına.» 
Qur'anın yəhudilər barəsində ifşa etdiyi digər bir gerçəklik də onların Tövratda 
olan həqiqətləri gizlətməsi və yalnız onun cüz'i bir miqdarını aşkar etməsidir. (Onlar 
yalnız Əhbarların mənafeyi ilə uyğun gələn hissələri aşkar edirdilər). 
«...De ki: Musanın insanlara bir nur və hidayət yol olaraq gətirdiyi kitabı 
(Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da 
gizlədirsiniz...» 
Yəhudi alimlərinin bu kimi təhrifləri nəticəsində insaniyyətə böyük zərbə dəydi; 
hidayət və nur mənbəyi olan kitab mövhumat və xurafatlarla dolduruldu; ilahi 
peyğəmbərlərə yaramaz, əxlaqsız və nalayiq nisbətlər verildi. Bunlardan daha 
dözülməz olan işlər qarşıya çıxdı; onlar bu kimi üzdəniraq xüsusiyyətləri Allaha da 
aid etdilər. Allahın kitabı Bəni-İsrail qövmünün tarix kitabına və onların 227


228 
sərgüzəştlərini əks etdirən dastanlar məcmuəsinə çevrildi. Bu iş elə bir səviyyədə 
aparıldı ki, yəhudi böyükləri müqəddəs kitabın mühüm əqidəvi bəhslərini, o 
cümlədən məad və sair əqidələr barədə olan mətləbləri oradan çıxartdılar. Bütün bu 
təhriflər azmış kimi, yəhud qövmünün firqələrə parçalanması ilə müqəddəs kitabın 
nüsxələrində də ixtilaflar yarandı; firqələrdən hər biri kitabın bir hissəsini azaldıb-
artırır, digər hissələrini isə rədd və ya qəbul edirdilər. 
Bu kimi işlər nəticəsində şəriətin qorunması və ilahi hökmlər üçün müəyyən bir 
me'yar təyin edilməsi mümkün olmadı; düzgün və haqq əqidənin tə'yin edilməsi 
üçün heç bir imkan qalmadı ki, əgər Allahın bəndələri həqiqət və qurtuluş yolu ilə 
getmək istəsələr, heyrət və sərgərdançılığa düçar olmasınlar. Belə bir vəziyyət şəriət 
sahibinə malik olan digər bir peyğəmbərin zühurunu tələb edirdi. 
İkinci cəhət romalıların istilası idi. Miladdan 63 il qabaq Fələstin ölkəsi Roma 
imperatorluğu tərəfindən işğal edildi. Romalılardan əvvəl yunanlar da Fələstini işğal 
etmişdilər. Yunanıstan elm, mədəniyyət və svilizasiya mərkəzi olduğundan, ora 
elmi-mədəni şəxsiyyətlər tərəfindən idarə olunduğundan Fələstin əhalisi nisbətən 
dinc şəraitdə və müəyyən qədər ədalətli şəraitdə yaşaya bilirdi. Amma romalılar 
Fələstini istila etdiyi vaxt yerli əhaliyə divan tutdu və camaatın çoxu başqa ölkələrə 
köçməyə məcbur oldu. 
Həzrət İsa (ə)-ın təvəllüdü ilə eyni zamanda romalılar tərəfindən Fələstinə padşah 
tə'yin edilən Herodosi Kəbir vəfat etdi. Onun üç oğlu var idi. Herodosun ölümündən 
sonra Fələstin ölkəsi üç oğulun arasında bölüşdürüldü. Yəhudiyyə, Samirə və 
İumiyyə hissələri böyük oğul Yerusəlimə çatdı, Cəlil gölü və Hərya ikinci oğul 
Herodos Antipasa düşdü; Cəlil gölünün şimalı isə kiçik oğul Flippə aid edildi. 
Ölkənin bölüşdürülməsi və bunun ardınca üç qardaşın yerli camaatla kəskin və 
amansız rəftarları nəticəsində Fələstində hərc-mərclik yarandı; nəticədə ictimai-
siyasi böhranlar hər tərəfi bürüdü. 
Belə bir şəraitdə təbiidir ki, yəhudi qövmü məğlub edilmişdi və yadların təzyiqləri 
altında olan qövm kimi çox ağır və dözülməz şəraitdə yaşayırdı; onlar mütəmadi 
olaraq həzrət Məsihin zühurunu gözləyirdilər. Yəhudilərin müqəddəs kitabının bir 
neçə yerində həzrət Məsihin zühuru müjdəsi verilmişdi. O cümlədən, Davudun 
Məzamirində, ikinci məzmurda 2-7-ci ayələr; Əş'iya Nəbi peyğəmbərin kitabının 9-
cu fəslinin 6-cı ayəsində; Həzqil peyğəmbərin kitabının 32-ci fəslinin 23-cü ayəsində 
və 37-ci fəslin 32-ci ayəsində qeyd olunub. 
Buna görə də həzrət Məsihin zühur etməsi yəhudilər üçün əvvəlcədən mə'lum və 
məqbul bir məsələ idi. Onlar inanırdılar ki, Məsih Bəni-İsrail qövmündəndir və bu 
qövmün xilası üçün zühur edəcəkdir. Buna görə də ən ağır və böhranlı şəraitlərdə 
onun intizarını çəkirdilər. Belə bir şəraitdə həzrət Məsih (ə) Fələstin diyarında Bəni-
İsrail qövmü arasında dünyaya gəlib peyğəmbərliyə seçildi. 


229 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin